Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə44/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   122

verilmiş diplomatik kuryerlərə  və diplomatik poçta da yerləşmə 
dövlətinin verməyə borclu olduğu toxunulmazlıq və mühafizəni 
verməlidir (40-cı maddənin 3-cü bəndi).  
Üçüncü dövlətlərin bu maddənin 1,2 və 3-cü bəndləri ilə 
nəzərdə tutulan vəzifələri bu bəndlərdə nəzərdə tutulan və fövqəladə 
vəziyyətlə əlaqədar üçüncü dövlətin ərazisində olan şəxslərə və rəsmi 
məlumatlara, diplomatik poçta da aid edilir.  
VI FƏSİL 
 
BEYNƏLXALQ TƏŞKİLATLARIN  
DİPLOMATİYA HÜQUQU 
 
 
6.1. Beynəlxalq təşkilat və konfranslarda dövlətlərin  
nümayəndələri anlayışı və onların hüquqi statusunun  
fərqli xüsususiyyətləri 
 
Dövlətlərin hər keçən gün geniş vüsət alan xarici əlaqələrinin 
həyata keçirilməsində ikitərəfli diplomatiya ilə yanaşı, çoxtərəfli 
diplomatiyadan da geniş istifadə edilir. Sonuncusuna beynəlxalq 
təşkilatlar yanında dövlətlərin dörd kateqoriya nümayəndələrinin – 
daimi nümayəndəliklər, daimi müşahidəçi missiyaları, beynəlxalq 
təşkilatların orqan və konfranslarındakı nümayəndə heyəti və 
nəhayət, bu orqan və konfranslardakı müşahidəçi nümayəndələrin 
fəaliyyəti aiddir.  
Bu gün beynəlxalq təşkilatların dünyada rolu və yeri durmadan 
artmaqdadır. Bu, müasir beynəlxalq münasibətlərin mürəkkəbliyi və 
rəngarəngliyi, dünyada gedən inteqrasiya prosesləri və s. ilə izah 
oluna bilər.  
Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası  təşkilat 
mövcuddur. Geniş  mənada beynəlxalq təşkilatların (qeyri-hökumət 
təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də artıqdır
1
.  
Dövlətin qeyd olunan kateqoriya nümayəndələrinin hüquqi 
vəziyyəti beynəlxalq hüquq doktrinasında çox az öyrənilmişdir. 
                                                 
Beynəlxalq təşkilatlar haqqında çoxsaylı  ədəbiyyatların mövcud 
olmasına baxmayaraq, nəzəriyyədə bu məsələlər kifayət qədər 
işıqlandırılmamışdır. Bu sahədə mövcud olan keçmiş sovet ədəbiy-
yatlarının  əksəriyyəti 1975-ci il Vyana Konvensiyasının qəbul 
olunmasından öncəki dövrə dəlalət edir. Adı çəkilən institutun əksər 
dövlətlərin maraqları baxımından nə dərəcədə böyük əhəmiyyət kəsb 
etdiyini nəzərə alaraq qeyd etmək olar ki, bu məsələlər hələ  dəqiq 
tənzimlənməsini gözləyir.  
Beynəlxalq təşkilatlarda dövlətlərin nümayəndələrinin hüquqi 
statusunun  əsası diplomatik nümayəndəliklərin hüquqi satusunun 
əsası ilə eynidir. Onların hər ikisi öz dövlətini beynəlxalq arenada 
təmsil edir 
1
. Onların aralarındakı fərqi isə S.A.Kuznetsov aşağıdakı 
kimi göstərmişdir. Diplomatik nümayəndəliyin başçısı öz dövlətini 
əsasən bir dövlətdə təmsil edir. Beynəlxalq təşkilatlar yanında daimi 
nümayəndələr isə xüsusi beynəlxalq qurum yanında dövlətinin 
təmsilçisi qismində  çıxış edir. Onlar çoxtərəfli diplomatiya çərçi-
vəsində  fəaliyyət göstərir ki, bu da bizim aşağıda qeyd edəcəyimiz 
mühüm beynəlxalq hüquqi nəticələr yaradır. Orqan və 
konfranslardakı nümayəndə heyətləri də çoxtərəfli forumlarda öz 
dövlətlərini təmsil edirlər. Lakin bu təmsilçilik müvəqqəti xarakter 
daşıyır. Təmsilçilik xarakteri eyni qaydada üzv olmayan dövlətlərin 
daimi müşahidəçi missiyalarına və  təşkilatın orqan və 
konfranslarındakı müşahidəçi nümayəndələrə də xasdır
2
.  
Göründüyü kimi, həm diplomatik agentlərin, həm də 
beynəlxalq təşkilatlarda dövlətlərin nümayəndələrinin hüquqi 
statusunun, immunitet və imtiyazlarının  əsasını dövlətlərin 
beynəlxalq aləmdə təmsil olunmaq hüququ təşkil edir.  
Lakin bununla yanaşı beynəlxalq təşkilatların üzv dövlətlərinin 
həmin təşkilatlar yanında daimi nümayəndəlikləri, üzv olmayan 
dövlətlərin beynəlxalq təşkilatlar yanında daimi müşahidəçilər 
missiyası, beynəlxalq təşkilatların üzv dövlətlərinin təşkilatın 
orqanlarında nümayəndə heyətləri, üzv olmayan dövlətlərin təşkilatın 
orqanlarında nümayəndə heyətləri, beynəlxalq konfranslarda 
dövlətlərin nümayəndə heyətləri, beynəlxalq konfranslara göndərilən 
 
177
                                                 
1
 Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 13 
1
 Hüseynov L. Beynəlxalq hüquq. Dərslik. Bakı: Hüquq ədəbiyyatı. 2000, s. 
128 
2
 Yenə orada. s. 14 
 
176 


dövlətlərin müşahidəçiləri – bütün bunlar bir sıra ümumi cəhət və 
xüsusiyyətlərə malikdir ki, bu da onları dövlətlərin nümayəndələrinin 
müstəqil kateqoriyasına ayırmağa imkan verir.  
Onların ümumi cəhəti odur ki, onlar öz dövlətlərinin xüsusi 
xarici  əlaqə orqanlarıdır. Bu orqanlar həmin dövlətin beynəlxalq 
təşkilatlar yanında və ya bilavasitə  təşkilat və konfranslarda 
müvəqqəti və ya daimi əsasda təmsili üçün yaradılır.  
Dövlətlərin adıçəkilən xarici əlaqə orqanlarının ümumi və 
spesifik cəhəti bir də odur ki, onlar dövləti təmsil edərkən və təşkilat 
yanında və ya konfranslarda öz funksiyalarını yerinə yetirərkən, 
təşkilatın qərargahının və ya şöbəsinin yerləşdiyi və yaxud da 
orqanın sessiyasının və ya konfransın çağırıldığı dövlətin ərazisində 
yerləşir, eyni zamanda həmin dövlətə akkreditə olunmurlar. Başqa 
sözlə desək, daimi nümayəndəliklər və nümayəndə heyətləri 
beynəlxalq təşkilatların yerləşdiyi və yaxud da konfransın keçirildiyi 
dövlətin ərazisində yerləşsələr də, həmin dövlətə münasibətdə deyil, 
beynəlxalq təşkilat çərçivəsində öz suveren hüquqlarını  həyata 
keçirirlər. Bu yerləşmə dövləti ilə daimi nümayəndəliklər və 
nümayəndə heyətləri arasında münasibətlərdə də özünü göstərir.  
Dövlətin öz ərazisində beynəlxalq təşkilatların qərargahının 
yerləşdirilməsinə  və ya konfransın keçirilməsinə icazə verməsi 
faktından, həmin nümayəndələri immunitet və imtiyazlarla təmin 
etməsi öhdəliyi doğur. Təbii ki, heç kəs dövləti onun ərazisində təş-
kilatın qərargahının yerləşdirilməsinə  və ya konfrans keçirilməsinə 
məcbur edə bilməz. Yox, əgər dövlət üzərinə belə bir rol götürürsə, o 
zaman həmin dövlət daimi nümayəndəliklərə  və nümayəndə 
heyətlərinə birtərəfli qaydada, yəni qarşılıq haqda tələb irəli 
sürmədən immunitet və imtiyazlar təqdim etməlidir.  
Beləliklə, daimi nümayəndəliklər və nümayəndə heyətlərinin 
yerləşmə dövləti ilə hüquq münasibətləri, onların beynəlxalq 
təşkilatlarla qarşılıqlı münasibətləri nəticəsində yaranır.  
Bu nümayəndəlik və deleqasiyaların statusu üçün üçtərəfli 
(üçbucaqlı) hüquq münasibətləri xarakterikdir: göndərən dövlət – 
təşkilat (konfrans)- yerləşmə dövləti. Bu üçbucağın maraqlı  tərəfi 
ondan ibarətdir ki, daimi nümayəndəliklərin (nümayəndə 
heyətlərinin) statusu, onların immunitet və üstünlükləri beynəlxalq 
təşkilatlar tərəfindən, onun nizamnaməsində  və ya uyğun 
razılaşmaların imzalanması ilə müəyyən olunur, lakin bu imunitet və 
üstünlüklərin təqdim olunması  və onların təmin olunması yerləşmə 
dövlətinin üzərinə düşür.  
Təşkilat və ya konfrans, lazım olan təqdirdə vacib immunitet 
və üstünlüklərdən istifadə edə bilmələri üçün göndərən dövlətə, onun 
nümayəndəliyinə (nümayəndə heyətlərinə) və nümayəndəliyin 
əməkdaşlarına (nümayəndə heyətlərinin üzvlərinə) yardım edir. Eyni 
dərəcədə  Təşkilat və ya Konfrans göndərən dövlət, onun nüma-
yəndəlikləri (nümayəndə heyətləri) və nümayəndəliklərin  əmək-
daşları tərəfindən immunitet və imtiyazlardan vicdanla istifadə etmək 
öhdəliklərinə əməl olunmasını təmin etmək üçün yerləşmə dövlətinə 
yardım edir. Bu müddəalar Universal xarakterli beynəlxalq 
təşkilatlara münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 14 
mart 1975-ci il Vyana Konvensiyasının 22 və 53-cü maddələrində 
əks olunmuşdur.  
Beləliklə, bir tərəfdən göndərən dövlət, digər tərəfdən 
yerləşmə dövləti çıxış edən ikitərəfli münasibətlərdən fərqli olaraq, 
göstərdiyimiz halda göndərən dövlətlə, qəbul edən dövlət arasında 
münasibətlərdə beynəlxalq təşkilat  əlaqələndirici kimi çıxış edir. 
Həm yerləşmə dövlətinin bu keyfiyyətdə  çıxış etməyə verdiyi 
razılığında, həm də göndərən dövlətin təşkilatla münasibətlər 
yaratmasına və ya orqanın iclasında və yaxud da konfransda iştirak 
etməyə razılığında bilavasitə  təşkilat nəzərdə tutulur. Beynəlxalq 
təşkilatlarla dövlətlər arasında münasibətlər çərçivəsində buradan 
yaranan razılıqlar və hüquqi əlaqələr: 1) yerləşmə dövləti ilə təşkilat 
arasında və; b) hər bir göndərən dövlətlə təşkilat arasında yaranır.  
Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi 
nümayəndəliklərinin, bu təşkilatın orqanlarındakı  və beynəlxalq 
konfranslardakı nümayəndə heyətlərinin hüquqi statuslarının 
yuxarıda göstərilən xüsusiyyətləri mühüm beynəlxalq hüquqi 
nəticələr yaradır ki, bunları da aşağıdakı şəkildə ifadə etmək olar.  
Birincisi, beynəlxalq təşkilatın qərargahı üçün və ya 
beynəlxalq konfransın keçirilməsi üçün öz ərazisini təqdim edən 
dövlətin (yerləşmə dövlətinin ) göndərən dövlət tərəfindən öz 
nümayəndələrini beynəlxalq təşkilat yanında, bu təşkilatın 
orqanlarında iclaslara və konfranslara sərbəst təyin olunması 
məsələlərinə müdaxilə etməyə ixtiyarı yoxdur. Universal xarakterli 
beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin nümayəndəlikləri 
haqda 1975-ci il Vyana Konvensiyasının 9-cu maddəsində göstərilir 
 
178 
 
179


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə