Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə104/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   100   101   102   103   104   105   106   107   ...   122

 
 
Maddə 71 
Maddə 77 
Konsul gəminin konsulluğun yerləşdiyi dövlətin limanına 
gəldiyini gəmi kapitanı  tərəfindən ona bildirilməsinə  və  gəminin 
üzməsi şəraiti barədə məlumat verilməsinə nəzarət etməlidir. 
Konsul lazım gəldikdə  gəmi kapitanına sənəd (şəhadətnamə) 
verir; həmin sənəddə  gəminin gəlməsi, getməsi vaxtı, gəmi 
kapitanının konsulluğa gələcəyi gün, gəminin getdiyi liman, 
sərnişinlərin sayı, habelə yükün sayı, növü və çatacağı yer göstərilir. 
Konsul kimi kapitanının konsulluğa gəlməsini və gəminin üzməsi 
şəraiti barədə  məruzə  təqdim etməsini ondan tələb etmək hüququna 
malikdir. 
Maddə 78 
Əgər konsulda olan məlumata əsasən gəminin hər hansı limana daxil 
olması  təhükəli, arzuolunmaz və ya qeyri-mümkün olarsa, konul bu 
barədə yola düşən gəminin kapitanını xəbərdar etməlidir. 
 
Maddə 72 
Konsul gəmiyə istənilən vaxt baş çəkə bilər. 
 
Maddə 79 
 
Zərurət olduğu halda, konsul dənizə  çıxmağa hazır olan gəmini 
ləngitmək və ya onun kapitan tərəfindən nəzərdə tutulan vaxtdan tez, 
hətta yükvurma-yükboşaltma  əməliyyatlarını qurtarmadan yola 
düşməsini tələb etmək hüququna malikdir. Bu halda o, gəmi 
jurnalında gəminin ləngidilməsinin və ya təcili olaraq getməsi 
tələbinin səbəblərini göstərməlidir. 
Maddə 73 
Konsul gəmi üzərkən və limanda olarkən gəmi heyətində baş 
vermiş dəyişiklikləri qeydə almalıdır. 
 
Maddə 74 
Konsul: 
 
a) gəminin limana daxil olmasına, limandan çıxmasına və 
limanda dayanmasına yardım edir; 
Maddə 80 
Gəminin batdığı  və ya qəzaya uğradığı hallarda konsul 
sərnişinlərin, heyət üzvlərinin, gəminin və yükün xilas edilməsi üçün 
ondan asılı olan bütün tədbirləri görməlidir. 
b) gəmidə baş vermiş hadisələri aydanlışdırmaq məqsədi ilə gəmi 
kapitanını və heyət üzvlərini sorğu-sual edir
c) işin icrası vaxtı kapitanla heyət üzvləri arasında yaranmış 
mübahisəli məsələləri həll etmək səlahiyyətinə malikdir. 
 
Maddə 81 
 
Konsul gəmi kapitanından gəminin və ya yükün məhv olması, 
yaxud zədələnməsi, ya da zədələnəcəyi ehtimalının olduğu barədə 
ərizəni qəbul edir, habelə kapitanın xahişi ilə  dəniz protesti aktını 
tərtib edir. 
Maddə 75 
Gəmi xaricdə alındıqda konsul onun Azərbaycan Respublikasının 
Dövlət bayağı altında üzməsinə dair müvəqqəti şəhadətnamə verir. 
Konsul Azərbaycan Respublikası  gəmiləri ilə  əlaqədar hər bir 
bəyanaməni və ya Azərbaycan Respublikası qanunvericiliyində, 
yaxud Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq 
müqavilələrdə  nəzərdə tutulmuş digər sənədi almağa, tərtib və ya 
təsdiq etməyə səlahiyyətlidir. 
Dəniz protesti aktı gəmi kapitanının ərizəsinə, gəmi jurnalındakı 
məlumatlara  əsasən, habelə  gəmi kapitanının özünün və imkan 
daxilində  gəminin komanda heyətinə  və  gəmi komandasına daxil 
olan  şəxslərdən azı iki şahidin sorğu-sual edilməsinə  əsasən tərtib 
olunur. Konsul dəniz protesti aktını öz imzası ilə və gerbli möhürlə 
təsdiq edir. 
 
Maddə 76 
Kapitana öz xahişi ilə, onun verdiyi dəniz protesti haqqında sənəd 
və dəniz protesti aktı verilir. 
Konsul Azərbaycan Respublikasının limanlarına yollanan 
gəmilərlə Azərbaycan Respublikasının vətəndaşlarını, poçtu və 
yükləri göndərməyə səlahiyyətlidir. 
 
Maddə 82 
 
420
 
421


Konsul batmış və ya digər qəzaya uğramış gəminin sərnişinlərinə 
və heyət üzvlərinə yardım göstərməli və lazım gəldikdə onların 
Azərbaycan Respublikasına qayıtmasına kömək etməlidir. 
 
Maddə 83 
Gəminin üzdüyü, yaxud xarici limanda dayandığı zaman heyətin 
hər hansı bir üzvü xəstələnərsə, konsul bu xəstənin konsulluğun 
yerləşdiyi dövlətdə müalicəsinə yardım göstərir. 
 
Maddə 84 
Xəstələnmiş heyət üzvünün konsulluğun yerləşdiyi dövətdə 
müalicə üçün saxlandığı  təqdirdə konsul onun müalicəsinin gedişini 
izləməli və Azərbaycan Respublikasına göndərilməsini təmin 
etməlidir. 
Gəmi heyətinin üzvü öldükdə konsul onun lazımi qaydada dəfn 
olunması  və ya cənazənin Azərbaycan Respublikasına göndərilməsi 
üçün tədbirlər görür, onun sənədlərini və şəxsi əşyalarını Azərbaycan 
Respublikasına göndərir. 
 
 
X FƏSİL 
MÜLKİ HAVA GƏMİLƏRİ VƏ ONLARIN  
HEYƏTİ BARƏSİNDƏ KONSULUN FUNKSİYALARI 
 
Maddə 85 
Konsul Azərbaycan Respublikasının mülki hava gəmisi (bundan 
sonra "hava gəmisi" adlanır) komandirinə konsulluğun yerləşdiyi 
dövlətin orqanları ilə  əlaqəyə girməkdə kömək etməli, lazım 
gəldikdə, hava gəmisinin, onun heyət üzvlərini və  sərnişinlərini 
Azərbaycan Respublikasına qaytarmaq və ya uçuşu davam etdirmək 
üçün bütün tədbirləri görməlidir. 
 
Maddə 86 
Konsul hava gəmilərinə  və onların heyətinə dair aşağıdakı 
hüquqlara malikdir: 
a) hava gəmisinin hava limanında enməsinə, hava limanından 
uçmasına və hava limanında dayanmasına yardım etmək; 
b) hava gəmisində baş vermiş hadisələrə  əlaqədar komandiri və 
heyət üzvlərini sorğu-sual etmək
c) lazım gəldikdə, hava gəmisi heyəti üzvlərinin və sərnişinlərinin 
müalicəsinin təmin olunması  və Azərbaycan Respublikasına 
göndərilməsi üçün tədbirlər görmək; 
ç) Azərbaycan Respublikası qanunvericiliyində və ya Azərbaycan 
Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə hava 
gəmiləri barəsində  nəzərdə tutulmuş  hər hansı  bəyannaməni və ya 
başqa sənədi almaq, tərtib və təsdiq etmək. 
Maddə 87 
Konsul dairəsinin hüdudlarında hava gəmisi qəzaya uğradıqda, 
yerə enməyə məcbur olduqda və ya başqa hadisə baş verdikdə konsul 
heyət üzvlərinə və sərnişinlərə lazımi kömək göstərir. 
Konsul qəzaya uğrayan və ya yerə enməyə  məcbur olan hava 
gəmisinin, onun yükünün və hadisənin xarakterini göstərən maddi 
sübutların mühafizəsini təşkil edir və uçuş zamanı baş vermiş 
hadisəni təhqiq etməkdə Azərbaycan Respublikasının 
mütəxəssislərinə yardım göstərir. 
 
Maddə 88 
Hava gəmisində cinayət törədilərsə, konsul hava gəmisinin 
komandirinə Azərbaycan Respublikası qanunvericiliyindən və 
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq 
miüqavilələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsində yardım 
göstərir. 
 
Maddə 89 
Konsul Azərbaycan Respublikasının hava limanlarına uçan hava 
gəmilərində Azərbaycan Respublikasının vətəndaşlarını, poçt və yük 
göndərmək hüququna malikdir. 
 
XI FƏSİL 
AVTOMOBİL, DƏMİRYOL NƏQLİYYATI  
VASİTƏLƏRİ BARƏSİNDƏ KONSULUN FUNKSİYALARI 
 
Maddə 90 
Konsul avtomobil, dəmiryol nəqliyyatı vasitələri barəsində 
konsul funksiyalarını  həyata keçirərkən bu Nizamnamənin IX və X 
fəsillərinin müddəalarını rəhbər tutur. 
 
422
 
423


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə