Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə17/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

qılmaq  və  bir  neçə  xeyirli  dua  oxumaqla  Allahdan  mərhəmət 
diləmək məsləhət bilinmişdir”(18,  s.  343).
Həmçinin  elmi-fəlsəfı  mənbələrdə  qeyd  olunan  Novruz
“yeni  gün”  mənasmı  verməklə  yazın  gəlişi  deməkdir.  Bahar
bayramı  ilə  tanınan  Novruz  Azərbaycan  xalqının  qədim  ənənəvi
milli  bayramı  hesab  olunur.  Yazın  girməsi  ilə  gecə  ilə  gündüzün
bərabərləşdiyi,  Yerin  öz  oxu  ətrafında  bir  dövrə  vurması  ilə  ilin
tamam  olduğu  gündə  (miladi  təqvimi  ilə  mart  ayının  21-22-də)
N
ovtuz
 
təntənəli  qeyd  edilir.  Dünya  xalqlarının  bir  çoxu  yazın
gəlməsini  və  təbiətin  canlanmasını  bahar  fəslinin  gəlişi  ilə  bağlı
müxtəlif  adlarda,  günlərdə  qeyd  etmiş,  Novruzu  yeni  ilin
başlanması  sayaraq  özlərinin  milli  xalq  bayramına  çevirmişlər.
Əlyazma  mətnlərdə  verilən  ən  qədim  zamanlardan  başlayaraq 
• 

Iran,  İraq,  Əfqanıstan,  Pakistan,  Orta Asiya və  digər  Şərq  xalqları 
baharın  gəlməsini  “yeni  gün”,  Novruz  kimi  qeyd  edərək  bayram 
etmişlər.  Yazın  -   yeni  ilin  gəlişini  Azərbaycan  xalqı  “Novruz 
bayramı”  adı  ilə  qarşılayır  və  böyük  milli  bayram  mərasimi  kimi 
hər  il  qeyd  edir.  Azərbaycanda  olduğu  kimi  bəzi  müsəlman  Şərq 
xalqlarında  da  bu  gün,  yəni  martın  21-i  rəsmi  yeni  il  bayramı 
sayılır  və  tətil  edilir.  İnsanı  düşündürməyə  vadar  edən  təbiət 
hadisələrindən  biri  —  ən  ilkini  qışla  yazm  birinin  digərini  əvəz 
etməsidir.  Hər  bir  düşünən  beyin  öz  idrakma,  dərkinə  görə 
yaşadığı  mühitə  dürlü  anlamlar,  mənalar  və  adlar  verməyə 
çalışmışdır.  Mətnlərdə  rast  gəldiyimiz  qədim  insanın  idrakı  azdan 
çoxa artdıqca  təbiətə,  onun  hadisələrinə  mənfi,  müsbət,  pis,  yaxşı 
münasibətlər  dəyişilmiş  və  dərinləşmiş,  tamlığa  doğru  inkişaf 
etmişdir.  Əlyazmalarda  rast  gəlinən  Novruzun  mənşəyi,  onunla 
bağlı  əsatirlər,  miflər  istər  tarixi,  istərsə  elmi  nöqteyi-nəzərindən 
çox  maraqlıdır.  Qədim  insanlar  baharın  gəlişini,  təbiətin  yenidən 
canlanmasını,  havaların istiləşməsini  səbirsizliklə  gözləmiş  və onu 
sevinc  əhval  ruhiyəsi  ilə  qarşılamışlar.  Azərbaycan  xalqının  milli 
dəyərləri  kimi  qəbul  edilən  bu  bayramla  əlaqədar  “həyatın 
oyanması,  canlanması”,  “təbiətin  dirilməsi”  kimi  deyilən  ifadələr 
tez-tez işlədilir ki,  bu  da onu  mənşəcə qədim  insanın təbiətin ölüb- 
dirilməsi haqqındakı  ibtidai animistik görüşünə aparıb çıxarır.
51


Yazın  başlaması,  əkinçiliyin  meydana  gəlməsi  ilə  Novruz 
gününün  bayram  edilməsi  öz  məzmununu  başqa  formada 
dəyişmişdir.  Əkinçiliyin  yaranması  bəşər  tarixində  çox  mühüm 
dövr  adlanırdı.  Çünki  əkinçilik  işləri  yazm  əvvəlinə  düşürdü. 
Ayların  bəzilərinin  adı  təsərrüfatla  bağlı  idi  (məs.,  e.ə.  2-ci 
minilliyə  aid  mixi  yazılarında  “əkin  ayı”  adma  rast  gəlinir). 
Əkinçilərin  əkin  işlərinin  başlandığı  vaxt,  yaxud  o  ərəfə  insan 
şüurunda  yeni  ilin,  yəni  təsərrüfatın,  kənd  həyatının  başlanğıcı 
kimi  əks  olunmuşdur.  Bəzi  tədqiqatçılar  Novruz  gününün  Yaxın 
Şərqin  məhz  qədim  əkinçi  xalqları  içərisində  meydana  gəldiyini 
söyləyirlər.  Bunu  həmin gün və onun ərəfəsində  görülən tədbirlər, 
onunla  bağlı  folklor  nümunələri,  adət,  mərasim  və  oyunlar  da 
sübut  edir.  Bütün  əkinçi  xalqlara  bu  və  ya  başqa  şəkildə  məlum 
olan  bahar  bayramı  ətrafında  hər  bir  xalq  öz  etnik,  yerli,  milli 
xüsusiyyətlərinə  uyğun  özünəməxsus  mövsüm  və  mərasim 
nəğmələri yaratmışlar.
Yazm  və  onun  istisinin  gəlişinə  Azərbaycanda  “Xızır 
İlyas”, 
“Kos-kosa” 
mərasimi 
və 
“Şəngülüm. 
Şüngülüm, 
Məngülüm”  mifik  nağılı  həsr  olunmuşdur.  İstər  “Xızır  İlyas”, 
istərsə  də  “Kos-kosa”  mərasimlərinin  və  adı  çəkilən  “Şəngülüm, 
Şüngülüm,  Məngülüm”  nağılının  yaranmasına  azərbaycanlıların, 
onların  soykökündə  duran  əski  soyların,  qəbilə  birləşmələrinin 
təbiətə  təsir etmək  cəhdi  impuls  vermiş,  bu  sonralar  zənginləşmiş 
və  şaxələnmişdir.  Adətə  görə  Novruz  günündə  müxtəlif 
toxumlardan  (xüsusilə  buğda)  səməni  göyərdirlər.  Səməni  yazm 
rəmzi  kimi  yaşıllığı  təmsil  edir,  həm  də  insanın  əsas  dolanacaq 
vasitəsi  kimi  meydana  gəlmiş  əkinçiliyin rəmzidir.  Azərbaycanda 
xalq  içərisində  ”Səməni,  saxla  məni,  ildə  göyərdərəm  səni...” 
mahnısı  geniş  yayılmışdır.  Azərbaycan  kəndlisi  taxılın  cüzi  bir 
hissəsini  evində  göyərtməklə  növbəti  məhsul  ilinə  bərəkət,  bolluq 
arzulamışdır.
Novruz gününə dörd həftə qalmış  hər çərşənbə  və  nəhayət, 
bayram  günü  Yerdə  tonqal  qalayıb  yandırmaqla  göydə  Günəşi 
səsləmiş,  onu  qara  şər  qüvvələrdən  xilas  olub  parlamağa,  təbiəti 
isindirməyə  çağırmışdır.  Bütün  bu  mərasimləri  nəinki  islam
52


ф
dinindən,  hətta atəşpərəstlikdən çox-çox qədim  dövrlərdən məlum 
olan  Günəş  və  əkinçilik  etiqadı  ilə  əlaqələndilirlər.  Novruz 
gününü  ayrı-ayrı  tarixi  şəxsiyyətlərin  adı  ilə  də  bağlayırlar. 
Rəvayətə görə,  İran şahı  Kəyumərs  Günəşin  Qoç  bürcünün  birinci 
dəqiqəsinə  səhər  daxil  olduğu  günü  müəyyən  etmiş,  kahinləri 
çağırıb,  ili  bu  andan  başlamağı  buyurmuşdur  (zərdüştiliyin 
müqəddəs  kitabı  olan  “Avesta”da  Qayə  Mərdan).  Kəyumərs 
obrazı  insanlara  mədəniyyət  nemətləri  gətirən  ilk  insan  haqqında 
təsəvvürlə  əlaqədar  idi.  Bu  rəvayət  Firdovsinin  “Şahnamə”sində, 
Ömər  Xəyyamın  “Novruznamə”sində  də  əksini  tapmışdır. 
Sonralar  Novruz  günü  əsatiri  əfsanəvi  İran  şahı  Cəmşidin  adına 
bağlanmışdır.  Lakin  bu  əfsanələr  tarixi  həqiqətə  uyğun  deyil. 
Əməkçi  həyatının,  əkinçilik  məişətinin  ən  dərin  qaynaqlarından 
doğulmuş  bu  müqəddəs  Novruz  bayramını  əsrlər  boyu  din 
xadimləri  həqiqi  köklərinin  daha  da  dərinliklərinə  varmağa 
çalışmasına  səy  etmişlər.  Çünki  orta  əsr  müəllifləri  Şərq 
ölkələrində  İslam  dini  yayıldıqdan  sonra  da  Novruz  günündə  yaz 
əmək  ənənələrinin,  əkinçilik  təqvimi  etiqadlarının  möhkəm  yer 
tutduğunu  göstərirlər.  Novruz  günü  dünyəvi  keyfiyyətlərlə 
zəngindir.  Onun  cüzi  də  olsa  mürtəce  cəhəti,  istismar  xarakteri 
olmamışdır.
XI 
əsrin  görkəmli  filosof  və  mütəfəkkiri  Əbu  Reyhan 
Məhəmməd  ibn  Əhməd  əl-Biruni  əl-Xarəzminin  dövrümüzədək 
çatmış  ilk  irihəcmli  əsəri  olan  “Keçmiş  nəsillərdən  qalan  izlər” 
(“Xronologiya”)  qiymətli  əsərində  qədim  bayram  günlərini  belə 
səciyyələndirmişdir:  “Bu  bayramlar  arasında  elələri  var  ki,  səbəbi 
dünyəvi  işlərdir,  bayramlar  da  var  ki,  səbəbi  dini  işlərdir”  (19,  s. 
14). 
Biruniyə 
görə, 
dini 
bayramlar 
insanların 
ruhunu 
şadlandırmaq, 
xüsusilə 
kasıbların 
ağır 
güzəranım 
yüngülləşdirmək,  dərdlərini  azaltmaq,  Allaha  ümidlərini  artırmaq 
məqsədilə  keçirilir.  Dünyəvi  bayramlar  içərisində  isə  Biruni 
özünün də  həmişə  qeyd  etdiyi Novruz  bayramı  haqqında  müxtəlif 
rəvayətlər,  onların  yaranması  səbəblərindən  danışmış,  bu  bayram 
münasibəti  ilə  xalq  arasında  yayılmış  adət-ənənələri  təsvir  etmiş,
53


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə