Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə67/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   63   64   65   66   67   68   69   70   ...   88

nəticəsində  Əhdi-ətiq  ilə  tanış  ola  bilmişdi.  Həqiqətən,  Quranın  o 
zamanlara  aid  hissələrində  bunun  əks  olunduğunu  görürük.  Biz 
Məhəmmədin  ulu  babası  İbrahimi  necə  ustalıqla  islam  dininə 
qatıldığını  görmüşdük1'  (55,  s.  39).  Bu  barədə  Qurani-Kərimdə  də 
müfəssəl  məlumat  var:  “Sən  de:  biz  batindən  haqqa  tapman 
İbrahim  dinindəyik.  Çünki,  o,  Allaha  şərik  qoşanlardan  deyildi. 
Belə deyin:  biz Allaha,  bizə nazil olana,  İbrahimə,  İsmailə,  İshaqa, 
Yəquba  və  onun  övladlarına  göndərilənlərə.  Musaya  və  İsaya 
verilənlərə,  Rəbbi  tərəfindən  peyğəmbərlərə  verilən  şeylərə 
inanmışıq.  Onların  heç  birini  digərindən  ayırmırıq.  Biz  ancaq 
Allaha boyun əyən müsəlmanlarıq” (57,  s.  22).
Mədinədə  olanda  peyğəmbər  tərəfindən  dəstəmaz  almaq, 
əzan  vermək,  namaz  qılmaq,  oruc  tutmaq,  xüms-zəkat  adətləri
m
təsbit  olundu,  ilk  məscid  də  Mədinədə  tikildi.  Peyğəmbərin 
Mədinədəki  fəaliyyəti  çox  faydalı  oldu:  “Qədimdən  qalma 
siğəqardaşlıq  adətinə  əsaslanan  və  Məkkədən  gəlmiş  mühacirlər 
ilə  mədinə  şəhərinin  müsəlman  olan  və  olmayan  əhalisini 
bölünməz  bir  tam  halında  birləşdirən  bu  hadisənin  əhəmiyyətini 
ayrıca qeüd etmək lazımdır” (55,  s.  39).
Məkkədəki  fəaliyyətdən  biri  də  döyüşkən  ordunun 
yaranması  idi.  Məhəmməd  sonra  bu  ordu  ilə  islam tarixində  misli 
görünməyən  qələbələr  əldə  edir.  Onun  cəmiyyətdə  mövqeyini 
bərkidir.
İslam dinində artıq qiblə  Yerusəlimdən Məkkəyə keçmişdi. 
Məkkədə  isə  bütlərə  sitayiş  olunurdu  və  Kəbə  ətrafı  bütlərlə  əhatə 
olunmuşdur.  Bu  şəhəri  din  mərkəzinə  çevirmək  lazım  idi.  Ona 
görə  də  tədbirlər  görülür  və  Məkkəni  ələ  keçirmək  üçün  onun 
karvan  yolları  nəzarət  altına  alınırdı.  Bu  olduqca  dəqiq 
düşünülmüş  hərbi-taktiki  gediş  idi.  Məkkə karvanları  ilə  ilk döyüş 
623-cü  ildə,  sonra  isə  624-cü  ildə  yanvarın  13-də  Bədr  döyüşü 
oldu.  Bu  döyüşdə  Məhəmməd  islamın  qəddar  düşməni  Əbu 
Süfyanla  üz-üzə  gəldi.  Məhəmmədin  igid  sərkərdəsi  Həmzə 
təkbətək  döyüşdə  qalib  gəlmələri  islamın  hörmətini  daha  da 
artırdı.  Bu  məğlubiyyətin əvəzini  çıxmaq  üçün  Əbu  Süfyan 625-ci 
ildə  Mədinəyə  hücum  etdi.  Şəhər  ətrafında  Uhud  döyüşündə
211


Həmzə  həlak  olur,  peyğəmbərin  özü  də  yaralanır.  Məkkəlilər 
şəhərə  girməyə  cəsarət  etmirlər.  627-ci  ilədək  sakitlik  olur  və 
həmin  ilin  mart  ayında  Məkkəlilər  yenidən  Mədinə  üzərinə 
hərəkətə  başlayırlar.  Şəhəri  islamı  qəbul  etmiş  Salman  adlı  bir 
ağıllı  fars  xilas  edir.  Onun təklifi  ilə  şəhər ətrafında 6  gündə  dərin 
xəndək  qazırlar  və  Əbu  Süfyanm  atları  bu  xəndəklərdən  keçə 
bilmir.  Buna islam tarixində  “Xəndək davası” deyirlər.  Məkkəlilər 
qayıdıb gedirlər.
628-ci  ilin müqəddəs  ayında Məhəmməd  Məkkəyə  getmək 
• •
qərarına gəlir.  Oz adamları  ilə Məkkəyə  gələn Məhəmməd  şəhərin 
yaxınlığındakı  Hüdeybiyyə  adlı  yerdə  dayanır  və  hər  iki  tərəfdən 
buraya  adamlar  gəlir  və  onlar  saziş  bağlayırlar.  Sazişə  görə  bir  il 
sonra  Qyreyşilər  üç  günlüyə  şəhərdən  çıxmalıydı  və  Məhəmməd 
öz  dindarları  ilə  şəhərə  girməli  idi.  Müqavilənin  başqa  bəndinə 
əsasən  10  il heç  bir  müharibə olmamalı  idi.  islamı  qəbul etmiş hər 
bir Məkkəli azad  surətdə  Məhəmmədin tərəfinə  və  əks tərəfə keçə 
bilərdi.  Məkkəlilər  Mədinə  ətrafından  keçərək  Suriya,  Bizans  və 
başqa yerlərə ticarətə  gedə bilərdilər.  Bu  müqavilədən sonra islam 
dininin nüflızu artdı.  Hətta  Məkkənin tanınmış adamları Xalid ibn 
Vəlid  və Əmr ibn əl-Ass və  başqaları Məhəmmədin tərəfinə keçdi. 
629-cu  ildə  Mədinə  ətrafında  yaşayan  Xuzaylar,  Bəkrlər. 
Süleymanilər,  Qətəfanlar  da  islamı  qəbul  etdilər.  Məhəmmədin 
dini  demək  olar  ki,  Ərəbistan  yarımadasının  çox  hissəsinə 
yayılmışdı. 
Bu 
fakt 
Məkkəni 
narahat 
etməyə 
bilməzdi. 
Deyilənlərə  görə,  Əbu  Süfyan peyğəmbərin  əmisi  Abbasla  onun 
yanına  gəlir.  Belə  şərtləşirlər  ki,  şəhər  maneəsiz  təslim  olsun. 
Beləliklə,  Məkkə  təslim  olur  və  Əli  ilə  Abbas  Kəbədəki  bütləri 
məhv  edirlər.  Yalnız  qara  daşa  əl  vurmurlar.  Şəhər  islam  dinini 
qəbul edir.
Məkkədən  sonra  Taif  şəhərinə  hücum  başlayır.  Məlik  ibn 
Atifın başçılığı  ilə  bu şəhər bir qədər müqavimət görtərib döyüşür. 
Ancaq  bu  müqavimət  uzun  çəkmir  və  şəhər  ələ  keçirilib 
müsəlmanlaşdırılır.
631-ci 
ildə 
Qurban 
bayramı 
ilə 
əlaqədar 
bütün 
Ərəbistandan  tökülüb  Mina  vadisinə  gəlmiş  ərəblərə  Əli  və  Əbu
212


#
Bəkr  bildirir  ki,  bundan  sonra  Ərəbistanda  çoxallahlılıq  ləğv 
olunur.  Yalnız  bir  Allah  var  və  Məhəmməd  onun  rəsuludur.  Elan 
olunur  ki,  bundan  sonra  islam  dinini  qəbul  etməyən  Qurban 
bayramında Mina vadisinə  və Kəbəyə buraxılmayacaq.
631-ci  ildə  Məhəmməd  güclü  ordu  ilə  Mute  müharibəsi
zamanı  öldürülən  müsəlmanların  intiqamını  almaq  üçün  Suriya
istiqamətində  hərbi  səfərə  çıxdı.  Lakin  Bizans  sərhəddinin
yaxınlığında  yerləşən Tabukdan  o  tərəfə  getməyib  bir  neçə  basqın
• •
edəndən sonra geri  qayıtdı.  Ümumiyyətlə,  islam tarixçiləri  islamın 
631-ci ilini “elçilik  ili” adlandırırlar.  Bu  ildə müsəlmançılığı qəbul 
etmiş 
qəbilələr 
Məhəmmədin 
yanına 
elçilər 
göndərirlər. 
Məhəmmədin qüdrəti günü-gündən artırdı.
Məhəmməd  peyğəmbər  əleyhis-salam  islam  dininin  banisi 
müsəlmançılığın  yayıcısı  kimi  23  il  (610-632  miladi)  fəaliyyət 
göstərmişdir.  Məhəmməd  əleyhis-salam  nə  qədər  ağıllı,  nə  qədər 
geniş  dünyagörüşlü  olması  onu  göstərir  ki,  həmin  dövrdə 
cəmiyyətin  bütün  həyat  sahələrini  tənzim  edəcək  layiqli  hüquq 
normaları  yarada  bilmişdi.  Müsəlman  hüquqşünas  və  kəlamçıları 
bütün  biliklərin  Quranda  olmasını  iddia  edirlər,  hətta  Məhəmməd 
əleyhis-salamm  özünün  sağlığında  da  elə  ictimai  münasibətlər 
meydana  çıxmışdır  ki,  həmin  münasibətləri  Quranda  göstərilən 
normalar,  peyğəmbərin  hədisləri,  göstəriş  və  məsləhətləri  ilə  həll 
etmək  mümkün olmuşdu.  Quranda “Biz kitabda (Quranda)  heç  bir 
şeyi  nəzərdən  qaçırmadıq  (əskiltmədik)”.  (  Ənam  sürəsi,  38-ci 
ayə)  deyilməsinə  baxmayaraq  islamın  ilk  dövrlərində  belə  onun 
bütün  həyat  hadisələrini  əhatə  etdiyinə  inanılmamış,  yeri gəldikdə 
mövcud  məsələləri  həll  edənlər  öz  rəylərinə  əsaslanmış,  bu  rəyin 
Qurana zidd  olmaması əsas götürülmüşdür.  Çox zaman adətlərdən 
də istifadə edilmişdir.
Məhəmməd  əleyhis-salam  peyğəmbərlik  dövründə  vahid 
islam dini uğrunda gedən mübarizə  və  Quran  ehkamlarının tətbiqi 
məsələlərində  qardaşlıq,  mehribanlıq  və  bərabərlik  birliyi 
yaratmışdır.
İslamın  fəthlərindən  sonra  islam  dininin  yayılması,  yeni- 
yeni  ictimai  münasibətlərin həlli zərurətinin meydana çıxması,  hər
213


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə