Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə18/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

Novruzun  təbiətin  oyanması,  əkinçilik  təsərrüfatının  başlanması 
ilə bağlı əsl dünyəvi bayram olduğunu göstərmişdir.
XI  əsrin  digər  bir  nümayəndəsi  Nizam  əl-Mülk  özünün 
“Səyahətnamə”  əsərində  Novruz  günü  bayramının  baharın  gəlişi 
ilə  əlaqədar  keçirilən  kütləvi  xalq  bayramı  olduğunu  söyləmişdir. 
Qədim  azərbaycanlıların  bahar  bayramını  hələ  eramızdan  əvvəl 
qeyd  etdiklərini  Nizami  Gəncəvi  “İsgəndərnamə”də  təsvir 
etmişdir.
Novruz  bayramından  bəhs  edən  orta  əsr  müəllifləri  Şərq 
ölkələrində  İslam  dini  yayıldıqdan  sonra  da  bu  bayramda  yaz 
əmək  ənənələrinin,  əkinçilik  etiqadlarının  möhkəm  yer tutduğunu 
göstərirlər.  Əhməd  Kəsrəvi  yazır  ki,  “"Novruz  bayramı  günü 
buğda,  arpa,  qarğıdalı,  mərcimək,  düyü,  paxla,  küncüt  unundan 
müxtəlif  şirniyyat  növləri,  qoğallar  bişirilib  süfrəyə  düzülürdü. 
Arpanın  böyüməsini  müşahidə  etmək  yaxşı  əlamət  sayılırdı.  Su 
sıçratmaq  adəti  geniş  yayılmışdır”(19,  s.  15).  Bir  sıra  tarixçi- 
şərqşünaslar  (A.Mets,  İ.S.Braginski,  L.İ.Klimoviç  və  b.)  orta  əsr 
müəlliflərinin  məlumatlarına  əsaslanaraq  Novruzun  -   bahar 
bayramının  və  digər  xalq  bayramlarının  əmək  prosesləri  barədə 
təsəvvürlərdə  bağlı  olduğunu  qeyd  edirlər.  Xalq  kütlələri  bahar 
bayramı  olan  Novruz  gününə  təsədüf  edilən  bütün  hadisə  və 
proseslərin şamil olduğunu təbii qəbul etmişlər.
Görkəmli  tacik  yazıçısı  Sədrəddin  Ayni  öz “Xatirələr”ində 
inqilabdan  əvvəlki  Orta  Asiyada  Novruz  şənliklərini,  mahnı  və 
oyunlarını  məharətlə  təsvir  etmişdir.  O  zaman  Novruz  günündə 
camaat  kütləvi  xalq  bayramları  düzəldərək  şənlik  edir,  malını 
oxuyur,  varlıları  və  məmurları  lağa  qoyur,  kəskin  tənqid  atəşinə 
tuturdu.  Xalqın etdiyi  bu  bayram  ənənələrinin təsiri o  qədər güclü 
idi  ki,  “sadə  adamları”  bu  cür  hərəkətlərə  görə  təqib  etmir  və 
cəzalandırmırdılar.  Novruzqabağı  bir  qayda  olaraq,  ağac  əkilir, 
bağ-bağça  salınır,  abadlıq  işləri  aparılır,  ev-eşik  səliqə-səhmana 
salmır,  həyət  baca  silinib-süpürülür,  əhənglənib-ağardılır,  küsülü 
olanlar bu gündə  barışır,  yaslılar yasdan çıxır.  Novruz günündə el- 
obalarda  qara  zurna  dilə  gəlir,  “Koroğlu”  nəğməsinin  səsi  aləmə 
yayılır.  Aşıqlar  Novruzu  mədh  edirlər.  Oğlan  və  qızlar  çalıb-
54


oynayır,  yallı  gedirlər.  Cavanlar  at  çapır,  güləşir,  küştü  tutur, 
hünər,  igidlik  göstərirlər.  “Haxışta”,  “Bənövşə”,  “Kos-kosa” 
oynayırlar.  Beləklə,  Novruz  günü  ta  qədimdən  azərbaycanlılar 
arasında  da  yaz  fəslinin,  həm  də  əkinçilik  təqviminin  başlanğıcı 
hesab  edilmişdir.  Xalq  arasında  Novruz  “ilin  gözəl  fəsli”  adlanan 
bahar  bayramı,  əmək  və  şənlik  bayramı,  əkinçilik  bayramı  kimi 
yaşayır.  Əmək  dedikdə  insanların  hər  hansı  bir  sahənin  inkişaf 
etdirilməsi  onun  başlanğıcı  və  açarı  hesab  olunur.  İstər  əkinçilik, 
istər yaz-tarla işlərinin  başlanması,  istərsə  də təhsil  sahəsində bilik 
və  bacarığa  zəhmətlə  nail  olmaq  nəzərdə  tutulmuşdur.  XIX  əsrin 
görkəmli  maarifpərvər  şairi  Seyyid  Əzim  Şirvani  deyirdi:  “Təhsil 
xəzinədir,  əmək onun açarı”.
Əmək  bolluq  və  bərəkət  rəmzidir,  bu  mənada  nəinki 
müqəddəs  İslam  dini,  ondan  qabaq  əski  dinlər  də  halal  əməklə 
məşğul  olmağın  axirət  üçün  faydalı  olduğunu  söyləmişlər.  Ən 
qədim  dinlərdən  olan  “Zərdüştlük”  təlimində  də  insan  əməyi  öz 
əksini  tapmışdır.  “Zərdüştə  görə,  düzgün  və  sağlam  həyat  tərzi 
dinc  və  halal  əməklə  məşğul  olmaqdan  ibarətdir.  Onun  fikrincə, 
bu  həyatda  fövqəltəbii  qüvvələrin  mərhəmətinə  axirətdəki  səadətə 
çoxlu  qurbanlar  verməklə  nail  olmaq  mümkün  deyildir.  Səadət 
əməkdədir,  «taxıl  dəni  cücərəndə  divləri  (şər  qüvvələri)  şər 
basır;  dəni  sovuranda  divlər  zəifləyir;  dən  üyüdüləndə  divlər 
fəryad  qoparırlar,  bağırırlar...  Qoy  həmişə  dən,  un  yeməkləri 
olsun»” (20,  s.  36).
Ölkə  Prezidenti  cənab  İlham  Əliyev  19  mart  2008-ci  il 
tarixdə  Novruz  bayramı  münasibətilə  Azərbaycan  xalqına 
təbrikində  deyirdi:  “Təbiətin  əbədi  qanunları  və  kainatın
dəyişməz  nizamı  ilə  əlaqədar  olan  Novruz  bayramı  gecə  ilə 
gündüzün  bərabərləşdiyini  xəbər  verən  ilk  bahar  günü 
yurdumuza  qədəm  qoyur.  Qədim  əcdadlarımızın  bizə  misilsiz 
yadigarı  kimi  Yaz  bayramının gəlişi  Odlar diyarında yüziUərdən 
bəri  xüsusi  mərasimlərlə  qarşılanır,  təntənəli  el  şənlikləri  ilə 
miişayət  olunur.  Milli  varlığımızı  və  ulu  babalarımızın  mənəvi 
aləminin  zənginliyini ən  incə  çalarlarınadək nümayiş etdirən  bu
55


el bayramı əsrlərin sınağından  çıxmış gözəl adət-ənənələri ilə hu 
gün də çox sevilir,  uca tutulur və layiqincə qorunub yaşadılır”.
Bütün  bu  mühüm  xüsusiyyətlərin  məntiqi  nəticəsidir  ki,
2011- ci  il dekabr ayının  29-da dördüncü  çağırış Naxçıvan  Muxtar 
Respublikası 
Ali 
Məclisinin 
dördüncü 
sessiyasında 
Naxçıvanımızda 2012-ci  ili  “Milli dəyərlər  ili” elan edilmişdir.  Ali 
Məclisin  Sədri  hörmətli  Vasif Talıbov  həmin  sessiyada  demişdir: 
2012-ci  ildə  milli-mənəvi  dəyərlər  sahəsində  tədbirlərə  diqqət 
artırılacaq,  milli  dəyərlərin  bərpası,  qorunması  və  gələcək 
nəsillərə  çatdırılması  ilə  bağlı əvvəlki illərdə  başlanmış tədbirlər
2012- ci  ildə  daha  geniş  miqyasda  davam  etdiriləcəkdir.  Hər 
birimiz  bu  sahədə  fəaliyyətimizin  nəticəli  olmasına  çalışmalı
milli  dəyərlər  ilində  muxtar  respublikamızın  inkişafına  öz 
töhfəmizi verməliyik”.
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  milli 
dəyərlərimizə  verdiyi  önəm  ulu  öndərimiz  Heydər  Əliyev 
tərəfindən  əsası  qoyulmuş  siyasi  xəttin  davamıdır.  Doğma 
Naxçıvanımızda  da  xalqımızın  ən  müqəddəs  milli  dəyərinə  - 
Novruz  bayramına  böyük  önəm  verirlər.  Milli  dəyərlərin 
qorunması,  milli  şüurumuzun,  milli  dövlətçiliyimizin  qorunub 
saxlanılması və  inkişafı baxımından çox əhəmiyyətlidir.
Nəticə  etibarilə  onu  demək  olar  ki,  Naxçıvan  əlyazma 
mətnlərdə rast gəlinən  milli  dəyərlərimizi  zənginləşdirən  amillərə, 
əməyə,  həyata,  təbiətə  məhəbbəti  göstərən  Novruz  öz  ruhuna, 
mahiyyətinə  uyğun  ənənəvi,  nəcib,  mütərəqqi  xüsusiyyət  və 
keyfiyyətləri  ilə  zənginləşmiş,  fərəhli  olmuş,  yeni  məna  çalarları 
kəsb  etməklə  daha  da  miiqəddəsləşmişdir.  İnanırıq  ki,  milli 
dəyərlərimizin  qorunması  rəmzinə  çevrilmiş  bir  el  bayramı  olan 
Novruz  doğma  Naxçıvanımızın  qoruyub  saxladığı  müqəddəs 
düşüncə  məfkurəsini  daha  da  möhkəmləndirəcək.  Çünki  Novruz 
bayramı  dünya  sivilizasiyasının  başlanğıcı  hesab  edilən  müasir 
Naxçıvanda  milli  təfəkkürümüzün  və  milli-mənəvi  dəyərlərimizin 
parlaq təcəssümü sayılır.
56


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə