Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə41/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   ...   122

 
164 
malıdır və bunun üçün dövlət bütün lazımı tədbirləri görməlidir. Bu-
raya müxtəlif tədbirləri aid etmək olar. Dövlət orqanlarının və ya 
ayrı-ayrı şəxslərin diplomatik agentin toxunulmazlığına xələl gətirən 
istənilən fəaliyyətdən çəkinməsi, diplomatik agentlərə qarşı hüquq 
pozuntularının qarşısının alınması, onlara qarşı hüquq pozuntusu 
törədən  şəxslərin dövlət tərəfindən agır cəzalarla cəzalandırılması, 
diplomatların faktiki pozulmuş hüquq və imtiyazlarının bərpa 
edilməsi, vurulmuş  zərərə görə  təzminat, uyğun sahədə dövlətlərin 
əməkdaşlığının həyata keçirilməsi qeyd olunan problemin tərkib 
hissələridir. Bu problemlərin  əksər hissəsi tərəfimizdən II fəsildə 
ətraflı öyrənildiyi üçün indi yalnız bəzi məqamları qeyd etmək 
istərdik.  
Diplomatların pozulmuş hüquq və imtiyazlarının bərpası  bəzi 
hallarda mürəkkəb situasiyaların yaranmasına gətirib çıxarır. Hal- 
hazırda daha çox aktuallıq kəsb edən hallardan biri diplomatik 
agentlərin girov götürülməsi məsələləri ilə  əlaqəlidir. Bu zaman 
yerləşmə dövlətinin hakimiyyəti dilemma qarşısında qalır: diplomat-
ların toxunulmazlığını  təmin etmək üçün terrorçuların tələblərini 
yerinə yetirmək və bununla da dövlətin maraqlarını  təhlükə altına 
atmaq və yaxudda bu maraqları  əsas götürərək terrorçuların 
tələblərinə əməl etməmək və girovların həyatını təhlükəyə atmaq.  
Bu məsələnin universal həlli yoxdur, belə ki, beynəlxalq hü-
quqda bu iki seçənəkdən birinin seçilməsini müəyyən edən norma 
mövcud deyil. Bu məsələ ilə bağlı dövlətlərin praktikası da 
müxtəlifdir.  
Bütün qeyd olunan məsələlərlə bağlı dövlətlərarası 
əməkdaşlığın həyata keçirilməsində 1973-cü il dekabrın 14-də qəbul 
edilən Beynəlxalq müdafiədən istifadə edən  şəxslərə, o cümlədən, 
diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması  və 
cəzalandırılması haqqında Konvensiya mühüm yer tutur. Konvensi-
yanın əsas müddəaları ilə İİ fəsildə ətraflı tanış olmuşduq.  
 Diplomatik  agentlərin  şəxsi toxunulmazlığını  təmin edən  ən 
mühüm vasitələrdən biri dövlətlərin məsuliyyəti institutudur. Diplo-
matik agentlərin diplomatik toxunulmazlığının pozulması beynəlxalq 
deliktlərə aiddir. Bu cür deliktlər dövlətin beynəlxalq hüquqi 
məsuliyyətini yaradır. Dövlətin məsuliyyəti onun hüquqazidd 
fəaliyyəti və ya öz öhdəliklərinin yerinə yetirilməməsində ifadə olu-
nan fəaliyyətsizliyindən yaranır.  
 
165
 
b) İqamətgahın, şəxsı kağız və yazışmaların, əmlakın 
toxunulmazlığı 
Diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik 
binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə edir 
(maddə 30, bənd 1).  
Şəxsi iqamətgaha akkreditiv dövlət tərəfindən icarəyə götürü-
lən və ya ona məxsus olan yaşayış yerləri və  həmçinin diplomatın 
şəhərkənarı bağı da aiddir.  
Beynəlxalq hüququn adət normasına  əsasən  əgər səfər inko-
qnito deyilsə bu toxunulmazlıq eyni qaydada diplomatın müvəqqəti 
iqamətgahına da şamil edilir.  
Konvensiyanın 30-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq 
diplomatların kağızları  və yazışması toxunulmazdır. Bu toxunul-
mazlığa  əsasən onların saxlanılmasına, açılmasına və ya yerli 
hakimiyyət orqanları  tərəfindən rəsmi məqsədlərlə istifadə olun-
masına icazə verilmir. Diplomatın  şəxsi korrespondensiyasının 
diplomatik poçtdan fərqli olaraq xarici görünən  əlamətlərə malik 
olmaması praktikada onun toxunulmazlığının təmin ediməsində 
müəyyən problemlər yarada bilər.  
Qərb hüquq ədəbiyyatlarında korrespondensiyalara texniki 
vasitələrlə  nəzarətin həyata keçirilməsinin mümkünlüyü, yalnız 
xidməti kağız və yazışmalara toxunulmazlığın verilməsi və sair kimi 
məsələlərı əsaslandırmaq cəhdləri olunur.  
Mülkiyyətin toxunulmazlığı Konvensiyanın 31- ci maddəsinin 
3-cü bəndindəki istisnalarla təmin olunur. Bu isə artıq 
yurisdiksiyadan immunitet məsələləri ilə bağlıdır.  
 
c) Yurisdiksiyadan immunitet  
Diplomatik agentin yerli dövlətin yurisdiksiyasından 
immuniteti məsələsi 1961-ci il Vyana Konvensiyasının 31-ci 
maddəsində öz əksini tapmışdır. Konvensiya təsdiq edir ki, yerləşmə 
dövlətinin cinayət yurisdiksiyasından diplomatik agent tamamilə 
azad edilir. Diplomatik agentin mülki və inzibati yurisdiksiyasından 
kənar edilməsinə gəldikdə isə, burada istisnalar mövcuddur.  
Birinci istisna daşınmaz əmlaka aiddir. Diplomata qarşı, onun 
olduğu dövlətin  ərazisində yerləşən və akkreditiv dövlətin adından 
malik olmadığı xüsusi daşınmaz mülkiyyətinə  tələblə bağlı iddia 


 
166 
qaldırıla bilər.  
İkinci istisna varisliklə bağlıdır. Yəni diplomata qarşı, onun 
vəsiyyətinin icraçısı kimi, irsi əmlakın qoruyucusu və ya himayəçisi 
(qəyyum) kimi, varis kimi çıxış etdiyi hallarda varislik məsələləri ilə 
bağlı iddia qaldırıla bilər. Təbii ki, bu zaman diplomat akkreditiv 
dövlətin adından deyil, adi şəxs kimi çıxış edərsə.  
Üçüncü istisna peşəkar və kommersiya fəaliyyəti ilə 
əlaqədardır. Öz rəsmi funksiyaları hüdudlarından kənarda olduğu 
dövlətdə  həyata keçirdiyi hər hansı peşəkar və ya kommersiya 
fəaliyyəti ilə əlaqədar diplomata iddia qaldırıla bilər.  
Ümumiyyətlə, diplomatın öz rəsmi funksiyalarından kənar, 
professional və ya kommersiya fəaliyyəti ilə məşğul olması məsələsi 
mürəkkəb məsələdir. Əslində Konvensiyanın bu maddəsi onun 42-ci 
maddəsi ilə ziddiyyət təşkil edir, 42-ci maddəyə  əsasən diplomatik 
agentə  şəxsi mənfəət məqsədiylə kommersiya və ya professional 
fəaliyyətlə məşğul olmağa icazə verilmir.  
Y.Q.Demin yazır ki, Konvensiyada təsdiq olunmuş mülki-
hüquqi yurisdiksiya immunitetindən istisnalar müasir diplomatiya 
praktikasının tələblərinə cavab vermir. Hal-hazırda əksər dövlətlər öz 
diplomatik agentlərinə yerləşmə dövlətində  şəxsi daşınmaz  əmlaka 
malik olmağı, həmçinin şəxsi peşəkar və ya kommersiya fəaliyyəti ilə 
məşğul olmağı qadağan edirlər. Diplomatların varislik məsələləri ilə 
əlaqədar işlərdə iştirakına isə çox nadir hallarda rast gəlinir.  
Doğrudan da, diplomatik agent tərəfindən cinayət hadisəsi 
törədildikdə onun xidməti və ya qeyri-xidməti fəaliyyəti arasında fərq 
qoyulmur və o, istisnasız cinayət mühakimə aidiyyətindən azad 
olunur. Mülki hüquq pozuntusu törətdikdə isə, baxmayaraq ki, bu 
zaman diplomat yerləşmə dövlətinə 1-ci haldan fərqli olaraq daha az 
ziyan vurmuş olur, Konvensiya yurisdiksiya immunitetindən onun 
xidməti fəaliyyəti ilə  əlaqəli olmayan hallarda istisnalar nəzərdə 
tutur. Fikrimizcə, gələcəkdə, diplomatiya hüququnun sonrakı 
məcəllələşdirmə prosesində bütün bunlar nəzərə alınacaq və 
diplomatik agentlər mülki-hüquqi yurisdiksiya immunitetindən 
istisnasız istifadə edəcəklər.  
Yurisdiksiya immunitetindən daha bir istisna Konvensiyanın 
32- ci maddəsində öz əksini tapmışdır. Belə ki, yurisdiksiya 
immunitetindən istifadə edən  şəxsin məhkəmədə  iş qaldırması onun 
əsas iddia ilə bilavasitə  əlaqəsi olan qarşılıqlı iddiaya münasibətdə 
yurisdiksiya immuniteti hüququndan məhrum edir. Lakin immunitetə 
istinad etməyin mümkün olmadığı hallarda belə beynəlxalq hüquqa 
əsasən məhkəmə  və ya inzibati qərarların icrası diplomatik agentin 
şəxsi toxunulmazlığına və  həmçinin, onun iqamətgahının 
toxunulmazlığına xələl gətirməməlidir.  
 
167
Konvensiyanın 31-ci maddəsinin 2- ci bəndinə  əsasən dip-
lomatik agent şahid kimi ifadə vermək öhdəliyindən azad olunur. 
Akkreditiv dövlətin icazəsi ilə o, məhkəməyə cəlb olunmaq öhdəliyi 
olmadan bunu yazılı və ya şifahi formada edə bilər.  
Diplomatik agentlərə yerləşmə dövlətinin cinayət, mülki və 
inzibati hüquqi yurisdiksiyasından immunitetlər verilməsi o demək 
deyildir ki, onlara heç bir hüquq norması  şamil edilmir və onların 
əməlləri cəzasız qalır. Onları hüquqazidd əməllərinə görə 
cəzalandırmağın iki real imkanı vardır:  
1) Konvensiyanın 31-ci maddəsinin 4-cü bəndinə  əsasən dip-
lomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasından immuniteti 
onu akkreditiv dövlətin yurisdiksiyasından azad etmir. Yəni 
diplomatik agent yerləşmə dövləti və ya ayrı-ayrı  şəxslərin vəsatəti 
ilə akkreditiv dövlətdə məsuliyyətə cəlb oluna bilər.  
Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında” 
qanununun Diplomatik xidmət  əməkdaşlarının məsuliyyətini 
müəyyən edən 19-cu maddəsinə  əsasən “diplomatik xidmət 
əməkdaşları... Azərbaycan Respublikasının müvafiq qanunvericilik 
aktları ilə müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə  cəlb 
oluna bilərlər”;  
Lakin bu normanı kifayət qədər effektiv vasitə hesab etmək 
doğru olmazdı. İstənilən halda diplomatik agentin akkreditiv dövlətin 
tapşırığı ilə həyata keçirdiyi hüquqazidd əməlləri cəzasız qalacaqdır. 
Eyni qaydada törənmiş  əməlin yerləşmə dövlətindən fərqli olaraq 
akkreditiv dövlətin ərazisində hüquq pozuntusunu təşkil etməməsi də 
mümkündür.  
2) Konvensiyanın 32-ci maddəsinə  əsasən diplomatik 
agentlərin yurisdiksiya immunitetindən akkreditiv dövlət imtina edə 
bilər (imtina aydın ifadə edilməlidir).  İmmunitetdən imtina qərarın 
çıxarılmasına qədər məhkəmə araşdırmasının istənilən mərhələsində 
edilə bilər.  
1961-ci il Vyana Konvensiyasının mətni olan əsas sənədlə 
yanaşı mülki iddialara baxılmasına dair qətnamə də qəbul edilmişdir. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə