Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Diplomatik nümayəndəliyin immunitet və imtiyazları



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə38/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   122

5.3. Diplomatik nümayəndəliyin immunitet və imtiyazları 
Bütün bunlar labüd olaraq diplomatik nümayəndəliyin və onun 
personalının immunitet və imtiyazlarının yeni doktrinal 
əsaslandırılmasını tələb edir.  
 
Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazları iki qrupa 
bölürlər:  
Diplomatik immunitet və imtiyazılar institutuna yeni yanaş-
manın meydana gəlməsi bir sıra hüquqşünasların  əsərlərində artıq 
özünü göstərmişdir. Lakin bu fikir ayrı-ayrı mülahizələr  şəklində 
qalmaqdadır və beynəlxalq hüquq doktrinasında hələ  də vahid 
nəzəriyyə  şəklini almamışdır. Bu mülahizələri aşağıdakı  şəkildə 
cəmləşdirmək olar. Diplomatik immunitet və imtiyazların  əsasında 
dövlətlərin suveren bərabərliyi prinsipi durur və bu prinsipə  əsasən 
diplomatik nümayəndəlik dövlətin orqanı kimi yerləşdiyi dövlətin yu-
risdiksiyasından çıxarılır
1
. Dövlət immuniteti də  məhz bu prinsipə 
əsaslanır 
2
. Dövlət immuniteti həm onun özünə, həm də onun 
mülkiyyətinə, dövlət orqanlarına  şamil olunur. Diplomatik 
nümayəndəliklər dövlətin orqanıdır və dövlətin immunitetinə  əsasən 
yerləşmə dövlətinin yurisdiksiyasından azad olunurlar.  
1) dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet 
və imtiyazları; 
2) şəxsi immunitet və imtiyazlar.  
Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nü-
mayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və  nəqliyyat 
vasitələrinin toxunulmazlığı, arxiv və  sənədlərin toxunulmazlığı, 
vergi imtiyazları, gömrük imtiyazları  və akkreditiv dövlətin bayraq 
və rəmzlərindən istifadə etmək hüququ daxildir.  
 
5.3.1. Binanın və nəqliyyat vasitələrinin toxunulmazlığı 
Nümayəndəliklərə verilən immunitet və üstünlüklər arasında 
ən  əsas norma nümayəndəliyin binasının xarici müdaxilədən qorun-
masıdır. Bu norma mütləq xarakter daşıyır və diplomatik əlaqələr 
haqqında 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində dip-
lomatik nümayəndəliklərin binalarının toxunulmazlığı prinsipi kimi 
qeyd olunur. Toxunulmazlıq prinsipi yerləşmə dövlətinin xarici dip-
lomatik nümayəndəliklərin binalarına münasibətdə iki cür öhdəliyini 
müəyyən edir. Bir tərəfdən 22-ci maddəyə uyğun olaraq onun vəzifəli 
şəxsləri bu toxunulmazlığı pozan hər hansı istənilən hərəkətdən 
(nümayəndəliyin başçısının icazəsi olmadan bu binaya daxil olmaq, 
burada axtarış, həbs və  s.  icra  tədbirləri həyata keçirmək, 
nümayəndəliyə hücum etmək, onun sakitliyini, şərəf və  ləyaqətini 
pozmaq) çəkinməlidirlər. Digər tərəfdən isə yerləşmə dövləti həmin 
nümayəndəliyi fiziki şəxslərin zərər gətirən müxtəlif qeyri-qanuni 
əməllərindən də mühafizə etməlidir
1
. K.K.Sandrovski bunları 
yerləşmə dövlətinin uyğun olaraq passiv və aktiv öhdəlikləri şəklində 
müəyyən etmişdir.  
Bunları nəzərə alaraq biz Deminin fikri ilə tamamilə razılaşırıq 
ki, bütün diplomatik immunitet və imtiyazların verilməsi zəruriliyini 
məhz akkreditiv dövlətin immuniteti ilə izah etmək olar. Bu, diplo-
matik nümayəndəliyin, onun personalının, personalın ailə üzvlərinin 
bütün immunitet və imtiyazlarını nəinki izah edir, hətta bu immunitet 
və imtiyazların daha geniş  həcmdə müəyyən olunmasını da nəzərdə 
tutur.  
Dövlət immuniteti ilə, həmçinin digər xarici əlaqə orqanlarının 
– konsulluqların, beynəlxalq təşkilatlarda daimi nümayəndəliklərin, 
orqan və konfranslardakı nümayəndələrin və s. immunitet və imti-
yazlarını da əsaslandırmaq mümkündür.  
Bütün bu göstərilən müddəaları Y.Q.Demin dövlətin suveren 
immuniteti nəzəriyyəsinin əsası kimi müəyyən edir.  
Hesab edirik ki, funksional zərurət və nümayəndəlik 
nəzəriyyələri ilə  əsaslandırılması mümkün olmayan situasiyalarda, 
şərti olaraq dövlətlərin suveren immuniteti adlandırılmış olan bu 
nəzəriyyədən istifadə etmək bir sıra məsələlərə aydınlıq gətirmiş 
olardı.  
Nümayəndəliyin binasının və onun həyətyanı sahəsinin mülki-
hüquqi statusu onun immunitet və imtiyazlarına təsir etmir
2
.  
                                                 
 
153
                                                 
1
  Андреев  С.  Дипломатические  привилегии  и  иммунитеты // Меж-
дународная жизнь. 1986, №6, общ-во Знание, с. 159 
1
 Федоров Л. Дипломат и консул. М.: Международные отношения. 
1965, с. 96 
2
 Международное право. Учебник. Отв. ред. Б.М.Колосов, В.И.Куз-
нецов. М.: Межд. отношения, 1995, с. 167 
2
 Богуславский М. М. Иммунитет государства. М.:  ИМО,1962 
 
152 


1961-ci il Konvensiyasında nümayəndəliyin binasının 
toxunulmazlığının mütləq xarakterinə  xələl gətirə biləcək yanğın 
qeyd-  şərti və ya hər hansı digər istisnalar öz əksini tapmamışdır. 
Konvensiyanın layihəsi hazırlanan zaman bəzi dövlətlər tərəfindən 
son zərurət, fövqəladə  vəziyyət doktrinalarının qəbul etdirilməsi 
cəhdləri edilsə də bu cür müddəa konvensiyaya daxil edilməmişdir.  
Uyğun olaraq nümayəndəliyə daxil olmaq üçün onun başçısı-
nın icazəsinin vacibliyi mütləq xarakter kəsb edir. Bu cür icazəni al-
maq fiziki cəhətdən mümkün olmadıqda (məs., nümayəndəliyin 
başçısı olmadıqda və ya öldükdə), müvəqqəti işlər müvəkkili və ya 
diplomatk personalın hər hansı üzvü belə icazəni verir. Hüquqi 
cəhətdən belə davranış Konvensiyaya əsaslanmır və dövlətlər aras-
ında normal diplomatik münasibətlərə ziyan vura bilər, belə ki, Kon-
vensiya birmənalı  şəkildə müəyyən edir ki, bu cür icazəni yalnız 
nümayəndəliyin başçısı verə bilər. Nümayəndəliyin başçısı  həmin 
zaman müəyyən səbəblərdən bunu edə bilmədikdə yerləşmə dövləti 
bu icazəni akkreditiv dövlətin hökumətindən almalıdır.  
Nümayəndəliyin başçısının binaya daxil olmağa icazə 
verməməsi isə yerləşmə dövlətini hüquqi baxımdan binaya daxil ol-
maq imkanlarından tamamilə  məhrum edir. Baxmayaraq ki, qərb 
beynəlxalq hüquq doktrinasında son zərurət konsepsiyasının 
əsasandırılması cəhdlərinə rast gəlinir. 
1
Diplomatik nümayəndəliyin toxunulmazlığı nümayəndəliyin 
özü və ya onun personalının ayrı-ayrı üzvləri tərəfindən bu 
prinsipdən sui-istifadə edilməsi hallarına yol açır ki, bu da yerləşmə 
dövlətinin maraqlarına və onun təhlükəsizliyinə ciddi ziyan vurur. Bu 
cür sui-istifadə hallarının qarşısını alan norma Konvensiyanın 41-ci 
maddəsinin 3-cü bəndində  təsbit olunmuşdur. Burada deyilir ki, 
nümayəndəliyin binasından onun funksiyaları ilə uyğun olmayan 
məqsədlərdə istifadə olunmamalıdır. Nümayəndəliyin funksiyaları ilə 
uyğun olmayan məqsədlər dedikdə, müxtəlif məsələlər nəzərdə tutula 
bilər. Bunlara, əsasən, nümayəndəliyin binasında silah, kəşfiyyat tex-
nikasının saxlanılması, bu binada hər hansı bir şəxsin zorla tutulub 
saxlanılması, diplomatik sığınacaq verilməsi və s. aiddir.  
Praktikada nümayəndəliyin binasından yuxarıda sadalanan 
                                                 
məqsədlərlə istifadə edilməsi hallarına rast gəlindiyinə görə belə 
vəziyyətdə onun toxunulmazlığının hüdudlarının müəyyən olunması 
məsələsi maraq kəsb edir. Yəni bu binalardan nümayəndəliyin funk-
siyalarına uyğun olmayan şəkildə istifadə olunduqda, onun toxunul-
mazlığı məhdudlaşdırıla bilərmi? 
Müasir diplomatiya praktikasında bu suala birmənalı cavab 
verilmir. Bu məsələ diplomatik sığınacaq institutu ilə əlaqədar olaraq 
D.B.Levinin “Diplomatik immunitet” kitabında  ətraflı araşdırılmış-
dır
1
. Levin bir sıra məşhur beynəlxalq hüquqşünasların fikirlərinin 
icmalını verərək bu məsələ ilə bağlı iki ayrı yanaşmanın mövcud 
olduğunu müəyyən etmişdir. Bir qrup müəllif (Kamarovski, Uly-
aniski, Foşil, Martens, Oppenqeym, Xaykinq və b.) hesab edirlər ki, 
yerləşmə dövləti nümayəndəliyin toxunulmazlığını pozaraq burada 
gizlənmiş cinayətkarı zorla ələ keçirə bilər. Digər müəlliflərin 
(Korovin, Durdenevski, Krılov, Satou) fikrinə  əsasən, yerləşmə 
dövləti binanı mühasirəyə ala, diplomatik nümayəndənin geri 
çağırılmasını tələb edə bilər, lakin zorla bu binaya daxil ola bilməz. 
Levin hesab edir ki, müəyyən xüsusi hallarda və müəyyən  şərtlərlə 
binanın toxunulmazlığının pozulması qanuni özünümüdafiə 
tədbiridir.  
Beynəlxalq hüququn müasir doktrinasında da belə ikili 
yanaşma mövcuddur. Doktrinalarda hüquqşünaslardan bir qismi 
(əsasən keçmiş sovet hüquq ədəbiyyatında) diplomatik 
nümayəndəliyin mütləq toxunulmazlığının, digər qismi isə (Denza, 
Hiqqins, Kaye və s.) onun müəyyən vəziyyətlərdə 
məhdudlaşdırılmasının tərəfdarı kimi çıxış edir və bu zaman 
özünümüdafiə və ya repressali institutuna istinad edirlər.  
Hesab edirik ki, 22-ci maddədə “yanğın qeyd-şərtinin” yer al-
maması nümayəndəliyin toxunulmazlığının, məsələn, V.Q.Blyablinin 
qeyd etdiyi şəkildə çox geniş şərh olunmasına əsas vermir
2
. Belə ki, 
Blyablinə görə, Konvensiyanın 22-ci maddəsi binanın istənilən 
 
155
                                                 
1
  Левин  Д.Б.  Дипломатический  иммунитет  М.–Л.:  Тип  изд-ва  Ака-
демия Наук СССР в Минск, 1949, с. 382-388 
2
  Бляблин  В.Г.  Некоторые  вопросы  толкования  современной  меж-
дународно-правовой  доктриной  норм  международного  права,  регули-
рующих  дипломатические  привилегии  и  иммунитеты // СЕМП,1985, 
М.: Наука 1986, с. 213-216 
1
  Демин  Д.Г.  Статус  дипломатических  представительств  и  их  пер-
сонала. М.: Международные отношения, 1995, с.42 
 
154 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə