Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə24/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   122

keçirilməsi haqqında ümumi qanunun qəbul edilməsi qeyri – mümkün-
dür. Uyğun mexanizm konstitusiya ilə artıq müəyyən olunmuşdur.  
mütəmadi olaraq iştirak edərək Azərbaycan həqiqətlərini bütün 
dünyaya çatdırmaqdadır.  
Bütün bu deyilənlərlə yanaşı, müasir dövrümüzdə 
parlamentlərin xarici əlaqələrdə birbaşa iştirak formaları da geniş ya-
yılmışdır. Buna digər dövlətlərə, beynəlxalq təşkilatlara göndərilən 
parlament nümayəndə heyətləri, ayrı-ayrı parlamentlərin xaricə 
səfərləri və görüşləri parlaq misaldır. Parlamentlər digər dövlətlərin 
parlamentlərinə müraciətlə  çıxış edir, xarici siyasət məsələləri ilə 
əlaqədar bəyanatlar qəbul edir, xarici məsələlər üzrə daimi 
komissiyalar yaradır.  
Bundan  əlavə, Milli Məclisin AŞ PA ilə  əməkdaşlıq 
çərçivəsində bir sıra mühüm tədbirlər keçirilmişdir. 1997-ci il iyulun 
10-11-də Bakıda ASPR ilə Azərbaycan Respublikası Milli Məclisinin 
birgə hazırladığı "Müasir cəmiyyətdə yerli demokratiya" 
mövzusunda beynəlxalq elmi seminar təşkil olunmuşdur.  
Azərbaycan parlamentinin Avropa İttifaqı ilə  də  əlaqələri 
səmərəli olmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəf-
daşlıq və  Əməkdaşlıq Sazişi 1996-cı il aprelin 22-də imzalanmış, 
1999-cu ilin iyununda Lüksemburq sammitində qüvvəyə minmişdir.  
Azərbaycan Respublikası Milli Məclisinin həmin sahədə 
fəaliyyəti barədə ümummilli liderimiz Heydər  Əliyev öz fikirlərini 
belə açıqlamışdır: "Milli Məclis Azərbaycan dövlətinin xarici 
siyasətinin həyata keçirilməsində  də parlamentlərarası  əlaqələr 
vasitəsilə, başqa vasitələrlə bizim ümumi işimizə öz payını 
vermişdir" 
1
.  
2004-cü il iyulun 7-də Avropa İttifaqının genişlənmə üzrə 
komissarı  vəzifəsini icra edən Yaneş Potoçninin başçılıq etdiyi 
nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Milli Məclisdə görüş 
zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və 
əməkdaşlıqdan da danışılmış, ikitərəfli münasibətlərin dərinləşməsi, 
Azərbaycanın Avropaya inteqrasiyası, demokratiya və iqtisadi tərəqqi 
yolunda  əldə edilmiş nailiyyətlərdən söz açılmışdır
1
. Azərbaycan 
Respublikası Milli Məclisinin sıx  əməkdaşlıq etdiyi beynəlxalq 
qurumlardan biri də MDB dövlətlərinin Parlamentlərarası 
Assambleyasıdır. Bu qurum çərçivəsində MDB ölkələri qanunlarının 
uzlaşdırılmasına kömək üçün qəbul olunan model qanunların 
hazırlanmasında Azərbaycan parlamentinin nümayəndələri fəal 
iştirak edir.  
Azərbaycan Respublikasının Milli Məclisində dünyanın 60-
dan çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə qrupları yaradılmışdır. 
Milli Məclisin nümayəndə heyətləri tez-tez xarici ölkələrdə səfərlərdə 
olur, Milli Məclisdə isə xaricdən gələn siyasi və dövlət xadimləri, 
parlament üzvləri ilə görüşlər təşkil edilir
2
.  
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq 
təşkilatlardakı fəaliyyəti bu baxımdan daha diqqətəlayiqdir.  
Milli Məclis Azərbaycan Respublikasının Avropa Şurası ilə 
əlaqələrinin dərinləşməsinə öz layiqli töhfəsini vermişdir. Dövlət 
başçısı Heydər Əliyevin 1996-cı il 8 iyul tarixli sərəncamına əsasən 
respublikanın qanunvericilik orqanı ilə Avropa Şurasının Parlament 
Assambleyası arasında  əməkdaşlığa dair müvafiq proqram sənədi 
işlənib hazırlanmışdır. 1996-cı ilin sentyabrında AŞ Parlament 
Assambleyasının tədbirlərində  iştirak etmək üçün Milli Məclisin 
deputatlarından ibarət nümayəndə heyəti yaradılmışdır. Nümayəndə 
heyəti Avropa Şurası Parlament Assambleyasının tədbirlərində 
                                                                                                        
 
93
                                                
Azərbaycan parlamenti, həmçinin Qara dəniz  İqtisadi 
Əməkdaşlıq Təşkilatının Parlament Məclisi ilə  də yaxından 
əməkdaşlıq edir. 2001-ci il iyunun 19-21 də Qara dəniz  İqtisadi 
Əməkdaşlıq Təşkilatının  ən yüksək forumu ikinci dəfə Bakı 
şəhərində keçirildi. Bunu yüksək dəyərləndirən Azərbaycan 
Respublikasının Prezidenti Heydər  Əliyev forum iştirakçılarına 
müraciətində demişdi: "İri beynəlxalq qurum olan Qara dəniz İqtisadi 
Əməkdaşlıq Təşkilatı  və onun Parlament Məclisi bölgə dövlətləri 
arasındakı münasibətlərin genişlənməsinə  təkan verir və 
ölkələrimizin parlamentlərarası dialoquna geniş perspektivlər açır".  
дарство и право, 1996, №7, с. 141 
 
1
  Əsgərov M. Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq 
təşkilatlarda fəaliyyəti. Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar. 
Azərbaycan Respublikasının Milli Məclisi. Bakı, 2004, s. 6 
1
  Əsgərov M. Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq 
təşkilatlarda fəaliyyəti. Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar. 
Azərbaycan Respublikasının Milli Məclisi. Bakı: 2004, s. 18 
2
 Yenə orda. s. 7 
 
92


Ölkəmizin hərbi-siyasi təhlükəsizliyinə 
təminatı 
gücləndirməyin vacibliyi baxımından NATO ilə  əməkdaşlıq xarici 
siyasətimizin  əsas hədəflərindən birinə çevrilmişdir. 1994-cü ildə 
ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın NATO-nun "Sülh 
naminə  tərəfdaşlıq" Proqramına qoşulması üçün NATO-nun çərçivə 
sazişini imzaladı  və beləliklə, Azərbaycan - NATO əlaqələrinin 
bünövrəsi quruldu. 1999-cu ildən NATO-nun Parlament 
Assambleyasında müşahidəçi statusu alan Azərbaycan bu təşkilatda 
Milli Məclisin sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə 
təmsil olunur. Həmin ildən etibarən Azərbaycan parlamentinin 
nümayəndə heyətləri təşkilatın bütün tədbirlərində, sessiyalarında, 
Rouz-Rout seminarlarında fəal iştirak etmiş, 2002-ci ilin noyabr 
ayında keçirilmiş NATO Parlament Assambleyasının illik sessiyası 
zamanı assambleyanın daimi komitəsinin iclasında Azərbaycan 
Respublikasına bu təşkilatda assosiativ üzv statusunun verilməsi 
barədə qərar qəbul edilmişdir.  
Xarici  əlaqələr sahəsində  fəaliyyətin həyata keçirilməsini 
yüngülləşdirmək məqsədilə Milli Məclisin beynəlxalq münasibətlər 
və parlamentlərarası əlaqələr daimi komissiyası fəaliyyət göstərir. Bu 
komissiya ona aid edilmiş  məsələlərlə bağlı qanun layihələri 
hazırlayır və başqa səlahiyyətləri həyata keçirir.  
Bütün bu deyilənləri ümumiləşdirərək xarici əlaqələr sahəsində 
ali qanunverici orqanın fəaliyyətinin 5 əsas istiqamətini müəyyən 
etmək olar. Birincisi – Azərbaycan Respublikasının xarici siyasətinin 
əsas istiqamətinin müəyyən olunması; ikincisi – xarici siyasət və 
diplomatiya sahəsində parlamentin qanunvericilik fəaliyyəti; 
üçüncüsü – ikitərəfli və çoxtərəfli beynəlxalq konvensiya və 
müqavilələrin Milli Məclis tərəfindən ratifikasiya və denonsasiyası; 
dördüncüsü – xarici əlaqələr sahəsində Azərbaycan Respublikasının 
konvensiya və müqavilələrinin həyata keçirilməsi üzərində  nəzarət; 
beşincisi – beynəlxalq parlament təşkilatları ilə və xarici dövlətlərin 
parlamentləri ilə əlaqələrin yaradılması və inkişafı.  
 
Azərbaycan Respublikasının Milli Məclisi ilə İslam Konfransı 
Təşkilatının Parlament Məclisi arasındakı  əlaqələr də xüsusi 
əhəmiyyət kəsb edir.  
 
3.2. Xüsusi orqanlar 
Adı  çəkilən beynəlxalq parlament təşkilatları ilə  əlaqələrin 
analizi göstərir ki, Milli Məclis digər mühüm məsələlərlə yanaşı, xarici 
əlaqələrin həyata keçirilməsində, həmçinin birbaşa iştirak edir.  
 
3.2.1. Xarici İşlər Nazirliyi 
Xarici  İşlər Nazirliyi dövlətin diplomatik fəaliyyətini birbaşa 
və gündəlik həyata keçirən, həmin dövlətin əlaqələrini birbaşa təşkil 
edən və əlaqələndirən dövlət hakimiyyətinin mərkəzi aparatıdır.  
Azərbaycan Respublikası Milli Məclisi ilə xarici ölkələrin 
qanunverici orqanları arasında  əməkdaşlıq haqqında sazişləri də 
xüsusi qeyd etmək istərdik. Azərbaycan Respublikasının Milli Məc-
lisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında  əməkdaşlıq 
haqqında, Azərbaycan Respublikasının Milli Məclisi ilə Ukraynanın 
Ali Radası arasında  əməkdaşlıq haqqında və s. bu kimi sazişlər də 
parlamentin xarici əlaqələr sahəsində fəaliyyətinə bariz misaldır. Belə 
sazişlərin imzalanmasında məqsəd parlamentlərarası  əməkdaşlığın 
müxtəlif formalarının inkişaf etdirilməsidir.  
Xarici işlər idarəsi dünyanın bütün ölkələrində xarici əlaqələrin 
aparılması üçün xüsusi olaraq yaradılmış  və hökmətin nəzarəti 
altında olan orqandır. Dünya ölkələrinin  əksəriyyətində bu idarələr 
Xarici İşlər Nazirliyi adlanır. Lakin bununla yanaşı, başqa adlara da 
rast gəlinir. Məsələn, ABŞ-da Dövlət Departamenti, İngiltərədə Forin 
Offis, Fransada Xarici Əlaqələr Nazirliyi, Liviiyada Xarici Əlaqələr 
üzrə Milli Büro və s. adlanır. Onların funksiyaları, demək olar ki, 
bütün dünya ölkələrində eynidir, baxmayaraq ki, onların realizəsinin 
hər bir dövlətin konstitusiyasına müvafiq olaraq öz xüsusiyyətləri 
vardır
1
.  
Rusiya Federasiyasının Federal Məclisiylə imzalanmış saziş 
əsasında Milli Məclis və Federal Məclisin  əməkdaşlığı üzrə daimi 
Parlamentlərarası Komissiya təsis edilmişdir (maddə 4) 
1
.  
                                                 
 
95
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edənə qədər 
                                                 
1
 Azərbaycan-Rusiya. Россия-Азербайджан. 1992-2002, sənədlər toplusu
сборник  документов. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, 
Rusiya Federasiyasının Bakıdakı səfirliyi, Cümə, QTSJ, 2002, s. 565 
1
 Танин О. Внешнеполитические органы государств // Международ-
ная жизнь, №2, М.: Общ-во Знание, 1986.  
 
94


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə