Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə52/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

yazır:  “Tarixi mənbələrdən Nasir  li-Dinillahın 45  illik  hakimiyyəti 
zamanı  xilafətin  möhkəmləndiyi  göstərilir.  Hinduşah  Naxçıvani 
(XIV  əsr)  Nasir  xəlifənin  geniş  məlumata  malik  olduğunu,  fiqhi 
dərindən bildiyini, habelə hədislərə dair “Ariflərin ruhu’' (“Ruh əl- 
Arifm”)  adlı  kitab  tərtib  etdiyini  yazır.  Həmin  dövrdə  xilafətin 
ictimai-siyasi 
həyatmda  türklərin 
(azərbaycanlıların) 
geniş 
fəaliyyət  göstərmələri  faktı  diqqəti  cəlb  edir:  Əbunnəcib
Sührəvərdi,  Məhəmməd Hibbətullah  oğlu  Səlmasi  və  başqalarının 
Nizamiyyə  mədrəsəsində  dərs  demələri,  Xilafət  divanına  nəzarət 
etmək  vəzifəsinin  Yunis  Müzəffər  oğlu  Urməviyə  tapşırılması  və
i.a.  Görünür,  bu,  xəlifənin  özünün  yarımtürk  olması  ilə  bağlıdır: 
onun anası Zümrüd xanım türk qızı idi” (67,  s.  63).
Orta  əsr  Naxçıvan  əlyazma  mətnlərinin  tarixi  kökləri  istər 
elmi  mətnin,  istərsə  də  onunla  bağlı  verilən  bilgilərin  hansı 
məxəzlərə  söykəndiyini  göstərmək  zəruri  bir  məsələ  hesab  etmək 
olar.  Böyük şəxsiyyətlərin qələmə  aldıqları əsərlər sırasında duran 
əlyazma 
mətnləri 
nəinki  Naxçıvan  ərazisində 
yaşamaqla 
yüksəlmiş,  həmçinin  Azərbaycanın  digər  bölgələrində  də  zəngin 
biliyə  malik  olan  insanların  əməyi  yüksək  qiymətləndirilmişdir. 
Yüksək  fitri  istedada,  hərtərəfli  elmi  biliyə  malik  olan  XI-XII  əsr 
nümayəndələrindən  biri  Həddad  ibn  Bəkran  Əbul-Fəzl  ən- 
Naxçıvani  olmuşdur  ki,  onun  haqqında  tanınmış  tarixçi  alim 
Yaqut  əl-Həmavi  xəbər  vermişdir.  “Yaqut  əl-Həmavinin  verdiyi 
məlumata  görə  həmin  dövrlərdə  Gəncədə  “Dər  əl-kutub” 
(“Kitablar  evi”)  adlı  böyük  kitabxana  olmuşdur.  Bu  kitabxananın 
xəzinədarı  isə  Həddad  ibn  Bəkran  Əbul-Fəzl  ən-Naxçıvani  imiş” 
(68, s.  121).
Böyük  dühalar  yetişdirmiş  Naxçıvan  üçün  bu  heçdə 
yeganə  kitabxana  xəzinədarı  olmamışdır.  Bu  dövrdə  Marağada 
yaradılan  ən  böyük  elm  və  mədəniyyət  mərkəzlərindən  biri  də 
Marağa  rəsədxanası  olmuşdur.  Nəsirəddin  Tusinin  rəhbərliyi 
altında  Marağa  şəhərinin  qərb  tərəfindəki  bir  təpənin  üzərində, 
1259-cu  ildə  rəsədxananın  tikintisinə  başlanmış  və  başa 
çatdırıldıqdan  sonra,  onun  nəzdində  zəngin  bir  kitabxana 
yaradılmışdır.  Həmin  kitabxana  məhsi Nəsirəddin  Tusi  tərəfindən
162



yaradılmışdır.  Bu  kitabxananın  zənginləşdirilməsi  üçün  Bağdad, 
Hələb,  Dəməşq,  Misir  və  başqa  şəhərlərə,  eləcə  də  Naxçıvana 
rəsədxana 
üçün 
kitab 
alıb 
gətirmək 
məqsədilə 
adamlar 
göndərilmişdir.
Sənətə  və  sənətkarlığa  dərin  hörmət  bəsləyən  və 
himayədarlıq  göstərən  orta  əsr  intibahının  qurucusu  Naxçıvan 
Atabəylər  Dövlətinin  nümayəndələri  öz  saraylarında  kitab 
incəsənəti 
ustalarını,- 
xəttatları,-rəssamları, 
müzəhhibləri,
cildçiləri  və  başqa  sənəd  adamlarını,-  toplayaraq,  böyük  bir 
miniatür  və  elmi-bilik  məktəbi  yaratmışdı.  Orta  əsr  Naxçıvan 
mədəniyyətinə  dair  əlyazma  mətnləri  zaman  keçdikcə  öz  zəngin 
varlığına  sahib  olacaq  və  Naxçıvan  həqiqətlərini  bir  daha  aşkara 
çıxaracaqdır.
163


I
Ş Ə R Q   A L Ə M İN D Ə   D Ə R R A K Ə   S Ə V İY Y Ə S İ  V Ə
Ə X L A Q İ  K A M İ L L İ K
Bəhmənyar dərrakə  barədə  söyləmişdir:  “Dərrakə  bədəndə 
deyil  ruhda  yerləşir.  O  bədənlə  ruh  arasında  əlaqə  yaradır.  Onun 
elə  bir  maddi  əlaməti  yoxdur,  vəzifəsi  ruh  ilə  maddi  aləmi 
birləşdirməkdir”.
Şərq  mütəfəkkirlərinin  dərrakə  barədə  bu  düşüncələri 
sonrakı  elmi  kəşflərlə  təsdiq  edilmişdir.  Söylənilən  fikirlər 
dərrakənin  vücuduna  aiddir.  Ancaq  məsələnin  mənəvi-əxlaqi 
aspektləri  də  var.  Şərq  mütəfəkkirləri  filosoflarından  fərqli  olaraq 
sufi düşüncəli  filosoflar dərrakənin  mərhələlərini  də  göstərmişlər. 
Bu halların axırıncısı “fənalıq” -  Allaha qovuşmaqdır.
Bu  mərhələlər  müxtəlif sufilərin konsepsiyasında  fərqlidir. 
Bir  sıra  filosoflar  onun  sayını  17-18-ə  çatdırır.  Ancaq  bütün  bu 
fərqli  bölgələrə  baxmayaraq  mahiyyət  etibarilə  sufilərin  irəli 
sürdüyü mülahizələr fərziyə xarakteri daşıyır.
Aristotel  insan  dərrakəsi  barədə  yazır:  “İnsanlar  təbiət 
etibarilə  həmişə  biliyə  can  atırlar.  Buna  sübut  hissi  qavrayışdır. 
Onların  xeyrinin  olub-olmamasından  asılı  olmayaraq,  insan  onu 
özünə  ehtiyac  duyur.  İnsan  ən  çox  görmə  duyğuları  ilə  məlumatı 
qəbul  edir.  İnformasiya  bəzən  fəaliyyət  üçün  yox,  adi  hal  üçün də 
qəbul olunur”.
Görmə  duyğusu  başqa  duyğulardan  fərqli  olaraq  idrakı 
daha çox təmin edir.
Göründüyü  kimi,  Aristotel  insanın  biliyə  can  atmasını, 
idrak  prosesini  təbii  bir  qanun  kimi  sayır  və  onun  bir  instint, 
vərdiş  olduğunu  iddia  edir.  Həqiqətən  də  Şərq  mütəfəkkirləri 
filosoflarının  bu  fikirləri  elmi  sübutlara  söykənir.  Təcrübələrdə də 
bu  faktı sübut etmək mümkündür.
Şərq peripatetik  mütəfəkkirləri də  Aristotel kimi idrakın bu 
funksiyasını  nəzərə  alıb  onun  incəsənət  növü  olduğunu  sübut
164


etməyə  çalışmışlar.  Aristotel  yazır:  “Belə  hesab  edirik  ki,  bilik  və 
idrak  daha  çox  incəsənətə  aiddir,  nəinki  təcrübəyə.  Ona  görə  də 
incəsənətə  nail  olanları  daha  çox  müdrik  hesab  edirik,  nəinki 
təcrübəsi  olanı.  Müdriklik  bilikdən  asılıdır,  ona  görə  ki,  birincilər 
səbəbi bilir,  ikincilər isə yox”.
Aristotelin  göstərdiyi  bu  fikirlər  sufilərin  fikirlərindən 
kəskin  surətdə  fərqlənir.  Şərq  peripatetik  mütəfəkkirlərin  idrak 
barəsindəki  fikirləri  daha çox  elmi  mülahizələrə əsaslanır.  İdrakın 
“abslrak”  və  “əyani”  olması  barədə  fikirlər  bəzən  ziddiyyətli  olsa 
da mahiyyət etibarilə əsrlərin təcrübəsinə əsaslanır.
Böyük  Azərbaycan şairi  və mütəfəkkiri  Məhəmməd  Füzuli 
mistikanı  da  idrak  yollarından  biri  hesab  edərək  yazırdı:  “Bu  yol 
nəfsi çalışma  və daxili  təmizlənmə  (yoludur).  Belə  ki,  nəfs  ruhidir 
və  mahiyyətcə  dərk  ediləndir.  Biliklər  ondan  yalnız  cismani 
örtüklər  və  bədəndəki  əngəllər  üzündən  gizli  qalır.  Əgər  bu 
örtüklər  çalışmalar  yolu  ilə  aradan  qaldırılarsa  və  müqəddəs 
varlığa  tərəf  üz  tutma  hasil  olarsa,  onda  nəfs  həmin  zənginliyi 
ilkin  mənbədən  heç  bir  vasitə  olmadan  almağa  hazır  vəziyyətə 
gələr”.
Orta  əsr  mütəfəkkirlərinə  görə  idrak  yollarından  başqa 
birisi  öyrənmək  və  peyğəmbərlərdən  nümunə  götürmək  yoludur. 
Bu  yolu  tutanlar  şəriət  əhlidir  və  öz  müddəalarını  nəql  üzərində 
qurmuşlar.  İlham  və  vəhy  bu  yola  aiddir.  “Bu,  məqsədə 
qovuşmaqla  əqli  mühakimələrə,  nəfsi  çalışmalara  və  nəqli 
(biliklərdən)  hökmlər  çıxarmağa  ehtiyacı  olmayan  ən  uca 
dərəcələrə  çatmış  peyğəmbərlərə  və  övlyalara  xasdır.  Bu  həqiqi 
yol adlanır”.
Füzuli  insanın  mahiyyətini  onun  idrakı  baxımmdan 
qiymətləndirmiş,  kamilliyini  onun  idrakı  ilə  əlaqələndirmişdir: 
“Yaxşı  olar  ki,  aqil  insan  öz  xilqəti  barəsində  düşünsün,  öz 
varlığının  mahiyyətini  araşdırsın,  özünün  başlanğıc  və  son  halını 
dərk  etsin,  uğur  fürsətini  lövtə  verməzdən  və  sual-cavab  yerinə 
yönəlməzdən  əvvəl  özünün  düzgünlük  və  fəsad  yolunu  seçib 
ayırsın,  əmin  olsun  ki,  insanlar  növə  görə  eyni,  zəruri  növ 
əlamətlərinə  görə  müştərəkdirlər  və  onlar  arasında  yalnız  idraka
165


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə