Haci səbuhi İbrahimov heydəR ƏLİyev


MİLLİ DƏYƏRLƏRİMİZİ ZƏNGİISTLƏŞDİRƏN



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə16/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

«
MİLLİ DƏYƏRLƏRİMİZİ ZƏNGİISTLƏŞDİRƏN 
“NOVRUZ” ƏLYAZMA VƏ MÜASİR
MƏNBƏLƏRDƏ
Xalqımızın ümummilli  lideri  Heydər  Əliyev  18  mart 2001-ci 
il  tarixdə Novruz  bayramı  münasibətilə  Azərbaycan  xalqmı  təbrik 
edərkən  deyirdi:  “Dünyanın yaranmasının  tarixən  ilk yaz günii 
ilə  bağlayan  xalqımız  əsrlər  boyunca  bahar  bayramını  əziz 
tutmuşdur.  Təbiətin  oyanmasını,  varlığın yenidən  canlanmasını 
müjdələyən  Novruz  bayramı  sadəcə  şadlıq,  sevinc,  səadət 
bayramı  olmamış,  tariximizin  ən  çətin  anlarında  insanlarımızın 
ürəyində  özünə yer  eləmiş,  həyatına  daxil  olmuş,  işıqlı  sabaha, 
xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır”.
Həqiqətən  də,  Azərbaycan  xalqının  ən  müqəddəs  milli 
bayramlarından  biri  olan  Novruzun  tarixi  kökləri  lap  qədim 
dövrlərə  söykənir.  İnsanlara  xoş  təsir  bağışlayan  Novruz 
xalqımızın  milli  dəyərlərinin  zənginləşdirilməsində  böyük  rol 
oynamışdır.  Bununla  belə  zəngin  tarixi  keçmişə  malik  olan 
Naxçıvan 
əlyazmaları 
milli 
dəyərlərimizin 
qorunub 
saxlanılmasında  olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  Əlyazmalar 
dini-əxlaqi,  maddi-mənəvi  və  milli  dəyərlərimizin  qorunub 
saxlanılması  ilə  yanaşı,  milli-mədəniyyətimizin  də  inkişafına 
güclü  təsir  göstərir.  XIX  əsrin  qiymətli  əlyazması  olan,  məşhur 
mütəfəkkir  -   filosof  Məhəmmədbaqir  ibn  Məhəmmədtəqi  hicri- 
qəməri  tarixi  1288-ci  ildə  yazdığı  “Zadəl-Məad”  (“Axirət- 
azuqəsi”)  əsərində  Novruzla  bağlı  bir  neçə  fəlsəfi  fikir  irəli 
sürmüşdür.  Əsərdə alimlər arasında Novruz gününün  hansı vaxtda 
olması  mübahisəli  olmuş  və  bəziləri  “Rum  təqvimi  ilə  Əyyar 
ayının  onuncu  və  ya  Şubat  ayının  doqquzuncu  günü  olması 
ehtimal  verilsə  də,  əsasən  ümumi  fikir  Şəmsi  (Günəş)  ilinin 
başlanması  və  Günəşin  “həməl”  (“qoç”)  bürcünə  ilk  girişini 
Novruz günü hesab etmişlər”(l 8, s. 241).
48


Əsərdə  əsasən  Müəlli  ibn  Xənəs  adlı  şəxs  imam  Sadiq 
əleyhis-salamın  səhabələrindən  biri  Novruz  gününün  bir  neçə 
fəlsəfi  əlamətlərini  ondan  soruşmuş  və  cavab  almışdır.  Birinci 
budur  ki,  “Allah  Təala  bütün  bəndələrinin  ruhlarını  yaratdı, 
onlardan  əhdi-peyman  aldı  ki,  Ona  şərik  qərar  verilməsin  və  o 
günə  “Ruzi-Ələs” deyilərək əvvəlinci  gün,  yəni  “yeni gün”  hesab 
edilsin, həmin gün də Novruz günü adlandı”(18,  s.  241).
Əlyazmanın digər  fəslində  “ilk dəfə  günün çıxdığı,  küləyin 
əsdiyi,  ağacların  sulanması  və  vəchə  gəlməsi,  güllərin  və 
çiçəklərin  yer  üzünə  yaraşıq  verməsi  ilə  səpələnməsi”(18,  s.  242) 
məhz Novruz  gününə  təsadüf edilmişdir.  Əsərdə  ilk  insan  əcdadı 
olan  Adəm  əleyhis-salamın  xəlq  olunması  da  Novruz  gününə 
təsadüf etmişdir.
Digər  bir  maraqlı  bənddə  isə  Naxçıvanla  əlaqəli  olan Nuh 
əleyhis-salamla  bağlı  məlumat  verilir.  Qeyd  edilir  ki,  “tufandan 
sonra  Nuh  əleyhis-salamın  gəmisi  böyük  bir  yüksəkliyə  dəyərək 
orada  qərar  tutmuş  və  Həqq-Təala  ikinci  yeni  həyatm 
başlanmasını  onlara  bəxş  etmişdir,  həmin  gün  Novruz  gününə 
təsadüf edilmişdir”( 18,  s.  242).
Novruz  gününə  təsadüf  edilən  digər  bir  maraqlı  xəbəri 
öncə  müqəddəs  Qurani-Kərimin  əl-Bəqərə  surəsinin  243-cü 
ayəsində Allah-Təala  bəyan edərək  buyurmuşdur:  “(Ya Rəsulum) 
Minlərlə  adamın  (taundan)  ölüm  qorxusu  ilə  öz  yurdlarını 
tərk  edib  getdiklərini  görmədinmi?  Allah  onlara:  “Ölün!”  -  
dedi və sonra  da  (yenidən)  diriltdi.  Həqiqətən, Allah  insanlara 
lütf edəndir,  lakin  insanların  bir  çoxu  şükür  etməzlər!”(16,  s. 
39).  Bu hadisə  və əhvalatla bağlı əlyazmada geniş  məlumat verən 
müəllif  qeyd  edir  ki,  “bir  kənddə  30  min  nəfərin  taun 
xəstəliyindən  vəfat  etməsi  nəticəsində  məhv  olması  və  bir  neçə 
yüz  il  üstündən  keçəndən  sonra  Həzqil  adlı  peyğəmbər  həmin 
diyardan  keçəndə  o  ölülərin  sümüklərini  görərək  təəccüb  etmiş,  o 
qarışmış  sümüklərin  qiyamət  günü  bir-birindən  seçilib  yenidən 
necə  birləşərək  dirilməsini  düşünmüşdü.  Bu  zaman  Allah 
Təaladan  onların  üzərinə  su  səpilməsi  əmri  edilmiş  və  nəticədə 
orada  olan  bütün  insanların  cəsədləri  Allahın  izni  ilə  qalxaraq
49


dirilmiş,  məhz həmin  gün də Novruz gününə təsadüf etmişdir”( 18, 
s.  242).  Bu  səbəbə  görə  də  Novruz  günündə  insanlar  tərəfindən 
bir-birlərinin  üstünə  su  səpilməsi  dirilik,  aydınlıq  əlaməti  kimi 
qəbııl edilmişdir.
Həmin  günlə  bağlı  digər  bir  maraqlı  hadisə  müsəlman 
aləminə  təsadüf edilmiş  Rəcəb  ayının  27-ci  günüdür  ki,  Həzrəti 
Məhəmməd  əleyhis-salama  Allahın  axırıncı  peyğəmbəri  olduğu 
müjdəsi  verilmişdir.  Bu  da  müsəlmanlar  arasında  sevilib  seçilən 
“Məbəs”  bayramı  elan  edilmişdir  ki,  yenə  o  da  Novruz  gününə 
təsadüf etmişdir.  Novruz  gününə  təsadüf edən  digər  bir  maraqlı 
hadisə,  Məkkədə  Kəbə  evində  qoyulan  365  bütün  sındırılıb  məhv 
edilməsi  böyük önəm daşıyır.
Əlyazmanın  digər  fəslində  mühüm  əhəmiyyət  kəsb  edilən 
tarixi  qaynaqlar  da  milli  dəyərlərimizin  zənginləşməsində  böyük 
rol  oynayır.  Bununla  belə  İslam  tarixində  “Qədir-xumm”  deyilən 
bir  məkanda  Həzrət  Peyğəmbərimizin  xütbə  oxuması  və  o.  rehlət 
edəndən  sonra  onu  əvəz  edən  yeganə  şəxsin  Həzrəti  Əli  olmasını 
bəyan  etməsidir  ki,  “o  gün  də  Novruz  gününə  təsadüf etmişdir. 
Müsəlmanlar  arasında  o  günə  “Cənabi-Əmir”  bayramı  da 
deyilir”( 18, s.  241).
Ümumbəşəri  bayram  olmağına  baxmayaraq  ən  çox 
müsəlman  fəlsəfi fikrini canlandıran və el  arasında sevilən Novruz 
günü  daha  bir  əlamətdar  hadisə  ilə  ona  görə  bağlıdır  ki,  “Ali 
Məhəmməddən  qaim  olan  (qeybə  çəkilən)  bir  şəxsin  Allahın  izni 
ilə  zühur  edərək  insanlara  yeni  sevinc,  xoş  gün,  ədalətin  yer 
üzündə zəfər çalmasını təmin etməklə yeni  əhval-ruhiyyənin  nəsib 
etməsidir.  Həmçinin  o.  Dəccal  deyilən  üsyankar  və  qeyri-insani 
bir  varlığa,  şər  qüvvəyə  qalib  gələrək  Kufə  şəhərində  onu  məhv 
etməsidir”( 18, s.  243).
Əsərin  digər  bir  fəslində  İmam  Sadiq  əleyhis-salamın 
səhabəsi  Müəlli  ibn  Xənəsə  verdiyi  bir  neçə  tövsiyələr  də  geniş 
əksini  tapmışdır.  Həmin  günün  ediləcək  yaxşı  əməllərindən 
sayılan  “yuyunaraq  pak  olmaq,  təzə  və  təmiz  paltar  geyinmək, 
gözəl  qoxulu  ətirlərlə  ətirlənmək,  oruc  tutmaq,  4-rəkət  namaz
50


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə