14.5. Azərbaycan Respublikasının
qəbul edən dövlət ilə
beynəlxalq müqavilələrinin layihələrinin hazırlanmasında öz
səlahiyyətləri daxilində iştirak edir;
14.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və Nazirliyin tapşırıqlarını yerinə
yetirir, həmçinin Azərbaycan Respublikasının digər dövlət
hakimiyyəti orqanlarının Nazirliklə razılaşdırılmış müraciətlərinə
baxır;
14.7. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti və
özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrinin
müraciətlərinə baxır;
14.8. qəbul edən dövlətin əvvəlcədən razılığı olduğu təqdirdə,
qəbul edən dövlətdə akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə
həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını
beynəlxalq razılaşmalar əsasında müdafiə edir;
14.9. öz səlahiyyətləri daxilində qəbul edən dövlətin
qanunvericiliyinə riayət etməklə, Azərbaycan Respublikası
vətəndaşlarına mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım
göstərir;
14.10. qanunvericiliklə müəyyən olunmuş qaydada konsul
dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
uçotunu
aparır;
14.11. konsul dairəsində itkin düşmüş Azərbaycan Respublikası
vətəndaşlarının axtarışı üzrə lazımi tədbirlər görür;
14.12. konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan
Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata
keçirmələrinə köməklik göstərir;
14.13. öz səlahiyyətləri daxilində notariat əməliyyatlarını,
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, vətəndaşlıq
məsələləri üzrə funksiyalarını, sənədlərin leqallaşdırılması və digər
arayışların verilməsi, vərəsəlik məsələləri, qəyyumluqla, himayəliklə
və övladlığa götürulməklə bağlı tədbirləri qəbul edən dövlətin
qanunvericiliyinə riayət etməklə yerinə yetirir;
14.14. Azərbaycan Respublikasının vətəndaşları özləri olmadıqda
və öz işlərinin aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa
səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə, qəbul edən
dövlətin məhkəmə və digər dövlət hakimiyyəti orqanlarında qəbul
edən dövlətin qanunvericiliyinə riayət etməklə onları müəyyən
olunmuş qaydada təmsil edir və ya müvafiq
təmsilçiliyini təşkil edir;
14.15. Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun
olaraq pasport-viza xidmətlərini həyata keçirir;
14.16. Azərbaycan Respublikasının qanunvericiliyinə və
müəyyən olunmuş qaydaya uyğun olaraq Azərbaycan
Respublikasının vətəndaşlarına pasport verir və onlara xüsusi qeydlər
edir;
14.17. Azərbaycan Respublikasının qanunvericiliyinə və müəy-
yən olunmuş qaydaya uyğun olaraq konsul dairəsində yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini müəy-
yənləşdirir və onlara müvafiq sənədlər verir;
14.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış
şəhadətnaməsi verir;
14.19. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasına qayıtmaq üçün
müvafiq sənəd verir;
14.20. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikasına gəlmək istəyən şəxslərə viza və
digər müvafiq sənədlər verir;
14.21. konsul dairəsində yerləşən və Azərbaycan Respublikasının
Dövlət bayrağı altında üzən dəniz və çay gəmiləri, Azərbaycan
Respublikasının hərbi gəmiləri və köməkçi hərbi gəmiləri,
Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmiləri və
onların heyəti ilə bağlı qanunla müəyyən edilmiş funksiyaları həyata
keçirir, belə gəmilərə və onların heyətinə qəbul edən dövlətin
qanunvericiliyinə riayət etməklə yardım göstərir;
14.22. qəbul edən dövlətin razılığı ilə konsul
dairəsində yerləşən
Azərbaycan hərbi və mülki məzarlarının, qəbriüstü abidələrin, abidə
nişanlarının və memorial (xatirə) tikililərinin uçotu, mühafizəsi və
abadlığı üzrə tədbirlər görür;
14.23. konsulluq əməliyyatları üçün alınan dövlət rüsumunun
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada və müddətdə Azərbaycan Respublikasının
dövlət büdcəsinə köçürülməsini təmin edir;
14.24. qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan
olunmayan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
428
429
olaraq digər funksiyaları həyata keçirir.
IV. KOSULLUĞUN HÜQUQLARI
15. Konsulluq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
15.1. öz səlahiyyətləri daxilində rəsmi nümayəndə heyətlərinin
səfərlərinə dair
Nazirliyə təkliflər vermək;
15.2. qəbul edən dövlətin dövlət və yerli özünüidarəetmə
orqanları, qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları),
elmi, mədəni və işgüzar dairələri, kütləvi informasiya vasitələri,
qəbul edən dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlik,
konsulluq və beynəlxalq və regional təşkilatlar ilə işgüzar əlaqələr
qurmaq və inkişaf etdirmək;
15.3. Konsulluğun səlahiyyətinə aid olan məsələlərin həll
olunması üçün Azərbaycan Respublikasının dövlət orqanlarından,
eləcə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarından,
idarə, təşkilat və müəssisələrindən müəyyən olunmuş qaydada
sənədləri, məlumat və digər xarakterli materialları almaq;
15.4. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan
Respublikasının fəxri konsullarının təyin
edilməsi barədə təkliflərini
Nazirliyə təqdim etmək;
15.5. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər
tədbirlər təşkil etmək;
15.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
V. KONSULLUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ
16. Baş konsulluğa, konsulluğa, vitse-konsulluğa və konsul
agentliyə müvafiq olaraq baş konsul, konsul, vitse-konsul və konsul
agenti başçılıq edir.
17. Baş konsul Azərbaycan Respublikası xarici
işlər nazirinin
tədqimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən,
konsul, vitse-konsul və konsul agenti Azərbaycan Respublikasının
xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır.
18. Ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək
üçün işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə
malik olan Azərbaycan Respublikasının vətəndaşı Konsulluğun
başçısı təyin edilə bilər.
19. Baş konsul təyin olunmuş şəxsin xaricdə fasiləsiz iş müddəti,
bir qayda olaraq, dörd ildir. Bu müddət Azərbaycan Respublikasının
Prezidenti tərəfindən uzadıla bilər.
Konsul, vitse-konsul və konsul agenti təyin olunmuş şəxsin
xaricdə fasiləsiz iş müddətı, bir qayda olaraq, üç ildir. Bu müddət
Azərbaycan Respublikasının Xarici İşlər naziri tərəfindən bir ildən
artıq olmayan müddətə uzadıla bilər.
20. Konsulluğun başçısı və ya Konsulluğun digər işçiləri
Azərbaycan Respublikasının
və ya qəbul edən dövlətin
qanunvericiliyinə gorə məsuliyyət doğuran əməllər törətməkdə
təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl
geri çağırıla bilərlər.
Konsulluğun başçısının və ya Konsulluğun digər işçilərinin
vaxtından əvvəl geri çağırılmasına onlarla birlikdə yaşayan ailə
üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli
bilinməsi də əsas ola bilər.
21. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində
konsulluq funksiyalarını diplomatik nümayəndəliyinin rəhbəri
tərəfindən müəyyən edilmiş nümayəndəliyin əməkdaşı həyata keçirir.
22. Konsulluğa qanunvericiliklə müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri
ezam oluna bilərlər. Konsulluğa
ezam olunmuş Azərbaycan
Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz
qərarlarını və hərəkətlərini Konsulluğun başçısı ilə razılaşdırma-
lıdırlar.
23. Konsulluğun başçısı konsulluğa həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və
tapşırıqların yerinə yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir.
24. Konsulluğun başçısı:
24.1. Konsulluğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
24.2. dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin
qorunmasını öz səlahiyyətləri daxilində təşkil edir;
24.3. Konsulluğa ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması
və maliyyə intizamına riayət olunması üzərində nəzarəti öz
səlahiyyətləri daxilində həyata keçirir;
430
431