Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə29/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

Bu  kitabı  mən  “Munisnamə”  adlandırdım  və  onu  bitirərək 
dünyanın  hökmdarının  adı  ilə  Adəmin  bütün  nəsillərinin  padşahı 
Niisrətəddin  vəd-Dövlə  Əbu  Bəkrə-Atabəy  Məhəmmədin  oğluna, 
Atabəy  Eldənizin  oğluna  (Allah  onun  tərəfdarlarına  arxa  olsun) 
həsr  etdim.  Bu  kitab  bir  neçə  çox  gözəl  fəsillərdən,  əyləncəli 
nağıllardan  ibarətdir.  O,  elə  zərif və  gözəl  tərtib  olunmuşdur  ki, 
əgər onu  başdan ayağa  kimi  oxusalar  bir  dənə  də  zövqsüz  işlənən 
söz  tapmaq  olmaz.  Bu  əsərdə  ümid  doğuran  həqiqi  və  orjinal 
qissələr,  dərinmənalı,  hikmətli  kəlamlardan  ,  atalar  sözü  və 
əfsanələrdən,  qəribə  əhvalatlardan,  nadir  hadisələrdən  bəhs  edilir. 
Oxucu  burada  sevgililərin  şerin  söhbətlərini,  ehtiyat,  məzəmmət, 
qorxu,  yüksəlmə  və  enmə,  minnətdarlıq  və  fəlakətlər,  xeyirxah 
niyyətlər  və  alicənablıq,  səxavət  və  xeyriyəçilik,  mərdlik  və 
qoçaqlıq,  zarafat  və  lətifələr,  həyat  gözəllikləri  və  sevincləri, 
müdriklik  və  rahatlıqdan,  istirahətdən  zövq  almaq,  vəzifəsinə 
sadiqlik  və  etibar,  üzü  yumşaqlıq  və  doğruluq,  imtina  və  etiraf, 
ədalət  və  qanunsuzluq,  əmək  və  istirahət,  hicran  ağrısı  və  viisalm 
ləzzəti,  mərəz  və  məlhəm,  sülh  və  müharibə,  hiyləgər  sehr-cadu  , 
cazibə və fərasət, sehr və ovsunu yayındırmaq  bacarığı,  cavanların 
igidliyi, 
qocaların 
təcrübəsi 
və 
müdrikliyi, 
sehrbazların 
möcüzələri,  qəzəbli  divlərin  ədaları,  pərilərin  sadiqlik  və  başqa 
xasiyyətləri,  döyüş  və  kef  məclisi,  qətiyyət  və  məqsədyönlülük, 
kasıbların dilənçiliyi və  varlıların xəzinələri,  əyləncə və qadağalar, 
bayram  və  yas  mərasimləri,  xoşbəxt  insanların  müvəffəqiyyəti  və 
bədbəxlərin  müsibəti,  müxtəlif  təbəqələrin  nümayəndələrinin 
yüksəyə  qaldu'ilması  və  alçaldılması  və  onlar  haqqında  nağıllar, 
ev adamlarma qarşı  rəhmidillik  və  qayğı,  zirəklik  və  köməksizlik, 
başısoyuqluq  və  ayıqlıq,  qulluq  və  hegomonluq,  keçmişin 
əyanlarının  adətləri  və  hökmranlığının  əsaslan,  ulu  babaların 
rəhmidilliyi  və  alicənablığı,  onların  adətləri  və  davranış qaydaları, 
“Qızıl  gül  bağları”  haqqında  rəvayət,  digər  qeyri-adi  və  nadir 
hadisələrlə  rastlaşa  bilər.  Bütün  bunları  mən  bu  kitabda  topladım 
ki,  əyanlar  və  ağalar,  ləyaqətli  kişilər  və  müdrik  bilicilər  bunları 
layiq  bilib məni xeyirxah dualarla yad etsinlər və özləri  üçün xeyir 
götürsünlər.
91


Bir  sözlə  bu  əsər  insanların  arzu  etdikləri  bütün  şeyləri 
tapa  biləcəyi  bir  məcmuədir.  Bu  məcmuə  rəngsaz  dükanına  kimi 
rəngarəngdir,  burada  kim  nə  istəsə  tapar.  Bu  bahalı  hikmətlərin 
gizlədildiyi  bu  xəzinə  və  bol  mirvari  və  yaqutu  olan  dəniz, 
yetişmiş  xurma  bağı,  əsər  qədri  bilənləri  heyran  edəcək  bir 
məcmuədir.
Bura bir bol meyvəli bağdır.
Nadir  incilərin olduau məkandır.
C
/
Dahilər vətəni o Naxçıvandır.
Əzəli əbədi Nəqşi -  Cahandır” (44).
92


4
“ƏSHABİ KƏHF”  ƏHVALATI NAXÇIVAN
ƏLYAZMASINDA
Naxçıvan  əlyazma  mətnlərinin  gerçəkliyi  ondan  ibarətdir 
ki, hər  bir sahənin məzmunlu anlamım özündə dərin mənalarla əks 
etdiril*.  Bu  baxımdan  yuxarıda  adı  çəkilən  orta  əsr  qiymətli 
əlyazması  olan “Munisnamə”  də  Əshabi  Kəhf əhvalatı  geniş  izah 
edilmişdir.  Baxmayaq  ki,  bir  çox  qələm  sahibləri  bu  əhvalat 
barədə  öz  bilik  və  bacırıqlarını  nümayiş  etdirmişlər.  Bunlardan 
biri  akademik  Mustafa  Salahov  və  Əliəşrəf Cəfərov  olmuşlar  ki, 
Kəhf surəsinin  anlamını  vermişlər  (72,  s.  15).  Sonra  Əli  Göydağlı 
özünün  mən  elə  bu  sözlü  kitab  kimiyəm  “Seçilmiş  əsərləri”  adlı 
kitabında  mənzum tamaşa  haqqında  Dağyanus  dövrünün  insanları 
barədə  geniş  və  hərtərəfli  araşdırmalar  aparmışdır  (73,  s.  213). 
Digər  bir  qələm  sahibi,  el  arasında  Hacı  Əli  Dərviş  Naxçıvani 
kimi  tanınan  istedadlı  bir  insandır  ki,  müəllif onlara  həsr  etdiyi 
Əshabi Kəhf kitabında deyilən əhvalat  barədə yazır:
Müxtəsər Əshabi Kəhf ğarə girib gizləndilər,
Bir neçə sayılmış  il onlar yatıb dincəldilər.
Müəllif  onların  sığmacaq  yerlərin  qeyd  edərək:  “Elə  ki, 
mağaraya  daxil  oldular  yuxuya  getdilər.  309  (üç  yüz  doqquz  )  il 
yatdılar” (74,  s.  15)  şərh edərək bildirmişdir.
Ancaq  bunlardan  daha  fərqli  və  daha  geniş  elmi  potensial 
imkanlara  malik  olan  XII  əsr  mütəfəkkiri,  Atabəylər  sarayında 
ustadlıq  edən  Əbu  Bəkr  ibn  Xosrov  əl-Ustad  olmuşdur.  Onun 
“Munisnamə”  əsərində  qələmə  aldığı  əhvəlatı  tərcümə  edərək 
aşağıda olduğu kimi qiymətləndirmək olar.
Əshabi -  Kəhf  əhvalatı 
qədim 
Naxçıvan  torpağında
mövcud 
olduğu 
üçün  əlyazmanın  tərcüməsinbə  müəyyən
%
əlavə və qeydlərə  ehtiyac duyulmuşdur.
“Yeddi  yeniyetmə  (kimsənə)  mağaranın  sakinləri,  Dağ 
Yunus  və  onların  başına  gələnlər  haqqında  rəvayət  söyləyənlər
93


nəql  edirlər  ki,  keçmiş  zamanlarda,'  çox  qədimlərdə  Kəab  ibn  əl- 
Əxbar,  Vəhhab  ibn  Münəbbəx,  Həsən  əl-Bəşəri  və  Abdullah  ibn 
Məsud -  mağaranın sakinləri  haqqında bu rəvayəti onların hər biri 
öz bildiyi kimi şərh edirdi.  Lakin  bizə  görə bu  rəvayət  ən  mötəbər 
və  dürüst  şəkildə  Kəab  ibn  əl-Əxbar  tərəfindən  şərh  olunmuşdur 
və  onun  etibarlı  olması  haqqında  Hikmətli  kitabın  -   Quranın 
müqəddəs mətnində də danışılıı\
Beləliklə,  rəvayətdə  olduğu  kimi 
Turan 
öLkəsinin 
torpağında  çox  təmiz,  cürətli,  güclü  və  mərd  bir  cavan  yaşayırdı. 
Onu  Dağ  Yunus  çağırırdılar.  O,  Allahsevən,  təmkinli,  vaxtını 
Allaha ibadət və  itaətə sərf edirdi.
O.  Aran  ölkəsinə  qonşu  ölkədə  yaşayırdı.  O,  çoban  idi: 
səhərlər  ətraf  sakinlərin  qoç  və  qoyunlarını  toplayaraq  dağlara 
aparır  və  axşam  düşənədək  otarırdı.  Evə  qayıdanda  o,  yenə  də 
özünün  Allaha  xidmətə  və  ibadətə  həsr  edirdi.  Onun  qeyri-adi 
dərəcədə  gözəl  xarici  görkəmi  var  idi  və  onu  görən  hər  kəs  ona 
vurulurdu.  Bundan  başqa  o,  həddən  artıq  bəlağətli  adam  idi.  Belə 
ki,  bütün  məşhur  natiqlər  ona  həsəd  aparırdı.  On  illər  ərzində 
Arran  ölkəsinin  dağlarında  qoyun  otarır  və  Turan  ölkəsinin 
torpağında öz təmkinliliyi,  vicdanlılığı,  Allahsevərliyi və zahidliyi 
ilə məşhur idi.  Otuz il  beləcə davam etdi.
Bir  dəfə  o,  öz qoyunlarını  dağın  təpəsində  otarırdı.  Birdən 
qoyunlardan  biri  büdrədi  və  onun  dal  ayaqları  hansısa  bir 
yarrığana  keçdi.  O  biri  qoyunlar  çox  qorxdular  və  ətrafa 
dağılışdılar.  Sürüdə  çaxnaşmanı  görüncə  Dağ  Yunus  getdi  ki, 
görsün  nə  olub.  Yaxına  gəlincə  o  gördü  ki,  qoyunun  dal  ayaqlan 
quyruğuna  qədər  bir  yarığa  keçmişdir.  O,  qoyunu  hər  iki  əli  ilə 
tutııb  öz pəhləvan  gücündən  istifadə  edərək  çəkib  çıxardı.  Yarığa 
baxdıqda  o,  üzərində  bir  neçə  sətir  söz  yazılmış  lövhəcik  gördü. 
Dağ  Yunus  nə  qədər  çalışdısa  yazılanı  oxuya  bilmədi.  Axşam 
şəhərə  qayıdanda  o,  lövhəni  şəhərin  ən  savadlı  adamlarma 
göstərdi,  lakin  heç kim o  yazıları oxuya bilmədi  bu yazıların hansı 
dildə  olduğunu  da  bilmədilər.  Uzun  müddət  Dağ  Yunus  lövhəni 
oxtudurmaq ümidilə  bir çox adamlara  təqdim edir  və bu  haqda hər 
yerdə danışırdı.
94


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə