213
Haqq-nahaqq seçilər Haqq divanında
Milli tayfası:
1.Kəndxuda Abbasəli Məmməd oğlu 36 y (onun ar-
vadı); oğlu Məmməd 1 y; iki qardaşı var: Hüseynalı 20 y;
İmamverdi 18 y.
2.Kəndxuda Baba Ağaqasım ağa oğlu 25 y (onun dörd
bacısı); qardaşı Məmməd 15 y.
3.Salman Süleyman oğlu 40 y (onun arvadı); iki oğlu
var: Şıxəli 8 y; Məmmədəli 3 y.
4.Əlizaman Hüseynxan oğlu 30 y (onun arvadı); oğlu
Hüseynalı 1 y.
5. Haxverdi Əli oğlu 20 y (onun arvadı və iki bacısı).
6. Oruc Məmməd oğlu 45 y (iki arvadı və qızı).
7. Abdulla Məmi oğlu 20 y; qardaşı Allahverdi 15 y.
8.Həsən Süleyman oğlu 20 y; üç qardaşı var: Məmmə-
dhəsən 15 y; Bayraməli 12 y; Kərim 10 y.
9.İmamverdi Kərbəlayi İsmayıl oğlu 50 y (onun arvadı
və iki qızı); iki oğlu var: Tanrıverdi 20 y; İsmayıl 18 y.
10.Abbas İbrahim oğlu 40 y (onun arvadı və üç qızı);
üç oğlu var: Allahverdi 12 y; Xudu 6 y; Davud 3 y.
11. İsmayıl Məmi oğlu 35 y (onun arvadı və qızı); iki
oğlu var: Mustafa 25 y; Səfi 20 y.
12. Rəcəbəli Səfəralı oğlu 40 y (onun iki arvadı); iki
oğlu var: Cəfər 20 y; Qafar 3 y.
13. İmamverdi Fərəməz oğlu 40 y (onun arvadı və qızı);
iki oğlu var: Nütvəli 4 y; Məmmədalı 1 y.
14.Allahqulu Fərəməz oğlu 50 y (onun arvadı və qızı);
oğlu Ələkbər 3 y.
15. Muradəli Ağa oğlu 20 y (onun anası və bacısı).
Qarapapaqlar:
1.Məşədi Sadıq Şamqulu oğlu 40 y (onun arvadı və üç
qızı); qardaşı Bağır 30 y (onun arvadı); oğlu Əliməmməd
2 y.
214
Nazir Əhmədli
2. Mustafa Babacan oğlu 50 y (onun arvadı); oğlu Qə-
rib 20 y.
3. Hüseyn Babacan oğlu 40 y (onun arvadı və qızı); iki
oğlu var: Budaq 7 y; İmamqulu 2 y.
4. Məmmədalı Əhmədalı oğlu 40 y (onun arvadı və
qızı); üç oğlu var: Əkbər 30 y; Əsgər 8 y; İbrahim 5 y.
5. Məmmədhəsən Cəfərəli oğlu 30 y (onun arvadı və
qızı).
6. Kərim Səfi qulu oğlu 20 y (onun anası); iki qardaşı
var: Rəhim 10 y; Qasım 3 y.
Dəmirçili tayfası:
1.Baba Məmməd oğlu 20 y (onun arvadı); oğlu Abbas
1 y; qardaşı İsgəndər 12 y.
2. Usub Nəbi oğlu 35 y (onun arvadı və iki qızı).
Əhalisi müsəlman olan Şişqaya kəndində 28 ayrımlı,
15 milli, 6 qarapapaq və 2 dəmirçili ailəsi olmaqla cəmi 51
ailə, 141 kişi, 110 qadın, cəmi 251 adam yaşayır.
Kənddə 4 baxımsız bəzirxana, 5 camış, 129 öküz, 213
inək, 201 buzov, 1406 qoyun və keçi, 78 at və 7 ulaq var”.
Sənəddən görünür ki, 1831-ci ildə Şişqaya kəndində
4 tayfa-ayrımlılar, qarapapaqlar, milli tayfası və dəmirçi-
li tayfasına mənsub olan 51 ailə yaşayırdı. Ayrımlı tayfası
onların içərisində ən çoxsaylı olan tayfa idi-28 ailə. Aşıq
Alının atası Mirzə və əmisi Nəbi əvvəlki siyahıdakı kimi,
ayrımlıların içərisində yenə də 10-cu yerdədir:
10. Mirzə Ovçu oğlu 30 y (onun anası); qardaşı Nəbi
15 y.
Sənəddən görünür ki, ataları Ovçu rəhmətə gedib, hər
ikisi hələ subay olan qardaşlar anaları ilə birlikdə yaşayır-
lar. 1842-ci ilə aid sənəddə Mirzənin 41, Alının isə 7 yaşın-
da olmasına görə, belə hesab etməliyik ki, Mirzə təxminən
32-33 yaşlarında evlənib.
215
Haqq-nahaqq seçilər Haqq divanında
1831-ci və 1842-ci illərə aid sənədləri müqayisə edən-
də gəldiyimiz başqa mühüm bir nəticə odur ki, 1842-ci ildə
artıq millilər və dəmirçililər Şişqaya kəndini tərk ediblər və
Şişqayada yalnız türklər yaşayır. Bu ayrılmanın hansı sə-
bəbdən baş verdiyini isə hələlik bilmirik.
Ayrımlı türklərin Şişqayadan başqa harada yaşadıqları-
na baxmaq da maraqlı olardı.
1831-ci ildə keçmiş İrəvan xanlığının Dərəkənd-Par-
çe nis mahalında yaşayan müsəlman əhalinin hamısı ay-
rımlı türkləri idi. Göyçə mahalının özündə də Şişqaya
kəndindəki 28 ayrımlı ailəsindən başqa 14 ayrımlı ailəsi
də Baş Keyti kəndində yaşayırdı.
Dərəçiçək mahalının 1831-ci ilə aid kameral siyahı-
sında da iki kənddə-Dəllər(33 ailə) və Gəbər Əli (5 ailə)
kənd lərində 38 ayrımlı ailəsi qeydə alınmışdır.
Dərəkənd-Parçenis mahalının 1831-ci ilə aid Kame-
ral təsvirinə yazdığı “İzahat yazısı”nda İ.Şopen qeyd edir
ki, bu mahalın əhalisi əvvəlcə İrəvan Sərdarına ildə 1.000
tümən vergi ödəyirdi. Sərdar 1826-cı ildə ayrımlıların ödə-
diyi vergiləri 200 tümən azaldaraq 800 tümənə salmışdı,
amma əvəzində, müharibə vaxtı ayrımlar döyüşə 200 nəfər
atlı döyüşçü çıxartmalı idilər.
Dərəkənd-Parçenis mahalının keçmiş İrəvan xanlığının
ən cənub-qərbində yerləşdiyini və Türkiyə ilə həmsərhəd
olduğunu yazan İ.Şopen ayrımlı tayfasının mənşəyi haqqın-
da bildirir ki, Türkiyənin Asiya hissəsindən çıxan bu türk
tayfası buraya oradan gəlmiş, onların əsas hissəsi isə İrana
keçərək Şahsevən tayfasını yaratmışdır. Seyidli-Axsaxlı,
eləcə də taşanlı tayfaları da ayrımlılardan ayrılmışdır.
Şopen onların buraya XI-XII əsrdə gəldiyini bildirir.
Beləliklə, məlum olur ki, Dərəkənd-Parçenis mahalın-
dan başqa, İrəvan xanlığına daxil olan Seyidli-Axsaxlı ma-
halının sakinləri də əslində ayrım türkləridir.
216
Nazir Əhmədli
Beləliklə, Aşıq Alının niyə Türkiyəyə səfər etməsinin
səbəbi də bizə məlum olur-əslidə həmin mühit Aşıq Alı-
ya doğma olduğuna görə, orada uğur qazanması və Aşıq
Yığvalı, Aşıq Zəkini məğlub etməsi təbii sayılmalıdır.
İ.Şopen Dərəkənd-Parçenis mahalında Koroğlu
dağlarının mövcudluğu barədə də məlumat verir.
Ayrımlı türkləri haqqında son olaraq onu da əlavə et-
məliyik ki, Şah İsmayılın qoşununun zərbə qüvvəsini və
hakimiyyətinin dayaqlarını təşkil edən 7 türk tayfasından
biri olan rumlu tayfası elə ayrımlı türkləridir.
Aşıq Alının ustadı Ağ Aşıq-Aşıq Allahverdi istedadlı
yetirməsinin Türkiyə səfəri zamanı Aşıq Zəkini, Aşıq Yığ-
valı bağlamasından böyük qürur keçirərək
“Mahalımın şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə YığvalI,
Alqış sənə, Aşıq Alı.
Ustadının üzü ağdı,
Zəkiyə çəkdiyin dağdı.
Oğul, müjdəm xub soraqdı,
Alqış sənə, Aşıq Alı.
Duraxan da gəldi dada,
Əsməri də saldı oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən, Aşıq Alı,
Alqış sənə, Aşıq Alı”-
deyərək onu öyürdü.
Q.Zimistanoğlunun tərtibi və redaktorluğu ilə
nəşr olunan “Aşıq Alı.Əsərləri”.(Bakı, 2013) kitabın-
Dostları ilə paylaş: |