Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə106/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   102   103   104   105   106   107   108   109   ...   122

14.5. Azərbaycan Respublikasının qəbul edən dövlət ilə 
beynəlxalq müqavilələrinin layihələrinin hazırlanmasında öz 
səlahiyyətləri daxilində iştirak edir; 
14.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin və Nazirliyin tapşırıqlarını yerinə 
yetirir, həmçinin Azərbaycan Respublikasının digər dövlət 
hakimiyyəti orqanlarının Nazirliklə razılaşdırılmış müraciətlərinə 
baxır; 
14.7. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti və 
özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrinin 
müraciətlərinə baxır; 
14.8. qəbul edən dövlətin  əvvəlcədən razılığı olduğu təqdirdə, 
qəbul edən dövlətdə akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə 
həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını 
beynəlxalq razılaşmalar əsasında müdafiə edir; 
14.9. öz səlahiyyətləri daxilində  qəbul edən dövlətin 
qanunvericiliyinə riayət etməklə, Azərbaycan Respublikası 
vətəndaşlarına mülki, ailə  və cinayət işlərinə dair hüquqi yardım 
göstərir; 
14.10. qanunvericiliklə müəyyən olunmuş qaydada konsul 
dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu 
aparır; 
14.11. konsul dairəsində itkin düşmüş Azərbaycan Respublikası 
vətəndaşlarının axtarışı üzrə lazımi tədbirlər görür; 
14.12. konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan 
Azərbaycan Respublikası  vətəndaşlarına seçki hüquqlarını  həyata 
keçirmələrinə köməklik göstərir; 
14.13. öz səlahiyyətləri daxilində notariat əməliyyatlarını, 
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, vətəndaşlıq 
məsələləri üzrə funksiyalarını, sənədlərin leqallaşdırılması  və digər 
arayışların verilməsi, vərəsəlik məsələləri, qəyyumluqla, himayəliklə 
və övladlığa götürulməklə bağlı  tədbirləri qəbul edən dövlətin 
qanunvericiliyinə riayət etməklə yerinə yetirir; 
14.14. Azərbaycan Respublikasının vətəndaşları özləri olmadıqda 
və öz işlərinin aparılmasını digər  şəxsə tapşırmadıqda, yaxud başqa 
səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə, qəbul edən 
dövlətin məhkəmə  və digər dövlət hakimiyyəti orqanlarında qəbul 
edən dövlətin qanunvericiliyinə riayət etməklə onları müəyyən 
olunmuş qaydada təmsil edir və ya müvafiq təmsilçiliyini təşkil edir
14.15. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq pasport-viza xidmətlərini həyata keçirir; 
14.16. Azərbaycan Respublikasının qanunvericiliyinə  və 
müəyyən olunmuş qaydaya uyğun olaraq Azərbaycan 
Respublikasının vətəndaşlarına pasport verir və onlara xüsusi qeydlər 
edir; 
14.17. Azərbaycan Respublikasının qanunvericiliyinə  və müəy-
yən olunmuş qaydaya uyğun olaraq konsul dairəsində yaşayan 
Azərbaycan Respublikası  vətəndaşlarının  şəxsiyyətini müəy-
yənləşdirir və onlara müvafiq sənədlər verir; 
14.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış 
şəhadətnaməsi verir; 
14.19. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı 
olmayan  şəxslərə Azərbaycan Respublikasına qayıtmaq üçün 
müvafiq sənəd verir; 
14.20. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq Azərbaycan Respublikasına gəlmək istəyən  şəxslərə viza və 
digər müvafiq sənədlər verir; 
14.21. konsul dairəsində yerləşən və Azərbaycan Respublikasının 
Dövlət bayrağı altında üzən dəniz və çay gəmiləri, Azərbaycan 
Respublikasının hərbi gəmiləri və köməkçi hərbi gəmiləri, 
Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmiləri və 
onların heyəti ilə bağlı qanunla müəyyən edilmiş funksiyaları həyata 
keçirir, belə  gəmilərə  və onların heyətinə  qəbul edən dövlətin 
qanunvericiliyinə riayət etməklə yardım göstərir; 
14.22. qəbul edən dövlətin razılığı ilə konsul dairəsində yerləşən 
Azərbaycan hərbi və mülki məzarlarının, qəbriüstü abidələrin, abidə 
nişanlarının və memorial (xatirə) tikililərinin uçotu, mühafizəsi və 
abadlığı üzrə tədbirlər görür; 
14.23. konsulluq əməliyyatları üçün alınan dövlət rüsumunun 
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş qaydada və müddətdə Azərbaycan Respublikasının 
dövlət büdcəsinə köçürülməsini təmin edir; 
14.24. qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan 
olunmayan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
 
428
 
429


olaraq digər funksiyaları həyata keçirir. 
 
IV. KOSULLUĞUN HÜQUQLARI 
 
15. Konsulluq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı 
hüquqlara malikdir: 
15.1. öz səlahiyyətləri daxilində  rəsmi nümayəndə heyətlərinin 
səfərlərinə dair Nazirliyə təkliflər vermək
15.2. qəbul edən dövlətin dövlət və yerli özünüidarəetmə 
orqanları, qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları), 
elmi, mədəni və  işgüzar dairələri, kütləvi informasiya vasitələri, 
qəbul edən dövlətdə  fəaliyyət göstərən diplomatik nümayəndəlik, 
konsulluq və beynəlxalq və regional təşkilatlar ilə  işgüzar  əlaqələr 
qurmaq və inkişaf etdirmək; 
15.3. Konsulluğun səlahiyyətinə aid olan məsələlərin həll 
olunması üçün Azərbaycan Respublikasının dövlət orqanlarından, 
eləcə  də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarından, 
idarə, təşkilat və müəssisələrindən müəyyən olunmuş qaydada 
sənədləri, məlumat və digər xarakterli materialları almaq; 
15.4. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan 
Respublikasının fəxri konsullarının təyin edilməsi barədə təkliflərini 
Nazirliyə təqdim etmək; 
15.5. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər 
tədbirlər təşkil etmək; 
15.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə 
tutulmuş digər hüquqları həyata keçirmək. 
 
V. KONSULLUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ 
 
16. Baş konsulluğa, konsulluğa, vitse-konsulluğa və konsul 
agentliyə müvafiq olaraq baş konsul, konsul, vitse-konsul və konsul 
agenti başçılıq edir. 
17. Baş konsul Azərbaycan Respublikası xarici işlər nazirinin 
tədqimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 
konsul, vitse-konsul və konsul agenti Azərbaycan Respublikasının 
xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır. 
18. Ali təhsilli və üzərinə qoyulmuş  vəzifələri yerinə yetirmək 
üçün işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə 
malik olan Azərbaycan Respublikasının vətəndaşı Konsulluğun 
başçısı təyin edilə bilər. 
19. Baş konsul təyin olunmuş şəxsin xaricdə fasiləsiz iş müddəti, 
bir qayda olaraq, dörd ildir. Bu müddət Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən uzadıla bilər. 
Konsul, vitse-konsul və konsul agenti təyin olunmuş  şəxsin 
xaricdə fasiləsiz iş müddətı, bir qayda olaraq, üç ildir. Bu müddət 
Azərbaycan Respublikasının Xarici İşlər naziri tərəfindən bir ildən 
artıq olmayan müddətə uzadıla bilər. 
20. Konsulluğun başçısı  və ya Konsulluğun digər işçiləri 
Azərbaycan Respublikasının və ya qəbul edən dövlətin 
qanunvericiliyinə gorə  məsuliyyət doğuran  əməllər törətməkdə 
təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının 
qanunvericiliyində  nəzərdə tutulmuş digər hallarda vaxtından  əvvəl 
geri çağırıla bilərlər. 
Konsulluğun başçısının və ya Konsulluğun digər işçilərinin 
vaxtından  əvvəl geri çağırılmasına onlarla birlikdə yaşayan ailə 
üzvlərinin yuxarıda göstərilən  əməllərin törədilməsində  təqsirli 
bilinməsi də əsas ola bilər. 
21. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində 
konsulluq funksiyalarını diplomatik nümayəndəliyinin rəhbəri 
tərəfindən müəyyən edilmiş nümayəndəliyin əməkdaşı həyata keçirir. 
22. Konsulluğa qanunvericiliklə müəyyən olunmuş qaydada 
Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri 
ezam oluna bilərlər. Konsulluğa ezam olunmuş Azərbaycan 
Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz 
qərarlarını  və  hərəkətlərini Konsulluğun başçısı ilə razılaşdırma-
lıdırlar. 
23. Konsulluğun başçısı konsulluğa həvalə edilmiş  vəzifələrin 
yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş  və 
tapşırıqların yerinə yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir. 
24. Konsulluğun başçısı: 
24.1. Konsulluğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 
24.2. dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin 
qorunmasını öz səlahiyyətləri daxilində təşkil edir; 
24.3. Konsulluğa ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması 
və maliyyə intizamına riayət olunması üzərində  nəzarəti öz 
səlahiyyətləri daxilində həyata keçirir; 
 
430
 
431


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə