Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə32/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   122

konkret sahələri üçün cavabdeh olur və bu fəaliyyət ilə əlaqədar tam 
məsuliyyət daşıyır.  
Bütün bu şəxslər akkreditiv dövlət tərəfindən onlara verilən 
diplomatik pasportlara və yerləşmə dövlətinin xarici işlər nazirliyinin 
protokol  şöbəsi tərəfindən verilən xüsusi kartoçkalara malik olurlar ki, 
bu sənədlər də onların diplomatik agent statusunu təsdiq edir.  
İnzibati –texniki personal nümayəndəliyin inzibati –texniki 
xidmətlərini həyata keçirən  şəxslərdir. Onlara referent tərcüməçilər, 
texniki katiblər, makinaçılar, stenoqrafçılar, digər dəftərxana işçıləri, 
mühasibat işçıləri və s. aiddir. Bu personal səfirliyə  işə xarici işlər 
nazirliyi tərəfindın ezam olunur və onlara xidməti pasport verilir.  
Öz xidməti vəziyyətinə görə diplomatik personaldan 
fərqlənsələr də hal-hazırda inzibati texniki personalın hüquqi 
statusunun diplomatik personala maksimum yaxınlaşdırılması 
tendensiyası özünü göstərir.  
Xidmətçi personala nümayəndəliyin xidməti üzrə vəzifələri hə-
yata keçirən sürücülər, aşbazlar, xidmətçilər, bağbanlar və s. daxildir. 
Onlar bir çox hallarda yerli dövlətin vətəndaşlarından seçilirlər.  
Qeyd olunanlarla yanaşı nümayəndəlik əməkdaşının ev işlərini 
yerinə yetirən və akkreditə edən dövlətin işçisi olmayan “xüsusi ev 
işçiləri” də mövcuddur ki, onlar nümayəndəliyin personalına daxil 
deyildir.  
Konvensiya layihəsi müzakirə olunan zaman diskussiyalara 
səbəb olan müddəalardan biri də 11-ci maddənin 1-ci bəndində təsbit 
edilmiş nümayəndəlik personalının sayına aid müddəa olmuşdur. 
Belə ki, 11-ci maddənin 1-ci bəndinə  əsasən nümayəndəlik 
personalının sayı haqqında konkret razılıq olmadıqda yerli dövlət 
tələb edə bilər ki, nümayəndəliyin personalının sayı yerli dövlətdəki 
şərait və şərtləri, həmçinin nümayəndəliyin tələbatını nəzərə almaqla, 
onun normal və  ağlabatan hesab etdiyi həddi aşmasın. Konvensiya 
layihəsinə bu müddəa əsasən yeni azad olunmuş dövlətlərin təsiri ilə 
daxil edilmişdir. Belə ki, bu dövlətlər maliyyə, kadr və s. problemləri 
nəzərə almaqla əksər hallarda akkreditiv dövlət keyfiyyətində deyil, 
məhz qəbul edən dövlət qismində  çıxış edirdilər. Bu baxımdan 
Boliviya, Liviya, Sinqapur kimi dövlətlərdə birtərəfli qaydada xarici 
diplomatik nümayəndəliyin personalının sayına münasibətdə kvota 
məhdudiyyətləri qoyulmuşdur
 
125
                                                
1
.  
Qeyd edək ki, məsələyə bu cür yanaşma və ümumiyyətlə, 
konvensiyanın bu maddəsi dövlətlərin suveren bərabərlik prinsipinə 
ziddir. O, bir dövlətə digər dövlətin heç də ondan az maraqlı olmadığı 
məsələləri birtərəfli qaydada həll etmək imkanı verir. Nümayəndəlik 
personalının sayının “normal və  ağlabatan” həddinin müəyyən 
edilməsi imkanı eyni qaydada akkreditiv dövlətə də verilməlidir, ən 
azı ona görə ki, özünün orqanı kimi nümayəndəliyin tələbatına o, 
daha yaxından bələddir.  
Digər tərəfdən isə, həmçinin akkreditiv dövlət tərəfindən 
personalın say tərkibinin süni şəkildə artırılması da münaqişəli 
situasiyaların yaranmasına səbəb olur. Belə ki, qəbul edən dövlət 
buna müdaxilə etməsə  də göndərən dövlət müəyyən həddi 
gözləməlidir. Bəzi hallarda bu məqam nəzərə alınmır və bu da 
mürəkkəb situasiyaların yaranmasına gətirib çıxarır. 2001- ci ilin 
mart ayında Rusiya Federasiyasının ABŞ-dakı səfirliyində 190, ABŞ-
ın Rusiya Federasiyasındakı  səfirliyində isə 1090 əməkdaşın 
çalışması iki dövlət arasında böhran situasiyasının yaranmasına 
gətirib çıxarmışdır. 2004- cü ildə ABŞ kütləvi informasiya 
vasitələrində  İraq hökuməti qurulandan sonra burada özünün təsis 
edəcəyi səfirliyinə 3 minə yaxın əməkdaşını akkreditə edəcəyi barədə 
niyyətini ifadə etmişdir. Əgər 3 minə yaxın əməkdaşın əksər qisminin 
ailəli olduğunu da nəzərə alsaq ABŞ səfirliyinin gələcəkdə böyük bir 
şəhərcikdə yerləşəcəyi güman olunmalıdır
2
.  
Ona görə  də  bəzi dövlətlər, o cümlədən, keçmiş SSRİ bu 
maddəyə  aşağıdakı  şəkildə qeyd-şərt etmişdir ki, nümayəndəlik 
personalının sayı ilə  əlaqədar fikir ayrılığı yaranarsa, suveren 
bərabərlik prinsipini əsas götürərək bu məsələ akkreditiv dövlət və 
qəbul edən dövlət arasında razılaşmaya əsasən həll olunmalıdır.  
Hal-hazırda bütün dünyada diplomatik nümayəndəliklərin və 
onun personalının sayının  əhəmiyyətli dərəcədə artması kvotalar 
sisteminin yayılmasına səbəb olmuşdur.  
 
 
1
  Демин  Д.Г.  Статус  дипломатических  представительств  и  их  пер-
сонала. М.: Международные отношения, 1995, с. 15 
2
 Abbasbəyli A., Cəfərov V. Diplomatik protokol. Dərslik. ADPU 
nəşriyyatı, Bakı, 2004, səh. 26 
 
124 


4. 5. Nümayəndəliyin strukturu. Diplomatik korpus.  
Bu fəaliyyətin həyata keçirilməsində, o cümlədən, digər 
şöbələrin də uyğun sahədəki fəaliyyətlərinin həyata keçirilməsində 
informasiya toplanılması  işin  əsas hissəsini təşkil edir. İnformasiya 
materiallarının toplanılması xüsusi diqqət tələb edir və gündəlik 
olaraq bütün diplomatik işçilər tərəfindən həyata keçirilir. Bunun 
üçün səfirliyin hər bir diplomatik işçisi informasiya toplanılması 
üçün bazaya malik olmalıdır. Yerləşmə dövlətinin mətbuatı əsas baza 
rolunu oynayır. Digər tərəfdən əhalinin müxtəlif təbəqələrindən olan 
insanlarla  şəxsi ünsiyyət də ölkə  həyatının hər bir tərəfi haqqında 
ətraflı məlumat toplamağa imkan verir.  
 
Diplomatik nümayəndiliyin  strukturu  dövlətin ümumi xarici 
siyasət məqsədləri, konkret maraqları  və uyğun dövlətlə qarşılıqlı 
münasibətlərinin xüsusiyyətlərindən asılıdır. Lakin bununla yanaşı 
istənilən diplomatik nümayəndəliyin strukturunda ümumi məqamlar 
da yer alır. Belə ki, kifayət qədər stajı olan hər bir diplomatik 
nümayəndəliyin struktur elementi kimi ayrı-ayrılıqda daxili siyasət 
və xarici siyasət məsələləri üzrə, iqtisadi, mədəni, konsul məsələləri 
üzrə məşğul olan qruplar və ya şöbələr yer alır.  
Kommersiya fəaliyyəti ticarətin dəstəklənməsi, ticarət 
siyasətinin formalaşdırılması məqsədini daşıyır.  
Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki 
səfirliyinin strukturunu misal göstərək.  
Səfir – səfirliyə ümumi rəhbərliyi həyata keçirir və onun 
fəaliyyətinə görə məsuliyyət daşıyır; 
Yeni gələn iş adamlarına iş imkanlarının yaradılmasında 
informasiya dəstəyinin verilməsində, yeni bazara daxil olmaq üçün 
lazımi  əlaqələrin qurulmasında da diplomatik işçilər yardımçı 
olmalıdırlar.  
Müşavir – siyasi məsələlər,diaspora,tələbələr; 
Hərbi müşavir 
 Mətbuat və informasiya şöbəsi yerləşmə ölkəsinin gündəlik 
mətbuatlarını izləyir, müxbirlərlə, qəzet redaktorları ilə  əlaqə 
saxlayır. Mətbuat və informasiya şöbəsinin  əməkdaşı  mətbuat 
işçilərindən zəruri informasiyanı almaqla yanaşı öz ölkəsi haqqında 
informasiya ilə də mətbuatı tanış edir. Bu əməkdaşlar hər bir ölkədə 
informasiyanın təşkil edilməsi ilə yaxindan tanış olmalıdır.  Şöbənin 
nümayəndələri maraqlı  şəxslər arasında informasiya bülletenlərinin 
yayılmasına da xüsusi diqqət ayırırlar.  
I katib – informasiya-mətbuat, mədəniyyət məsələləri; 
I katib – hüquq məsələləri; 
I katib – iqtisadi məsələlər
I katib – diaspora, tələbələrlə iş 
Konsul – viza, konsul əməliyyatları;  
Mühasib 
Təsərrüfat müdiri 
Referent 
Əksər səfirliklərdə konsul funksiyalarını həyata keçirən konsul 
şöbələri  yer alır. Müstəqil konsul müəssisələrindən fərqli olaraq bu 
şöbənin müdiri öz hökuməti, XİN adından deyil, səfirin adından 
hərəkət edir və  səfirliyin fəaliyyət dairəsində bu və ya digər 
funksiyalarını həyata keçirir.  
Səfirliyin strukturunda bir sıra şöbələr yer alır. 
Kommersiya və iqtisadi şöbələr.  
Nümayəndəliyin fəaliyyətində iqtisadi və kommersiya 
istiqaməti önəmli yer tutur.  
 İqtisadi fəaliyyət yerləşmə dövlətinin iqtisadi və maliyyə 
siyasətinin anilizindən, onun daxili və xarici siyasətə  təsirinin 
qiymətləndirilməsindən, gələcək tendensiyalarının 
müəyyənləşdirilməsindən və iqtisadi məsələlər üzrə hesabatların 
hazırlanmasından ibarətdir. 
1
 Katiblik  və arxiv şöbələri də nümayəndəliyin mühüm 
struktur elementlərindəndir.  
Təsərrüfat müdirlərinin rəhbərlik etdiyi inzibati-təsərrüfat 
şöbələri inzibati-təsərrüfat işlərinə nəzarət edir.  
Bu sahədə  iş lazımi materialların toplanılması, onların 
əlaqələndirilməsi və analizini, həmçinin bunun üçün geniş əlaqələrin 
olmasını tələb edir.  
                                                 
 
127
Diplomatik korpus anlayışını dar və geniş  mənada 
fərqləndirirlər. Dar mənada diplomatik korpus- hər hansı bir ölkəyə 
akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin başçılarının
 
məcmusuna deyilir. Geniş  mənada diplomatik korpus dedikdə isə 
yalnız nümayəndəlik başçıları deyil, eyni zamanda bütün diplomatik 
1
 П.Дж.Фельтхэт. Настольная книга дипломата. Минск: 2002, с. 33 
 
126 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə