Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə14/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   122

beynəlxalq çoxtərəfli razılaşma kimi nəzərdən keçirmək lazımdır
1

Əksər beynəlxalq hüquqşünasların fikrinə  əsasən, Vyana Konvensi-
yası beynəlxalq konsulluq hüququnun normalarını sistemləşdirmiş, 
mövcud konsulluq praktikasını ümumiləşdirmiş  və beynəlxalq kon-
sulluq hüququnun rəsmi məcəllələşdirilməsi və proqressiv inkişafı 
yolunda ilk mühüm addım olmuşdur. Konsulluqların fəaliyyətini 
araşdırarkən 1963-cü il konvensiyasından daha ətraflı bəhs edəcəyik.  
Dövlətin xarici əlaqə orqanlarının yaradılması  və  fəaliyyətini 
tənzimləyən beynəlxalq hüquq normalarını araşdırdıqdan sonra belə 
nəticəyə gəlirik ki, mövcud normaların məcmusu heç də diplomatik 
praktikanın tələblərinə tamamilə cavab verən normalar sistemi 
təəssüratı yaratmır. İlk öncə qeyd edək ki, müasir dövrdə dövlətlərin 
qarşılıqlı asılılığının artması, onlar arasında  əlaqələrin hərtərəfli və 
geniş şəkil alması dövlətin təmsilçiliyi institutunun təkmilləşdirilməsi 
ehtiyacını yaradır. Son dövrlərdə diplomatik nümayəndəliklərin 
təşkili, fəaliyyəti və statusu məsələləri ilə  əlaqədar bir çox 
dəyişikliklər baş vermişdir. Bu nümayəndəliklərin və onların person-
alının sayı  kəskin surətdə artmış  və kvota
 
sistemi yayılmağa ba-
şlamışdır. Personalın tərkibinə peşəkar diplomat olmayan şəxslər 
əlavə edilmiş

diplomatik nümayəndəliklərin funksiyaları daha da 
rəngarəng və mürəkkəb olmuşdur. Bu və başqa dəyişikliklər diplo-
matik nümayəndəlik və onun personalının statusunda əks olunmaya 
bilməz.  
İkinci tərəfdən, diplomatik nümayəndəlik və onun personalının 
statusuna aid bir sıra məsələlər var ki, onlar 1961-ci il Konvensiyas-
ında ya qismən həll olunmuş (məsələn, diplomatik kuryerlərin 
statusu), ya da, ümumiyyətlə, öz əksini tapmamışdır (məsələn, dip-
lomatın müvəqqəti iqamətgahının immuniteti, diplomatik sığınacaq 
institutu). Məlum olduğu kimi, hüquqi tənzimləmədə belə boşluqlar 
dövlətlər arasında münaqişə situasiyalarının potensial mənbələridir.  
Bütün bu deyilənlər bir daha sübut edir ki, xarici əlaqə 
orqanlarının hüquqi statusu ilə  əlaqədar beynəlxalq hüquq norma-
larının təkmilləşdirilməsi və inkişaf etdirilməsi zərurəti bu gün də 
mövcuddur.  
Uyğun olaraq müasir diplomatiya hüququ normalarının mə-
                                                 
cəllələşdirilməsi prosesi davam etməkdədir. BMT-nin Beynəlxalq 
Hüquq Komissiyası 1989-cu ildə diplomatik kuryerlərin və diplo-
matik kuryerlə müşayiət olunmayan diplomatik poçtun statusunu 
müəyyən edən maddələrin son mətni üzərində işi başa çatdırmışdır
1

1996-cı ildə isə komissiya diplomatik müdafiə mövzusunu 
beynəlxalq hüququn məcəllələşdirilməsi və proqressiv inkişafı zəruri 
olan mövzu kimi ayırmışdır 
2
.  
Artıq qeyd etdiyimiz kimi, xarici əlaqələr hüququnun 
mənbələrinə beynəlxalq müqavilələrdən başqa adət normaları, 
beynəlxalq təşkilatların qətnamələri və s. aiddir.  
Adət normaları.  Dövlətlərin diplomatik münasibətləri uzun 
illər ərzində məhz adət normaları ilə tənzimlənirdi. Daha sonra kapi-
talist istehsal münasibətlərinin inkişafı ilə  əlaqədar olaraq siyasi, 
ticarət və iqtisadi əlaqələrin daha da genişlənməsi  şəraitində adi 
müqaviləvi hüquqa çevrilmişdir. Məlum olduğu kimi, hələ Hüqo 
Hrotsi beynəlxalq hüququn məcəllələşdirilməsində beynəlxalq adəti 
onun başlıca mənbələrindən biri hesab edirdi.  
Dövlətlərin beynəlxalq münasibətlər sahəsində uzun müddət 
ərzində qarşılıqlı qaydada tətbiq etdiyi və hüquqi zərurət əhəmiyyəti 
almış oxşar qaydalara beynəlxalq adət deyilir. Dövlətlər tərəfindən 
mahiyyət etibarilə səssiz razılaşma yolu ilə qəbul edilən bu normalar 
həmin dövlətlər üçün icbari əxlaq qaydaları əhəmiyyətinə malikdir.  
BMT Nizamnaməsində, BMT Beynəlxalq Məhkəməsinin 
statutunda (36-cı maddə) və s. aktlarda beynəlxalq adət, müasir 
beynəlxalq hüququn mənbəyi kimi təsdiq edilir.  
Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konven-
siyasının, 1963-cü il Konsul münasibətləri haqqında Vyana Konven-
siyasının, 1969-cu il Xüsusi missiyalar haqqında Konvensiyanın və s. 
preambulalarında da qeyd olunur ki, bu konvensiyalarla 
tənzimlənməyən məsələlər beynəlxalq hüququn adət normaları ilə 
tənzimlənir.  
Beləliklə, beynəlxalq hüquqi adət beynəlxalq münasibətlər 
praktikasında dəfələrlə,  şüurlu surətdə, eyni cür tətbiqi sayəsində 
 
53
                                                 
1
  Основные  сведения  об  организации  Объединенных  Наций.  М.: 
Юридическая литература, 1995, с. 247 
1
 Смирнов Ю. М. Консульское право: практика и применение. Курс 
лекций Изд-во НИМП, 2001, с. 59 
2
  Работа  комиссии  международного  права.  Изд. 5-е  Нью-Йорк, 
ООН, 1997, с. 301-315 
 
52


qətnamələri, beynəlxalq konfranslarda qəbul edilmiş  qərar, qətnamə 
və s. formasında olan çoxtərəfli aktlar da diplomatiya hüququnun 
mənbələri hesab olunur. Qətnamələr, beynəlxalq təşkilatların və 
beynəlxalq konfransların prosedur qaydaları  və reqlamentləri 
beynəlxalq hüquq normalarının yaradılması prosesinin mərhələlə-
rindən biri kimi nəzərdən keçirilə bilər. T.Neşatayeva 
1
 və N.Krılov 
2
 
məhz bu mövqedən çıxış edirlər. Bununla yanaşı, beynəlxalq 
təşkilatların qətnamələri çoxtərəfli müqavilələrin və konvensiyaların 
işlənib hazırlanmasında da istifadə oluna bilər. Məsələn, B. Aşavski 
hesab edir ki, qətnamələrin müddəaları adət yolu ilə beynəlxalq 
hüquq normalarının yaradılması prosesində  məcburi xarakter kəsb 
edə bilər 
3
.  
hüquqi məcburi davranış qaydası kimi diplomatiya hüququnun 
mənbələrindən biridir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda 
beynəlxalq adət diplomatiya hüququnun bir çox məsələlərində öz 
yerini beynəlxalq müqaviləyə buraxmışdır.  
Diplomatiya hüququnun mənbəyi, həmçinin  beynəlxalq 
hüququn ümumi prinsipləridir.  Xarici sözlər lüğətində prinsiplər 
(“principum” latın sözündən – başlanğıc  əsas)  əsas müddəa, 
fəaliyyətin rəhbər ideyası,  əsas davranış qaydası kimi izah olunur 
1

Hələ  qədim dövrdən hesab olunmurdu ki, “prinsip hər  şeyin  əsas 
hissəsidir” (“principium est porissima pars cijuqie rei”) 
2
. Fəlsəfi 
mənada prinsip insan fəaliyyətinin müxtəlif sferalarında  əsas gö-
türülməsi vacib olan bir sıra fakt və biliklərin məcmusunun  əsasını, 
özəyini təşkil edən müddəa kimi başa düşülür. Hal - hazırda da prin-
sip terminindən müxtəlif fəaliyyət sferalarında istifadə olunsa da
onun başlanğıc, əsas kimi mənaları qorunmuş olur 
3
.  
Deyilən fikirlər beynəlxalq təşkilatların və orqanların, kon-
fransların qətnamə, reqlament və prosedur qaydalarının müasir dün-
yada artan rolunun əhəmiyyətini bir daha təsdiq edir. Baş Assam-
bleyanın, BMT-nin Təhlükəsizlik  Şurasının, ATƏT, YUNESKO, 
AEBA və digər beynəlxalq təşkilatların qərarları beynəlxalq 
münasibətlərin aktual problemlərinin beynəlxalq hüquqi tənzimlən-
məsində mühüm rol oynayır.  
Beynəlxalq hüququn əsas prinsipləri öz “jus cogens” xarakteri 
ilə digər hüquq qaydalarının yaradılması üçün hüquqi baza təşkil 
edir. Beynəlxalq hüququn əsas prinsipləri universal xarakterli nor-
madır, belə ki, onlar bütün dövlətlərarası münasibətlərə istisnasız 
şamil edilir, beynəlxalq hüquq qaydalarının  əsasını  təşkil edir və 
dövlətlərarası münasibətlərin inkişafı üçün mühüm siyasi və hüquqi 
əsasdır. Lakin buna baxmayaraq bəzi müəlliflər beynəlxalq hüququn 
ayrıca mənbəyi kimi onlara şübhə ilə yanaşırlar və qeyd edirlər ki, bu 
prinsiplər ya adət formasında, ya da müqavilə formasında özünü 
göstərir.  
Məhkəmə  qərarları.  BMT-nin Beynəlxalq Məhkəməsi, Av-
ropa  İttifaq Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi,  İnsan 
Hüquqları üzrə Amerikaarası  Məhkəmə  və digərləri presedent 
hüququ xarakteri daşıyır və hüququn mənbəyini təşkil edir.  
Xüsusilə, xarici əlaqələr sferasında məhkəmə praktikası mü-
hüm rol oynayır. M.L.Entinin doğru olaraq qeyd etdiyi kimi, 
“beynəlxalq məhkəmə orqanlarının qərarları beynəlxalq 
münasibətlərin hüquqi müəyyənliyini gücləndirir, qüvvədə olan 
hüquq normasının mötəbər  şərhini verir, onun məzmununu 
dəqiqləşdirir, hətta müəyyən hallarda onun sonrakı  təkamülünün 
ümumi istiqamətlərini müəyyən edir”
4
. Buna parlaq misal olaraq Te-
                                                 
Beynəlxalq Məhkəmənin Statutunun 38-ci maddəsində bey-
nəlxalq hüququn ümumi əsasları (prinsipləri) qeyd olunmuşdur, lakin 
diplomatiya hüququnun digər mənbələrindən olan beynəlxalq orqan 
və təşkilatların qətnamələrinin adı çəkilmir.  
Beynəlxalq təşkilatların qərarları.  Beynəlxalq təşkilatların 
                                                 
 
55
1
 Нещатаева Т.Н. Международные организации и правовые тенден-
ции в международно-правовом регулировании. М.: Дело, 1998, с. 93 
2
 Крылов Н.Б. Правотворческая деятельность международных орга-
низаций. М.: Наука, 1988, с. 49 
1
 Словарь иностранных слов. 18-е изд., стер., М.: с 48. Рус. яз.,1989, 
с. 409 
3
  Ашавский  Б.  М.  Межправительственные  конференции  Междуна-
родно-правовые вопросы. М.: Международные отношения,1980, с. 106 
2
  Общая  теория  государства  и  права.  Академический  курс  в 3-х  то-
мах. Изд. 2-е. перараб. и доп. Отв. ред. М.Н.Марченко. Том III, М.: ИКД 
«Зерцало-М», 2001, 528с; Том 2, М.: ИКД «Зеркало-М», 2001, с. 79 
4
 Ентин М.Л. Международные судебные органы; вклад в обеспече-
ние  международной  стабильности,  законности  и  сотрудничества.  Ав-
тореферат диссертации. На соискание ученой степени доктора юриди-
ческих наук. М.: МГИМО, 1993, с. 5 
3
  Константинов  Ф.В.  Философская  энциклопедия.  М.:  Советская 
Энциклопедия, Т. 4, «Наука и логика», Сигети, 1967, с. 365 
 
54


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə