Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə22/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   122

surətdə  və ya digər nazirliklər, dövlət komitələri və idarələri ilə 
birlikdə, yaxud onlarla razılaşmaqla Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müəy-
yənləşdirilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə 
təqdim edirlər (maddə 21).  
Nazirlər Kabineti, həmçinin Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələri ilə  tənzimlənən və onların səlahiyyətlərinə 
aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü 
öhdəliklərin yerinə yetirilməsini təmin edir.  
İdarələrarası xarakter daşıyan Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələrinin bağlanması, icrası  və  ləğv edilməsi 
qaydalarına əsasən, idarələrarası müqavilələrin bağlanması haqqında 
təklif onu imzalayacaq idarə  tərəfindən müvafiq aidiyyətli 
təşkilatlarla razılaşdırılmış müqavilə layihəsi ilə birlikdə Nazirlər 
Kabinetinə  təqdim edilir. Nazirlər Kabineti verilmiş  təkliflərə baxıb 
müvafiq rəylə birlikdə müqavilə layihəsini Azərbaycan 
Respublikasının Prezidentinə təqdim edir (maddə 2. 1).    
Nazirlər Kabineti Azərbaycan Respublikasının diplomatik 
xidmətini təşkil edir, xarici dövlətlərdə, beynəlxalq təşkilatlarda 
diplomatik və konsul nümayəndəliklərinin təsis olunması, zəruri 
maliyyə  vəsaitlərinin ayrılması  məsələlərini həll edir, Azərbaycan 
Respublikasının beynəlxalq aləmdə xarici siyasət və diplomatiyasının 
realizəsi üzrə vacib tədbirləri həyata keçirir.  
Azərbaycan Respublikasının beynəlxalq mərasimlərdə 
iştirakının maliyyə  təminatı ilə  əlaqədar, respublikada müxtəlif 
beynəlxalq tədbirlərin keçirilməsi üçün vəsait ayrılması  və s. 
məsələlərlə bağlı Nazirlər Kabinetinin çoxsaylı sərəncam və qərarları 
mövcuddur. Məsələn, Qara dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının 
Xarici  İşlər Nazirləri  Şurasının Bakı  şəhərində keçiriləcək tədbirlə 
bağlı  xərclərin ödənilməsi üçün vəsaitin Xarici İşlər Nazirliyinə 
ayrılmasına dair 27 aprel 2004-cü il 81 №li sərəncamı, 2004-cü ildə 
Şimali Atlantika Birliyinin “Sülh naminə  tərəfdaşlıq” Proqramı 
çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər üzrə nəzərdə tutulmuş 
vəsaitin bölgüsünün təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 10 
may 2004-cü il tarixli 915 №li sərəncamı və s.  
Azərbaycan Respublikasının xaricdəki səfirliklərinin, 
konsulluqlarının və digər diplomatik nümayəndəliklərinin 
saxlanılması, fəaliyyəti üçün onlara binaların alınması, təchiz və 
təmir işləri üçün Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarları 
ilə  vəsaitlər ayrılır. Bunlara konkret misal olaraq Azərbaycan 
Respublikasının Macarıstan Respublikasındakı  səfirliyinin maliyyə 
təminatı barədə 24 sentyabr 2004-cü il tarixli 140 №li qərarını, 
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı  sə-
firliyinin maliyyə təminatı barədə Nazirlər Kabinetinin 30 iyul 2004-
cü il 102 №li qərarını və s. göstərmək olar.  
Respublikamızın üzv olduğu beynəlxalq ictimai-siyasi, kredit 
təşkilatlarına vaxtında üzvlük haqları  və kreditlər üzrə faizlərin 
ödənilməsinə dair Nazirlər Kabinetinin sərəncamları da xüsusi yer 
tutur.  
Nazirlər Kabinetinin xarici əlaqələrlə bağlı  sərəncam və 
qərarları  təkcə maliyyələşdirmə xarakterli aktlarla məhdudlaşmır. 
Təşkilati məsələlərlə  əlaqəli olaraq da bir çox sərəncam və  qərarlar 
mövcuddur.  
Azərbaycan Respublikası digər dövlətlərlə çoxsaylı 
hökumətlərarası sazişlər imzalamışdır. Nazirlər Kabineti, həmçinin 
hökumətlərarası  əməkdaşlığa dair sazişlərin həyata keçirilməsi ilə 
əlaqədar tədbirlər görülməsi üçün sərəncamlar da verir.  
Azərbaycan Respublikasının qoşulduğu konvensiyalardakı 
müddəalardan irəli gələn öhdəlikləri həyata keçirmək üçün nəzərdə 
tutulmuş ölkə üzrə  səlahiyyətli orqan qismində aidiyyətlı orqanların 
təyin olunması üçün Nazirlər Kabineti Azərbaycan Respublikası 
Prezidentinin bir sira müvafiq sərəncam layihələrini hazırlayıb 
Prezident Aparatına təqdim edir.  
Nazirlər Kabineti Azərbaycan Respublikasının beynəlxalq 
təşkilatlarla  əlaqələrinin həyata keçirilməsi sahəsində  də operativ iş 
aparır. İlk öncə o, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığa dair 
nazirlik və idarələrdən gələn təklifləri dəyərləndirir, onu digər 
müvafiq orqanlara göndərir, cavablar alır və ümumiləşdirilmiş rəylər 
əsasında konkret təkliflər verir. Digər tərəfdən, respublikanın artıq 
əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla münasibətlərinin daha da 
inkişaf etdirilməsi sahəsində də tədbirlər görür.  
Nazirlər Kabinetinin xarici siyasət məsələləri ilə bağlı bu geniş 
funksiyaları əsasən onun Mərkəzi Aparatının Xarici İqtisadi Əlaqələr 
şöbəsi vasitəsilə  həyata keçirilir. Nazirlər Kabinetinin İşlər  İdarəsi 
haqqında  Əsasnamədə bu şöbənin aşağıdakı  vəzifələri müəyyən 
edilmişdir: 
 
84
 
85


-
 
xarici iqtisadi siyasət strategiyasının hazırlanmasını  və 
həyata keçirilməsini təşkil etmək; 
-
 
xarici iqtisadi əlaqələrin müxtəlif formalarının inkişaf 
etdirilməsinə dair təklifləri hazırlamaq; 
-
 
Azərbaycan Respublikasının hökumətlərarası saziş, müqavilə 
və digər beynəlxalq aktlarının layihələrinin hazırlanmasını  və 
müəyyən edilmiş qaydada təqdim olunmasını təmin etmək; 
-
 
nazirlik, baş idarə və təşkilatların xarici iqtisadi fəaliyyətinin 
əlaqələndirilməsi və onun Azərbaycan Respublikasının xarici iqtisadi 
siyasət strategiyasına uyğun olaraq həyata keçirilməsini təmin etmək; 
-
 
xarici iqtisadi fəaliyyət sahəsində Azərbaycan Respublikası 
qanunlarının, prezident fərmanlarının, Nazirlər Kabinetinin qərar və 
sərəncamlarının icrası üzərində  nəzarətin həyata keçirilməsi, bunun 
üçün müvafiq təşkilatın nümayəndələrini cəlb etməklə yoxlama 
komissiyalarının təşkil edilməsi, yoxlamanın nəticələrini təhlil edib 
aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlərin 
hazırlanması; 
-
 
Azərbaycan Respublikası xalq təsərrüfatı sahələrinin inkişafı 
üçün xarici kreditlər və investisiyaların cəlb edilməsi işinin təşkili; 
-
 
Azərbaycan Respublikasının xarici ölkələrdə  səfirlik və 
nümayəndəliklərinin valyuta vəsaiti ilə, maliyyələşdirilmə məsələləri 
ilə bağlı sənədlərin hazırlanması; 
-
 
Azərbaycan Respublikası  xətti ilə respublikaya rəsmi səfərə 
gələn xarici nümayəndə heyətlərinin qəbulu və dövlət protokol 
xidməti qaydalarına  əməl olunmasının təmin edilməsi, habelə digər 
xarici nümayəndə heyətlərinin və  əcnəbi qonaqların Nazirlər 
Kabinetinin rəhbərliyi tərəfindən qəbulunun təşkili; 
-
 
beynəlxalq sərgilərin, simpoziumların, sərgilərin təşkili və s.  
Əsasnamədə göstərilən vəzifələr xarici iqtisadi əlaqələr 
şöbəsinin və bütövlükdə Nazirlər Kabinetinin uyğun sahədəki 
fəaliyyəti barədə ümumi təəssürat yaradır.  
Son olaraq qeyd edək ki, hökumət başçısı da həmçinin dövləti 
və onun hökumətini öz səlahiyyətləri çərçivəsində xarici əlaqələrdə 
təmsil edir. Baş nazir Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinin bağlanması, icrası  və  ləğv edilməsi qaydaları 
haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sülh 
müqavilələri istisna olmaqla, Azərbaycan Respublikasının digər 
beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları 
imzalamaq hüququna malikdir. Beynəlxalq hüquq və praktikaya 
əsasən də dövlətlərarası müqavilələrin bağlanmasında hökumət 
başçısına vəkalətnamə tələb olunmur  
Hökumət başçısı xüsusi vəkalət olmadan BMT-nin Baş 
Assambleyasının və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak 
edə bilər. Onun hər hansı bir mərasimdə olması hökumət başçısı kimi 
öz səlahiyyətləri əsasında bu mərasimdə iştirak etməsinə əsas verir 
1
.  
Hökumət notası, beynəlxalq münasibətlər məsələləri üzrə 
hökumət başçısının xarici dövlətin hökumət başçısına müraciəti, 
hökumət nümayəndə heyətlərinin göndərilməsi və öz ölkəsində 
qəbulu, onlar arasında danışıqlar aparılması  və beynəlxalq 
razılaşmaların imzalanması və s. hökumətin diplomatik fəaliyyətinin 
geniş yayılmış formalarıdır
2
 
 
 
3.1.3. Qanunverici orqan.  
Ali qanunverici orqan tərəfindən xarici əlaqələr sahəsində 
müəyyən funksiyaların həyata keçirilməsinin kökləri hələ  qədim 
quldarlıq dövlətlərinin praktikasına dəlalət edir 
3
. Belə ki, qədim 
Romada müharibə  və sülh məsələlərinin həlli, xarici dövlətlərlə 
danışıqlar aparılması, xarici dövlətlərə diplomatik missiyaların və 
səfirlərin göndərilməsi və s. məsələlər senatın funksiyalarına aid idi. 
Orta  əsrlər dövründə respublika idarə forması olan dövlətlərdə  də 
xarici  əlaqələrin  əsas məsələləri qanunverici orqanın funksiyalarına 
aid idi.  
Hal-hazırda da parlamentlər 
əksər dövlətlərin 
konstitusiyalarına uyğun olaraq xarici siyasətə ümumi rəhbərliyi 
həyata keçirir
4
. Baxmayaraq ki, nə beynəlxalq hüquq, nə  də 
 
87
                                                 
1
  Зорин  В.А.  Основы  дипломатической  службы.  М.:  Международ-
ные отношения 1977, с. 84 
2
 Блищенко И.П. Дипломатическое право 2-е издание. М.: Высшая 
школа, 1990, с. 28 
3
  Зорин  В.А.  Основы  дипломатической  службы.  М.:  Международ-
ные отношения, 1977, с. 80 
4
 Курс международного права в семи томах. Том 7. Основные принци-
пы международного права. Г.В.Игнатенко, В.Н.Караташкин, Б.М.Климен-
ко и др. М.: Наука, 1989, 240 с. Том 3. Основные институты международ-
ного права. М.: Наука, 1990, с. 99 
 
86


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə