Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə3/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   122

I FƏSİL 
 
DÖVLƏTİN XARİCİ ƏLAQƏLƏRİNİN 
HÜQUQİ TƏŞKİLİ 
 
 
1.1.Beynəlxalq hüquq, xarici siyasət və  
diplomatiyanin qarşılıqlı əlaqəsi 
 
Beynəlxalq hüquq, xarici siyasət və diplomatiya təkcə bir- biri 
ilə sıx bağlı olan deyil, həmçinin, bir çox baxımdan kəsişən anlayış-
lardır. Buna görə də onlardan hər hansı birinin ayrılıqda tədqiq olun-
ması qeyri-mümkündür.  
Beynəlxalq hüququn xarici siyasət və diplomatiya ilə qarşılıqlı 
əlaqəsi beynəlxalq hüququn mühüm nəzəri problemlərindən birini 
təşkil edir. Bu qarşılıqlı əlaqə problemini daha ümumi xarakterli iki 
məsələnin – siyasət və hüququn qarşılıqlı əlaqəsi və xarici siyasət və 
diplomatiyanın qarşılıqlı əlaqəsi şəklində araşdırmaq olar.  
 
1.1.1. Beynəlxalq sistemdə siyasət və hüquq 
Siyasət geniş  və çoxşaxəli bir anlayışdır. ”Siyasət” sözü yun-
anca politika sözündən götürülüb dövləti idarə etmək məharəti 
mənasını verir. Müasir anlamda bu termin dövlətin həyata keçirdiyi 
kurs, dövlət fəaliyyətinin müəyyən istiqaməti deməkdir.  
Siyasət anlayışı dövlətin fəaliyyətinin məqsəd və prinsiplərini 
və onun həyata keçirilməsinin üsul və vasitələrini  əhatə edir. 
Bütövlükdə siyasət dövlətin həyatının ən müxtəlif sferalarına dəlalət 
edir. Ümumi siyasət anlayışı ilə yanaşı bu və ya digər konkret sahəni 
əhatə edən iqtisadi siyasət, mədəni siyasət kimi xüsusi anlayışlar da 
mövcuddur.  
Hər bir dövlətin siyasəti tətbiq olunma sferasına müvafiq 
olaraq onun daxili və xarici siyasətinə bölünür. Həm daxili, həm də 
xarici siyasət eyni ali dövlət orqanları – dövlət başçısı, hökumət və s. 
vasitəsilə idarə olunur. Lakin müxtəlif sferalarda reallaşdığına görə 
onların həyata keçirilməsinin üsul və vasitələri də müxtəlif olur.  
Xarici siyasət beynəlxalq sistemdə reallaşır və burada o, digər 
dövlətlərin, xarici siyasətləri ilə qarşılıqlı  əlaqədə olur. Dövlətin 
xarici siyasət fəaliyyəti təkcə daxili faktorlarla deyil, həmçinin 
beynəlxalq sistemin vəziyyəti ilə də müəyyən olunur.  
Bütövlükdə xarici siyasət anlayışı geniş anlayış olub aşağıdakı 
elementləri özündə  cəmləşdirir: xarici siyasət kursu, xarici siyasət 
doktrina və konsepsiyaları, xarici siyasəti həyata keçirən orqanlar və 
dövlətin xarici siyasət fəaliyyəti.  
Xarici siyasət və beynəlxalq hüququn qarşılıqlı  əlaqəsi prob-
lemi mahiyyətcə beynəlxalq sistemdə siyasət və hüququn qarşılıqlı 
əlaqəsi problemidir.  
Hər hansı bir siyasətin nəticəsi kimi yaranan münasibətlər 
məhz hüquq normalarının köməyi ilə qorunub saxlanılır və 
möhkəmləndirilir. Siyasət öz birbaşa ifadəsini hüquqda tapır.  
Hüquq normaları siyasi qərarlara məcburi xarakter verməklə 
yanaşı, həmçinin özündən öncə mövcud olan hüquq prinsiplərinə 
əsaslanır.  
Hüquq, siyasətin nəticələrini möhkəmləndirməklə  və eyni 
zamanda onun reallaşdırılmasının təşkilati formalarını yaratmaqla 
yanaşı, digər tərəfdən siyasətin öz üzərində fəal təsirini də hiss edir. 
Onların qarşılıqlı  əlaqəsində siyasət prioritetə malikdir. Belə ki, 
hüquq normalarının yaradılması, onun məzmununun müəyyən 
edilməsi ilə yanaşı, siyasət, həmçinin hüququn həyata keçirilməsi 
prosesinin məzmununu da müəyyən edə bilir. Bəzən müxtəlif 
şəraitlərdə hüququn tətbiq edilməsi prosesində onun məzmunu 
dəyişikliyə uğrayır.  
Beləliklə, hüquq və siyasətin qarşılıqlı  əlaqəsi həm hüqu-
qyaratma, həm də hüquqtətbiqetmə proseslərində özünü büruzə verir. 
Siyasi münasibətlər nəticəsində yaranan hüquq normaları elə  həmin 
siyasi münasibətlərin tənzimlənməsinə xidmət edir.  
Mahiyyətcə bütün beynəlxalq hüquqi aktlar təkcə hüquqi deyil, 
həmçinin siyasi xarakter daşıyır. Onların doğurduğu münasibətlər də 
eyni zamanda həm hüquqi, həm də siyasi münasibətlərdir. Amerikalı 
müəllif L. Henkin yazır ki, “bütün norma və öhdəliklər öz əsaslarına 
görə siyasidirlər, onlara əməl etmək, həmçinin onları  şüurlu surətdə 
pozmaq – siyasi aktdır, xarici siyasət aktıdır”.  
Doğrudan da beynəlxalq hüquq normalarının pozulması, həm 
də onlara əməl olunması xarici siyasət fəaliyyətində ifadə olunur və 
dövlətin uyğun qərarı isə xarici siyasət qərarıdır.  
 

 
9


Beynəlxalq sistemdə hüquq və siyasətin qarşılıqlı 
münasibətlərinin nəzəri cəhətdən düzgün müəyyən olunması mühüm 
praktiki əhəmiyyətə malikdir.  
Bu narahat dövrümüzdə  ən realist xarici siyasət beynəlxalq 
hüquqa istinad edən siyasət olmalıdır. Yalnız beynəlxalq hüququn 
tələblərinə  əməl edərək dövlətlərin  ən mühüm siyasi maraqlarına – 
onların müstəqilliyinə, suverenliyinə  və  təhlükəsizliyinə  təminat 
vermək olar.  
 
1.1.2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi 
Beynəlxalq hüquq normaları dövlətin xarici siyasət, xüsusilə 
də diplomatik fəaliyyət prosesi zamanı yaranıb fəaliyyət göstərir.  
Müxtəlif müəlliflər diplomatiyaya bir çox təriflər vermişlər. 
Lakin diplomatiya anlayışı çoxtərəflidir və onu bir təriflə əhatə etmək 
mümkün deyil 
Fransalı diplomat Qarden diplomatiyanın tam kursunda yazır: 
“diplomatiya sözün geniş  mənasında dövlətin xarici əlaqələri 
haqqında elmdir, daha dəqiq mənada isə danışıqların aparılması elmi 
və ya sənətidir. ” 
Bir sıra müəlliflər isə diplomatiyanın tərifinə subyektiv xü-
susiyyətlər də  əlavə edir. Məsələn, ingilis diplomatı E.Satau diplo-
matiyanı müstəqil dövlətlərin hökumətləri arasında rəsmi 
münasibətlərin aparılmasına ağlın və taktın tətbiqi kimi müəyyən 
edir. Digər ingilis diplomatı Q.Nikolson da yazır ki, diplomatiya sözü 
nə xarici siyasəti, nə  də beynəlxalq hüququ deyil, yalnız danışıqlar 
məharətini ifadə etməlidir.  
Keçmiş sovet ədəbiyyatlarında isə diplomatiya daha çox xarici 
siyasətin həyata keçirilməsi vasitəsi kimi təyin olunur. Diplomatik 
lüğətdə diplomatiyanın tərifi aşağıdakı kimidir: “Diplomatiya – həll 
olunan məsələnin xarakterini və konkret şərtləri nəzərə almaqla tətbiq 
olunan üsul və vasitələrin, qeyri-hərbi praktiki mərasimlərin 
məcmusundan ibarət olan dövlətin xarici siyasətini həyata keçirmək 
üsuludur. İkinci tərifə əsasən diplomatiya – dövlətin xarici siyasətinin 
məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin, onun xaricdəki 
müəssisə və vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması 
üzrə dövlət və hökumət başçılarının, xarici işlər nazirinin, xaricdəki 
diplomatik nümayəndəliklərin, beynəlxalq konfranslardakı 
nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir.” Bir çox yerlərdə diplo-
matiya dar mənada dövlətlər arasında danışıqlar aparmaq və 
müqavilələr bağlamaq məharəti, bacarığı kimi də qiymətləndirilir.  
Diplomatiya və xarici siyasət anlayışlarını bir-birindən fərq-
ləndirmək vacibdir. Xarici siyasət daha geniş anlayışdır və dip-
lomatiya onun həyata keçirilməsinin vasitəsi rolunu oynayır. Diplo-
matiyadan başqa dövlətin xarici siyasətinin həyata keçirilməsinin 
fərqli üsul və vasitələri də mövcuddur; iqtisadi əməkdaşlıq, hərbi 
güc, kəşfiyyat, xarici siyasi təbliğat və c. Lakin diplomatiyadan fərqli 
olaraq onların bir çoxu xarici siyasətə münasibətdə müstəqil məqsəd 
və vəzifələrə malik olurlar.  
Xarici siyasət dövlətin beynəlxalq məsələlərdə ümumi kur-
sudur. O dövlətin məqsəd və  vəzifələrini, onun beynəlxalq 
münasibətlərdə fəaliyyətinin əsas istiqamətlərini, həmçinin istər sülh, 
istərsə  də müharibə dövründə bu fəaliyyətin forma və metodlarını 
müəyyən edir.  
Deyilənlərdən aydın olaraq görünür ki, diplomatiya xarici 
siyasətə münasibətdə daha dar anlayışdır, çünki onun realizəsinin 
vasitələrindən sadəcə olaraq biridir. Lakin qeyd etmək lazımdır ki, 
diplomatiyanı xarici siyasətin digər üsulları ilə qarşılaşdıranda dip-
lomatiya xarici siyasətin əsas vasitəsidir və yalnız onun məqsədlərinə 
xidmət edir.  
Lakin bu üsul beynəlxalq hüquqdan fərqlənir. Diplomatiya hər 
hansı bir dövlətin xarici siyasət maraqlarını başqa dövlətlərə (onların 
hökumətlərinə, ayrı-ayrı siyasi dairələrinə, ictimai fikirə) mənəvi si-
yasi təsir vasitəsilə həyata keçirməyə, bu maraqların təmin olunması 
üçün onları başqa dövlətlərin xarici siyasət maraqları ilə razılaşdır-
mağa çalışır. Diplomatiyanı beynəlxalq hüquqdan fərqləndirən 
cəhətlərdən biri də odur ki, beynəlxalq hüquq bütün hallarda vahid 
tənzimləmə sistemi kimi çıxış edir və bütün beynəlxalq aləm üçün 
eynidir, lakin məlumdur ki, hər kəs üçün eyni olan ümumi diplo-
matiya mövcud deyildir. Hər dövlətin özünəməxsus diplomatiyası 
vardır ki, onların da effektivliyi həmin dövlətlərin diplomatiya 
məharətindən asılıdır.  
Diplomatiya təbiətinə əsasən beynəlxalq münasibətlərin siyasi 
tənzimləmə vasitəsidir və zor işlətməyin və zorla hədələmənin qada-
ğan olunduğu müasir dövrdə xarici siyasətin həyata keçirilməsinin 
əsas vasitəsidir.  
K.K.Sandrovskiy diplomatiyanın spesfik və yalnız ona xas 
 
10
 
11


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə