Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə71/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   67   68   69   70   71   72   73   74   ...   88

müddəaları  təmin  etmirdi.  Ərəblərin  yaşadığı  ərazilər elə  bir təbii- 
iqlim  şəraitinə  malikdir  ki,  insanların  mənəviyyatını  formalaşdırıb 
onları  möhkəm  vərdişlərə  çevirə  biləcək  ciddi  dini  mərasimlər, 
vərdişlər  olmalı  idi.  Bu  mənada  islam  həm  də  Məhəmməd 
peyğəmbər  tərəfindən  ərəblərin  tələbatını  ödəyə  biləcək  bir  dini 
ideya  idi.  islamın  ideyaları  və  mərasimləri  ərəblərə  ictimai-siyasi 
fəalıq  gətirdi.  Nəticədə,  bildiyimiz  kimi  ərəb  xilafəti  uzun  illər 
Yaxın  Şərqdə hökmran oldular.
Bu  din  təkcə  ərəblərə  deyil,  bütün  Yaxın  Şərq  xalqlarına 
ictimai-siyasi  fəallıq  gətirdi.  Nəticədə,  müsəlman  Şərqi  uzun 
əsrlər  boyu  dünyada  qabaqcıl  xalqları  təmsil  etdilər  və 
bəşəriyyətin  mənəvi  təkamülündə  xüsusi  rol  oynadılar.  Bu  gün də 
islam  dininin  mənəvi  dəyərləri  bəşər  əxlaqının  formalaşmasında 
xüsusi rol oynayır.
Qeyd  etdiyimiz  kimi,  İslam  dünyanın  geniş  coğrafi 
ərazilərində  yayılmış  və  hər  bir  bölgə  bu  dinin  mənəvi  dəyərləri 
ilə  bəhrələnməyə  çalışmışdır.  Bu  məsələdə  bəzən  regionçuluq  da 
özünü  büruzə  vermişdir.  Buna  görə  də  islamda  məzhəblərin 
meydana  gəlməsi  təbii  idi.  Çünki  dünyada  hər  şey  inkişaf prosesi 
keçməlidir.  Zamanın  tələblərinə  cavab  verməlidir.  Əgər  zamanın 
tələblərinə  cavab vermirsə  həmin  dini  ideyalar da  tarixin  iti  sürətli 
inkişafında  öz  əhəmiyyətini  itirir  və  yaddan  çıxır.  Onun  yerini 
zamanın  tələblərinə cavab verə bilən yeni dinlər tutur.
223


İCTİMAİ HƏYATDA OLAN ƏXLAQİ
MÜNASİBƏTLƏR
Bu yarımbaşlıqda,  əxlaqi  münasibətlər  cəmiyyətin  hər  bir  üzvü 
qarşısında  müəyyən  vəzifələr  qoyur  və  onun  yerinə  yetirilməsini  tələb 
edir.  Əxlaq  hər  hansı  müsbət  tələblərin  yerinə  yetirilməsinə  xidmət 
göstərir.  Deməli,  əxlaq  öz-özlüyündə  vəzifəni  müəyyən  edir,  bu  ictimai 
həyat  şəraitinin  bağlılığına  şərait  yaradır,  bu  şəraitdən  irəli  gələn 
vəzifəyə əməl olunmasına kömək edir.
Həmçinin şəffaf prinsiplər üzərində qurulan İslam dini insanları 
fəaliyyəti i  olmağa  vadar  edir,  onlarda  öz  qüvvəsindən  başqa  İlahi 
qüvvənin  də  olmasım yaradır,  onu fəallığa  həvəsləndirir.  İslam  dininin 
iradə  azadlığını  qəbul  etməsi,  iradənin  Allah  tərəfindən  insana 
verilməsi,  əslində  insanlara  məxsus  əxlaqın  olduğunu  qəbul  etmək 
deməkdir.  Bu  da  ictimai  həyatda  və  dində  olan  müəyyən  real 
münasibətlərin yaranmasına gətirib çıxarır.
Müqəddəs  səmavi  kitabların  sonuncusu  olan  Qurani-
___
Kərimin  “Nəhl”  surəsinin  90-cı  ayəsində  buyrulur:  “Həqiqətən, 
Allah  (Quranda  insanlara)  ədalətli  olmağı,  yaxşılıq  etməyi, 
qohumlara  (haqqını)  verməyi  (kasıb  qohuməqrəbaya  şəriətin 
vacib  bildiyi  tərzdə  əl  tutmağı)  buyurar,  zina  etməyi,  pis  işlər 
görməyi və zülm  etməyi isə qadağan  edir.  (Allah) sizə düşünüb
ibrət olasınız deyə, belə öyüdnəsihət verir!”(16, s.  276).
• •
Ümumiyyətlə  yaxşılıq  üç  cəhətdən  -   etiqad,  əməl  və 
əxlaqdan  ibarətdir.  İnsan qeyri-varlıq  aləminin  ən  şüurlu  fəaliyyət 
mənbəyinin  yeganə  yaradıcısıdır  ki,  onda  əxlaq  normaları 
tənzimlənir  və  ictimai  həyatda  müəyyən  real  münasibətlərin 
yaranmasına  təsir  göstərir.  Əxlaq  ictimaiyyətdə  insanların  bir- 
birinə,  cəmiyyətə,  dinə,  vətənə,  dövlətə,  başqa  ölkələrə  və  onların 
xalqlarına,  başqa-başqa  etnik  millətlərə,  o  cümlədən  cinsə  görə 
olan  münasibətləri  əhatə  etməklə  gerçəkləşə  bilir.  Əxlaq,  insanlar 
arasındakı  münasibətləri  xeyir,  şər,  yaxşılıq,  pislik,  xoşbəxtlik, 
bədbəxtlik,  ədalət,  ədalətsizlik,  dostluq,  düşmənçilik,  dünya 
istəkləri,  axirət  istəkləri,  arzu  edilən,  arzu  edilməyən  və  sair  bu 
224


kimi  bir  sıra  kateqoriyalardan  istifadə  etməldə  tənzimləyir, 
qaydaya salır.
Əxlaq  -  ən  qədim  ictimai  şüur  formasıdır.  Cəmiyyət 
yaşadıqca  o  da  mövcud  olacaqdır.  Məhzi  elə  buna  görə  də  bu 
cəhət  əxlaqı  başqa  ictimai  şüur  formalarından  geniş  mənada 
fərqləndirir.
Əxlaq  cəmiyyətin  hər  bir  üzvü  qarşısında  müəyyən
vəzifələr qoyur və  onun yerinə  yetirilməsini  tələb  edərək  çalışır.  . 
“Şübhəsiz  ki,  sən  böyük  bir  əxlaq  üzərindəsən!”  (16,  s.  563) 
deyilən  müqəddəs  kəlam  ‘'Qələm”  surəsinin  4-cü  ayəsi  bütün 
bəşər  cəmiyyəti  üçün  bir  örnəkdir. 
Deməli,  əxlaq  hər  hansı 
müsbət  tələblərin  yerinə  yetirilməsinə  xidmət  göstərir.  Əxlaq  öz- 
özlüyündə  vəzifəni  müəyyən  edir,  bu  ictimai  həyat  şəraitinin 
bağlılığına  şərait  yaradır,  bu  şəraitdən  irəli  gələn  vəzifəyə  əməl 
olunmasına kömək edir.
Cəmiyyət  həyatının  mühüm  şəraiti,  onun  iqtisadi  quruluşu 
necədirsə,  zəruri  vəziyyətlərin  yaranması  hansı  formadadırsa, 
onun  əxlaqı  da,  əsasən  elə  olur.  Yuxarı  təbəqənin  tərkib  hissəsi 
olmaq  etibarı  ilə  bazis  tərəfindən  müəyyən  edilən  əxlaqın 
dəyişməsi  və  inkişafı  istehsal  münasibətlərinin  dəyişməsindən  və 
inkişafından  asılıdır.  Cəmiyyətdə  ictimai  şəraitin  dəyişməsi 
nəticəsində  təkcə  əxlaq  və  onun  normaları  deyil,  həmin  normaları 
ifadə  edən  əxlaq  kateqoriyalarının  məzmunu  da  dəyişir.  Əxlaq 
normalarının  cəmiyyətdə  ictimai  həyat  şəraitindən  asılı  olaraq 
dəyişməsinə dair daha da çox misallar göstərmək mümkündür.
Əxlaq  və  onun kateqoriyalarının  məzmunu  ictimai-iqtisadi 
formasiyaların  bir-birini  əvəz  etməsi  ilə  əlaqədar  olaraq  dəyişir. 
Əxlaq  sinfi  xarekter  daşıyır.  Buna  görə  də  əxlaq,  onun 
kateqoriyaları  antaqonist  sinifli  cəmiyyətlərdə  müxtəlif  siniflərin 
nəzərində  müxtəlif mahiyyət  kəsb  edir.  Antaqonist  cəmiyyətlərdə 
müxtəlif  siniflərə  məxsus  əxlaq  normalarının  mövcud  olmaması 
cəmiyyətin  iqtisadi  quruluşundakı  ziddiyyətdən  irəli gəlir.  Bundan 
əlavə,  sinifli  cəmiyyətdə  eyni  sinifə  məxsus  olan,  lakin  müxtəlif 
peşələrdə çalışan adamlarm əxlaqında da müxtəlifliyə rast gəlinir.
225


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə