Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə72/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

“Əxlaqda 
öz 
mənasına 
görə 
ümumbəşəri, 
sivil 
keyfiyyətləri  özündə  birləşdirən  bir  nüvə  vardır  ki,  bu  nüvə 
ictimai  inkişafın  hər  bir  mərhələsində  yaranan  əxlaqi  dəyərləri 
özündə  birləşdirir  və  onları  nəsillərə  əxlaqi  ideyalar,  xeyirxah 
əxlaqi  prinsiplər  kimi  ötürür.  Ümumbəşəri  əxlaqi  dəyərlər 
dedikdə,  öncə  sadə  əxlaq  və  ədalətlilik  normaları  nəzərdə 
tutulur”(20, s.  376).
Dini  ideoloji  qanunlarda  əxlaqın  sinfi  mahiyyətini  inkar 
etməklə  hakim  sinfin  əxlaqını  bütün  cəmiyyətin  əxlaqı  kimi 
göstərmişlər.  Dini  əxlaqın  özünə  məxsus  prinsipləri  olduğunu  və 
bu  prinsipləri  bütün  dövrlərə  və  siniflərə  şamil  etməyin 
mümkünlüyü bildirilmişdir.
Dinşünaslar,  o  cümlədən  islam  ilahiyyatçıları  qeyd  edirlər 
ki, Allah  müxtəlif müqəddəs kitablar -  Quran,  İncil,  Tövrat, Zəbur 
və  s.  vasitəsilə  insanların  əxlaq  normalarını  müəyyən  etməyə 
köməklik  etmiş,  Allahın  özü  isə  ən  kamil  və  daimi  bir  “Vacibul- 
vücud” olduğundan Onun yaratdığı dini əxlaq  normaları da daimi, 
dəyişməz  və  mükəmməl  əxlaq  normalarıdır.  Bu  yenilməz  əxlaq 
normaları  bütün  dövr  və  siniflərə  aid  olduğundan  ən  qiymətli 
əxlaq  normaları  hesab  edilir.  Allah  və  dinə  etiqad,  iman  olmadan 
heç  zaman  əxlaq  yarana  bilməz  və  gələcəkdə  də  onun 
mümkünlüyü  qeyri  reallıqdır.  Dinşünasların  əsaslı  qeydinə  görə 
insanların  bütün hərəkət  və davranış  qaydaları  yalnız dinin ehkam 
və  prinsiplərinə  müvafiq  olaraq  tənzim  edilir.  Din  olmadan  hər 
hansı  bir əxlaq  normaları mövcud ola  bilməz və  buna  görə də dini 
inkar  etmək,  əxlaq  normalarını  inkar  etmək  deməkdir.  Çünki  din 
insanlara  mənəvi  saflıq  uğrunda  əxlaqi  gözəlliyi, 
insani 
keyfiyyətləri,  mədəni  ünsiyyəti və təlim-tərbiyənin necə  olduğunu 
çatdırır.  Necə  ki,  müqəddəs  Qurani-Kərimin  “Əhzab”  surəsinin 
21-ci  ayəsində  buyurulur:  “Həqiqətən,  Allahın  Rəsulu  Allaha, 
qiyamət  gününə  ümid  bəsləyənlər  (Allahdan,  qiyamət 
günündən  qorxanlar)  və  Allahı  çox  zikr  edənlər  üçün  gözəl 
örnəkdir”  (16,  s. 419).
Əxlaqı  din  olmadan  təsəvvür  edə  bilməyin  bir  qədər  çətin 
olduğunu  və  ya  etmək  istəməyən  adamlar  üçün  dinşünaslar  belə
226


bir  tarixi  faktı yada  salırlar  ki,  insanların  əxlaqı  münasibətləri  hər 
hansı  bir  dini  təsəvvürlərdən  irəli  gəlmişdir.  Hər  hansı  bir  dinin 
meydana  gəlməsi  ilə  əxlaq  normaları  mövcud  olmuş  və 
formalaşmışdır.  Elm,  həyat,  təcrübə,  dünyaya  baxış  çoxdan  sübut 
etmişdir  ki,  əxlaqi  normaları  yaradan  hər  hansı  bir  dinə 
əsaslanmışdır. 
Çünki 
İslamın 
sevimli 
peyğəmbəri 
belə 
buyurmuşdur:  “insanları  cənnətə  daxil  edən  şeylərin  ən 
mühümü  Allah  qarşısında  təqvalı  olub  gözəl  əxlaqa  malik 
olmaqdır”  (60, s.  27).
Din  ilk  insan  mövcudluğunun  yaranması  zəminində 
meydana  gəlmişdir.  Elmlərin  müasir  inkişaf  səviyyəsi  bir  daha 
sübut  etmişdir  ki,  insan  cəmiyyətinin  tarixi  məlum  deyil  və 
həmçinin  dini  təsəvvürlər  də  həmin  tarixin  nə  zaman  yaranması, 
ilk  bəşər  övladı Adəm əleyhis-salamla  Həvva  əleyhas-salamm  yer 
üzündə hansı tarixdən yaşamaları bəlli deyildir.
Bu  da  bir  həqiqətdir  ki,  müasir  dini  baxış  və  anlayışlardan 
xeyli  fərqli  və  həm  də  çox  bəsit  olan  ilk  dini  təsəvvürlər  elmi 
inkişafın  son  dərəcə  aşağı  səviyyəsində  ibtidai  insanların  təbiətə 
qarşı  apardığı  mübarizədə  onun  mətnliyinin  nəticəsi  kimi 
meydana çıxdığı bildirilir.
Əsas  məzmununu  yer  üzərindəki  qüvvələrin  səma 
qüvvələri  şəklini  almasından  ibarət  olan  dini  təsəvvürlərin 
obyektini  ilk  dövrdə  yenilməz  Allah  qüvvələri  təşkil  etmişdir.  İlk 
dini  təsəvvürlərə  görə  insan  müəyyən  bütlərə  sitayiş  etməklə, 
dualar  və  müəyyən  qurbanlar  kəsmək  yolu  ilə  onları  rəhmə  gətirə 
bilər,  cəmiyyət  üçün  zərərli  olan  təbiət  hadisələrinin  qarşısını 
almaqda,  öz  yaşayış  şəraitini  yüngülləşdirmək  və  yaxşılaşdırmaq 
üçün  onların  köməyinə  arxalanıb  himayəsinə  sığma  bilər  kimi 
ideya mövcud  idi.
Cəmiyyətin  inkişafı  dini  baxışlarda  müəyyən  dəyişikliklər 
əmələ gətirsə də,  dini görüşlərin obyekti olan Allaha  inam qüvvəsi 
səbəbinə xeyli genişləndi.
Müqəddəs  İslam  dini  bütün  dinlərin  içərisində  tarix 
etibarilə  nisbətən  yaxın  zamanda,  yəni  VII  əsrdə  Ərəbistanda 
ictimai-sinfi  ziddiyyətlərin  son  dərəcə  kəskinləşməsi  şəraitində,
227


cahiliyyət  dövrünün  qeyri-insani  hərəkətlərinin  baş  verib  tüğyan 
etdiyi  bir zamanda əmələ  gəlmiş  və  nəticədə  ən kamil,  mükəmməl 
din  kimi  hakim  olmuşdur.  Dünya  dinlərinin  bərabərliyi  birliyə 
xidməti,  eyni  səviyyədə  kütlələri  azad  vəziyyətdə  saxlamaqda  bir 
mühüm  vasitə  olmuşdur.  Bunun  nəticəsində  də  bütün  dinlərin 
nümayəndələri 
ilə 
yanaşı 
cəmiyyətin 
ictimai 
şüurunun 
formalaşmasında  əsas  əhəmiyyətli  olan  -   fəlsəfəni,  elmi,  əxlaqı, 
hüququ  və  s.  cəmiyyət  və  insan  münasibətlərinə  aid  bütün 
məsələlərdə  humanist  vəziyyətin  yaranmasına  imkan  yaratmışdır. 
“Şüurun bu daxili  strukturu  ilə  yanaşı onun çox müxtəlif halları da 
mövcuddur.  Onlar  özünü  şübhə,  əqidə,  inam,  qorxu,  günah, 
sevinc,  həyacan,  arzu  və  digər  hallarda  biruzə  verirlər’  (20,  s. 
176).
Eyni zamanda əxlaqi şüurun formalaşması cəmiyyətin əsas 
prinsip  və  göstəriciləri  kimi  özünü  biruzə  verir.  “Əxlaqi  şüurun 
bütün  bu  formaları  məntiqi  cəhətdən  nizamlanmış  və  əxlaqi 
hərəkətləri  nəinki  qabaqcadan  müəyyənləşdirməyə,  eyni  zamanda 
müəyyən  qaydada  əsaslandırmağa  və  qiymətləndirməyə  imkan 
verən sistemdə birləşdirilmişdir”(8,  s.  152).
Bununla  belə  insanın  bütün  mənəvi  dəyərlərlə  ona 
azadlığın  verilməsi  prinsipi  ilə  qurulan  müqəddəs  İslam  dini 
müsəlmanın  hərəkət  və  davranışını  geniş  çərçivəsinə  salan 
müəyyən  əxlaq  normaları  hazırlanmışdır.  Bu  əxlaq  normaları 
içərisində  İslam  dininin  məğzini  təşkil  edən  itaətkarlıq  ilk  plana 
çəkilir və  əsas  yer tutur.  Qurani-Kərim təlqin edir  ki,  müsəlmanın 
əsas  xüsusiyyəti  itaətkar  olmaqdır.  İslam  məfhumunun  özü 
itaətkar  deməkdir.  İslam  dinini  qəbul  edən  adama  isə  müsəlman 
deyilir ki,  bu da özünü  Allahın  itaətinə  vermək  deməkdir.  Qurani- 
Kərim 
müsəlman  əxlaqının  meyarını 
itaətkarlıqda  görür, 
itaətkarlığı  isə  müsəlman əxlaqının  ən  yüksək  prinsipi  kimi  təlqin 
edir.
Müqəddəs  İslam  dininin  müsəlman  itaətkarlığına  olan 
baxışı,  onun  insanın  yaradılması  haqqındakı  elmi  təsəvvürü  ilə 
insanın  mahiyyəti  və  ictimai  həyatda  oynayacağı  rola  düzgün 
münasibəti  ilə  xeyli  dərəcədə  bağlıdır.  İnsanın  əmələ  gəlməsi
228


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə