Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə74/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   70   71   72   73   74   75   76   77   ...   88

hərəkətlərdən  və  pis  əməllərdən  çəkindirmişdir.  “Allah”  adı 
müsəlman  aləmində  hər  zaman  böyük  və  ədalətli  əməllərin 
bayrağı  olmuş,  İslam  əxlaqının  mövcud  olduğu  yerlərdə  görülən 
hər  cür  ədalətli  və  əxlaq i  cəhətdən  müsbət  işlər,  istismarçılara 
qarşı,  zülmə qarşı,  əsarət  buxovundan azad  olmaq,  başqa ölkələrin 
millətlərini  maarifləndirməklə  humanizmə  nail  olmaq,  adam 
öldürməmək,  hər  hansı  bir  cinayət  törədə  bilən  əməllərdən 
mümkün  qədər  uzaq  olmaq,  əksinə  şərəf  və  ləyaqəti  uca  tutan 
işlərin  yerinə  yetirilməsi  və  sair  şərafətli  hərəkətlər  həmişə 
Allahın adından və Onun “köməkliyi  ilə” edilmişdir.
Allaha  inam  və  ondan  qorxu  müsəlmanların  əxlaqi 
tənəzzülünə  deyil,  əxlaqi  təkamülünə  səbəb  olmuş,  İslam  dini 
sözün  əsl  mənasında  əxlaqm  inkişafı  və  təkmilləşməsinin  böyük 
dayağı olmuşdur.
Bu  fikri  o  hal  sübut  edir  ki,  Allahın  Ona  müti  olan 
müsəlmanların  cəmiyyətdə  gördüyü  günah  iş  və  pis  əməl 
hərəkətlərini  bağışlamağa  həmişə  istəyi  vardır.  Qurani-Kərimdə 
göstərilir  ki,  əvvəllər pis əməllərlə  məşğul  olan, yersiz  hərəkətlərə 
yol  verən  adam  öz  işində  tövbə  edərsə,  onun  günahı  Allah 
tərəfindən  bağışlanılır.  Müsəlmanın  keçmişdəki  mənfi  fəaliyyəti 
nəzərə alınmır!
Həqiqətən,  İslam  dininə  görə,  əxlaq  insanların  cəmiyyətdə 
gördüyü  işin  xarakteri  ilə,  onların  hərəkətlərinin  cəmiyyət  üçün 
xeyirli  olması  ilə  yanaşı,  həmçinin  həmin  hərəkətləri  edərkən 
Allaha  itaətkarlıq  etməsi  müəyyən  olunur.  Belə  bir  ölçü  sinifli 
cəmiyyətlərdəki  əxlaqi  hərəkətlərin  inkişafına  kömək  edir, 
insanları  bir  daha  əxlaqi  cəhətdən  zərərsiz  hesab  edilən  işlər 
görməyə həvəsləndirir.
• 
• 

itaətkarlığın  islam  əxlaqınm  əsas  prinsipi  olduğunu,  islam
dininin  cəmiyyətə,  ictimai quruluşa olan münasibəti  də  sübut edir. 
İslam  dini  cəmiyyətin,  xüsusi  mülkiyyətin,  siniflərin  və  onların 
arasmda  olan  ziddiyyətlərin  Allah  tərəfindən  yaradıldığını  etiraf 
edir.  Qurani-Kərimdə  göstərilir  ki,  Allah  insanları  bir-birindən 
fərqləndirmək  üçün  özünün  var-dövlətini,  sərvətini  onların 
arasında  müxtəlif  şəkildə  bölüşdürmüşdür.  Müəyyən  şəxslərə  -
232


4
daha  doğrusu,  qullara,  yoxsullara  bir  şey  verməmiş,  varlılara  isə 
böyük yaşayış  vasitələri yaratmışdır.  Allahın iradəsindən asılı olan 
bu  hal  onun  səxavətli  olması  ilə  üzvü  sürətdə  bağlıdır. 
Cəmiyyətdə  iki  qrup  adamların-varlıların  və  yoxsulların  olması 
birincilərə  imkan  verir  ki,  ikincilərə  öz  zənginliyi  ilə  onlara 
yardım  etsin.  Cəmiyyətdə  bir  ictimai  qrupun  alçaldılması,  başqa 
bir  ictimai  qrupun  yüksəldilməsi  həmin  quruluşun  xarakteri  ilə 
deyil,  əksinə,  Allahın  lap  əzəldən  insanlara  olan  münasibətilə 
müəyyən  olunur.  “Yalnız  əxlaqı  saflaşdırma  sənəti  ən  alçağı,  ən 
yüksəkliyə 
qaldırmağa, 
bacaranları, 
istedadları 
daxilində 
“səadətə”  çatdırmağa  qadirdir.  Əlbətdə  insanların  hamısı  eyni 
qabiliyyətdə  olub,  kamilliyin  eyni  dərəcəsinə  yüksələ  bilməz, 
lakin xeyli yaxşılaşarlar” (58.  s.  114).
Qurani-Kərim  xüsusi  mülkiyyət  kimi,  dövlətin  də  ilahi 
mənşəyə  malik  olduğunu  qeyd  edir.  Hakimiyyət  və  ona  sahib 
olmaq  hüququ yalnız Allaha məxsusdur.  Qurani-Kərim öyrədil' ki, 
şahlar  şahı  hesab  edilən  Allah  istədiyi  adama  hakimiyyət  verir, 
xoşu  gəlmədiyi  adamdan  isə  onu  geri  aln.  Həqiqətən  də  sinfi 
ziddiyyətlərin  barışmamazlığı  məhsulu  kimi  təşəkkül  tapmış 
dövlətin  islam  dini  cəmiyyətdə  olan  qaydasızlığa  son  qoymaq 
vasitəsi  kimi  Allah  tərəfindən  yradıldığını  və  buna  görə  də  ona 
tabe olmağın zəruri olduğunu təbliğ və təlqin edir.
islam  dininin  təlqin  etdiyi  itaətkarlıq,  müsəlmanın  ancaq 
Allahın  itaətində  durmasını  deyil,  eyni  zamanda  mövcud  əmr 
sahiblərinin də  itaətində durmasını zəruri hesab edir.
islam  dini  əxlaqi  cəmiyyətdə  mövcud  olan  barışmaz 
ziddiyyətlərin  həllini  tapmağa,  sinfi  mübarizəni  təbii  olaraq 
bildirir.  O,  sinfi  mənsubiyyətindən  asılı  olmayaraq  bütün 
müsəlmanları  birliyə,  bərabərliyə çağırır.
islam  dini  istismarçı  cəmiyyətdə  mövcud  olan  ictimai 
ədalətsizliyi  necə  aradan  qaldırmağın  həqiqi  yolunu  göstərir  və 
göstərməlidir.  O,  müsəlmanlarda  belə  bir  həqiqi  fikir  yaradır  ki, 
bu dünyada olan əzab,  əziyyət  o  biri  dünyada daimi  xoşbəxt həyat 
əldə  etməyin  zəruri  mərhələsidir.  İslam  dini  əxlaqına görə  Allaha 
pənah  gətirmədən,  səbirli  və  itaətkar  olmadan  bu  dünyadakı
233


ədalətsizliyi  aradan  qaldırmaq  olmaz  və  buna  görə  də  yeganə 
vasitə səbirli və  itaətkar olmaqdır.
Həqiqətən  də  İslam  dini  əxlaqı  bu  dünyada  ictimai 
ədalətsizliyə  qarşı,  xoşbəxt  həyat  uğrunda  mübarizə  aparmağı 
Allahın  iradəsi  çərçivəsində  həll  etmək  kimi  qiymətləndirir. 
Qurani-Kərim  müsəlmanlara  tövsiyə  edir  ki,  hər  şeyin  öz  vaxtı 
var,  səbirli  olun,  Allah  özü  məsləhət  bildiyi  zaman  vəziyyəti 
düzəldəcək.  Başqa  dinlər  kimi  İslam  dini  də  əsl  xoşbətliyi  bu 
dünyada deyil, öləndən sonra axirət dünyası,  əbədi aləmdə görür.
İstismarçılara  Allahın  özünün  cəza  verəcəyini  bildirərək 
bəyan  edən  islam  dini  əxlaqı  sinfi  düşmənə  qarşı  mübarizə 
aparmağı  lüzumsuz  hesab  edir.  Əslində  müsəlman  öz  sinfi 
düşməninə  qarşı  mübarizədən  əl  çəksə,  onun  ədalətsiz  işinə 
yaxşılıqla  cavab  versə,  onda  sinfi  düşmən  öz  təbiətini  dəyişib 
dosta  çevrilər  və  beləliklə  də  ictimai  ədalətsizlik  aradan  qalxa 
bilər.
İslam  dini  əxlaqı  ictimai  ədalətsizliyə,  istismarçı  siniflərin 
hakimiyyətinə  qarşı  xalq  hərəkatlarını  məqbul  hal  olaraq  qəbul 
ediı* 
və 
müsbət 
adlandırır. 
“Şərqdə 
insan 
əxlaqının 
formalaşmasında  şəriət  qanunlarının  çox  böyük  rolu  da  nəzərə 
alınmalıdır”  (59,  s.  23).  Çünki  bunu  biz  Şərq  mütəfəkkirlərinin 
məşhur  əsərlərində  müşahidə  edirik.  Əbu  Yusif Yəqub  ibn  İshaq 
əl-Kindinin  “İlkin  fəlsəfə”,  “Ağıla  dair”,  “Əxlaqa  dair” 
əsərlərindən,  Əbu  Nəsir  əl-Fərabinin  “Hikmət  inciləri”,  “Səadətə 
yetişmə”,  “Fəzilətli  şəhər  əhlinin  baxışları”,  əsərlərindən, 
Siracəddin  Urməvinin  “Etik  fikirlərindən”,  Nəsirəddin  Tusinin 
“Əxlaqi-nasiri” əsəri  buna bariz nümunə ola bilər.
Şərq  dini  əxlaqında  böyük  yer  tutan  fatalizm  islamın 
məğzini  təşkil  edən  itaətkar  olmaqla  sıx  əlaqədardır.  Fatalizm  də 
öz  növbəsində,  insanlara  fəaliyyətli,  və  itaətkarlıq  aşılayır, 
təbiətdə  və  cəmiyyətdə  baş  verən  bütün  hadisələrin  Allahın 
iradəsindən  tam  asılı  olduğunu  iqrar  edir.  Qurani-Kərimin 
“Ənam”  surəsinin  59-cu ayəsində bəyan edilir ki,  “Allahın  bütün 
sirrlərdən  xəbəri  vardır.  Onun  arzusu  olmadan  heç  bir  şey
234


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə