Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə13/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

f
iştirak  etməsi  və  həmin  gün  Əlyazmalar  institutuna  Azərbaycan 
şifahi  və  yazılı  ədəbiyyatının  şah  əsəri  olan  “Kitabi-Dədə 
Qorqud’ü n   ən  qədim  əlyazması  olan  Drezdən  əlyazmasının  nəfis 
şəkildə  hazırlanmış  nüsxəsini  (faksimilesini)  hədiyyə  kimi  şəxsən 
təqdim etməsi olmuşdur” (92,  s.  40).
Bu  mənada  Dahi  şəxsiyyət  Heydər  Əliyev  fəlsəfi  fikrinin 
öyrənilməsi  bunu  deməyə  imkan  verir  ki,  həm  metodoloji 
baxımdan  onun  sosial-siyasi  baxışlarında  cəmiyyətimizi,  onun 
dinamikasını,  elmi  şəkildə  onun  dərkinin  prinsip  və  qaydalarmı, 
metodlarını 
fəlsəfi 
istiqamətdə 
mənimsəmək, 
qoyulan 
problemlərin millətin tarixi yaddaşını başa düşmək,  həm də  xalqın 
yeni  milli  düşüncə  fenomeninin  formalaşmasında  meydana  çıxan 
psixoloji  amillər  bir  başa  müstəsna  rol  oynayır.  Bu  baxımdan 
ümummilli  lider  Heydər  Əliyevin  xalqımızın  əxlaqi  dəyərlərinə 
sosiomədəni  amil  kimi  yanaşması  normal  psixoloji  mühitin, 
mənəvi  əmin-amanlığın  təmin  olunmasında  funksional  roluna 
diqqət  yetirməsi  onun  intellektinin  geniş  diapozona  malik 
olmasından  xəbər  verir.  Bu,  Dahi  maarifpərvər  şəxsiyyətin 
intellekti  ona  bütün  sosiomədəni  təzahürlərə  həm  vətəndaşlıq, 
həm 
də 
rasional 
tənqidi 
nəzəri-metodoloji 
mövqeyindən 
yanaşmağa  imkan verir.
Gürcüstan  Respublikasının 
sabiq  Prezidenti  Eduard 
Şevardnadze  Dahi  şəxsiyyət  Heydər  Əliyevin  fəlsəfi  ideyalarının 
fenomenini  qiymətləndirməklə 
nəinki  Azərbaycanda 
bütün 
Qafqazda  milli  düşüncədə  indi  və  gələcəkdə  nə  qədər  rol 
oynadığmı  qeyd  edərək  deyirdi:  “Qafqazın  müstəqilliyi  ilə 
azadlığın  işində  Heydər  Əliyev  fenomeninin  indinin  özündə  nə 
qədər böyük rol oynadığmı xalq hələ sonra biləcək”.
Heydər  Əliyev  fəlsəfəsi  milli  düşüncəmizin  fenomeni 
olmaqla  yanaşı,  xalqımız  onun  müdrik  kəlamlarına,  milli 
həmrəylik 
fəlsəfəsinin 
milli 
təfəkkürümüzü 
mənalandıran
mülahizələrinə  dəfələrlə  müraciət  edəcək  və  yararlanacaqdır.  Ulu
%
öndər  həyati  müdrikliyi  ilə  zəhmətkeş  bağbanı xatırladır:  o  bilirdi 
ki,  bu  gün  əkdiklərindən  gələcək  nəsillər  də  bəhrələnərək  istifadə 
edəcəklər.  Şübhə  etmirik  ki,  xalqının  qeyrətli  oğlu  ümummilli
39


lider 
Heydər 
Əliyevin 
milli 
müstəqilliyimizin 
ruhundan 
mayalanmış  həyat  fəlsəfəsi,  onun  milli  düşüncəmizin  inkişafı 
naminə tövsiyə etdiyi mütərəqqi  ideyalar bir çox  nəsillərin qəlbinə 
yol  tapacaq  və  azərbaycanlıların  əməli  fəaliyyətində  real 
təcəssümünü əks etdirəcək.
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  ilham 
Əliyevin  21  yanvar  2013-cü  il  “Azərbaycan  xalqının  ümummilli 
lideri  Heydər  Əliyevin  90  illik  yubileyf'nin  ölkə  miqyasında 
layiqincə  keçirilməsi  haqqında  verdiyi  sərəncamda  bir  daha 
vurğulamışdır: 
“Heydər 
Əliyev 
öz 
siyasi 
dühası 
ilə
Azərbaycanın 
müasir 
simasını 
müəyyənləşdirmiş 
 
xalqımızın taleyində silinməz izlər qoymuşdur”.
Müasir  Azərbaycan  Respublikasının  memarı  və  qurucusu 
Azərbaycanın 
müstəqilliyinin 
təşəkkülündə 

möhkəmlənməsində, 
beynəlxalq 
aləmdə 
nüfuzunun 
yüksəlməsində, 
ölkələr 
və 
xalqlar 
arasında 
hərtərəfli 
münasibətlərin 
yaranması 
və 
inkişafmda, 
həmçinin 
genişlənməsində  Heydər  Əliyevin  tarixi  rolu  misilsizdir.  Heydər 
Əliyevin  simasında  Azərbaycan  Respublikası  uzun  illər  ərzində 
ölkənin  bütün  həyatına  dərindən  nüfuz  etmiş  və  Azərbaycanın 
tarixində  əbədi  yer  tutmuşdur.  Onun  müqəddəs  adı  ölkəmizin 
müstəqilliyinin  bərqərar  olmasında  qazandığı  tarixi  nailiyyətlərlə 
daim  bağlı  olacaqdır.  Bu  da  bir  həqiqətdir  ki,  Heydər  Əliyev 
özünün  bütün  istedad  və  müdrikliyini,  Vətənə  məhəbbətini, 
əməksevərliyini  və  fədakarlığını  Azərbaycanın  tərəqqisi  naminə 
həsr etmişdir.
Həqiqətən  də  bu  deyilən  əsaslı  elmi  mülahizələrin  məntiqi 
nəticəsi  kimi  onu  demək  olar  ki,  Dahi  şəxsiyyətin  uzaqgörən 
fəlsəfəsi  Azərbaycanın  ən  yeni  simasını  müəyyənləşdirməklə 
bərabər,  həm də milli düşüncəmizin  fenomen gözəllik  məfkurəsini 
yaratmışdır.  Qədirbilən  Azərbaycan  xalqı  daim  borclu  qaldığı 
ümummilli  liderinə sadiq qalacaq və heç zaman unutmayacaq.
40


II FƏSİL
NAXÇIVANIN MİLLİ-MƏNƏVİ SƏRVƏTİ OLAN 
ƏLYAZMA MƏTNLƏRİNİN ARAŞDIRILMASI
AMEA  Naxçıvan  Bölməsi  Əlyazmalar  Fondunun  qısa  zaman 
kəsiyində  araşdırdığı  məqamlar,  Naxçıvanın  milli-mənəvi  sərvəti  olan 
orta  əsr  incisi  sayılan  əlyazma  mətnlərinin  tarixi  köklərindən  ətraflı 
məlumatlar  verilməklə  ulu  öndər  Heydər  Əliyevin Azərbaycan xalqının 
milli ideologiyasında yaratdığı mühüm və əvəz edilməz bir sahəni ətraflı 
tərənnüm  edir.  Həmçinin  olra  əsr  əlyazma  mətnlərdə  Araz  çayı 
sahilində  yerləşən  Naxçıvan  diyarının  tarixi  əhəmiyyəti  şəffaf şəkildə 
qiymətləndiril ir.
Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  və  onun 
milli sərvəti olan  əlyazma  mətnləri  tarixi baxımdan  çox əhəmiyyətlidir. 
Əsaslı  mənbələr  onu  deməyə  imkan  verir  ki,  həqiqətən  milli 
mədəniyyətimizin  zirvəsində  duran  Naxçıvan  əlyazma  mətnləri  bir 
mənəvi sərvət olaraq bu gün öz elmi bəhrəsini verməkdədir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi  olan qədim Naxçıvan 
tarixi  titanik  keçmişə  malik  olmaqla  həmişə  öz mənliyini  qoruyub 
saxlamışdır. 
Bunu 
təsdiq 
edən 
sənəd 
qədim 
Naxçıvan 
əlyazmalarının  mövcud  olmasıdır.  Naxçıvan  tarixinə  aid  olan 
qədim  əlyazmalar  demək  olar  ki,  doğma  Azərbaycanımızın  daş 
yaddaşından  xəbər  verir.  Qədim  əlyazmalarımızın  isə  toplanıb 
araşdırılması günün ən aktual və zəruri atılacaq addımlarından biri 
idi.  Ümummilli  Liderimiz  Heydər  Əliyevin  bu  baxmıdan  doğma 
Naxçıvanımıza  göstərdiyi  əbəssiz  sayğısı  və  dəyərli  qayğısı  buna 
əyani  sübutdur.  Çünki  ulu  öndərimizin  07  avqust  2002-ci  ildə 
imzaladığı  tarixi  sərəncama  uyğun  olaraq  yaradılmış  AMEA 
Naxçıvan  Bölməsi  və  onun  tərkib  hissəsindən  biri  Əlyazmalar 
Fondu  bunun bariz nümunəsidir.  Elmə,  təhsilə  böyük diqqət verən 
ulu  öndər  Heydər  Əliyev  deyirdi:  “Azərbaycan  Elmlər
Akademiyasının  keçdiyi  şərəfli  yol  Azərbaycan  xalqının 
tarixində  böyük  bir  səhifədir.  Çoxəsrlik  tariximizdə  böyük
41


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə