Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə76/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   72   73   74   75   76   77   78   79   ...   88

bəsləmək  bu  və  ya  digər  şəkildə  bütün  dinlərə  məxsus  bir  haldır. 
Müqəddəs  İslam  dinini  qəbul  etmiş  adam  müsəlman  olmayandan 
müxtəlif  cəhətlərlə  fərqlənir.  Müsəlman  “ümməti”  yer  üzərində 
yaşayan ən kamil  ideya mənbəyidir.
Müqəddəs  İslam  dininin  əlahiddə  bir  din  olması 
haqqındakı  həqiqətlər  tarixdə  son  dərəcə  humanizm  prinsipi  rolu 
oynayan  “əsl tolerantlıq”  adlanan  bir  “nəzəriyyənin”  yaranmasına 
səbəb  olmuşdur.  “Əsl  tolerantlıq”  qədim  Şərqdə  dini  bərabərlik 
əsasında  insanları,  xalqları  bir-birinə  daha  da  mehriban  yaşamaq 
vəziyyətini  möhkəmləndirir,  müsəlmanla  müsəlman  olmayanlar 
arasında qardaşlıq rəmzi yaradır.
İslam  dini  müsəlmanları,  müsəlman  ölkələrini  açıq  bir 
halda  saxlamaqla,  onların  əsrlərlə  dünya  xalqları  ilə  birgə  olmuş 
bir  vəziyyətə  düşməsinə  və  buna  görə  də  iqtisadi-siyasi,  mədəni 
cəhətdən  xeyli  dərəcədə  irəli  qalxmasma  səbəb  olmuşdur.  Məhz 
insanın  insanla  bu  cür  yaxın  münasibət  saxlaması  qədim  Şərqin 
inkişafının əsas səbəblərindən biri idi.
“Əsl  tolerantlıq”  müsəlmanları  başqa  ölkələrdə  yaşayan 
xalqlarla  birgə  yaşamağı  əmr  edir,  həm  vahid  dövləti,  həm  də 
ölkənin  əhalisini  dini  bərabərlik  əsasmda  birləşdirməyə  gətirib 
çıxarır  və  subyektiv  olaraq  müqəddəs  İslam  dininin  bərabərlik  və 
humanizmi siyasətinə kömək edir.
Cəmiyyətin  inkişaf qanunlarım  öyrənmək,  dərk  etmək  və 
bunun  əsasında  da  ağıllı  yolla  ictimai  həyatı  dəyişdirmək  olar. 
Dərk  edilmiş  zəruri,  obyektiv  qanunlardan  insanlar  ictimaiyyət 
nümayəndələrinin  məqsədləri  üçün  istifadə  edirlər.  Azadlıq 
zərurətin  dərk  edilməsidir,  -  mühakiməsi  də  bu  mənada  işlənilir. 
Zərurətin dərk edilməsi və  obyektiv qanunlardan  istifadə  edilməsi 
insanların  şüurluluğu,  onlarm  iradə  azadlığı  ilə  sıx  əlaqədardır. 
Nisbi  iradə  azadlığını  qəbul  etmək,  bir  işi  bilmək  əsasında 
müəyyən  qərara  gəlmək  qabiliyyətindən  ibarətdir.  Buna  görə  də 
əxlaqm  iqtisadi  münasibətlər  zəminində  meydana  gəldiyini  və 
iradənin  nisbi  müstəqilliyinin  qəbul  edən  İslam  dini  insanlara 
məxsus  əxlaq  normalarının  olduğunu  mahiyyətcə  qəbul  edir.
238
 



İnsanların  hərəkət  və  davranışının  əxlaqlı  olub  olmaması  kamillik 
və cahillikdən əmələ gəlir.
Nəsirəddin  Tusi  ləqəbi  ilə  şöhrət  tapmış  Məhəmməd  ibn 
Həsən  Əttusi  “Əxlaqi-Nasiri”  adlanan  əsərində  əxlaqın  saflaşması 
və  fəzilətin  qaydaları  haqqında  deyir:  “Varlıqları  dərk  etməkdə 
«Hikmət»;  “qəzəb  nəfsinin”  “nitq  nəfsinə”  tabe  olması  üçün 
«Şücaət»;  “şəhvət”  qüvvəsi  “nitq  nəfsinin”  ixtiyarında  olması 
üçün  «İffət» və  bu  qüvvələrin  hamısı  birləşib  ittifaq  bağlaması  ilə 
idrakın yaxşını pisdən  ayırmaq  üçün  «Ədalət»  qüvvəsini  özlərinə 
böyük seçmələri əsas yer tutur” (58, s.  118).
Həmçinin  Nəsirəddin  Tusi  elmi  biliklərin  fəzilətini  qeyd 
etməklə  yanaşı  onların  hər  bir  cinsinə  daxil  olan  növlərin 
göstərmişdir.  “  «Hikmət»  cinsinə  daxil  olan  növlər:  zəka,  dərk 
sürəti,  zehn  aydınlığı,  öyrənmə  asanlığı  (diqqət),  ağıl  gözəlliyi, 
hafizə,  hazırcavablıq.  «Şücaət»  cinsinə  daxil  olan  növlər:  nəfsin 
ağayanaqlığı,  qoçaqlıq,  alicənablıq,  mətanət,  helm,  nəfsin sakitliyi 
(təmkin),  şəhamət,  dözümlülük,  təvaz,  həmiyyət,  diqqət.  «İffət» 
cinsinə  daxil  olan  növlər:  həya,  həlimlik,  səmimiyyət,  dinclik, 
pəhriz,  səbr,  qənaət,  vüqar,  ehtiyat,  nizam,  hürriyyət  və  səxavət. 
«Ədalət»  cinsinə  daxil  olan  növlər:  sədaqət,  ülfət,  vəfa,  şəfəqqət, 
rəhimdillik,  mükafat,  ortalığın  hüsnü,  hökmün  hüsnü,  hörmət, 
təslim, təfəkkür və  ibadət hesab olunmuşdur” (58, s.  119-123).
Nəsirəddin  Tusi  bu  növləri  çatdırmaqla  Allahın  iradə 
azdlılığının  çərçivəsində  iradə  azadlığını  qəbul  edən  İslam  dini 
ciddi  bir  tərəqqiyə  nail  olduğunu  qeyd  etmişdir.  Belə  ki,  bütün 
hərəkət  və  davranış,  əxlaqlı  hərəkətləri  yalnız  Allahdan  asılı 
olduğu  qəbul  edilir.  Əxlaqi  cəhətdən  pis  olan  bütün  hərəkətlərin 
səbəbkarı  şeytandır.  Ədalətliliyiıı  rəmzi  olan  Allah  insan 
yaradıldığı  gündən  Ona  tabe  olmayan  və  Ondan  daim  ayrılan  hər 
hansı  bir  varlıq  əxlaqsız  işlər  görməyə  zövq  ediləcəkdir.  Elə 
həmin  cəhətdən  Qurani-Kərimin  “Bəqərə”  surəsinin  255-ci 
ayəsində  buyurulur:  “Allahın  buyuruğu  olmadan  insana  heç 
bir zəfər toxuna bilməz”  (16,  s.  41).
Ədalətliliyi  həyata  keçirmək  üçün  həqiqət  məfhumu 
olduqca  əhəmiyyətlidir.  Çünki  ədaləti  yaradan  hər  hansı  bir
239


obyekt  öz  subyektini  həqiqət  prinsipinə  əsaslandırır,  həqiqət  isə 
bir  fenomen  baxımından  zaman  keçdikcə  itmir,  aradan  getmir  və 
mütləq  idraki  sərvət  olaraq  həmişə  həqiqiliyi  təşkil  edir.  Cordano 
Bruno  biliklərin  əsasını  təşkil  edən  həqiqət  anlamını  belə 
qiymətləndirirdi:  “Həqiqət  güclə əzilən  deyil,  o,  köhnəliyinə  görə 
paslanmır,  illər  keçdikcə  azalmır,  yayıldıqda  itmir,  belə  ki,  onun 
düşüncələri  dolaşmır,  zaman  itiləmir,  yeri  onu  gizlətmir,  gecənin 
zülməti onu udmur,  qaranlıqlar ona kölgə salmn” (20,  s. 213).
Böyük  Qərb  mütəfəkkiri  Arestu  (Aristotel)  Antik  dövrdə 
həqiqəti reallıqla eyniləşdirmişdi.  Onun elmi dünyagörüşünə görə, 
həqiqət  odur  ki,  dəyişmir,  həqiqət  varlığın  yüksək  formasıdır. 
“Hər  hansı  bir  əşya varlığa  nə  qədər aiddirsə,  o  qədər də  həqiqətə 
aiddir” (20, s.213).
Deməli,  ədalətin üstünlüyü  məhz həqiqət anlamında özünü 
biruzə verir və onun əsasını təşkil etməklə  iradəliliyi təlqin edir.
“Teoloji  fatalizm  tarixin  və  insan  həyatının  hadisələrinin 
Allahın  iradəsilə  qabaqcadan  müəyyən  edilməsinə  əsaslamr”(8,  s. 
439).  İslam  dini  əxlaqı  tərəfindən  fatalizmin  təbliği  insanları, 
bütöv  xalqları  iradəli  edir,  maarifləndirir.  Fatalizm  insanlarda  bir 
sıra  müsbət  xasiyyətlər  -   ədalətlilik,  iradəlilik,  qəhrəmanlıq, 
mübarizlik  və  s.  yaranmasına  səbəb  olur  və  insanları  köləlik 
etmək,  yaltaqlıq  etmək,  ikiüzlülük etmək,  qiybət  etmək,  və  s.  kimi 
mənfi  sifətlərdən  mərhum  edir.  Fatalizm  insanın  öz  qüvvəsinə 
inanımı  daha  da  gücləndirməklə  onu  bu  dünyada  xoşbəxt  yaşayış 
qurmaq uğrunda mübarizə aparmağa meyl etdirir.
240
 



Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə