Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə2/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   122

        fəaliyyətinin beynəlxalq hüquqi əsasları ..............................209 
 
GİRİŞ 
7. 3. Xüsusi missiyaların immunitet və üstünlükləri ....................217 
VIII FƏSİL. Konsulluq hüququ................................................220 
 
8. 1. Konsul münasibətlərinin yaradılması və konsul  
Xarici  əlaqələrdə  iştirak etmək hüququ, öz xarici əlaqə 
orqanları vasitəsilə beynəlxalq aləmdə  təmsil olunmaq hüququ 
dövlətlərin suverenliyindən irəli gələn ən mühüm hüquqlardandır.  
        nümayəndəliklərinin təsis edilməsi ......................................220 
8. 2. Konsul missiyasının başlanması və bitməsi.  
         Konsulluğun personalı, konsul korpusu ..............................224 
Dövlətlərin beynəlxalq sistemdəki yeri və mövqeyi müəyyən 
mənada onların tarixi taleləri, öz xarici əlaqələrini hansı formada 
həyata keçirmələrindən, diplomatik məharətlərindən və diplomatik 
xidmətlərinin təşkili və fəaliyyəti səviyyəsindən asılıdır.  
8. 3. Fəxri konsul institutu............................................................228 
8. 4. Konsul funksiyaları ..............................................................231 
8. 5. Konsul immunitet və imtiyazları .........................................235 
8. 5. 1. Konsul nümayəndəliklərinin immunitet  
18 oktyabr 1991-ci il Konstitusiya Aktının qəbul edilməsi ilə 
öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respub-
likası üçün də müstəqil xarici siyasət yeritmək, beynəlxalq birliyə 
daxil olmanın öz yollarını  işləyib hazırlamaq, dövlətlərarası mü-
nasibətlərin əsas istiqamətlərini müəyyən etmək kimi geniş imkanlar 
açılmışdı. Müstəqillik və suverenlik Azərbaycan Respublikasına 
dünya birliyinə inteqrasiya olmaq, bütün dövlətlərlə bərabər əsaslarla 
qarşılıqlı münasib əlaqələr yaratmaq imkanı bəxş etdi.  
             və imtiyazları ..........................................................236 
8. 5. 2. Konsul vəzifəli şəxslərinin immunitet  
             və imtiyazları ..........................................................239 
  
Əlavələr 
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası.....................246 
Konsul əlaqələri haqqında Vyana Konvensiyası ..........................264 
Xüsusi Missiyalar haqqında Konvensiya .....................................297 
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il oktyabr ayının 
10-da prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə 
mərasimindəki çıxışında qeyd etmişdir ki, "respublikamızın qarşıs-
ında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya 
miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridil-
məsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz bir-
inci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə 
yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, 
qarşılıqlı faydalı  əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu 
əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq möv-
qelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, 
elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək-
dən ibarətdir”
1
. Müstəqil Azərbaycanın yeni rəhbərliyi tərəfindən 
həyata keçirilən sülhsevər xarici siyasət kursu beynəlxalq aləmdə 
geniş qəbul edilmişdir
2
.  
Dövlətlərin Universal xarakterli beynəlxalq təşkilatlarla  
münasibətlərində nümayəndəliyi haqqında  
Vyana Konvensiyası.....................................................................318 
Birləşmiş Millətlər Təşkilatının immunitet və  
imtiyazları haqqında Konvensiya .................................................360 
Diplomatik xidmət haqqında  
Azərbaycan Respublikasının Qanunu...........................................366 
Azərbaycan Respublikasının səfirliyi haqqında Əsasnamə..........380 
Azərbaycan Respublikasının Konsul Nizamnaməsi.....................388 
Azərbaycan Respublikasının Konsulluğu haqqında  
Əsasnamə......................................................................................407 
Azərbaycan Respublikasının Ştatdankənar (fəxri)  
konsulu haqqında Əsasnamə ........................................................417 
Azərbaycan Respublikası və Özbəkistan Respublikası  
arasında Konsulluq Konvensiyası ................................................434 
 
5
                                                 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi  
1
 Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I kitab, Bakı, 1997, səh. 205 
haqqında Əsasnamə ......................................................................464 
2
  Шукуров  И.  Дипломатия  мира.  Об  итогах  визитов  президента 
Азербайджанской  Республики  Гейдара  Алиева  в  зарубежные  страны 
(1993-1997 гг. ). Изд-во «Азербайджан», Баку, 1997, ъ. 11.  
İstifadə olunmuş ədəbiyyat siyahısı..............................................472 
 
 



Totalitar sistem şəraitində beynəlxalq arenaya birbaşa çıxış 
imkanlarından illərlə məhrum olmuş respublikamız üçün təbii ki, bu, 
tamamilə yeni fəaliyyət sferası idi. Uzun illərdən bəri asılılıq 
şəraitində yaşayıb yenicə müstəqillik əldə etmiş bir xalq, bir respub-
lika üçün indiki qarışıq dünyada düzgün xarici siyasət xətti müəyyən 
etmək və  uğurla həyata keçirmək son dərəcə  çətin bir iş idi. 
Azərbaycan nəinki heç bir dövlətdə və beynəlxaq təşkilatda müstəqil 
dövlət kimi təmsil olunmur, hətta xarici siyasət sahəsində mütəxəssis 
kadrlar hazırlayacaq heç bir instituta belə malik deyildi.  
Bu gün Azərbaycan diplomatiyasının səsi dünyanın bütün 
qitələrindən, planetimizin onlarla ölkəsindən gəlir. Azərbaycan 
hazırda 158 ölkə ilə diplomatik əlaqələr qurmuşdur. Ölkəmizdə 34 
dövlətin diplomatik nümayəndəliyi və konsulluğu, 10-dan çox bey-
nəlxalq təşkilatın nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın 
xarici ölkələrdəki səfirliyi, daimi nümayəndəliyi və baş konsullu-
qlarının sayı artıq 54- ü keçmişdir.  
Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip-
lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və 
təşkilati əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk günlərin-
dən yaradılmışdır.  
Respublikamız beynəlxalq hüququn subyektinə çevrildikdən 
sonra yaranan ən zəruri məsələlərdən biri onu xarici əlaqələrdə təmsil 
edəcək xüsusi orqanlar sisteminin yaradılması idi. Bu məqsədlə ölkə 
daxilində xarici əlaqələrin dövlətdaxili orqanları sistemini yaratmaqla 
yanaşı, xarici əlaqələrin xarici orqanları – Azərbaycan Respublikası-
nın səfirlikləri, missiyaları, beynəlxalq təşkilatlardakı nümayəndələri, 
konsulluqları də təsis olunmağa başlanmışdır.  
Digər tərəfdən paralel olaraq Azərbaycan Respublikasının xa-
rici siyasət fəaliyyətini, diplomatik xidmət orqanlarının təşkili və 
fəaliyyətini tənzimləyən qanunların, normativ hüquqi aktların qəbul 
edilməsi, xarici əlaqə orqanlarının yaradılması  və  fəaliyyətini 
tənzimləyən mühüm beynəlxalq konvensiyalara, sənədlərə qoşulması 
zərurəti də yaranırdı.  
Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip-
lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və 
təşkilati  əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk 
günlərindən yaradılmışdır. Lakin bu sahəd hələ görülməli olan bir 
çox işlər qabaqdadır. Sevindirici haldır ki, öncəki araşdırmalarımız 
nəticəsində təklif kimi irəli sürdüyümüz bir sıra dövlətdaxili qanun-
vericilik aktları (Azərbaycan Respublikasının Səfirliyi haqqında 
Əsasnamə, Azərbaycan Respublikasının Konsulluğu haqqında 
Əsasnamə və s.) bu gün Milli Məclis tərəfindən qəbul edilmişdir.  
Bu mürəkkəb prosesin ən mühüm tərkib hissələrindən biri isə 
beynəlxalq aləmdə milli maraqları qorumağı bacara bilən peşəkar 
diplomat kadrların hazırlanması üçün ali tədris müəssisələrinin 
yaradılması idi.  
Hal-hazırda Respublikamızı dünyada layiqli təmsil edə biləcək 
beynəlxalq hüquqşünasları yetişdirən mühüm tədris müəssisələri 
mövcuddur ki, hazırki dərslik də  məhz bu mütəxəssislərin uyğun 
sahədəki vacib biliklərə yiyələnməsinə xidmət edir.  
Xarici  əlaqələr hüququnun nəzəri və praktiki problemlərinin 
öyrənilməsi, xarici əlaqə orqanlarının təşkili və fəaliyyətinin milli və 
beynəlxalq hüquqi əsaslarının araşdırılması, ölkəmizin öz 
müstəqilliyinin ikinci onilliyinə inamla qədəm qoyduğu bu gü-
nümüzdə, xüsusilə vacibdir. Azərbaycanın xarici siyasətinin uğurları 
bu məsələnin həllindən birbaşa asılıdır.  
    
 
 
 
 
 

 
7


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə