Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə42/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   38   39   40   41   42   43   44   45   ...   122

Qətnamədə tövsiyə olunurdu ki, akkreditiv dövlət,  əgər bu 
nümayəndəliyin funksiyalarının yerinə yetirilməsinə ziyan vurmazsa 
mülki iddialara münasibətdə immunitetdən imtina etsin.  
Akkreditiv dövlətin immunitetdən imtina etməsi və diplomatik 
agentin yerləşmə ölkəsində  məsuliyyətə  cəlb olunması hallarına 
praktikada rast gəlinir.  
İmmunitetdən diplomatın özü deyil, yalnız akkreditiv dövlət 
imtina edə bilər. Bunun üçün diplomatın razılığı  tələb olunmur və 
diplomat bu qərara tabe olmalıdır. Akkreditiv dövlət immunitetdən 
imtinanı geri götürə bilməz.  
İmmunitetdən imtina olunmasının dəqiq proseduru Konvensiya 
ilə müəyyən olunmamışdır. Doktrinalarda üstünlük təşkil edən fikrə 
əsasən nümayəndəliyin başçısı bunu akkreditiv dövlətin adından 
həyata keçirə bilər.  
İmmunitetdən imtina ilə bağlı son olaraq onu da qeyd edək ki, 
Konvensiyaya uyğun olaraq mülki və inzibati işlərə münasibətdə 
yurisdiksiya immunitetindən imtina qərarın yerinə yetirilməsinə qarşı 
imtina etmək deyildir, bunun üçün xüsusi imtina tələb olunur.  
Konvensiyaya əsasən diplomatik, agentlər həmçinin immunitet 
və imtiyazlara ziyan vurmadan yerli dövlətin qanun və qaydalarına 
hörmət etməli, onun daxili işlərinə qarışmamalıdırlar (maddə 41, 
bənd 1). Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında” 
qanununda da müəyyən olunmuşdur ki, diplomatik xidmət 
əməkdaşları xaricdə  işlədikləri dövrdə olduqları dövlətin qanun və 
qaydalarına hörmət bəsləməyə borcludurlar (maddə 17).  
 
 d) Vergi və gömrük imtiyazları.  
 
Konvensiyanın 34-cü maddəsində  nəzərdə tutulan vergi 
imtiyazları diplomatik agentlərin  şəxsi və  əmlak xarakterli bütün 
ümumdövlət, rayon və  bələdiyyə vergi, rüsum və  xərclərdən azad 
edilməsini nəzərdə tutur. Lakin burada da bir sıra istisnalar vardır. 
Belə ki, diplomat aşağıdakı vergilərdən azad olunmur: 1) adətən, 
malın və ya xidmətin qiymətinə əlavə olunan vasitəli vergilərdən; 2) 
yerli dövlətin ərazisində yerləşən və nümayəndəliyin məqsədləri üçün 
istifadə olunmayan şəxsi daşınmaz əmlakın vergi və xərclərindən; 3) 
yerli dövlət tərəfindən toplanan miras vergilərindən və varislik 
rüsumlarından; 4) yerli dövlətdə yerləşən gəlir mənbələrindən 
qazanılan  şəxsi gəlirə olan rüsum və vergilərdən və  həmçinin yerli 
dövlətdəki kommersiya müəssisələrinə kapital qoyuluşunun 
vergilərindən; 5) konkret xidmət növünə görə yığılan rüsumlardan; 6) 
qeyd, məhkəmə  və reyestr (siyahıya alınma) xərclərindən, ipoteka 
rüsumlarından və daşınmaz  əmlaka münasibətdə gerb rüsumundan 
(sənədlərdən alınan dövlət rüsumu).  
 
169
Diplomatik agentin digər mühüm imtiyazı gömrük imtiyazıdır. 
Vyana Konvensiyasının 36-cı maddəsi diplomatik agentin şəxsi 
istifadəsi üçün nəzərdə tutulan əşyaların gətirilməsini və onların 
gömrük rüsumlarından azad edilməsini (1
b
  bənd), həmçinin 
diplomatik agentin şəxsi baqajının gömrük nəzarətindən azad 
edilməsini (2-ci bənd) nəzərdə tutur.  
Diplomatik agentin və onun ailəsinin  şəxsi istifadəsi üçün 
ölkəyə  gətirilən və  həmçinin ölkədən çıxarılan  əşyaların gömrük 
rüsumlarından azad edilməsi beynəlxalq hüququn adi ümumtanınmış 
normasıdır və bir çox dövlətlərin daxili qanunvericiliyində  də öz 
əksini tapmışdır. Artıq öncə də qeyd etdiyimiz kimi bu imtiyazların 
verilməsində müəyyənedici rol yerləşmə dövlətinin milli 
qanunvericiliyinə ayrılır. Yerləşmə dövləti bu və ya digər  əşyaların 
ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması qaydalarını və həmçinin 
məhdudiyyətləri müəyyən edə bilər.  
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 197-ci 
maddəsi (xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı  və 
nümayəndəliyin diplomatik heyətinin üzvləri üçün gömrük 
güzəştləri), 198-ci maddəsi (xarici dövlətin diplomatik 
nümayəndəliyinin inzibati-texniki heyətinin  əməkdaşları üçün 
gömrük güzəştləri) və 199-cu maddələri məhz bu məsələlərin 
tənzimlənməsinə xidmət edir. 
1
  
Konvensiya yerləşmə dövlətində  əldə olunan və xaricə 
çıxarılan  əşyaların gömrük rüsumlarından azad olunmasını  nəzərdə 
tutmur. Şəxsi istifadə üçün nəzərdə tutulmayan əşyaların gətirilməsi 
üçün də gömrük rüsumları müəyyən edilə bilər.  
Diplomatik agentin şəxsi baqajının gömrük nəzarətindən azad 
edilməsi isə mütləq xarakter daşımır. Belə ki, baqajda ölkəyə 
gətirilməsi və ya çıxarılması qanunla qadağan olunan ya da yerləşmə 
dövlətinin xüsusi qaydaları ilə  tənzimlənən mallar olması haqqında 
                                                 
1
 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı, 2001. s. 109-110 
 
168 


 
170 
kifayət qədər əsas olduqda, gömrük baxışı diplomatik agentin və ya 
onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. Bu 
maddə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 197-ci 
maddəsində də öz əksini tapmışdır.  
Onu da qeyd edək ki, Konvensiyanın bu maddəsi onun 30-cu 
maddəsinin 2-ci bəndi ilə ziddiyyət təşkil edir. Həmin maddədə 
diplomatik agentin şəxsi mülkiyyətinin toxunulmazlığı  təsbit olun-
muşdur. Və bu toxunulmazlığa  əsasən diplomatın baqajı onun şəxsi 
mülkiyyəti kimi nəzarətdən tamamilə azad edilməlidir. Bu 
uyğunsuzluq diplomatiya hüququnun sonrakı məcəllələşdirilməsində, 
zənnimizcə, aradan qaldırılmalıdır.  
Diplomatın özünə  gəldikdə isə, o, şəxsi nəzarətdən azaddır. 
Lakin son dövrlərdə, xüsusilə terror hadisələri ilə  əlaqədar bəzi 
dövlətlər, hətta ayrı-ayrı aviaşirkətlər tərəfindən təhlükəsizlik 
məqsədilə gömrük keçidlərində nəzarət daha da gücləndirilmişdir ki, 
bununla əlaqədar olaraq diplomatların şəxsi bagajlarına, hətta onların 
özlərinə nəzarət həyata keçirilir. Baş vermiş hadisələri nəzərə alaraq 
buna müəyyən mənada haqq qazandırmaq mümkün olsa da, 
zənnimizcə, bu məsələni diplomatik agentlərin hava gəmilərinə 
buraxılmasının xüsusi prosedurlarını  nəzərdə tutan beynəlxalq 
razılaşmaların imzalanması yolu ilə tənzimləmək daha düzgün olardı.  
Dövlətlərin praktikasında qarşılıqlı  əsasda digər imtiyazların 
verilməsi də mümkündür. Onların bir çoxu beynəlxalq hüquq 
normaları ilə deyil, nəzakət normaları ilə nəzərdə tutulur.  
Yerli dövlətin vətəndaşı olan diplomatik agentlərə gəldikdə isə 
onlara zəruri olan minimum immunitetlər verilir. Konvensiyanın 38-
ci maddəsinin 1-ci bəndinə  əsasən onlar yalnız öz funksiyalarını 
yerinə yetirərkən etdiyi rəsmi hərəkətlərə münasibətdə yurisdiksiya 
immuniteti və toxunulmazlıqdan istifadə edirlər. Bununla yanaşı yerli 
dövlət belə diplomatik agentlərə  əlavə immunitet və imtiyazlar da 
verə bilər.  
Bütün bu diplomatik immunitet və imtiyazlardan diplomatik 
agentlərdən başqa, onlarla bir yerdə yaşayan və yerli dövlətin 
vətəndaşları olmayan ailə üzvləri də istifadə edir. Bu o deməkdir ki, 
diplomatik agentin ailə üzvünə  şəxsi toxunulmazlıq hüququ, əmlak 
və iqamətgahın toxunulmazlığı hüququ, artıq qeyd etdiyimiz 
istisnalarla yerləşmə dövlətinin yurisdiksiyasından immunitet, vergi 
və gömrük imtiyazları verilir.  
 
171
Diplomatik agentin ailə üzvlərinin diplomatik agentlə eyni 
immunitet və imtiyazlardan istifadə etməsi beynəlxalq hüquq və 
dövlətlərarası praktika ilə  hər zaman tanınmışdır. Onlara bu cür 
immunitet və imtiyazların verilməsi nümayəndəliyin normal 
fəaliyyətini təmin edən vasitələrdəndir. Lakin diplomatın konkret 
olaraq hansı ailə üzvlərinə bu immunitet və imtiyazların  şamil 
edilməsi ilə bağlı ədəbiyyatlarda və praktikada vahid fikir və meyar 
yoxdur. Konvensiyanın 37- ci maddəsinə müvafiq olaraq ailə üzvləri 
yerləşmə dövlətinin vətəndaşları olmamalı və diplomatik agentlə bir 
yerdə yaşamalıdır. Lakin praktikada bəzən diplomatik agentdən ayrı 
yaşayan ailə üzvlərinin də immunitetlərdən istifadə etməsi hallarına 
rast gəlinir. Bu məsələ əsasən daxili qanunvericiliklə tənzimlənir.  
Ailə üzvləri də diplomatik personalın üzvləri kimi xüsusi dip-
lomatik kartoçka alırlar.  
 
5.4.2.  İmmunitet və imtiyazlardan istifadə edən digər 
kateqoriyalar 
Dövlətlərarası  əmakdaşlığın hərtərəfli geniş forma aldığı 
müasir günümüzdə immunitet və imtiyazlardan istifadə edən 
şəxslərin dairəsi də artmışdır. Bu cür imtiyazlardan istifadə edən daha 
bir kateqoriya nümayəndəliyin  inzibati- texniki personalı  və 
onların ailə üzvləridir.  
Nümayəndəliyin personalının  əhəmiyyətli hissəsini məhz 
inzibati-texniki personal təşkil edir. Konvensiyanın layihəsi 
hazırlanan zaman bir sıra dövlətlərin təklifi  əsasında mövcud 
diplomatik immunitet və imtiyazların qeyd-şərtsiz inzibati-texniki 
personala və onlarla bir yerdə yaşayan və yerli dövlətin vətəndaşları 
olmayan ailə üzvlərinə  də  şamil olunması müzakirə olunmuşdu. 
Müasir diplomatik praktikanın reallıqlarını əks etdirən bu tendensiya 
Beynəlxalq Hüquq Komissiyası  tərəfindən də  dəstəklənirdi. Bu cür 
yanaşmaya əsas verən səbəb odur ki, inzibati- texniki personalın bir 
çox üzvləri həyata keçirdikləri funksiyalarına görə ayrı-ayrı 
diplomatlardan daha artıq məxfi xarakterli informasiya haqqında 
bilgiyə malik olurlar (məslən, səfirin katibi, şifrəçi və s.).  
Lakin inzibati-texniki personala da diplomatik immunitet və 
imtiyazların  şamil edilməsi böyük sayda xarici vətəndaşın yerli 
yurisdiksiyadan azad olunması deməkdir ki, bu da yerli dövlətin 
maliyyə maraqlarına (vergi və gömrük rüsumlarından azad olunma), 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə