*
idi.
Azana hər bir insanın hörmətlə yanaşmasını yenə
C.Məmmədquluzadənin əsərlərində seyr edirik: “Bir gün mən
Şiraz şəhərinin bazarında nəyəsə məşğul idim... Bazarda olduğum
zaman birdən bir mənzərəyə düşdüm və hətta xeyli qorxdum da:
burada əvvəl uzaqdan əzan səsi eşitdim və haman bazar əhli hər
bir kəs fərdən-fərd dükanda oturduğu yerdə qalxdı ayağa və
başladı əzan deməyə... burada belə camaat əzana adət etmiş və
mən görürdüm ki, məndən savayı bir kəs yoxdur ki, bu işə təəccüb
edə; yəni doğrusu təəccüb etməyə vaxtları ola bilməzdi; səbəb bu
ki, hamı əzan deyirdi. ... azanı deyib qurtarandan sonra camaat,
söz yox başladı namaza hazırlaşmağa” (62, s. 398).
Şəriət dini ibadətlərin mahiyyətini aşkar edərək göstərirdi
ki, namaz və onun müqəddəm şərtləri olan dəstəmaz və azan
zəhmətkeş insanların bu dünyada yaşayışını yaxşılaşdırmağa və
onun zəngin həyat tərzi keçirməyə fürsət yaradırdı. Həmçinin belə
hesab edilir ki, zəhmətkeş insanlar uzun əsrlərdən bəri səmərəli
işlə məşğul olmaqla, din və onun ayinlərini yerinə yetirməklə
inkişaf etdirmək olar. Çünki zəhmətkeşlik şəraitində hər hansı bir
sahəni tənəzzüldən, tərəqqiyə aparmaq olar və geniş miqyasda elm
və maarifi yaymaqla bərabər həm də din və dini ayinlərin
yaşaması üçün iqtisadi zəmini genişləndirir.
Müsəlman aləmində ən geniş yayılmış dini ayinlərdən biri
də ramazan ayında oruc tutmaqdır. İlahi hikmət xəzinəsi olan
“Qurani-Kərim”in nazil olduğu ramazan ayı başqa aylara nisbətən
üstün qərar verilmişdir. Hətta ayların “sultanı” adı da verilmişdir.
Ramazan
ayının
fəlsəfi
aspektlərini
dərindən
yüksək
qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm
cənab ilham Əliyev 27 sentyabr 2008-ci il tarixdə Ramazan
bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək demişdir:
“ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran,
onlan əminamanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən
mübarək aylardandır. Müsəlmanlar bu ayda Allaha və din
qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir,
xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini,
247
mənəvi-ruhi
kamilliyin
nəfs
üzərində qələbə
sevincini
yaşayırlar”.
Müsəlman şəriətində ramazan ayının orucu “əs-saum" bizə
gəlib çatan şəkildə on vacibi əməllərdən (firu-din) biri namazdan
soma ikinci vacib olan əməldir ki, hicrətin ikinci ilində (624-cü
ildə) tədbiq edilməyə başlamışdır. O vaxta qədər müsəlmanlar
özlərindən qabaq olan kəslər kimi hər ayın üç günün oruc
tuturdular. Sonuncu səmavi kitab olan Qurani-Kərim Allaha
ibadətin bu şəklini inkişaf etdirərək orucu ay təqvimi hicri-qəməri
ilinin doqquzuncu ayı olan Ramazan ayının son on gecəsindən biri
“Qədr gecəsi"ndə göy aləmlərindən yer üzünə “vəhy" nazil
edilməsinin başlamnası ilə əlaqələndirilmiş və müsəlmanları “sayı
bəlli olan günləri oruc tutmağa çağırmışdır. Bu günlər Ramazan
ayıdır ki, insanlar üçün hidayət və hidayətə açıq aydın dəlillər
olan, haqqı batildən ayırd edən Quran onda nazil edilmişdir.
Sizlərdən kim o ayı görərsə və şahidi olarsa onu oruc tutsun deyə
buyrulmuşdur" (Bəqərə-185).
Belə hesab edilir ki, oruc ikən insan dünya ləzzətlərindən
çəkinir, adi işlərini davam etdirsə də özünü ancaq Allaha ibadətə
həsr edir, Ona ixlaskar olur, nəfsini bütün nöqsanlardan təmiz
saxlayır və bu vaxt artıq onun qəlbinə şeytan yol tapa bilmir.
“Ramazan” sözünün mənası “günahları yandırıb məhv etmək,
aradan aparmaq" anlamını verir.
Oruc dedikdə insan niyyət etdikdən sonra özünü
yeməkdən, içməkdən, qəliz və qatı tozdan, qusmaqdan, imalədən,
başı tamamilə suda saxlamaqdan, sübh əzanına qədər qüsullu
qalmaqdan, cima, istimna, Allahın, Peyğəmbərin və İmamların
adından yalan demək və o cümlədən bir sıra digər əməllərdən
insan özünü qorumalıdır. Ramazan ayı orucunu Allaha yaxınlıq
(qürbətən iləllah) niyyəti ilə tutulur. Niyyət gecə edilir, həmçinin
bütün ayın hamısı üçün əvvəlinci gündən niyyət etmək olar. Oruc
vaxtı isə gündüzdür, sübh açılandan, gün batana qədər. “Sübh çağı
sizə ağ sap qara sapdan seçilincəyə qədər yeyin, için sonra gecəyə
orucu bitirin” (Bəqərə-187).
248
Məsləhət ’ görülür ki, oruc vaxtı sürmə və müşk
çəkməkdən,
tütün
iyləməkdən,
rahatlanmaq
üçün
hama
girməkdən, nərgiz və reyhan iyləməkdən, öpüşməkdən imtina
edilsin. Oruc vaxtı yalan danışmamaq mühüm şərtdir.
Oruc günlərinin tutulma vaxtını müəyyən etmək üçün
insan təzə ayı yəni “əl-hilal” görməklə, yaxud Şəban ayının 30-cu
gününün ötməsi ilə və adi hesablama yolu ilə müəyyən etmək
olar.
Oruc tutmaq insanı bir daha Allaha yaxınlaşmağa fürsət
verir ki, ac qarnına ilahi bir varlığa əl tutaraq ondan öz hidayəti
üçün arzu diləsin və hacətinə çatsın. Bu bir həqiqətdir ki, oruc
halında insan öz Xaliqindən nə istəsə yerinə yetər inşaallah. Çünki
həzrəti İsa əleyhis-salamın dövründə ondan göydən zəhmətsiz ruzi
gəlməyi istəyib “maidə” (bərəkətli süfrə) nazil olmağı arzu etdilər.
Allah Təala həzrəti İsaya buyurdu: Ey Məryəm oğlu İsa insanlara
de: otuz gün oruc tutsunlar və sonra mənə dua etsinlər və mən
onların duasım qəbul edərəm. Otuz gün oruc tutaraq Allaha dua
etdilər Allah Təala göydən “maidə” göndərərək onların duasmı
qəbul etdi.
Oruc tutmaq tək Allaha ibadətdən başqa insanın cismi və
mənəvi saflığını təmiz saxlayan bir əməldir ki, bütün insan
orqanizməsi qidasız qalaraq təmizlənir, bədəndə olan zərərli
mikroblar məhv olur, istər mədə, beyin, istərsə də başqa əzalarda
olan hüceyrələr aram olaraq rahatlanır. Nə qədər ki, insan cismən
əziyyət çəkir, bir o qədər ruhən rahatlıq tapır.
Səmavi kitab olan Qurani-Kərim oruc tutmağın insanlar
üçün asanlıq olaraq vacib etmişdir. Səfərdə olanların, xəstə
olanların, taqətsiz qocaların, hamilə qadınların, körpəsi olan və
südü az olan anaların, əsir olanların oruc tutması iizürlü sayılır.
Oruc tutmaqdan üzürlü olanlar üzürləri aradan gedəndən sonra o
günlərin qəzası onlar üçün gələn ramazan ayma qədər tutmaq
vacibdir
və
yaxud
kəffarə
olaraq
yoxsulları,
fəqirləri
yedirtməlidirlər. Orucu qəsdən pozan adam, onun qəza və
kəffarəsini yəni bir günə altmış bir gün oruc tutmalıdır. Və yaxud
249
Dostları ilə paylaş: |