Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə38/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

Allahımız  yoxdur”.  Quranda  deyildiyi  kimi:  “Onlar  durdular  və 
dedilər:  Bizim  Allahımız  göylərin  və  yerin  Allahıdır,  biz  ondan 
başqa heç kimi tammaycayıq”.
Ulu  Tanrı  Dağ  Yunusa  təsir  etdi  və  o  elə  bildi  ki,  gənclər
onu  nəzərdə  tuturlar.  Gənclərin  cavabı  ona  çox  xoş  gəldi,  o,
gənclərə  nəvaziş  və  hörmət  göstərdi,  onlara  xalat  verdi,  vəzir
vəkilləri  isə  möhkəm cəzalandırdı  və  dedi:  “Siz yalnız paxıllıqdan
onların  haqqında  belə  boşboğazlıq  edirsiniz”.  Sonra  o,  gəncləri
*
 •
nəvazişlə  və  mehribanlıqla  evə  yola  saldı.  “  Özünüzü  bərk 
saxlayın  və  heç  nədən  qorxmayın -  yolda  Təmleyxa  öz dostlarına 
dedi -  bilin ki,  bizim  Allahımız qüdrətli  və  güclüdür,  O,  bizi  Dağ 
Yunusun  qəzəbindən  qurtardı”.  Bundan  sonra  onlardan  hər  biri 
ucadan Uca  Allaha dua etməyə  başladılar.  Dağ  Yunusun qəzəbinə 
baxmayaraq  vəzirlər  onların  cavabından  bildilər  ki,  gənclər  qəti 
olaraq  Dağ  Yunusdan  üz  döndərmişlər  və  başqa  Allaha  xidmət 
edirlər.  Lakin  Dağ  Yunusun  onların  yeniyetmələr  haqqında 
dediklərini  şər  hesab  etdiyini  bildiklərindən  onlar  daha  gənclərin 
arxasınca  danışmağa  cəsarət  etmədilər.  Onlar  yalnız  öz  aralarında 
bu barədə danışırdılar.
Bir  il  də  keçdi.  Bir  dəfə  vəzirlər  fürsət  taparaq,  axır  ki, 
yenə  də  gənclər  haqqında  bildiklərini  ona  danışdılar.  Dağ  Yunus 
son dərəcə  özündən  çıxdı  və  qəzəbdən  tutuldu.  Onun  bir  dənə  içi 
boş dəmir  inəyi  var  idi.  O,  elə  böyük  idi  ki,  ölçüləri  heç  də  fildən 
kiçik  deyildi.  Onu  allah  kimi  etiraf  etməyənlərin  hamısını  Dağ 
Yunus bu dəmir  inəyin qarnına qatn,  od qalayır və  yandırırdı — bu 
hər  bir  cəzadan  ən  ağırı  idi.  Öz  vəzirlərini  dinləyərək  və  bu  dəfə 
onlara  inanaraq,  Dağ  Yunus  dərhal  dəmir  inəyi  dartıb  gətirməyi, 
onun  qarnında  dəmiri  qızdırmaq  üçün  odun  qalamağı  əmr  etdi. 
Bundan  sonra  carçılar  şəhər  adamlarını  cəza  yerinə  çağırdı.  Sadə 
adamlar,  əyanlar  və  hərbi  rəislər  toplandılar.  Dağ  Yunus  altı 
gəncin  hamısını  gətirməyi  əmi'  etdi.  Cəllədlar  dərhal  onları  əli- 
qolu  bağlı  gətirdilər.  Toplaşanların  gözü  qarşısında  Dağ  Yunus 
onları  dindirməyə  başladı:  “Mənim  vəzirlərim  deyirlər  ki,  sizin 
məndən  savayı  başqa  allahınız  da  var  və  sizi  düz  yoldan 
çıxartmışlar.  Əgər  bu  belədirsə,  onda  mən  sizi  on  sərt  üsulla
119


cəzalandıracağam”.  “Allah  özün  qoru  -   gənclər  qışqırdılar  -   biz 
həqiqi  dinin  arxasındayıq  və  düzgün  yolla  gedirik,  biz  doğru 
olmayan  hər  hansı  bir  dinə  etiqad  etmirik,  biz doğru  olmayan  hər 
hansı  bir  dinə  nifrət  edirik.  Bizim  cənabımız,  sənin  bizi  imtahana 
çəkməyinə,  bizi  hədələməyinə,  və  işgəncə  verməyinə  ehtiyac 
yoxdur.  Əgər  sən  bizim  allahımızsansa,  onda  sən  bizim 
ürəyimizdə  olan  hər  şeyi  bilməlisən,  sənin  hökmüdarlığının  ilk 
günlərindən  biz  sənə  xidmət  edirik  və  heç  zaman  dediklərindən 
kənara  çıxmamışıq,  sənin iradəni  sözsüz  yerinə  yetirmişik.  Bu  işi 
sən  öz  allah  ağlının  mühakiməsinə  tapşır,  əgər  sənin  ürəyin  vəzir 
vəkillərin  dedikləri  ilə  razılaşsa  onda  bizi  cəzalandır,  zira,  bütün 
işlərdə  səndən  müdriki  yoxdur,  əgər  sənin  ürəyin  desə  ki.  onlar 
yalan  danışırlar,  onda  bil  ki.  onlar  bunu  paxıllıqlarından  edirlər, 
onda  üzərimizdən  bu  qəzəbi  götür  ki,  biz  sakit  ürəklə  öz 
Allahımıza xidmət və  itaət edək”.
Dağ  Yunus  və  altı  yeniyetmə  yaşadığı  zaman  hələ 
peyğəmbər  yox  idi  və  Allahın  kitabı  mövcud  deyildi,  onlar  nə 
edirdilərsə,  öz  ağılları  ilə  və  göydən  ilhamlandırtlmaqla  edirdilər. 
Bu  cavanlar  Uca  Tanrının  köməyi  ilə  düzgün  yol  tapmışdılar. 
Bütün  bu  hadisələr  Zəkəriyya  və  isa  peyğəmbərdən  -   Allahın 
onlara  salamı  olsun  -   qabaq  baş  vermişdir.  Deyirlər  ki.  bu  altı 
gənc əvvəlki  peyğəmbərlər nəslindən  idi.
Xalqın  qarşısında  gənclərin  dediklərini  dinləyərək  Dağ 
Yunusun  ürəyi  yumşaldı.  Yeniyetmələrin:  “Əgər  sən  bizim 
allahımızsansa,  onda  bilməlisən  ki,  biz  əsil  Allahın  dininin 
arxasınca  gedirik  və  heç  bir  satqınlıq  etməmişik"  -   sözləri  Dağ 
Yunusun könlündə  xüsusi  təsürat yaratmışdı.  Onlar doğru deyirlər 
-  o öz ürəyində dedi -  bu gənclər  neçə vaxtdır ki,  mənim yanımda 
xidmət  edirlər  və  mənim  əleyhimə  bir  addım  da  atmamışlar,  heç 
zaman  səylə  mənə  xidmət  etməkdən  qaçmamışlar,  məndən  başqa 
heç  kimi tanımamışlar,  onlar haqqında danışılanın  hamısı  yalan və 
şərdir”.  Səsini  ucaldaraq dedi:  “Bizə  məlumdur ki,  siz  haqlısınız. 
Sizin  dediklərinizi  biz  öz  allahlıq  mühakiməmizə  verərək  qərara 
aldıq  ki,  bütün  sizin  fəaliyyətiniz  bizim  xeyrimizə,  bizim 
qüdrətimizin,  şöhrətimizin və möhtəşəmliyimizin  naminədir.  Əgər
1 2 0


#
bundan  sonra  kim  olursa  olsun,  canlı  məxluqlardan  biri  bizim 
qarşımızda  sizin  haqqmızda  bircə  dənə  belə  pis  söz  deməyə 
cəsarət  etsə,  mən  onu  dəmir  inəyin  qarnında  işgəncə  ilə  edam 
etməyi  əmr  edəcəyəm.  Bunu  deyərək  Dağ  Yunus  dərhal  onlara 
böyük  hörmət  göstərməsini  əmr  etdi,  onlara  nəvaziş  göstətdi  və 
hədiyyələr  verdi.  Dostlarına  müraciət  edərək  Təmleyxa  dedi: 
“Məgər  mən  sizə  demədimmi  ki,  bizim  itaət  etdiyimiz  Allah  bizə 
bədbəxtliyə  düçar  olmağa  imkan  verməz,  O  qüdrətlidir  bizi 
düşmənlərimizin  fitnə  və şərindən qorumağa qadirdir.
Bundan  sonra  bir  qədər  zaman  keçdi.  Dağ  Yunusun 
gənclərə  münasibəti  gündən -   günə  yaxşılaşır  onlar  isə  saatbasaat 
Ulu Tanrını daha çox dərk etməyi anlayırdılar.
Bir  dəfə  Təmleyxa  dostlarına  dedi:  Bizim  çoxlu  düşmənlərimiz 
var,  onlar  daim  ayağımızın  altını  qazaraq  bizi  məhv  etmək  üçün 
münasib  fürsət  axtarırlar.  Allah  etməsin  ki,  bir  gün  onlar  qələbə 
qazanıb  bizi  əzablar  girdabına  sürükləsinlər.  Bu  vəziyyətdən 
yeganə  çıxış  yolu  qaçmaqdır,  biz  bu  yolunu  azmış  insanlardan 
uzaqlaşıb  öz  Yaradanımızı  axtarmalıyıq.  Biz  artıq  düşmənçilik 
intiriqaları  əhatəsində  yaşamaq  iqtidarında  deyilik.  Biz  özümüzə 
elə təhlükəsiz bir yer axtarıb tapmalıyıq ki,  açıq  və azad  şəkildə öz 
Allahımıza  ibadət  edə  bilək.  Bütün  həyatımız  boyu  biz  heç  bir 
başqa  yerdə  olmamışıq-  dostlar  etiraz  etdilər-  biz  təhlükəsiz 
yerlərə  aparan  heç  bir  yol  tanımırıq.  Bəs  biz  hara  gedə  bilərik? -  
Uzaq  görən  olan  -  Təmleyxa  dilləndi -  kimin  xatirinə  biz  burdan 
getmək  istəyirik,  O  bizə  yol  göstərər  və  bizi  darda  qoymaz.  “Biz 
razıyıq,  biz  inanırıq!”  -   gənclər  səsləndilər  və  dərhal  qaçmağa 
hazırlaşmağı  zəruri  şeylərin  tədarükünə  və  münasib  fürsət 
gözləməyə  başladılar.  Bir dəfə Ulu Tanrı Dağ  Yunusun ürəyinə on 
günlük  ova  çıxmaq  arzusu  saldı.  Bu  arzu  onu  tamamilə 
bürüdükdən  sonra  o,  buna  lazımı  hazırlıq  görülməsini  əmr  etdi. 
Yollanmaq  vaxtı  çatdıqdan  sonra  gənclər  Dağ  Yunusdan  xahiş 
etdilər ki,  evdə qalsınlar.  Allahın  istəyi  ilə  Dağ  Yunus  onlara evdə 
qalmağa icazə  verdi.  Getməzdən qabaq o,  öz etibarlı  əyanlarından 
birinə altı yeniyetməyə göz yetirməyi tapşırdı.
121


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə