Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə10/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

dini  guya  zorakı  yolla,  qılınc  gücünə,  qorxuyla  yaxud  iqtisadi 
məcburiyyət  siyasəti  sayəsində  yayılmışdır.  İslam  dünyası 
xaricində  ancaq  ciddi  tədqiqatlar  bu  cür  yalnış  təsəvvürlərdən 
uzaq  olmuşlar.  V.M.  Vott,  A.Mets,  V.V.Bartold  bu  cür  islam 
araşdırıcı tədqiqatçılarındandır.  Akademik  V.V.Bartold  yazırdı  ki, 
islam zorakılıqla yayılmışdır.  “Ancaq  bu dinin yayıldığı  ərazilərdə 
nə  xristianlar,  nə  də  zərdüştilər  təqibə  məruz  qalmamışlar”  (41,  s. 
88).  İslamın  Azərbaycana  gəlişindən  sonra  bu  dinlə  yerli  dinlər 
arasındakı  münasibətlərin təşəkkülü  də  həmin  fikri təsdiqləyir.  Bir 
məqam  da  heyrətləndirici  və  “maraqlıdır  ki,  360/970-ci  ildə 
Azərbaycan yepiskopu da islamı qəbul etmişdi” (49,  s.  152).
Azərbaycanda  islamın  yaranması  və  inkişaf etməsi  xalqın 
mənəvi  həyatının  yüksəlişi  üçün  güclü  bir  əsas  oldu,  mədəni 
tərəqqiyə 
təkan 
verdi. 
Əvvəlki 
mədəniyyət 
qazandığı 
nailiyyətlərlə  birlikdə  yeni  islam  mədəniyyətinin  tərkib  hissəsinə 
çevrildi,  canına-qanına  hopdu.  Eyni  zamanda  bu  mədəniyyətin 
mənəvi  məzmunu  dəyişdi,  o,  yeni  əxlaqi  keyfiyyətlər  və  dəyərlər 
kəsb etdi.  “İslamın  Azərbaycanda yayılması ölkədə  uzun  müddətli 
siyasi  sabitlik  üçün  şərait  yaratdı.  Şəhər  mədəniyyəti  inkişaf etdi, 
müsəlman  şəhərləri  siyasi  və  mədəni  mərkəzlərə  çevrildi, 
sənətkarlıq  və  əkinçilik  geniş  vüsət  aldı,  zəmanəsinə  görə 
mürəkkəb  suvarma  şəbəkələri  yaradıldı,  ticarət  əlaqələri  və 
dənizçilik genişləndi” (49, s.  154).
Azərbaycanda  iqtisadi  sahələrdə  olduğu  kimi,  elm 
sahələrində  də  müəyyən  inkişaf  prosesi  getməyə  başladı. 
Coğrafiya, 
riyaziyyat, 
həndəsə,  təbabət, 
nücum 
elmləri
sahələrində  əldə  edilən  biliklərin  daha  da  dərinləşməsi  zərurətini 
ortaya  atdı,  elmlərin  yüksəlişi  ümummədəni  səviyyənin  artması 
üçün  zəmin  yaratdı.  Fəal  mədəni  həyatın  təşkiledici  mərkəzləri 
məscidlər  və  mədrəsələr  idi.  Burada  elmi-təbii,  dini  və  fəlsəfi 
tədqiqatlar aparılırdı.
İslamın  Azərbaycanda  yayılması  ilə  bağlı  demək  olar  ki, 
sözün  əxlaqi  təsirinə  də  çox  böyük  əhəmiyyət  verilmişdi. 
Söylənilməmişdən əvvəl  söz  insafla zəka  və  mənəvi  saflıq  mizan- 
tərəzisində  ölçülüb-biçilməli  idi.  İslam  dini  əxlaqına  dair  çoxlu
30


zəngin  məzmunlu  əsərlər  və  kitablar  yazılmışdı.  Elm  və  bilik 
bütün  insanları  daxilən  saflaşdıran,  nəcibləşdirən  və  mənən 
yüksəldən xüsusi dəyər kimi  qiymətləndirirdi.  Alimlərə  və  onların 
elmlərinə böyük hörmət və ehtiram bəslənilirdi.  Həmçinin islamda
• 
j
başqa  dinlərdən  fərqli  olaraq,  kilsə  təsisatı  yoxdur,  islamın 
dəyərləri  birbaşa  insanlara,  dinin  daşıyıcılarına,  mədəniyyət 
qurucularının  özlərinə  yönəlmişdir.  Azərbaycanda  islamın  milli 
mədəniyyətə  göstərdiyi  təsirdən,  bu  mədəniyyətin  təkamülünün 
təbiətindən və yönümlərindən danışarkən,  həmin dövrdə baş verən 
mədəni  tərəqqinin  əsas  xüsusiyyətlərini  qeyd  etmək  vacibdir.  Bu 
xüsusiyyətlərdən birincisi çoxmədəniyyətlilik  hadisəsi  ilə əlaqədar 
idi,  daha  doğrusu,  təşəkkül  tapmış  yeni  mədəniyyət  müxtəlif 
təsirləri,  əgər onlar əxlaqi  yetkinliyə  xələl  gətirmirdilərsə,  məqbul 
sayu'dı.  Bütünlüklə  islam  mədəniyyəti  kimi  təşəkkül  tapan  bu 
mədəniyyətdə 
ellin, 
atəşpərəstlik, 
zərdüştilik, 
Sasani 
mədəniyyətlərinin  müəyyən  təsirini  izləmək  mümkündür.  İkinci 
xüsusiyyət 
çoxdilliliklə 
bağlıdır. 
Orta 
əsrlər 
Azərbaycan 
mədəniyyəti  ərəb,  fars  və  Azərbaycan  -   türk  dillərində  inkişaf 
edirdi:  əhali  arasında  və  işgüzar  həyatda  Azərbaycan  -   türk  dili 
üstünlük  təşkil  edirdi,  ədəbi  mühitdə  fars  dili  öz  güclü  təsirini 
qoruyub  saxlayırdı,  dinin  tədrisində  və  təbliğində  ərəb  dilindən 
istifadə  olunurdu.  Elmi  əsərlər  fars  və  ərəb  dillərində  yazılırdı. 
Üçüncü  xüsusiyyət  onunla  əlaqədardır  ki,  islanım  zühurundan 
sonra  mədəniyyətlərin  bir-birindən  faydalanması  və  bir-birinə 
yaxınlaşması 
bütün 
müsəlman 
dünyasmda 
mühacirəti 
gücləndirmişdi.  Azərbaycanda xeyli ərəb və  fars məskən salmışdı. 
Gəncədən,  Bərdədən,  Beyləqandan,  Şirvandan,  Naxçıvandan, 
Dərbənddən  çıxmış  bir  çox  alim,  memar,  şair  və  ilahiyyatçılar 
Dəməşqdə,  Bağdadda,  Qahirədə,  İsgəndəriyyədə,  Mədinədə 
yaşayıb  yaratmışlar-.  Həqiqətən  bütün  bu  xüsusiyyətlər  onu 
deməyə  əsas  verir  ki,  Azərbaycan  mədəniyyəti  nəzərdən 
keçirdiyimiz  dövrdə 
ümumdünya 
əhəmiyyətli 
orta 
əsrlər 
müsəlman  mədəniyyətinin  ayrılmaz  tərkib  hissəsi  kimi  inkişaf 
etmişdir.
31


Azərbaycanda  islamın  qəbul  edilməsi  sayəsində  təşəkkül 
tapmış yeni  müsəlman mədəniyyəti elmə  misli görünməmiş maraq 
oyatmışdı. 
Müqəddəs  Qurani-Kərimin  özü  də  “bilənləri” 
“bilməyənlərdən”  üstün  tutmaqla  müsəlmanları  elmə,  biliklərə 
yiyələnməyə  həvəsləndirir  və  zövq  edirdi.  “Müsəlman  orta 
əsrlərində  təşəkkül  tapmış  elmlər  iki  qismə  -  islam  elmlərinə 
təfsir,  hədis,  fiqh,  üsul  əd-din,  fəlsəfə,  məntiq  və  eləcə  də  bunlara 
köməkçi  elmlər kimi  ərəb  dilçiliyi,  bəlağət  və  s.  daxil  idi.  Təcrübi 
elmlər  sahəsində  isə  təbabət,  həndəsə,  riyaziyyat,  kimya,  nücum 
elmləri,  coğrafiya  və  s.  daha çox  inkişaf etmişdi.  Bütün  bu  elmlər 
Azərbaycanda da təmsil olunmuşdu” (49,  s.  157).
Azərbaycanda  fəlsəfi  fikrin  yaranması  və  inkişafı  orta 
əsrlər  üçün  səciyyəvidir.  Çünki  fəlsəfənin  hikmət  adı  altında 
təşəkkül  tapması  əl-Kindi,  əl-Fərabi,  İbn  Sina,  İbn  Rüşd,  Əbu 
Bəkr  ər-Razi  ilə  yanaşı  Azərbaycan  fılosoflı  Bəhmənyar  ibn  əl- 
Mərzban  kimi  də  böyük  mütəfəkkirlərin  təlimləri  ilə  sıx 
əlaqədardır. 
Bəhmənyar 
ibn 
əl-Mərzban 
əl-Azərbaycani 
(458/1065-ci  illərdə  vəfat  etmişdir)  fəlsəfədə  əl-Kindi,  əl-Fərabi, 
İbn  Sina  kimi  müsəlman  mütəfəkkirlərinin  ənənələrini  davanı 
etdirərək  öz  əsərlərində  qədim  yunan  filosoflarını  düşündürən 
dünyagörüşü  məsələlərini  yeni  təməl  üzərində  -  islam  müddəaları 
əsasında  nəzərdən  keçirmiş  və  izah  etmişdir.  O  izah  edirdi  ki, 
Böyük Yaradan hər bir insana zəka bəxş etmişdir və məhz bu zəka 
sayəsində  insan  heyvandan  fərqlənir.  Ancaq  insanın  zəkası  başqa 
mövcud  şeylərin  insana  təsiri  nəticəsində  oyanır  və  fəaliyyətə 
başlayır.
Azərbaycanda  yaranmış  fəlsəfi  fıkr  nəinki  Azərbaycan, 
ümumiyyətlə 
ərəb-müsəlman 
fəlsəfi 
fikrində 
Şihabəddin 
Marağayi,  Şihabəddin  Yəhya  Sührəvərdi,  Əfzələddin  Xunəci, 
Siracəddin  Mahmud  ibn Əbu  Bəkr Urməvi,  Nəcməddin  ibn  Ömər 
ibn  Əli  Qəzvini,  Əhvədi  Marağayi,  Mahmud  Şəbüstəri  və  bir  çox 
başqa  filosof- mütəfəkkirlər orta əsrlərdə xüsusi yer tutmuşlar.
Azərbaycanda  islamın  yayıldığı  bir  zamanda  dilçilik 
sahəsində  də  böyük  şəxsiyyətlər  yetişmişdir.  Bu  sahədə  əsasən 
Əbu  Zəkəriyyə  ət-Təbrizi  və  Əbülfəzi  Hübeyş  bin  İbrahim  bin
32


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə