Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə40/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   122

missiyanın başçısı və ya onun hökuməti cavabdehdir
1
.  
5.3.4. Bayraq və rəmzlərdən istifadə etmək hüququ  
Diplomatik  əlaqələr haqqında 1961-ci il Vyana Konvensi-
yasının 20-ci maddəsində nümayəndəliyin akkreditiv dövlətin bayraq 
və  rəmzlərindən istifadə etmək hüququ təsbit olunmuşdur. Bu cür 
hüquqdan istifadə edilməsinin qaydaları isə akkreditiv dövlətin milli 
qanunvericiliyi ilə müəyyən olunur.  
Xarici səfirlik və missiyalara verilən imtiyazlardan biri də 
gömrük imtiyazlarıdır. 1961-ci il Konvensiyasının 36-cı maddəsinin 
1-ci bəndində qeyd olunur ki, nümayəndəliyin yerləşdiyi dövlət qəbul 
etdiyi norma və qanunlara uyğun olaraq, nümayəndəliyin rəsmi 
istifadəsi üçün nəzərdə tutulan əşyaların gətirilməsinə icazə verir və 
onları bütün gömrük rüsumlarından azad edir. Gördüyümüz kimi, 
gömrük imtiyazlarından istifadə edən nümayəndəliklərin hüquq və 
vəzifələrinin konkret həcmi dövlətin daxili qanunvericiliyi ilə 
müəyyən olunur.  
“Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi 
qaydaları haqqında” Azərbaycan Respublikasının 8 iyun 2004- cü il 
tarixli Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı 
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsul-
luqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının dip-
lomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının 
iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və protokol 
qaydalarına uyğun olaraq qaldırılır (maddə 2. 2. ).  
Azərbaycan Respublikasında xarici dövlətlərin diplomatik 
nümayəndəlikləri üçün gömrük güzəştləri Azərbaycan Respublikası-
nın Gömrük Məcəlləsinin 196-cı maddəsi ilə müəyyən olunur. Həmin 
maddəyə  əsasən xarici dövlətlərin Azərbaycan Respublikasının 
ərazisində olan diplomatik nümayəndəlikləri Azərbaycan Respub-
likasının gömrük sərhədindən malların və  nəqliyyat vasitələrinin 
keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi  şərti ilə, 
gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən 
azad edilməklə nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan 
malları Azərbaycan Respublikası ərazisinə gətirə və Azərbaycan Re-
spublikası ərazisindən apara bilərlər
2
. Bu malların təyinatı diplomatik 
nümayəndəlik başçısının rəsmi məktubu ilə müəyyən olunmuş qay-
dada təsdiq olunmalıdır. Malların təyinatı müqavilədə və ya başqa bir 
yolla da göstərilə bilər
3
. Saxlanca görə ödənişlər və Azərbaycan Re-
spublikası gömrük orqanlarının müəyyən edilmiş  iş yerlərindən 
kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük 
rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə 
ödənişlər istisna edilir. Diplomatik nümayəndəliklərin rəsmi 
istifadəsi üçün gətirilən mallar gömrük nəzarətindən azad edilmir. 
Gömrük güzəştləri yalnız gömrük ödənclərinin ödənilməsindən azad 
etməkdən ibarət olur 
4
.  
Qanunun 3.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Re-
spublikasının Dövlət bayrağı xidməti vəzifələrini yerinə yetirərkən 
diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin 
nəqliyyat vasitələrinin üzərində yerləşdirilir.  
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında 
Əsasnaməsində Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq 
təsviri vurulan yerlərə Azərbaycan Respublikasının diplomatik və 
ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binaları da aid 
olunmuşdur (maddə 3).  
 
5.4. Nümayəndəliyin personalının şəxsi immunitet və imtiyazları  
 
 
                                                 
 
161
Diplomatik  əlaqələr haqqında Vyana Konvensiyası nüma-
yəndəliyin başçısı  və onun əməkdaşları - diplomatik, inzibati – tex-
niki personal (həmçinin onların ailə üzvləri) və xidmətçi personal 
üçün bir sıra  şəxsi xarakterli immunitet və imtiyazlar da müəyyən 
etmişdir. Bunlara əsasən aşagıdakılar aiddir: şəxsi toxunulmazlıq, 
igamətgahın,  şəxsı kağız və yazışmaların,  əmlakın toxunulmazlığı, 
yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, göm-
rük imtiyazları.  
1
 Фельтхем Р.Дж. Настольная книга дипломата. Минск: Новое зна-
ние, 2002, 3-е издание, с. 65 
 
 
5. 4. 1. Diplomatik personalın immunitet və imtiyazları 
2
 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı: Hüquq 
ədəbiyyatı, 2001, s. 108 
a) Şəxsi toxunulmazlıq.  
Şəxsi immunitet və imtiyazlar arasında əsas norma diplomatik 
agentin  şəxsi toxunulmazlığı prinsipidir. Konvensiyanın 29-cu 
maddəsinə  əsasən diplomatik agentin şəxsiyyəti toxunulmazdır. O, 
3
 Heydərov K. Gömrük işinin əsasları. Birinci cild. Gömrük işinin təşkili 
və texnologiyası. Azərnəşr, 1998, s. 81 
4
 Yenə orada. 
 
160 


Pazarçinin
1
, E. Denzanın
2
  və s. ) mülahizələrini cəmləşdirərək 
müəyyən edə bilərik ki, diplomatın  şəxsi toxunulmazlığının 
məhdudlaşdırılması əsasən aşağıdakı hallarla əsaslandırıla bilər: 
hər hansı bir formada tutulub saxlanıla və ya həbs oluna bilməz. 
Yerləşmə dövləti ona lazımi hörmətlə yanaşmalı  və onun 
şəxsiyyətinə, azadlığına və  ləyaqətinə  hər hansı bir hücumların qar-
şısının alınması üçün bütün lazımi tədbirləri görməlidir.  
1)
 
diplomat öz hərəkətləri ilə özünü təhlükə altında qoyursa; 
Şəxsi toxunulmazlıq  ən  əsas immunitetdir və diplomatın digər 
immunitet və imtiyazları buradan yaranır
1
.  Şəxsi toxunulmazlıq 
prinsipinə  əsasən diplomatik agentin tutulub saxlanılmasına və  həbsə 
alınmasına yol verilmir və o, yerləşmə dövlətinin cinayət mühakimə 
aidiyyətindən tamamilə azad olunur. Diplomatik agentin hüquqazidd 
davranışı zamanı belə onun şəxsinə  zərər gətirə bilən hər hansı 
tədbirləri həyata keçirmək olmaz. Belə halda nümayəndəliyin 
yerləşdiyi dövlət konvensiyaya uyğun olaraq öz maraqlarının 
müdafiəsi məqsədilə müəyyən müdafiə vasitələrindən istifadə edə 
bilər. Belə müdafiə vasitələrinə diplomatik agentin geri çağırılmasını 
tələb etmək, onu persona non grata elan etmək və sair aiddir. Konven-
siya digər məcburetmə tədbirlərini nəzərdə tutmur.  
2)
 
diplomatın toxunulmazlığını pozan şəxslər onun rəsmi möv-
qeyindən xəbərsiz olduqda; 
3)
 
cinayət törədilməsinin qarşısını almaq məqsədilə; 
Konvensiyada  şəxsi toxunulmazlıq prinsipinin bu formada 
təsbit edilməsi təbii ki, praktikada ondan sui-istifadə edilməsi hal-
larına yol açır. Bunu nəzərə alaraq BMT-nin Beynəlxalq Hüquq Ko-
missiyasi diplomatik əlaqələr və immunitetlər haqqında Konvensiya 
layihəsini hazırlayarkən  şəxsi toxunulmazlıq prinsipinin şərhində 
qeyd etmişdir ki, o, “diplomatik agentlərə münasibətdə  nə 
özünümüdafiə tədbirlərini, nə də müstəsna  şəraitdə, onun tərəfindən 
müəyyən cinayətin və hüquqazidd əməllərin qarşısını alma 
tədbirlərini istisna etmir”
2
. Diplomatik agent tərəfindən hüquqazidd 
əməl törədilən zaman onun müvəqqəti olaraq tutulub saxlanılmasının 
qanunauyğunluğu haqqında bir sıra doktrinal fikirlər də maraq 
yaradır. Bu məsələ ilə əlaqədar əksər hüquqşünasların (D.B.Levinin
3

K.K.Sandrovskinin
4
, L.Oppenqeymin
5
, A.A.Kovalyovun
6
, H. 
                                                 
 
163
                                                                                                       
4)
 
diplomat tərəfindən müəyyən  əməllərə qarşı özünümüdafiə 
məqsədilə.  
Qeyd olunan situasiyalarla bağlı  əksər dövlətlərin praktikasında 
diplomatik  əməkdaşların qeyri-qanuni fəaliyyətinin qarşısını alan üsul 
kimi “cinayət başında yaxalanma”dan istifadə edilir 
3
.  
Cinayət başında yaxalanma, xüsusilə, fərdi  şəxslər tərəfindən 
həyata keçirilərsə (onlar diplomatın statusu haqqında məlumata malik 
olmaya da bilər), yaxud onu reallaşdıran hüquq mühafizə orqanları 
cinayət törədilməsində  şübhəli bilinən  şəxsin statusundan xəbərsiz 
olarsa daha sadə əsaslandırıla bilər.  
Cinayət törədilməsinin qarşısını almaq məqsədilə diplomatın 
saxlanılması o zaman həyata keçirilə bilər ki, onun cinayət fəaliyyəti 
haqqında dəlillərin  əldə olunacağına  əminlik olsun. Belə saxlanılma 
məhz cinayət törədilməsi anında həyata keçirilə bilər.  
Qeyd edək ki, bütün bu yuxarıda sadalanan və s. mümkün hal-
larda belə diplomatik agentin sadəcə olaraq müvəqqətu tutulub sax-
lanılmasından (həbs edilmədən) bəhs olunur.  
Göründüyü kimi şəxsi toxunulmazlıq, cinayət yurisdiksiyası 
immunitetindən fərqli olaraq mütləq xarakter daşımır. Lakin şəxsi 
toxunulmazlıq prinsipindən istisnalara praktikada nadir hallarda rast 
gəlinir. Konvensiyanın özünə isə bu cür istisnalar ona görə daxil 
edilməmişdir ki, praktikada bu, şəxsi toxunulmazlıq prinsipinin ef-
fektliliyini heçə endirərdi.  
Şəxsi toxunulmazlıq yerləşmə dövləti tərəfindən təmin olun-
1
  Демин  Д.Г.  Статус  дипломатических  представительств  и  их  пер-
сонала. М.: Международные отношения, 1995, с. 98 
 
2
  Блищенко  И.П.,  Жданов  Н.В.  Принцип  неприкосновенности  ди-
пломатического агента // СЕМП,1973. М.: Наука, 1975, с. 190 
Учебное пособие. М.: Наука, 1986.  
3
  Левин  Д.Б.  Дипломатический  иммунитет  М.–Л.  Тип  изд-ва  Ака-
демия Наук СССР в Минск, 1949.  
1
 Hüseyin Pazarci. Uluslararasi Hükuk dersleri. III kitab. Turhan 
kitabevi. Ankara, 1994.  
4
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 1986.  
2
 Denza E. Diplomatic Law 2
nd
 ed. Clarendon Press Oxford,1998 
5
 Oppenheim L. İnternational Law London-New York-Toronto, 1928.  
3
  Торкунов  Н.В.  Дипломатическая  служба.  Учебное  пособие  РОС-
СПЭН, 2002, с. 101 
6
  Ковалев  А.А.  Привилегии  и  иммунитеты  в  современном  праве 
 
162 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə