Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

üçün  etmişəm,  zira  həm  pis,  həm  də  yaxşı  əməllərin  nəticəsi 
onların sahibinə qaytarılar.
Allah  ağalıq  etmək  həsrətində  olmayana  firavanlıq  və 
xoşbəxtlik verir”.
Oğlu  imam  Hüseyn  əleyhis-salama  buyurduğu  nəsihətdə
isə deyir:  “Ey qəlbimin sevinci,  gözlərimin nuru!”
*  *  *
Öz dünyəvi işlərində sən axıracan,
Hər şeydə Allah tərəfində olacaqsan.
Həm sevinc nəşində,  ixtilaflar odunda sakın,
Doğru danış,  düzgünlük olsun dayağm.
Dolu xəzinəni xərcləyib  çox dağıtma,
Dara düşəndə  bardağı çox axıtma.
Doğrulara hörmət et, hamı üçün eynidir,
Həyat həm zahirdir, həm də batindir.
Hər hansı yanlışlıqda öz qədrini bil,
Həyatı dərk et, öz qəlbinin odu ilə nəfəs ala bil.
Sən hökmdarsan -  nəsihətlər səndən gəlir,
Hər şeydən özün sən öncə səylə  öyrən.
Başqalarını düz yola dəvət etməzdən əvvəl,
Təmizlik və doğruluq nümunəsi ol.
Ləyaqətini qoru, həm yadda saxla,
Ləyaqətsiz adamdan xeyir görməzsən əsla.
•  •
Oz günahlarım düzəltməyə hazır ol,
Başqaların günahından ğafıl ol..
Özünə düşən paya qane olan  kasıb olsa da,
Heç zaman qonşulara həsəd aparmaz ac o İsada.
79


I
Quldurluq etmək üçün qılınc qaldıran adamı, 
Talein göndərdiyi qılınc doğrar tez adamı.
Hər kəs öz yaxınına tələ qurarsa o  zaman, 
Qəflətən özü düşər tələni qurduğu zaman.
• •
Oz işlərində kələkbaz, haramzadanı.
Tez toza döndərər dünyanın dəyirmanı.
Kim okeanın burluğanlı sularına atılarsa,
Suyun girdabında susuzluqdan ölmək  istər.
• •
Oz ağlına həddən artıq heyran olan kəs,
Düzgün yolda həmişə qala bilməz.
Özünü həmişə  müdrik hesab edən adam,
Şübhəsiz sağalmaz xəstədi o adam.
Xalqa xor baxmağa cəsarət edən təkəbbürlü, 
iti qılınc  başını bədənindən ayırar.
Xalqı  haqsız yerə soyan və alçaldan adamlar,
Sərt hökmün taleindən qaça bilməzlər onlar.
Əyri yol keçmiş adam özünə yalnız  zərər gətirər, 
Çünki  belə adamı heç bir rəy,  fikir bağlamaz.
Kim cahillər cəmiyyətində sevinc,  fərəh taparsa, 
O adam yerdə kölə kimi sürünəcəkdir.
Kim özünə ağıllı və  istedadlı dostlar seçsə əgər, 
O, özü də belə əhatədə  briliyyant kimi parıldar.
Kim ki,  miskinlərlə oturub-durur, ünsiyyətdədir, 
O, özü də bu dünyada avara-sərgərdan olacaq.
80


Fani dünyamız yalnız öz işini  biləndir,
Yaxşı  işlə  məşğul olan adamları yad edər.
Dil  boğaza qoymayıb həmişə naqqallıq edəni, 
Gələcək  nəsil axmaq adlandırar o  gədəni.
Boşboğaz (naqqal)  şərəfini və  həyasını  itirər, 
Həyasız olan kəs  isə artıq Allaha xidmət etməz.
Vicdansız, meyyit kimidir,
Onun qəlbi ölüdür,  lakin o  cəhənnəmə gedir.
Kim ki,  adamların namusu,  şərəfi  narahat etmir, 
O heç özünündə namusunu çəkə bilməz.
Öz günahlarını  hamıdan gizlədən adam, 
Qorxmur ki,  ona başqalarının günahını yazarlar.
Başqalarının qusurlarmı hesablayan sarsaq, 
Özünü müqəddəs  hesab edər axmaq.
Başqalarının bədbəxtlik dənizinə  atılmaqdansa, 
Yaxşı olar ki, özünü düzgün yola yönəldəsən.
Ehtiras həlqəsini sındırıb açsan,
Qəlbin tətikdən buraxılmış ox kimi azad olar.
Kim ki,  insandan kin-küdrət  bilmədən yaşayır,
O adam ehtiras,  qorxu və qayğılardan uzaqdır.
Kim ki,  qəlbində paxıllıq tikanın məhv edir,
O  adam qızılgülün təmiz qoxusu  ilə nəfəs alır.
Qəlbin möhtəşəm olmasının  bircə yolun bilirəm, 
Hər kəsdən azad və müstəqil olmaq  bilirəm.


Hökm verəndə  ikiqat ehtiyatlı  ol ki.
Ondan pis,  iyrənc nəticə törənməsin.
Kim əzablardan və cəhənnəmdən qorxursa, 
Nalayiq  işlər görməz əsla o  aqilsa.
Həmişə sənin əsas xəzinən aza qane olmağındır, 
Zirzəmilərə sığmayan mal-mülkün əriyib gedər.
Özünü inandır,  səma altında heç nə əbədi deyil, 
İnsanın cismi asanlıqla aləmi tərk edəcəkdir.
Hər kim cənnətdə huri-mələklərə can atırsa, 
Gecə və gündüz yorulmadan  ibadət etsin varsa.
Allah haqqında düşün,  nuru aleme o  bəxş edir, 
Axmaq  isə zülmətə kor qalıb fəryad edir.
Günahgardan da öyrənmək qəbahət deyil,
Illa ki, onların səhvini təkrarlamayasan.
Bütün mirasdan da qiymətli müdriklik elmdir. 
Xoş xasiyyət,  inan ki, sənə dostur eynidir.
Nə vaxtsa, bilmədən kimin qəlbini yaralasan,
• •
Ozün də bilmədən  bədbəxtliklərə səbəb olarsan.
O,  sarsaq varlı adamlar ki, yamanlıq edirlər, 
Onlar buradan birbaşa cəhənnəmə gedirlər.
Həmişə təlxək kimi qəh-qəhəylə gülənləri. 
Yaradan istədiyi zaman alçaldacaq gülənləri.
Kim ürəyində elm tumunu  meyvə kimi  bəslərsə, 
Ahıl yaşlarmda iti əqllə, görən gözə sahib olar.
82


Daim mülayim xasiyyət  müdrikliyin  əsasıdır, 
Axmaqlardan müdam əxlaqsızlıq olmuşdur.
inam nədir? Bu ən  ləyaqətli son nailiyyətimizdir, 
Bunun içərisində səbr ən qiymətli nailiyyətdir.
Kasıbın evin möminlik, təmizlik,  düzlük bəzəyər, 
Zəngin özünü  ibadətlə zərərsiz,  qorxusuz edər.
Məclisində dostunun darıxmamasın istəyirsənsə, 
Onu sorğu-suala çəkib bezdirmə əsla.
inamın bərkimədiyi adama xoş bənd olma ki, 
Sonradan basma kül tökməyəsən çünki.
Özündən həmişə çox razı olan şöhrətpərəstə,
Bələd olsan görərsən ağılca bərk deyildi xəstə.
Alicənablığa hörmət et, çünki xeyirlidir,
O,  zinət kimi müsəlmançılığın məbədin bəzəyir.
Bununla mömin adam  işlərində həmişə qorunur, 
Namus,  düzlük,  təmizlik onun başı üstə parlar.
Düz yola sən öz vaxtında qayıtsan,
Bununla sən məhşər günü xilas olarsan.
Əgər tale gəlinə  sağlamlıq bəxş etmişsə,
Onun üzünə hər cür bər-bəzək yaraşar.
Yoxsulluq zəhəri daxma və zirzəmiləri hədələyər, 
Onun dərmanı-aza qane olmaq  istəyər.
Zənginliyə,  var-dövlətə çox meyl etmə  zərərlidir, 
Qane olmaq, rahatlıq bundan yüzqat yararlıdır.
83


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə