Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə7/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   122

ilə heç bir əlaqəsi olmayan əməllər kimi qiymətləndirilir.  
Digər tərəfdən, yerli hakimiyyət orqanları güc tətbiq etməkdən 
və gizlənən şəxsi ələ keçirməkdən adətən çəkinir. Belə ki, bu, diplo-
matik nümayəndəliyin binasının toxunulmazlığının pozulmasını ifadə 
edərdi.  
Ümumiyyətlə, məsələyə belə mürəkkəb və ikimənalı yanaşma 
bütövlükdə götürüldükdə diplomatik sığınacaq institutu üçün xarak-
terik bir haldır. Doktrina və praktikada bu instituta mənfi münasibətin 
mövcudluğundan asılı olmayaraq, diplomatik sığınacaq haqqında 
məsələyə, nümayəndəliyin toxunulmazlığı ilə  əlaqədar olaraq, həm 
Diplomatik  əlaqələr və immunitetlər haqqında maddələr layihəsi 
Beynəlxalq Hüquq Komissiyasında müzakirə olunan zaman, həm də 
1961-ci il Vyana konqresinin özündə bir çox natiqlər tərəfindən 
dəfələrlə toxunulmuşdur. Müzakirələrin nəticəsi kimi qəbul olunmuş 
konvensiyanın özündə isə sığınacaq hüququndan, ümumiyyətlə, bəhs 
olunmur. Lakin nümayəndəliyin binasının toxunulmazlığından sui-
istifadə edilməsinin qarşısını almaq məqsədilə 41-ci maddədə aydın 
ifadə olunmuşdur ki, nümayəndəliyin binası onun funksiyaları ilə 
uyğun olmayan hər hansı bir şəkildə istifadə olunmalıdır. 41-ci 
maddənin 3-cü bəndinin məhz ikinci hissəsi araşdırdığımız məsələ 
baxımından əhəmiyyət kəsb edir. Onun məzmununa əsasən akkredi-
tiv dövlət və yerli dövlət “xüsusi razılaşmalarda” nümayəndəliyin 
binasının konvensiyada göstərilənlərdən  əlavə digər funksiyalarla 
istifadəsini də nəzərdə tuta bilər.  
Y.Brounlinin “Beynəlxalq hüquq” kitabındakı fikri ilə 
tamamilə razılaşmaq olar ki, 41-ci maddədə  təsbit olunmuş “xüsusi 
razılaşmalar” barəsində qeyd nümayəndəliyin  ərazisində siyasi qa-
çqınlara sığınacaq verilməsi hüququnun ikitərəfli qaydada tanın-
masına yer buraxır 
1
.  
Diplomatik nümayəndəliklərin  ərazisində yerli hakimiyyətdən 
gizlənən  şəxslərə  sığınacaq verilməsinin nə  dərəcədə qanuni olub-
olmaması  məsələsinə beynəlxalq hüquq ədəbiyyatlarında eyni cür 
yanaşma, biz qeyd edərdik ki, mövcud deyildir. Məsələn, 
M.L.Lazarev bu barədə yazır ki, son dövrlərdə beynəlxalq-hüquqi 
ədəbiyyatlarda, xüsusilə sovet ədəbiyyatında belə bir fikir irəli 
sürülür ki, diplomatik sığınacaq hüququnun verilməsini qanunauyğun 
                                                 
əməl kimi nəzərdən keçirmək olar, belə ki, o, irticaçı qüvvələrə qarşı 
demokratik qüvvələrin müdafiə olunmasına yardım edir.  
K.K.Sandrovski də bu fikirlə razılaşır və göstərilən məsələyə 
öz mövqeyini aşağıdakı  şəkildə ifadə edir: “Bizim fikrimizə  əsasən, 
bu qaydadan istisna hal kimi, xüsusilə  də bu istisna hallarda diplo-
matik sığınacağın verilməsi beynəlxalq hüququn məhəlli norma-
larında, məsələn, 1954-cü il Karakas Konvensiyasında göstərilən 
şərtlərlə  şərtlənmişsə, tamamilə mümkündür”
1
. Türkiyəli professor 
Mehmet Gönlübol da yazır ki, siyasi səbəbdən təqib olunan şəxslərin 
həyatı üçün xüsusi təhlükə yaranarsa, diplomatik sığınacaq hüququ 
tanınmaqdadır”
2
.  
B.S.Krılov, İ.P.Blişenko kimi beynəlxalq hüquqşünaslar isə bu 
fikirlə razılaşmırlar. Professor Krılov yazır ki, bu cür sığınacağın 
verilməsi özlüyündə diplomatik nümayəndəliyin eksterritoriallığın-
dan sui-istifadə deməkdir.  İ.P.Blişenko isə yazır ki, “müasir 
beynəlxalq hüquq və dövlətlərin daxili işlərinə qarışmamaq baxımın-
dan sığınacaq institutu dövlətlər arasında sülhə xidmət edə bilməz”
3
.  
Bizim subyektiv fikrimizə  gəldikdə isə, diplomatik sığınacaq 
hüququ öz xüsusiyyətlərinə görə dövlətin daxili işlərinə qarışmaq 
institutudur. Dövlətin diplomatik nümayəndəliyi onu yerləşdiyi 
ölkədə təmsil etmək, akkreditiv dövlətlə yerli dövlət arasında dostluq 
əlaqələrini təşviq etdirmək, iqtisadi, mədəni, elmi və digər sahələrdə 
onların qarşılıqlı  əlaqələrini daha da möhkəmləndirmək məqsədilə 
təsis olunur. Öz ərazisində yerli hakimiyyət tərəfindən axtarılan 
şəxslərə sığınacaq vermək isə nəinki bu yuxarıda sadalananlarla üst-
üstə düşməyən,  əksinə, onlara tamamilə zidd olan bir haldır. 
Həmçinin diplomatik nümayəndəlik onun vətəndaşı olmayan, uyğun 
olaraq onun yurisdiksiyası altında olmayan şəxsi müdafiə etmək 
hüququna malik deyildir
4
.  
 
25
                                                 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 145 
2
Mehmet Gönlübol. Uluslararasi politika. İlkeler-kavramlar – kurumlar. 
Atille kitabevi. Ankara: 1993, s. 123 
3
 Блищенко И.П. Дипломатическое право 2-е издание. М.: Высшая 
школа, 1990, с. 75 
4
 Мамедализаде Ч. Основы дипломатической службы и дипломати-
ческого протокола. Баку: 2001, с. 90 
1
 Броунли Ян. Международное право. кн. 1. М.: Прогресс, 1971, с. 493 
 
24


Diplomatik sığınacaq institutuna münasibətdə Y.Q.Deminin 
mövqeyi xüsusi maraq kəsb edir. O, diplomatik “sığınacaq” və “dal-
dalanacaq” kimi anlayışları  fərqləndirməyə  cəhd göstərir
1
. Deminə 
görə, diplomatik sığınacağın və müvəqqəti daldalanacağın bir-
birindən fərqləndirilməsinin  əsas meyarı kimi şəxsin diplomatik 
nümayəndəliyə müraciət etməsinin səbəbi çıxış edir; birinci halda o
siyasi təqibdən müdafiə axtarır, ikincidə isə öz həyatını qeyri-qanuni 
hücumlardan qoruyur. Diplomatik sığınacaq qaçqının yerli dövlətin 
yurisdiksiyasından gizlənməsində ifadə olunur və onun cəzalandırıl-
mayacağı haqqında təminat  əldə olunduqda kəsilir. Müvəqqəti dal-
dalanacaq qaçqını yerli yurisdiksiyadan deyil, yalnız birbaşa hücum-
lardan qoruyur və nümayəndəlik tərəfindən onun işi barəsində 
ədalətli məhkəmə araşdırmasına təminat alındıqdan sonra qaçqın 
yerli hakimiyyətə ötürülür.  
Burada diqqətimizi cəlb edən, maraqlı bir məqamı qeyd etmək 
istərdik. Demin Rusiya dövləti tərəfindən adı  çəkilən institutlardan 
istifadə olunan zaman, onun ərazisindəki xarici diplomatik 
nümayəndəliklər tərəfindən də, diplomatiya hüququnda mühüm yer 
tutan qarşılıqlılıq prinsipinə əsasən diplomatik sığınacaq hüququndan 
istifadə edilməsindən ehtiyatlanaraq xüsusi vurğulayır ki, qarşılıqlılıq 
prinsipi diplomatik sığınacaq haqqında regional konvensiyalara əsa-
sən diplomatik sığınacaq institutuna şamil edilmir. Diplomatik sığı-
nacaq məsələsində qarşılıqlılıq prinsipi aparıcı  Qərb dövlətlərinin 
praktikasında da tanınmır. Demin öz ölkəsindəki xarici diplomatik 
nümayəndəliklər tərəfindən qarşılıqlılıq  əsasında diplomatik sığı-
nacaq verilməsi halında isə müasir beynəlxalq hüquqi doktrina və 
diplomatik praktikaya uyğun olaraq müxtəlif cür represallilər tətbiq 
etməyi məsləhət görür.  
Bu nəzəriyyədən inkişaf etmiş böyük dövlətlərin praktikasında 
tez-tez istifadə olunur (ABŞ, Böyük Britaniya). Belə ki, ABŞ  həm 
keçmişdə, həm də hal-hazırda Latın Amerikası ölkələrindəki öz dip-
lomatik nümayəndəliklərində diplomatik sığınacaq verərkən  əsasən 
“yerli dözümlülük” (“local teleration”) konsepsiyasına  əsaslanmış, 
diplomatik sığınacaq institutunu tanımayan ölkələrdə isə humanitar 
mülahizələr konsepsiyasını (“humanitarian considerations”) əsas 
götürmüşdür.  
Belə bir sual ortaya çıxır ki, hər hansı bir dövlətin sabit doktri-
nal və universal hüquqi əsasa malik olmayan bir hüquqdan birtərəfli 
qaydada istifadə edərək digər dövlətin eyni cür hüququ istifadə 
etməsinə görə represallilər tətbiq etməsi müasir beynəlxalq hüququn 
ümumtanınmış prinsip və normalarına nə dərəcədə uyğundur? 
Beləliklə, ABŞ öz praktikasında sığınacağın iki növünün ol-
ması fikri ilə  çıxış edir: diplomatik sığınacaq (diplomatic asylum) 
hansı ki, yalnız onu tanıyan ölkələrə münasibətdə  tətbiq oluna bilər 
və hansını ki, ABŞ özü tanımır və bütün ölkələrdə istifadə oluna 
biləcək müvəqqəti daldalanacaqlar (temporary refuge).  
Y.Q.Demin də bu cür praktikanın tətbiqinə  tərəfdar çıxır. O 
yazır ki, “göstərilən mülahizələr, bizim ölkəmiz tərəfindən aparıcı 
Qərb dövlətlərinin təcrübəsini nəzərə alaraq, bu institutu tanıyan 
dövlətlərdə  (əsasən Latın Amerikası ölkələrində) diplomatik sığı-
nacaq institutundan, onu tanımayan dövlətlərdə isə müvəqqəti dal-
dalanacaq institutundan istifadə olunmasının məqsədəmüvafiqliyini 
ifadə edir”
2
.  
                                                 
 
27
“Diplomatik sığınacaq”dan “müvəqqəti daldalanacağ”ı 
fərqləndirməyə  gəldikdə isə, doğrudan da dövlətlərarası praktikada 
elə hallara rast gəlinir ki, ölkədəki irtica rejimindən qorunmaq üçün 
yüzlərlə  vətəndaş  məhz xarici diplomatik nümayəndəliklərdə 
müvəqqəti daldalanacaqlar tapmışlar. Məsələn, Çilidə 1973-cü ilin 
sentyabr çevrilişindən sonra beş minə yaxın Çili vətəndaşı xarici dip-
lomatik nümayəndəliklərdə diplomatik sığınacaq tapmışdır (İsveçrə 
səfirliyi 1100, İtaliya 240, Meksika 71, Polşa 30 yerli vətəndaşa sığı-
nacaq vermişdir). Təbii ki, ali humanist mülahizələrə  əsasən bunu 
qəbul etmək tamamilə mümkündür, lakin məsələnin digər tərəfi də 
mövcuddur. Belə ki, diplomatik sığınacaq və müvəqqəti daldalanacaq 
anlayışlarının fərqləndirilməsinin həm doktrinada, həm də praktikada 
dəqiq və sabit meyarı olmadığına və onlar arasında sərhəd kifayət 
qədər  şəffaf olduğuna görə, bu, dövlətlərarası münasibətlərdə labüd 
problemlər yarada bilər. Bu sahədə dövlətlərin praktikasından və gös-
tərilən mülahizələrdən belə  nəticə  çıxarmaq olar ki, istənilən halda 
müvəqqəti daldalanacaq verən dövlət yerli dövlətdə qanun-qaydanın 
                                                                                                        
1
 Демин Д. Г. Статус дипломатических представительств и их пер-
сонала. М.: Международные отношения, 1995, с. 166 
2
  Демин  Д.Г.  Статус  дипломатических  представительств  и  их  пер-
сонала. М.: Международные отношения», 1995, с. 169 
 
26


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə