Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə79/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

*
idi. 
Azana  hər  bir  insanın  hörmətlə  yanaşmasını  yenə 
C.Məmmədquluzadənin  əsərlərində  seyr  edirik:  “Bir  gün  mən 
Şiraz  şəhərinin  bazarında  nəyəsə  məşğul  idim...  Bazarda olduğum 
zaman  birdən  bir  mənzərəyə  düşdüm  və  hətta  xeyli  qorxdum  da: 
burada  əvvəl  uzaqdan  əzan  səsi  eşitdim  və  haman  bazar  əhli  hər 
bir  kəs  fərdən-fərd  dükanda  oturduğu  yerdə  qalxdı  ayağa  və 
başladı  əzan  deməyə...  burada  belə  camaat  əzana  adət  etmiş  və 
mən görürdüm ki,  məndən  savayı  bir kəs yoxdur ki,  bu  işə təəccüb 
edə;  yəni  doğrusu  təəccüb  etməyə  vaxtları  ola  bilməzdi;  səbəb  bu 
ki,  hamı  əzan  deyirdi.  ...  azanı  deyib  qurtarandan  sonra  camaat, 
söz yox başladı namaza hazırlaşmağa” (62, s.  398).
Şəriət  dini  ibadətlərin  mahiyyətini  aşkar  edərək  göstərirdi 
ki,  namaz  və  onun  müqəddəm  şərtləri  olan  dəstəmaz  və  azan 
zəhmətkeş  insanların  bu  dünyada  yaşayışını  yaxşılaşdırmağa  və 
onun zəngin  həyat tərzi keçirməyə  fürsət yaradırdı.  Həmçinin belə 
hesab  edilir  ki,  zəhmətkeş  insanlar  uzun  əsrlərdən  bəri  səmərəli 
işlə  məşğul  olmaqla,  din  və  onun  ayinlərini  yerinə  yetirməklə 
inkişaf etdirmək  olar.  Çünki  zəhmətkeşlik  şəraitində  hər  hansı  bir 
sahəni tənəzzüldən,  tərəqqiyə aparmaq olar və geniş miqyasda elm 
və  maarifi  yaymaqla  bərabər  həm  də  din  və  dini  ayinlərin 
yaşaması üçün iqtisadi zəmini genişləndirir.
Müsəlman  aləmində  ən  geniş  yayılmış  dini  ayinlərdən  biri 
də  ramazan  ayında  oruc  tutmaqdır.  İlahi  hikmət  xəzinəsi  olan 
“Qurani-Kərim”in nazil olduğu ramazan ayı  başqa aylara  nisbətən 
üstün  qərar  verilmişdir.  Hətta  ayların  “sultanı”  adı  da  verilmişdir. 
Ramazan 
ayının 
fəlsəfi 
aspektlərini 
dərindən 
yüksək 
qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti  möhtərəm 
cənab  ilham  Əliyev  27  sentyabr  2008-ci  il  tarixdə  Ramazan 
bayramı  münasibətilə  Azərbaycan  xalqını  təbrik  edərək  demişdir: 
“ilahi  hikmətlər  xəzinəsi  Qurani-Kərimin  nazil  olduğu 
Ramazan  ayı  insanların  qəlbini  və  təfəkkürünü  nurlandıran, 
onlan  əminamanlığa,  vəhdətə,  əxlaqi  saflığa  dəvət  edən 
mübarək  aylardandır.  Müsəlmanlar  bu  ayda  Allaha  və  din 
qarşısında  vicdani  borcunu  yerinə  yetirmək  fürsəti  əldə  edir, 
xeyirxah  əməllərin,  şəfqət və  mərhəmət  duyğularının  fərəhini,
247


mənəvi-ruhi 
kamilliyin 
nəfs 
üzərində  qələbə 
sevincini 
yaşayırlar”.
Müsəlman şəriətində ramazan ayının  orucu  “əs-saum"  bizə 
gəlib  çatan  şəkildə  on  vacibi  əməllərdən  (firu-din)  biri  namazdan 
soma  ikinci  vacib  olan  əməldir  ki,  hicrətin  ikinci  ilində  (624-cü 
ildə)  tədbiq  edilməyə  başlamışdır.  O  vaxta  qədər  müsəlmanlar 
özlərindən  qabaq  olan  kəslər  kimi  hər  ayın  üç  günün  oruc 
tuturdular.  Sonuncu  səmavi  kitab  olan  Qurani-Kərim  Allaha 
ibadətin  bu  şəklini  inkişaf etdirərək  orucu ay təqvimi  hicri-qəməri 
ilinin doqquzuncu ayı  olan Ramazan ayının  son on  gecəsindən biri 
“Qədr  gecəsi"ndə  göy  aləmlərindən  yer  üzünə  “vəhy"  nazil 
edilməsinin  başlamnası  ilə əlaqələndirilmiş və  müsəlmanları  “sayı 
bəlli  olan  günləri  oruc  tutmağa  çağırmışdır.  Bu  günlər  Ramazan 
ayıdır  ki,  insanlar  üçün  hidayət  və  hidayətə  açıq  aydın  dəlillər 
olan,  haqqı  batildən  ayırd  edən  Quran  onda  nazil  edilmişdir. 
Sizlərdən  kim  o  ayı  görərsə  və  şahidi  olarsa  onu  oruc tutsun  deyə 
buyrulmuşdur" (Bəqərə-185).
Belə  hesab  edilir  ki,  oruc  ikən  insan  dünya  ləzzətlərindən 
çəkinir,  adi  işlərini  davam  etdirsə  də  özünü  ancaq  Allaha  ibadətə 
həsr  edir,  Ona  ixlaskar  olur,  nəfsini  bütün  nöqsanlardan  təmiz 
saxlayır  və  bu  vaxt  artıq  onun  qəlbinə  şeytan  yol  tapa  bilmir. 
“Ramazan”  sözünün  mənası  “günahları  yandırıb  məhv  etmək, 
aradan aparmaq" anlamını  verir.
Oruc  dedikdə  insan  niyyət  etdikdən  sonra  özünü 
yeməkdən,  içməkdən,  qəliz  və  qatı  tozdan,  qusmaqdan,  imalədən, 
başı  tamamilə  suda  saxlamaqdan,  sübh  əzanına  qədər  qüsullu 
qalmaqdan,  cima,  istimna,  Allahın,  Peyğəmbərin  və  İmamların 
adından  yalan  demək  və  o  cümlədən  bir  sıra  digər  əməllərdən 
insan  özünü  qorumalıdır.  Ramazan  ayı  orucunu  Allaha  yaxınlıq 
(qürbətən  iləllah)  niyyəti  ilə  tutulur.  Niyyət  gecə  edilir,  həmçinin 
bütün  ayın  hamısı  üçün əvvəlinci  gündən  niyyət  etmək  olar.  Oruc 
vaxtı  isə gündüzdür,  sübh açılandan, gün batana qədər.  “Sübh çağı 
sizə ağ sap qara sapdan  seçilincəyə qədər yeyin,  için  sonra gecəyə 
orucu bitirin” (Bəqərə-187).
248


Məsləhət  ’  görülür  ki,  oruc  vaxtı  sürmə  və  müşk 
çəkməkdən, 
tütün 
iyləməkdən, 
rahatlanmaq 
üçün 
hama 
girməkdən,  nərgiz  və  reyhan  iyləməkdən,  öpüşməkdən  imtina 
edilsin.  Oruc vaxtı yalan danışmamaq mühüm şərtdir.
Oruc  günlərinin  tutulma  vaxtını  müəyyən  etmək  üçün 
insan  təzə  ayı  yəni  “əl-hilal” görməklə,  yaxud  Şəban ayının 30-cu 
gününün  ötməsi  ilə  və  adi  hesablama  yolu  ilə  müəyyən  etmək 
olar.
Oruc  tutmaq  insanı  bir  daha  Allaha  yaxınlaşmağa  fürsət 
verir  ki,  ac  qarnına  ilahi  bir  varlığa  əl  tutaraq  ondan  öz  hidayəti 
üçün  arzu  diləsin  və  hacətinə  çatsın.  Bu  bir  həqiqətdir  ki,  oruc 
halında insan öz Xaliqindən nə  istəsə yerinə yetər  inşaallah.  Çünki 
həzrəti İsa əleyhis-salamın dövründə ondan göydən zəhmətsiz ruzi 
gəlməyi  istəyib “maidə” (bərəkətli  süfrə)  nazil olmağı arzu etdilər. 
Allah Təala  həzrəti  İsaya  buyurdu:  Ey  Məryəm  oğlu  İsa  insanlara 
de:  otuz  gün  oruc  tutsunlar  və  sonra  mənə  dua  etsinlər  və  mən 
onların  duasım  qəbul  edərəm.  Otuz  gün  oruc  tutaraq  Allaha  dua 
etdilər  Allah  Təala  göydən  “maidə”  göndərərək  onların  duasmı 
qəbul etdi.
Oruc  tutmaq  tək  Allaha  ibadətdən  başqa  insanın  cismi  və 
mənəvi  saflığını  təmiz  saxlayan  bir  əməldir  ki,  bütün  insan 
orqanizməsi  qidasız  qalaraq  təmizlənir,  bədəndə  olan  zərərli 
mikroblar  məhv  olur,  istər  mədə,  beyin,  istərsə  də  başqa  əzalarda 
olan  hüceyrələr  aram  olaraq  rahatlanır.  Nə  qədər  ki,  insan cismən 
əziyyət çəkir,  bir o  qədər ruhən rahatlıq  tapır.
Səmavi  kitab  olan  Qurani-Kərim  oruc  tutmağın  insanlar 
üçün  asanlıq  olaraq  vacib  etmişdir.  Səfərdə  olanların,  xəstə 
olanların,  taqətsiz  qocaların,  hamilə  qadınların,  körpəsi  olan  və 
südü  az  olan  anaların,  əsir  olanların  oruc  tutması  iizürlü  sayılır. 
Oruc  tutmaqdan  üzürlü  olanlar  üzürləri  aradan  gedəndən  sonra  o 
günlərin  qəzası  onlar  üçün  gələn  ramazan  ayma  qədər  tutmaq 
vacibdir 
və 
yaxud 
kəffarə 
olaraq 
yoxsulları, 
fəqirləri 
yedirtməlidirlər.  Orucu  qəsdən  pozan  adam,  onun  qəza  və 
kəffarəsini  yəni  bir  günə  altmış  bir  gün oruc  tutmalıdır.  Və  yaxud
249


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə