Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə12/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   8   9   10   11   12   13   14   15   ...   88

mentalitetini  saflaşdırır.  Bu  isə  bütövlükdə  düşüncə  sahibli 
fərdlərdən ibarət cəmiyyəti saflaşdırır.
Milli  düşüncə  fenomeninin  meydana  gəlməsi  dünya 
mədəniyyəti  tarixində  epoxal  əhəmiyyət  kəsb  edir.  Məhz  bu 
baxımdan  milli  düşüncə  insana  belə  bir  həqiqəti  aşkarlayır  ki, 
fərdin  varlığının  fəlsəfi  mənası,  onun  yaradıcı  şəxsiyyəti  kimi 
mövcudluğu  milli  düşüncə  varisliyi  məcrasında  mümkündür, 
çünki  yaşamaq  və  düşünmək  qabiliyyətini  insana  milli  düşüncə 
prosesi verir.  Milli  düşüncə  son  nəticədə  mənəvi  və  etik dəyərdir, 
insanın  aləmlə  bağlılığını  şərtləndirən  vacib  bir  intellektual 
vasitədir.  Deməli,  zəngin  milli  düşüncəyə  yiyələnmədən  milli 
düşüncə  varlığının  qaynaqlarını  dərk  etmək,  milli  təfəkkürün, 
milli-mənəvi  dəyərlərin,  milli-mədəniyyətin  və  milli-mentalitetin 
sosial-əxlaqi  mahiyyətini  anlamaq  qeyri  mümkündür.  Elə  bu 
baxımdan  da  ulu  öndər  Heydər  Əliyev  deyirdi:  “Həyatımızın 
mənəvi, mədəni sahəsi heç vaxt unudulmamalıdır.  Çətinliklər nə 
qədər  olsa  da,  mədəniyyətə,  mədəni  irsimizə,  mənəviyyata  daim 
xüsusi  diqqət  yetirilməli  və  bu  sahənin  geri  qalmasına  yol 
verməməliyik” (9, s.  82).
Milli  düşüncəmizin  yaratdığı  böyük  fəlsəfi  ideya  olan 
“həyatın  mənası”  odur  ki,  xalqın  milli  mənlik  şüuru  və  milli 
mədəniyyətini  qoruyub  saxlamaq  onun  azərbaycanlı  yaddaşmı  və 
dünyagörüşünü  hifz  etməkdir,  onun  bugünki  həyat  tərzini 
saflaşdırmaq  və  mənalandırmaqdır.  Elə  bu  baxımdan  ulu  öndər 
Heydər  Əliyev  deyirdi:  “Xalq  gərək  daim  öz  kökünü  xatırlasın, 
tarixini  öyrənsin,  milli  mədəniyyətindən,  elmindən  heç  vaxt 
ayrılmasın” (9,  s.  82).
Heydər  Əliyev  fəlsəfəsi  milli  düşüncəmizin  fenomeni 
olmaqla  yanaşı  həmçinin,  milli  iftixarımızın.  vətənpərvərlik 
hissinin  daha  da  yüksək,  sönməz  zirvələrə  qalxmasını  təmin  edir. 
“Azərbaycan  xalqının  dünya  mədəniyyətinə  necə  töhfələr 
verdiyini  bir  daha  dərk  etməsinə  şərait  yaradacaq  və  hər  bir 
azərbaycanlıda, 
ilk  növbədə,  gənc  nəsidə  milli  iftixar, 
vətənpərvərlik hissini daha da yüksəldəcəkdir” (9,  s.  83) deməklə 
ümummili  lider  Heydər  Əliyev  bir  daha  vurğulamışdır.  Bu
36


i
baxımdan  da  dahi  şəxsiyyətlərin,  böyük  zəka  sahiblərinin 
dühasından  bəhrələnmiş  milli  düşüncə  milli  mənlik  şüurunun 
formalaşması  kimi  Azərbaycan  vətəndaşlarında  real  gerçəkliyə 
söykənən qürur hissi keçirməyə mənəvi əsas verir.
Azərbaycan 
xalqının 
milli 
düşüncə 
tarixinin 
formalaşmasında İslam dininin,  onun etik-estetik  dəyərlərinin rolu 
misilsizdir.  Təsədüfü  deyil  ki, 
öz  xalqının  milli-mənəvi 
xəzinəsindən  güc  alan  ulu  öndər  Heydər  Əliyevin  sosial 
fəlsəfəsində 
milli 
düşüncə 
məsələsi 
dini 
etiqadların 
azərbaycanlıların  milli-mənəviyyatında  oynadığı  rol  ilə  vəhdətdə 
nəzərdən  keçirilir.  Həqiqətən  xalqımız  bu  dinin,  onun  müqəddəs 
kitabı  olan  Qurani-Kərimin  əxlaqi  dəyərlərini,  öyüd  nəsihətlərini 
öz  milli  mentalitetində,  milli  düşüncəsində  və  mənəviyyatında 
saxlamış  və  bu  günə  qədər  imkanları  çərçivəsində  hərəkət  və 
davranışlarında həyata keçirməyə  çalışmışdır.  Elə  bu  baxımdan da 
Azərbaycan  xalqının  milli  düşüncə  yaddaşmda  yaşayan  din 
insanların  kollektiv  psixologiyasının  öyrənilməsində  böyük 
əhəmiyyətli rol oynayır.
Azərbaycan 
xalqının 
milli 
düşüncə 
fenomeninin 
inkişafında  ümummilli  lider  Heydər  Əliyevin  dini  baxımdan 
əsaslandırılması tarixi  faktdır.  Məkkə  və  Mədinə  şəhərlərini sözün 
əsl  mənasmda  layiqli,  özünəməxsus  şəkildə  ziyarət  edib  öz  arzu 
və  niyyətlərinə  çatan  ulu  öndər  biz  nəsillər  üçün  böyük  bir  örnək 
yolu  qoyub  getmişdir.  İslamın  mənəviyyatını,  fəlsəfəsmi,  elmini 
və ümumbəşəri duyğularmı yüksək qiymətləndirən Heydər Əliyev 
Mədinə  şəhərindəki  sevimli  Peyğəmbərimiz  həzrəti  Məhəmməd 
əleyhis-salamm  məscidinin  şərəf  kitabma  yazdığı  mənalı  eyni 
zamanda  hikmətli  sözləri  xalqımızın  milli  düşüncəsinin  mühüm 
qayəsini  təşkil  edən  islami  dəyərlərə  dərin  hörmət  və  ehtiramın 
parlaq təcəssümünü  ifadə  edərək  deyirdi:  "Allaha şükr olsun  ki, 
uzun  illər  qəlbimdə yaşayan  arzuma,  niyyətimə  nail  oldum.  Bu 
tarixi  hadisə  qəlbimdə  böyük  həyəcan  və  rahatlıq  hissi yaratdı. 
Bir  daha  islam  mənəviyyatının  nə  qədər  ümumbəşəri,  fəlsəfi, 
elmi  əsaslara  malik  olduğunu  dərk  etdim.  Böyük  Allahın 
böyüklüyünü dərk etdim ”(9, s.  88).
37


Bu  həqiqətlər  bir  ' daha  onu  göstərir  ki,  ümummili 
liderimizin  İslamın  sevimli  peyğəmbəri  həzrəti  Məhəmməd 
əleyhis-salamın  qoyduğu  yolla  gedən  müsəlman  şəxslərin 
səmərəli  fəaliyyətinə  böyük  qiymət  verməsi  milli  düşüncəmizin 
İslam  dini  ilə  bağlı  olan  Müstəqil  Azərbaycan  Respublikasının 
mənəvi 
imicinə 
şərəf 
və 
ucalıq 
gətirməklə 
bərabər, 
azərbaycanlıların  mənəviyyatında  əxlaqi  yeniləşmənin  əsasını 
qoymaq  deməkdir.  Çünki  Azərbaycan  xalqının  yetmiş  (70)  il 
Səudiyyə  Ərəbistanında  yerləşən  Məkkənin  müqəddəs  Kəbə 
evinin  ziyarətinə  həsrət  qalması  tarixi  faktdır.  Bu  ziyarətin 
yenidən  reallaşması  ulu  öndər  Heydər  Əliyevin  Məkkə  ziyarətinə 
gedib  qayıtması  və  “...Səudiyyə  Ərəbistanına  gəlmək,  burada 
Azərbaycanı  tanıtmaq  ölkəmizin  həqiqi  vəziyyətini  təbliğ  etmək 
özü  bir  nailiyyətdir”  (9,  s.  89)  söyləməsi  bir  daha  milli 
düşüncəmizin  formalaşması,  müstəqil  ölkənin  tanınması  və  təbliğ 
olunması deməkdir.
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin 
adət-ənələrimizə, 
milli-mənəvi 
dəyərlərimizə, 
əxlaqi 
münasibətlərə  və  istərsə  də  dini  həyat  tərzinə  göstərdiyi  qayğı 
başqa  xalqların  dünyagörüşündə  xalqımızın  milli  düşüncə 
fenomeni  haqqında  xeyli  xeyirxah  psixoloji  rəy  yaradır.  Digər 
tərəfdən,  ümummilli  liderin  İslam  dünyası  ilə  xoş  məramlı 
görüşlərin  keçirilməsi  və  sıx  münasibətlərin  yaratması  xalqımızın 
milli  düşüncəsində  bir  müddət  gizli  şəkildə  həyata  keçirdiyi  şəriət 
qanunları  ilə yaşaması müqəddəs İslam dininə olan hörməti artırır, 
milli düşüncənin saflaşması üçün psixoloji imkan yaradır.
Akademik  Mahmud  Kərimov  “Heydər  Əliyev  fenomeni” 
adlı  elmi-fəlsəfi  tədqiqat  məqaləsi  əsərində  qeyd  edərək  bildirirdi 
ki.  “...Heydər  Əliyev  Azərbaycanın  milli-mənəvi  dəyərlərinə, 
maddi 
mədəniyyət  abidələrinə 
xalqın, 
millətin 
varlığının 
təcəssümü  kimi  həmişə  böyük  diqqət  və  qayğı  göstərmişdir.  Milli 
Elmlər 
Akademiyasının 
həyatında 
baş 
vermiş 
əlamətdar 
hadisələrdən  biri  2002-ci  ilin  oktyabr  ayının  24-də  Azərbaycan 
Respublikasının  Prezidenti  cənab  Heydər  Əliyevin  böyük 
Azərbaycan  dramaturqu  Hüseyn  Cavidin  ev  muzeyinin  açılışında
38


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə