Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

çox  qəzəbləndi.  Dərhal  öz  məmurlarını  və  əyanlarını  çağırdı  və 
baş  vermiş  hadisəni  onlara  danışdı.  Sonra  o,  Dağ  Yunusa 
təhqiredici  cavab  məktubu  yazdı.  Məktubda  deyilirdi:  “Ey  qeyri- 
qanuni  doğulmuş  əxlaqsız  oğlu,  xain,  dinsiz  və  nankor.  Sənin 
qaranlıq,  köksüz  mənşəin  sübut  edir  ki,  sənin  bütün  dünyada 
vətənin  və  daimi  yaşayış  yerin  olmamışdır.  Öz  müəmmalı 
keçmişinə  görə  sən  təqib  olunaraq,  yerini  tez-tez  dəyişmisən.  Biz 
sənə  himayə  göstərib  şöhrətə  yüksəltdik.  Sən  isə  bizi  satdın.  Mən 
sənin  sözlərinin  əvəzini  vermək  və  səni  layiq  olduğun  qədər 
cəzalandırmaq üçün təcili yürüşə çıxıram”.
Məktubu  göndərərək  o,  dərhal  qoşunu  döyüşə  hazırladı. 
Dağ  Yunusa  qarşı  yürüşə  çıxdı.  Bunu  eşidərək  Dağ  Yunus  öz 
qoşununu  topladı  və  onun  qarşısına  çıxdı.  Hər  iki  qoşun  üz-üzə 
gəldikdə  kəskin döyüş  başlandı.  Elə  oldu  ki,  Ulu  Tanrı bu  dəfə  də 
Dağ  Yunusa  qələbə  müyəssər  etdi.  Arran  hökmdarını  əsir  tutaraq 
Dağ  Yunus  onu  öldürdü.  Onun arabasmı  və  xəzinəsini  qarət  etdi. 
Öz  adamlarından  birini  Rumda  vali  təyin  etdi  və  özü  Arrana 
qayıtdı.  Burada o özünə  yeni möhtəşəm saraylar və  qalalar ucaltdı. 
Onun  baş  sarayının  eni  və  uzunu  bir  fərsəng  idi.  Saray  biri  qızıl, 
digəri  gümüş  olmaqla kərpiclərdən tikilmişdi.  Sarayın  içində  Dağ 
Yunus  qiymətli  daş-qaşa  tutulmuş  dörd  yüz  qızıl  taxt 
quraşdırmışdı.  Sarayda  min  pəncərə  vardı.  Hər  pəncərə  yanında 
on nəfər gözəl yeniyetmədən ibarət keşikçi dəstəsi qoyulmuşdu  və 
o,  pəncərələrdən  birinin  yanında  oturanda  gözləri  gözəl 
yeniyetmələrə  sataşırdı.  O,  özünə  yetmiş  vəzir  və  yetmiş  xaçə- 
xidmətçisi  seçmişdir.  Sonra  o,  iki  yüz  min  döyüşçüdən  ibarət 
daimi qoşun yaratmışdı.
Dinc  vaxtı Dağ  Yunus  belə  yaşayırdı.  Hər gün onun qəbul 
zalında  yetmiş  vəzir,  yetmiş  münəccim,  yetmiş  məsləhətçi, 
minlərlə  filosof-mütəfəkkir  və  başqa  mötəbər  adamlar  toplaşırdı. 
Xidmətçilər onun qarşısına daş-qaşlarla bəzədilmiş yeddi yüz qızıl 
qoltuqlu  kürsü  qoyurdular.  Qızıl  kəmərli  dörd  yüz  xidmətçi  onun 
taxtı  qarşısmda  duraraq  onun  istənilən  arzusunu  yerinə  yetirməyə 
müntəzir  idilər.  Dörd  yüz  ay  üzlü  yeniyetmə,  ən  gözəl  libaslarda 
sıralarla zalın divarları yanında duraraq öz görkəmli ilə hökmdarın
101


baxışlarını  nəşələndirirdilər.  Dağ  Yunus  belə  yaşayır  və  idara 
edirdi  və  tədricən  bütün  dünyaya  sahib  olurdu.  Bütün  şahlıqları 
fəth edərək  və  görünməmiş  və  hüdudsuz  hakimiyyətə  nail  olaraq, 
o həddən ziyadə lovğalanırdı.
Bir  dəfə  qəbul  zalında  oturaraq,  minlərlə  ayüzlü  gənc 
yeniyetməyə  tamaşa  edirdi.  Onların  arasında  altı  gənc  ona  daha 
çox  xoş  gəldi.  Onları  yanma  çağıraraq  buyurdu  ki,  onlar  heç 
zaman  gündüz  və  gecə,  şadlıqda  və  kədərli  günlərdə  ondan 
ayrılmasınlar.  Daim  onun  yanında  olsunlar.  Tədricən  o,  bu 
yeniyetmələrə  qalan  saray  qulluqçularmdan  daha  çox  hakimiyyət 
verdi.  Yeniyetmələr  isə  hökmdarın  iradəsini  cani-dildən  yerinə 
yetirir,  ona  sədaqətlə  xidmət  edirdilər.  Bütün  bu  yeniyetmələr 
zahidlik  və  doğruluqda,  ağıl  və  qabiliyyətdə,  savadlılıq  və 
səmimiyyətdə bənzərsiz idilər.
Öz  xidməti  kəmərlərini  bağlayaraq  onlar  gecə  və  gündüz, 
ürəkdən  və  səylə,  borclarmı  sadiq  qullar  kimi  yerinə  yetirərək 
hökmdarlarına  xidmət  edirdilər.  Onların  sədaqət  və  çalışqanlığını 
görərək  Dağ  Yunus  onlara daha  çox  inanmağa,  onları  özünə  daha 
da  çox  yaxınlaşdırmağa  başladı.  Axırda  iş  o  yerə  çatmışdı  ki,  bu 
yeniyetmələr  bütün  hakimiyyət,  dövlət,  xidmətçilər,  qoşun  və 
saray  əyanları  üzərində  tamhüquqlu  sahibkarlar  oldular.  Dağ 
Yunusun özü  isə  onların söylədikləri isə  sözsüz razılaşır və  onlara 
tabe  olurdu.  Onlara  hədsiz  dərəcədə  paxıllıq  edən  bütün  vəzir- 
vəkil,  Dağ  Yunusun  yaxınları  yeniyetmələrə  nifrət  edirdilər  və 
onlara  qarşı  fitnə-fəsad  törədirdilər.  Lakin  Dağ  Yunusun  həmin 
yeniyetmələrə  olan  məhəbbəti  və  inamı  saatba-saat  artırdı.  Iş  o 
yerə  çatmışdı ki,  o,  özünün bütün vəzifələrini  və  hakimiyyətini  bu 
altı yeniyetməyə verdi.
O  bir-birilərindən  böyük,  ağıllı  və  fəsahətli  olan 
yeniyetməni  Təmleyxa  çağırırdılar.  Beş  nəfər  gəncin  hamısı 
sözsüz  ona  tabe  olurdular,  ikinci  gəncin  adı  Təmleysa,  üçüncünü 
Satlina,  dördüncünü  Zunuş,  beşincinin  Aznuş,  altıncını  Sadirnus 
çağırırdılar.
Dağ  Yunusun  bütün  yaxınları  bu  beş  gəncin  hakimiyyəti 
altında  idi.  Bu  beş  nəfər  isə  Təmleyxanm  rəhbərliyi  altında  idi.
102
9


4
Dağ  Yunus  yalnız  onların  əlindən  yemək  yeyir,  içgi  alır,  onların 
köməyi  ilə  geyinir,  yuxudan  oyananda  onları  qarşısında  görürdü. 
Öz  sirlərini  və  gizli  düşüncələrini  onlara  etibar  edir,  onlarla 
birlikdə  xəlvətə  çəkilir,  istirahətə  gedirdi.  Bütün  vəzirlər,  xaciblər 
və  hökmdarın  yaxınları  gənclərlə  razılaşmağa  məcbur  idilər. 
Onlara  hörmət  edir  və  sözsüz  itaət  edirdilər.  Dağ  Yunus  köhnə 
adətlərlə  yaşayırdı.  Gündüz  dövlət  işləri  ilə  məşğul  olur,  gecələr 
isə Allaha xidmət və  ibadət edirdi.
On  il  beləcə  keçdi.  Bir  dəfə  o,  öz  səltənətini  gözdən 
keçirmək,  qüdrətinə  inanmaq,  qullarına  və  azad  vətəndaşlarına, 
xəzinəyə  baş  çəkməyi  qərara  aldı  bütün  bunlara  baxaraq  o 
lovğalandı.  Xudpəsəndlik  onun  qəlbini  bürüdü  və  o  təkəbbürlə 
səsləndi:  “Bütün dünyada  mənim  kimi qüdrətli  zəngin  və  hər  şeyə 
qadir  olan  birisi  yoxdur!”  dərhal  şeytan  iblis  onun  yanma  gəldi. 
Onu  salamladı  və  onunla  görüşdü.  “Sən  kimsən?”  -   Dağ  Yunus 
soruşdu.  “Mən  tanrının  mələklərindən  biriyəm  —  iblis  təntənəli 
surətdə  söylədi.  -   O  məni  göndərmişdir  ki,  onun  salamlarını  sənə 
çatdırım  və  deyim:  “Mən  bütün  göylərin  hakimi  səni  bütün  yerin 
sakinlərinə  hakim  təyin  etdim  və  onları  sənin  sərəncamına 
verirəm.  Mən  səma  işləri  ilə  çox  məşğul  olduğum  üçün  yerdəki 
işlərlə  məşğul  olmağa  vaxtım  yoxdur.  Dağ  Yunus  mən  bütün  yer 
işlərini  sənə  tapşırıram  və  səni  yerdə  mənim  canişinim  təyin 
edirəm”.  Bu  sözləri  eşidərək  Dağ  Yunus  əsdi  və  iblisə  dedi: 
“Allah bizi bu  boşboğazın sərsəm sözlərindən qoru!  Allah xatirinə 
bir də belə  ağılsız  sözlər söyləmə.  Bütün sənin dediklərin şeytanın 
yoldan çıxartmasıdır.  Zira heç bir ağıllı adam  məni  səcdəgah kimi 
qəbul  etməz.  Yalnız  dəli  adam  buna  razı  olar  sən  yəqin  ki,  məni 
ağılasığmaz  tamahla  şirnikdirib  məhv  etmək  istəyirsən.  Axı  sadə 
camaat  bilsə  ki,  sən  mənə  nə  təklif  edirsən  məni  parça-parça 
edər”.
Bu  sözləri  eşidərək  iblis  gözdən  itdi.  Dağ  Yunus  isə 
hıışunu  itirdi.  Özünə  gələrək  o,  anladı  ki,  nə  isə  qorxulu bir  iş  baş 
vermişdir.  Lakin bu sirr haqqında heç kəsə o  bir söz demədi.  O, bu 
sirri  öz  ürəyində  saxlayır  və  bəzən  qorxudan  titrəyirdi.  Bir  neçə 
müddət belə davam etdi.
103


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə