Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə9/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   122

immunitet və imtiyaz məsələləri konvensiyanın 20-40-cı 
maddələrində təsbit olunmuşdur.  
Konvensiyanın bir sıra digər mühüm müddəaları ilə biz İV və 
V fəsillərdə daha ətraflı tanış olacağıq. Diplomatik 
nümayəndəliklərin statusunun beynəlxalq hüquqi tənzimlənməsində 
əsas yer tutan bu konvensiya ilə əlaqədar onu da qeyd edək ki, onun 
əksər müddəalarının universal xarakterə malik olması onlardan 
dövlətlərarası münasibətlərin digər formalarını  tənzimləyən analoji 
sənədlərin işlənib hazırlanmasında da istifadə edilməsinə yol açmış-
dır ki, bu da 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konven-
siyasının mühüm əhəmiyyətini bir daha təsdiq edir.  
Konvensiya, həmçinin iki fakultativ protokolu da özündə 
birləşdirir. Fakultativ protokollardan biri diplomatik missiyanın 
üzvləri tərəfindən yerləşmə dövlətinin vətəndaşlığının alınmasının 
qeyri-mümkünlüyünü nəzərdə tutur. Bu protokolun məzmununa 
əsasən, yerləşmə dövlətinin vətəndaşı olmayan diplomatik nüma-
yəndəliyin  əməkdaşları  və onlarla bir yerdə yaşayan ailə üzvləri 
yerləşmə dövlətinin vətəndaşlığını ala bilməzlər.  
Mübahisələrin məcburi həll edilməsi haqqında 2-ci Fakultativ 
Protokola  əsasən, konvensiyanın tətbiqi və  şərhi üzrə mübahisələr 
onun iştirakçılarının birinin ərizəsi əsasında Beynəlxalq Məhkəməyə 
ötürülür.  
1961-ci il Konvensiyası ilə əlaqədar son olaraq onu qeyd edək 
ki, bu sənəd özündə  həm çoxəsrlik diplomatik praktika nəticəsində 
dövlətlərarası əlaqələrdə təsdiq olunmuş qayda və adətləri, həm də bu 
cür münasibətlər sahəsində dövlətlər arasında imzalanmış müxtəlif 
razılaşmalardakı proqressiv müddəaları əks etdirmişdir.  
Xarici  əlaqə orqanlarının statusunu tənzimləyən mühüm 
beynəlxalq hüquqi sənədlərdən biri də BMT-nin Baş Assambleyası 
tərəfindən 1973-cü il dekabrın 14-də  qəbul edilən  Beynəlxalq 
müdafiədən istifadə edən  şəxslərə, o cümlədən diplomatik 
agentlərə qarşı cinayətlərin qarşısının alınması 
və 
cəzalandırılması haqqında Konvensiyadır.  Konvensiya 1977-ci il 
fevralın 20-də qüvvəyə minmişdir. Nisbətən son dövrlərdə 
beynəlxalq müdafiədən istifadə edən  şəxslərə qarşı cinayət 
əməllərinin sayının artması bu konvensiyanın qəbul edilməsinə səbəb 
olmuşdur.  
Konvensiyanın şərhinə keçməzdən öncə qeyd etməliyik ki, bu-
rada araşdırılan problemlərin dairəsi diplomatik agentlərə  və 
beynəlxalq müdafiədən istifadə edən digər şəxslərə qarşı yönəldilmiş 
cinayətlərlə  məhdudlaşmış olsa da, komissiya bu cür şəxslərə qarşı 
yönəldilmiş cinayətlər haqqında məsələni daha qlobal problem olan 
terrorizm aktlarının həyata keçirilməsi aspektlərindən birinə aid et-
mişdir.  
Konvensiyanın 1-ci maddəsi beynəlxalq müdafiədən istifadə 
edən  şəxslərə  aşağıdakıları aid edir: dövlət başçısı, o cümlədən, 
dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir 
üzvü, xarici dövlətdə olan hökumət başçısı  və  ya  xarici  işlər naziri, 
onları müşayiət edən ailə üzvləri, dövlətin istənilən nümayəndəsi və 
ya vəzifəli şəxsi, yaxud beynəlxalq təşkilatın istənilən vəzifəli şəxsi 
və ya digər agenti və onların ailə üzvləri.  
Həmin maddənin 2-ci bəndində ehtimal olunan cinayətkarın 
anlayışı verilir. Belə ki, ehtimal olunan cinayətkar ona münasibətdə 
maddədə göstərilən cinayətləri törətməsini və ya törətməsində iştirak 
etməsini “prima facie” isbat edən kifayət qədər dəlillər olan şəxsdir.  
Konvensiyaya əsasən diplomatik agent, akkreditiv və ya qəbul 
edən dövlət olmayan 3-cü dövlətdə ezamiyyətdə olduqda belə xüsusi 
müdafiə hüququna malikdir. Qeyd edək ki, xüsusi müdafiə 
aşağıdakılarda ifadə olunur: 
a)
 
beynəlxalq hüquqa əsasən xüsusi müdafiədən istifadə edən 
başqa dövlətlərin nümayəndələrinin təhlükəsizliyinə  qəsd edən 
şəxslərə münasibətdə daxili qanunvericilikdə  nəzərdə tutulan hüquq 
normalarının sanksiyalarının artırılmasında; 
b)
 
beynəlxalq razılaşmalara və konvensiyalara uyğun olaraq 
törədilən cinayətə görə labüd cəzanı  təmin edən sistemin 
yaradılmasında; 
c)
 
cinayətin nəticəsi baxımından ayrı-ayrı dövlətlərdə nəzərdə 
tutulan “müxtəlif üstünlükləri” ləğv etməyə imkan verəcək cinayət 
hüququ sahəsində qanunvericiliyin unifikasiyasında
1
.  
Konvensiyanın 2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. 
Burada xüsusi beynəlxalq hüquqi müdafiə yaradan cinayətin tərkibi 
müəyyən olunur. Buna aşağıdakılar aiddir: 
a)
 
 beynəlxalq müdafiədən istifadə edən  şəxsin qəsdən öldü-
                                                 
1
 Блищенко И. П. Дипломатическое право 2-е издание. М.: Высшая 
школа, 1990, с. 177 
 
32
 
33


rülməsi, qaçırılması  və ya onun şəxsiyyətinə  və ya azadlığına yö-
nəlmiş digər hücumların həyata keçirilməsi;  
– hər hansı bir əməlin törədilməsinə  gətirib çıxaran səbəbi 
deyil, məhz onun törədilməsi niyyətini  əsas faktor kimi müəyyən 
edən ümumtanınmış hüquqi prinsipin təsdiq edilməsi, 
b)
 
 beynəlxalq müdafiədən istifadə edən  şəxsin  şəxsiyyətinə  və 
azadlığına təhlükə yarada biləcək, onun rəsmi binasına, yaşayış binasına 
və ya nəqliyyat vasitələrinə zorakı hücumların həyata keçirilməsi; 
– onda sadalanmış cinayətlərə münasibətdə yurisdiksiyanın 
müəyyən edilməsində universallıq prinsipinin qeyd edilməsi 
1
.  
c)
 
 istənilən hücum cəhdi; 
Konvensiyanın maddələrinin ümumi məzmununa  əsasən 
müəyyən edə bilərik ki, burada dövlətlərin əsasən aşağıdakı məsələlər 
üzrə öhdəlikləri müəyyən olunmuşdur: 
d)
 
istənilən belə hücumun iştirakçısı qismində əməllər, belə ki, 
hər bir iştirakçı dövlət tərəfindən onun daxili qanunvericiliyinə 
əsasən, bu cinayətin onun ərazisində və ya ərazisinin hüdudlarından 
kənarda baş verməsindən asılı olmayaraq, cinayət kimi 
qiymətləndirilməlidir.  
1) Beynəlxalq müdafiədən istifadə edən  şəxslərə qarşı 
qəsdlərin qarşısını almaq. Ölkədə mövcud olan şəraitdən, 
hadisələrdən və s. asılı olmayaraq, beynəlxalq müdafiədən istifadə 
edən  şəxslərə qarşı istənilən qeyri-qanuni halların qarşısını almaq 
yerli dövlətin  əsas öhdəliyidir. Onların təhlükəsizliyinin təmin 
edilməsinin konkret yolları və üsullarının seçilməsi isə yerli dövlətin 
öz səlahiyyətlərinə aiddir. Konvensiyada yalnız “bütün lazımi 
tədbirlər” tövsiyə olunur, bu tədbirlərin konkret çeşidləri isə 
dəqiqləşdirilmir (maddə 2, bənd 3).  
Bu maddənin BMT-nin Beynəlxalq Hüquq Komissiyası 
çərçivəsində müzakirəsi zamanı komissiyanın bir çox üzvləri cinayət 
tərkibinin daha dəqiq müəyyən edilməsində  təkid edirlər. Belə ki, 
cinayət hüququ sahəsinə aid olan maddələrdə konkretlik mühüm 
şərtdir, çünki müəyyən olunmuş cinayətlərin  şərh edilməsi məhdud 
əsaslarla həyata keçirilir.  
2-ci maddədə sadalanan cinayətlərin qarşısının alınması üçün 
daha səmərəli tədbirlərin həyata keçirilməsi konvensiyanın 3-cü 
maddəsinin də əsas müddəasını təşkil edir.  
Həmin maddəyə olan şərhdə deyilir ki, zorakı hücum dedikdə, 
beynəlxalq müdafiədən istifadə edən şəxsin öldürülməsi, ona xəsarət 
yetirilməsi və ya oğurlanması başa düşülür.  
2) Beynəlxalq müdafiədən istifadə edən  şəxslərə qarşı 
qəsdlərdə günahkar bilinənlərin cəzalandırılması dövlətlərin milli 
cinayət qanunvericiliyi vasitəsilə həyata keçirilir. Bir çox dövlətlərin 
milli qanunvericiliyi xarici diplomatlara qarşı bu və ya digər əməllərə 
görə xüsusi cəza nəzərdə tutur
2
. Məsələn, Azərbaycan Respublikası 
Cinayət Məcəlləsinin “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə 
və ya təşkilatlara hücumetmə” adlanan 102-ci maddəsində deyilir ki, 
beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və 
ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti 
və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumetmə, 
müharibəyə 
təhrikçilik və ya beynəlxalq münasibətlərin 
gərginləşməsi məqsədilə törədildikdə – 5 ildən 10 ilə  qədər 
Fikrimizcə, 2-ci maddənin “b” yarımbəndinin yuxarıda gös-
tərilən  şəkildə konvensiyada təsbit edilməsi onun çatışmayan 
cəhətlərindən biridir. Yəni, bu yarımbəndin məzmunundan belə irəli 
gəlir ki, beynəlxalq müdafiədən istifadə edənin  şəxsiyyəti və  ləya-
qətinə təhlükə yarada bilməyəcək hallarda, yəni o bu binalarda və ya 
nəqliyyat vasitələrində olmadıqda, onun rəsmi və yaşayış binalarına 
və ya nəqliyyat vasitələrinə hücum etmək halları konvensiyanın təsir 
dairəsinə daxil deyildir.  
Bu maddənin çatışmayan tərəflərindən biri də beynəlxalq 
müdafiədən istifadə edən  şəxslərin  şəxsiyyətinə  və azadlığına qarşı 
mütəşəkkil zorakı hücumlar haqqında müddəanın mövcud 
olmamasıdır. “d” bəndində belə zorakı aktların hazırlanması  və ya 
təşkil olunması deyil, yalnız onların iştirakçısı qismində  əməllər 
nəzərdə tutulur.  
 
35
                                                 
Bunlara baxmayaraq, Konvensiyanın 2-ci maddəsinin  əhə-
miyyətini xüsusi qeyd etmək vacibdir. Bu məsələdə  İ.P.Blişenko və 
N.V.Jdanovla tamamilə razılaşaraq həmin maddənin mühüm 
müddəalarını aşağıdakı şəkildə ifadə etmək olar: 
1
  Блищенко  И.П.,  Жданов  Н.В.  Принцип  неприкосновенности  ди-
пломатического агента // СЕМП,1973. М.: Наука, 1975, с. 197 
2
 Федоров Л. Дипломат и консул. М.: Международные отношения. 
1965, с. 97 
 
34


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə