Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə36/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

/
fikirlərin  olduğunu,  nə  üçün  bu  hala  düşdüyünü  öyrənməyə 
çalışaram.  Vəziyyətdən  ən  yaxşı  çıxış  yolu  -onun  dostlarından, 
beş  gəncdən  birini  seçib  Təmleyxanı  izləməyi  və  onun  hamıdan 
xəlvəti  nə  ilə  məşğul  olduğunu  öyrənməyi  tapşırmaqdır.  Bunu 
aydınlaşdıraraq o  bizə  məlumat verər”.
Hamı  Dağ  Yunusun  təklifi  ilə  razılaşdı  və  qərarlaşdıqdan 
sonra  Təmleysanı  dəvət  edib  ona  dedilər:  “Bizə  elə  gəlir  ki, 
Təmleyxa  xəlvəti  olaraq  başqa  Allaha  itaət  edir.  Onu  izləməyi 
sənə  tapşırırıq,  sən  onu  xəlvəti  fikirlərini  öyrənib  bizə  xəbər 
verməlisən  ki,  biz  onun  işinin  təhqiqi  ilə  məşğul  olaq”. 
“Dinləyirəm  və  itaət  edirəm”  — Təmleysa  cavab  verdi  və  dərhal 
onları tərk edib öz mənzilinə getdi.
“Təmleyxaya 
nə 
olmuşdur 
-Təmleysa 
öz-özündən 
soruşdu-  görəsən  onun  ətrafında  nə  üçün  belə  çaxnaşma  baş 
vermişdir”.  O,  özünə  bu  sualı  verən  zaman  və  dostunun  taleyi 
haqqında fikirləşəndə Ulu Yaradan onun qəlbini  durultdu və o, öz- 
özünə  dedi:  “Bizim  sahibimiz  Dağ  Yunus  necə  allahdır?!  Əgər  o, 
Təmleyxanın  sirrini  bilmirsə  və  onun  qəlbindən  nə  keçdiyini 
bilmək  üçün  onu  kimsənin  güdməsini  tələb  edirsə  onun  allah 
olmağa  nə  layiqi  vardır?”  Bundan  sonra  Dağ  Yunus  haqqmda 
şübhələr  Təmleysanın  qəlbinə  bir  daha  hopdu  və  o  dedi:  “Dağ 
Yunus  necə  allahdır  ki,  soyuq  və  istidən  qorxur  və  bütün  insani 
zəifliklərə  məruz  qalır?!”  Buradaca  onun  qəlbi  əvvəlki  şübhə  və 
quşqu  ilə  doldu.  O,  axşama  qədər  gözlədi  və  qaranlıq  düşəndə 
Təmleyxanın  evinə  yollandı.Gözə  dəymədən  evə  girdi  və  xəlvəti 
bir yerdə  gizləndi.  O,  gördü ki,  Təmleyxa  əlini  əli  üstünə,  ayağmı 
isə  o  bii'i  ayağının  üstünə  qoyaraq  pıçıldayır:  “Mən  zəif,  kiçik  bir 
milçəklə bacarmayan allaha nifrət edirəm”.
Təmleyxanın necə  həyacanlı  vəziyyətdə olduğunu görmək və 
onun  nitqini  eşidərək  Təmleysa  söyüd  yarpağı  kimi  əsdi  və 
bilmədən dostuna müraciət  edərək  dedi:  “Qardaşım  mənim,  bu  nə 
deyə  təhqir  sözlərdir  danışırsan?”  Təmleysanı  görərək  Təmleyxa 
dedi:  “Qardaşım  mənim,  mənə  aman  ver,  mənim  qanıma  sən 
cavabdehsən.  Mənim  sirrimi  faş  etmə  və  burada  mənim  yanımda 
otur ki,  mən sənə  öz ürəyimin  dərdini  izhar edə  bilim”.  Qorxudan
113


əsərək  və  gələcəkdə  olacaqlardan  ehtiyat  edərək  Təmleysa  oturdu 
və  öz  baxışlarını,  diqqətini,  ağlını  və  qulağını  Təmleyxaya 
yönəltdi.  “Ey  mənim qardaşım Təmleysa dilləndi  -  bil  və  agah ol 
ki,  mən  də  sənin  kimi  artıq  çoxdandır  ki,  Dağ  Yunusa  xidmət 
edirəm  .  O,  allahlıq  iddiasında  olmazdan  qabaq  gecə  və  gündüz 
Allaha  ibadətdə  keçirirdi,  indi  isə  israredir  ki,  o  özü  allahdır, 
bütün  canlı  məxluqları  və  insanları  o  yaratmışdır.  Əgər  doğru 
deyirsə,  onda  o  kimə  ibadət  və  itaət  edirdi?  Məgər  məxluqun  gah 
allah,  gah  da  insan  olması  yaraşan  işdirmi?  -  “Onda  bəs  Allah 
kimdir?  -  Təmleysa  soruşdu”.  Allah  göyləri  və  yerləri,  ulduzları 
və  planetləri,  günəş  və  ayı  yaradan  və  onları  müəyyən  bir  cərgə 
ilə  düzəndir,  mənim  kimi  zəif və  gücsüz  olan  Dağ  Yunus  isə  bu 
ada  layiq deyil və  allah ola  bilməz.  Bundan  başqa,  biz ona  xidmət 
edəndən  və  bir  yerdə  yaşadığımız  vaxtdan  etibarən,  bir  dəfə  də 
olsun  onun  fövqəltəbii  gücünü  və  ya  allah  gücünü  aşkar 
etməklərini  görməmişik.  Həmişə  də  onun  etdiyi  yemək,  içmək, 
yatmaq,  istirahət  etmək,  qəzəblənmək,  alçaq  ehtiras  və  şəhvətə 
aludə  olmaqdır,  bütün  bu  xasiyyətlər  isə  Allaha  xas  deyil.  Daha 
bir  şey  xatırlayırsanmı,  bayram  günündə  o  yemək  istəyəndə 
milçək  onun tikəsinə  qondu  və  ona yeməyə  imkan vermədi.  Onda 
mən  gördüm  və  hiss  etdim  ki,  o,  kiçicik  milçək  qarşısında  belə 
zəif və acizdir.  Milçək  onun üzərində  qələbə  çaldı  və  ona  yeməyə 
imkan vermədi.  O, yeməkdən  imtina etməli oldu.  Daha  bir  hadisə. 
O,  saraylarından birində öz yatağında yatırdı.  Milçək orada da ona 
üstün  gəldi,  o  yataqdan  yerə  yıxıldı,  başını  yaraladı  və  qorxudan 
daha yatmadı.  Yadma düşürmü,  onda o milçəkdən qorunmaq üçün 
bizi  köməyə  çağırırdı?  Mənim  qardaşım,  indi  özün  fikirləş  və 
vicdanla de,  belə zəifliklərə malik olan insan allah ola bilərmi?”
Təmleyxanı  diqqətlə  dinləyən  Təmleysa  şübhələndi  və 
düşüncələrə daldı.
Öz  fikirlərini  dostunun dedikləri  ilə  müqayisə  edərək,  o  inandı  ki, 
dostu  düzgün  nəticə  çıxarmışdır.  “Ey  əziz  qardaşım,-  Təmleysa 
dilləndi-  sənin  canına  and  olsun,  artıq  çoxdan  mən  köməksiz 
vəziyyətdə  bu  cür  fikirlərlə  uğraşırdım.  Dağ  Yunusun  necə 
yaşadığına  diqqət  verərək  mən  də  sənin  gəldiyin  nəticələrə
114


/
gəlirəm.  Hər  şeyi  görərək,  hər  şeyi  bilərək  mən  nəfəsimi  içəri 
çəkil'  heç  kimə  heç  nəyi  açmıram  və  öz  gizli  düşüncələrimi 
özümdə  saxlayıram.  Bilirsənmi  mən  nə  üçün  belə  gec  və  hiss 
olunmadan sənin yanına  gəldim?  Ona görə  ki,  kimsə  Dağ  Yunusa 
sənin özünü  aparmağı  və  fikirlərin  barədə  məlumat  vermişdir.  O, 
məni  yanma  çağırdı,  səni  izləməyi,  sənin  xəlvətdə  nə  ilə  məşğul 
olmağını  öyrənmək  və  ona  xəbər  verməyimi  tapşırdı.  O,  bu  işi 
mənə  tapşıran  kimi  mənim  ağlıma  dərhal  belə  bir  fikir  gəldi:  O 
necə  allahdır  ki,  öz  qulunun  ürəyindən  keçənlərdən  xəbəri  olmur 
və bunu öyrənmək üçün xəfıyyə  xidmətindən istifadə edir.
Qoy mən ölüm,  amma qardaşımı incitməsinlər, 
Zülmükar və qaniçənlərə nifrət etsinlər.
Bu sözləri Təmleysadan eşidərək Təmleyxa çox sevindi və 
onu qucaqlayaraq,  ürəkdən və məhəbbətlə ona dedi:
Qəlbim düşüncəsi səni dost etdi 
Ağır xəstəliklər məni tərk etdi.
İndi  mənə  de  görüm  dostum  Təmleyxa  -  Təmleysa  xahiş 
etdi- sən hansı Allaha itaət edirsən,  mən də ona itaət edim?
“Mən  O  Allaha  itaət  edirəm  ki,  -  Təmleyxa  cavab  verdi­
səm  və  məni,  göyü  və  yeri,  ayı  və  günəşi,  ulduzları  və  planetləri 
bir  sözlə  kainatı  yaradıb.  Göylərdə  və  yerdə  bizim  Allahımız 
birdir.  Mən  allahcıqlara  nifrət  edirəm,  bizim  rəbbimiz  yalnız 
Odur”.
Təmleysa  qışqırdı:  “Mən  də  yalnız  Onu  etiraf  edirəm  və  Dağ 
Yunusa  nifrət  edirəm”.  Bundan  sonra  dostlar  bu  sirri  qorumaq, 
yaxşı  və  yaman  günlərdə  bir  yerdə  olmaq  naminə  söz  verdilər  və 
əhd  bağladılar.  Ertəsi  gün  tezdən  Təmleysa  Təmleyxaya  dedi: 
“Mənim  qardaşım,  biz  qalan  dörd  dostumuzu  da  din  yoluna 
gətirmək üçün onları saxta,  fırıldaqçı allah Dağ Yunusun şərindən 
və  bəlasından  xilas  etmək  haqqında  düşünməliyik”.  Bu  təklif 
Təmleyxanm  xoşuna  gəldi.  Öz  dostlarmm  qayğısına  qalmaq 
haqqında  razılığa  gələrək  Təmleyxa  və  Təmleysa  Dağ  Yunusun 
sarayına  yollandılar.  Dağ  Yunus  dərhal  Təmleysanı  tək  guşəyə 
çağırdı işlər haqqmda və Təmleyxanm vəziyyəti barədə xəbər aldı. 
Təmleysa  çox  möhkəm  sədaqət  andı  verdi  və  dedi:  “  Mən  dünən
115


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə