Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə50/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   46   47   48   49   50   51   52   53   ...   122

Birləşmiş  Ştatlardan fərqli olaraq İsveçrə Cenevrədəki daimi 
müşahidəçilərə demək olar ki, BMT-nin Avropa şöbəsi yanında 
daimi nümayəndəliklərlə verilən eyni imunitet və imtiyazlar verir. 
Lakin bu da hər hansı bir razılaşma  əsasında və ya daxili 
qanunvericilik əsasında deyil, nəzakət qaydalarına əsasən verilir.  
Müşahidəçilərin rolu təbiətinə  əsasən diplomatik xarakter 
daşıyır. Onu da, xüsusilə, qeyd etmək lazımdır ki, bu nümayəndələr 
təşkilatla münasibətdə öz dövlətlərini təmsil etdiklərinə görə və lazım 
gəldiyi təqdirdə  həmin dövlətin adından çıxış etdiklərinə görə 
nümayəndəlik xarakteri daşıyırlar. Buna görə  də, bu məsələ ilə 
əlaqədar Beynəlxalq Hüquq Komissiyası iş apararkən belə bir düzgün 
nəticəyə gəlmişdir ki, beynəlxalq təşkilatlar yanında müşahidəçilərin 
hüquqi statusu daimi nümayəndəliklərin hüquqi statusu ilə 
eyniləşdirilməlidir. Bu cür yanaşmanın nəticəsi kimi Beynəlxalq 
Hüquq Komissiyası daimi nümayəndəliklərə və daimi müşahidəçilər 
missiyasına aid olan maddələri öz layihələrinin vahid hissəsində 
birləşdirmişdir.  
1975-ci il Vyana Konvensiyası bu mövqeyi tamamilə  qəbul 
etmişdir. Nəticədə Konvensiyanın II bölməsində  nəzərdə tutulan 
hüquqi status, immunitet və imtiyazlara aid olan maddələr eyni 
dərəcədə həm daimi nümayəndəliklərə, həm də daimi müşahidəçilərə 
şamil olunur.  
Konvensiyanın 1-ci maddəsinin 8-ci bəndi müşahidəçilərin 
daimi missiyasını beynəlxalq təşkilatın üzvü olmayan dövləti 
təşkilatda təmsil etməsi üçün həmin dövlət tərəfindən göndərilən 
daimi xarakterli missiya kimi müəyyən etmişdir. Onların təsis 
edilməsinin şərti daimi nümayəndəliklər üçün qoyulan şərtlə eynidir, 
yəni “əgər bu təşkilatın qaydaları ilə icazə verilərsə”. Dövlət 
personalın sayına və onun vətəndaşlığına aid olan 14 və 73-cü 
maddələri nəzərə almaqla müşahidəçilərin daimi missiyasının 
əməkdaşlarını  sərbəst müəyyən etmək hüququna malikdir. Daimi 
nümayəndəliklərdə olduğu kimi göndərən dövlət, eyni şəxsi iki və ya 
daha artıq beynəlxalq təşkilat yanında daimi müşahidəçilər 
missiyasının başçısı kimi təyin edə bilər və ya daimi müşahidəçilər 
missiyasının başçısını özünün digər daimi müşahidəçilər missiyasının 
diplomatik personalının üzvü təyin edə bilər(maddə 8, 1-ci bənd).  
Müşahidəçilərin daimi missiyasının funksiyaları, daimi 
nümayəndəliklərin funksiyaları ilə oxşar olsalar da, bir sıra fərqli 
cəhətlərə  də malikdirlər. Bu da ondan irəli gəlir ki, daimi 
müşahidəçini göndərən dövlət təşkilatın üzvü olmadığına görə onun 
fəaliyyətində bilavasitə yaxından iştirak edə bilmir. Və bu fərq də 
uyğun maddələrdə özünü göstərmişdir. Daimi müşahidəçilərin 
funksiyaları nisbətən daha məhdud xarakter daşıyır. Onlar Təşkilatın 
bu və ya digər orqanında qərar qəbul edilməsi üçün keçirilən 
müzakirələrdə, səsvermədə  iştirak edə bilməzlər. Lakin bu və ya 
digər məsələnin müzakirəsində iştirak etymək və bu məsələ ilə bağlı 
öz mövqeyini açıqlamaq, bildirmək hüququna malikdirlər.  
Konvensiya daimi müşahidəçilər missiyasının da 
funksiyalarını sadalayarkən onların tam siyahısını vermir. Burada 
Təşkilat və göndərən dövlət arasında  əlaqələri saxlamaq və onlar 
arasında  əməkdaşlığa yardım etmək, Təşkilatda həyata keçirilən 
fəaliyyəti araşdırıb bu haqda öz dövlətinin hökumətinə  məlumat 
vermək, uyğun hallarda təşkilatla danışıqlar aparmaq və  nəhayət, 
Təşkilat yanında göndərən dövləti təmsil etmək kimi funksiyaların 
adı çəkilmişdir.  
Orqan və konfranslardakı müşahidəçilərin hüquqi vəziyyətini 
tənzim edən müddəaların Konvensiyaya daxil edilməsi konfransda 
bəzi çətinliklərlə qarşılanmışdır. Konfrans uzun müzakirələrdən sonra 
“orqan və konfranslarda müşahidəçilər deleqasiyası” adlanan 
müstəqil IV bölməni Konvensiyaya daxil etməyi qərara aldı. Bu 
bölmə 71 və 72-ci maddələrdən ibarətdir. 71-ci maddədə deyilir ki, 
dövlət təşkilatın qaydalarına uyğun olaraq müşahidəçilər 
deleqasiyasını orqan və ya konfransa göndərə bilər.  
72-ci maddəyə  əsasən isə deleqasiyalara aid olan hüquq 
normaları müşahidəçilərə də tətbiq olunur.  
Onu da qeyd etmək lazımdır ki, 1975-ci il Konvensiyası, dip-
lomatiya sahəsinə aid olan ondan əvvəlki konvensiyalar kimi gələcək 
iştirakçılar keyfiyyətində beynəlxalq hüququn bütün subyektlərini 
deyil, təkcə suveren dövlətləri nəzərdə tutur. Buna görə  də öz 
azadlığı  uğrunda mübarizə aparan xalqların və o cümlədən, 
beynəlxalq təşkilatların göndərdikləri orqan və konfransdakı 
nümayəndələri və müşahidəçiləri bu Konvensiyanın məzmununa 
görə beynəlxalq hüquqi cəhətdən tənzimlənmirlər. Lakin praktika bu 
cür subyektlərin də deleqasiya və müşahidəçilərinə müəyyən formada 
imunitet və imtiyazların şamil edilməsini tələb edir.  
Məsələn, elə  həmin 1975-ci il Vyana Konfransında 81 üzv-
 
200 
 
201


dövlətin iştirakçısından  əlavə, xüsusi qətnamə ilə BMT-nin 
ixtisaslaşdırılmış müəssisələrinə - BƏT, YUNESKO, BİYB, BPİ, 
FAO, BST və AEBA və digər maraqlı olan hökumətlərarası 
təşkilatlara öz müşahidəçilərini göndərmək təklif olunmuşdur. Həmin 
konfransda bir sıra regional beynəlxalq təşkilatlarlar da öz 
müşahidəçiləri ilə təmsil olunmuşdular (Məs.: Avropa Şurası, Avropa  
İqtisadi Birliyi, Ərəb ölkələri Cəmiyyəti).  
Bir sıra məhəlli beynəlxalq təşkilatlarda beynəlxalq 
təşkilatların orqanlarında öz müşahidəçilərinə malikdirlər. Belə ki, 
aşağıdakı regional beynəlxalq təşkilatlara xüsusi qətnamə ilə BMT-
nin Baş Assambleyasında müşahidəçi statusu verilmişdir: Amerika 
Dövlətləri Təşkilatı,  Ərəb Dövlətləri Cəmiyyəti və Afrika Birliyi 
Təşkilatına.  
Baş Assambleya, həmçinin Avropa İqtisadi Birliyinə və İslam 
Konfransı  Təşkilatına da öz sessiyalarında müşahidəçi statusu 
vermişdir. Fələstin Azadlıq Təşkilatı da Baş Assambleyanın ses-
siyasında müşahidəçi statusundan istifadə edir ki, bu da beynəlxalq 
hüququn subyekti kimi, öz azadlığı uğrunda mübarizə aparan xalqın 
xarici əlaqələrdə iştirak etməsi formalarından biridir.  
Lakin orqan və konfranslara milli azadlıq hərəkatlarından 
müşahidəçilər göndərmək praktikası  hələ uyğun hüquqi əsasa malik 
deyildir. Onu demək kifayətdir ki, hətta dövlətlərin müşahidəçiləri 
belə bir sıra yerləşmə dövlətlərində imtiyazlardan istifadə etmək 
hüququna malik deyillər. Və onlara belə immunitet və üstünlüklərin 
verilməsi artıq qeyd etdiyimiz kimi nəzakət qaydalarına əsaslanır.  
Bunları  nəzərə alaraq 1975-ci il Vyana Konfransında bir sıra 
dövlətlərin təkidi ilə xüsusi qətnamə  qəbul edildi. Bu qətnamədə 
BMT-nin Baş Assambleyasından xahiş olunurdu ki, növbəti sesiyada 
milli azadlıq hərəkatından olan müşahidəçilərin statusunu, immunitet 
və imtiyazlarını nizamlamaq haqda məsələyə baxılsın.
1
 Konfrans 
dövlətlərə tövsiyə edirdi ki, bu məsələnin həllınə qədər onlar bu cür 
hərəkatlardan olan müşahidəçi və deleqasiyaları onlara vacib olan 
imunitet və imtiyazlarla təmin etsinlər.  
Və son olaraq onu qeyd etmək olar ki, bütün bu çətinliklərə 
baxmayaraq konfrans beynəlxalq praktikada ilk dəfə olaraq universal 
xarakterli beynəlxalq təşkilatlar yanında daimi müşahidəçilərin və 
                                                 
həmçinin orqan və konfranslardakı müşahidəçilərin hüquqi statusu, 
immunitet və imtiyazları haqqında dəqiq müəyyən olunmuş 
normaları çoxtərəfli konvensiya halında qəbul edə bildi. Bu 
beynəlxalq hüquqda yenilikdir və beynəlxalq hüququn proqressiv 
inkişafı yolunda mühüm addım sayılır.  
 
6.5. Dövlətin beynəlxalq təşkilat və konfranslardakı  
nümayəndələrinin immunitet və imtiyazları.  
 
Beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin nümayəndəliyi 
haqqında Konvensiyanın işlənib hazırlanmasına gətirib çıxardan əsas 
səbəblərdən biri də beynəlxalq təşkilatlar və beynəlxalq konfranslarla 
münasibətlər sahəsində  iştirak edən dövlətin nümayəndələrinin 
immunitet və üstünlüklərinin maksimum dərəcədə dövlətin xaricdəki 
səfirlik və missiyalarında çalışan agentlərinin istifadə etdikləri 
immunitet və imtiyazlara yaxınlaşdırılması idi. 1975-ci il 
Konvensiyası bu mövqeni tamamilə  mənimsəmiş  və o qüvvəyə 
mindikdən sonra dövlətlərin burada nəzərdə tutulan kateqoriyalarının 
immunitet, üstünlük və imtiyazları diplomatik immunitet və 
imtiyazlara çox yaxın və ya analoji olacaq. Belə ki, hər iki halda 
beynəlxalq hüququn subyektlərinin nümayəndələrindən, onların 
onların xaricdəki xarici əlaqə orqanlarından bəhs edilir.  
Diplomatiya sahəsində mövcud olan bütün konvensiyalarda 
olduğu kimi nəzərdə tutulan bütün immunitet və imtiyazlar iki qrupa 
bölünür: xaricdəki xarici əlaqə orqanlarının özlərinin immunitet və 
üstünlükləri və bu orqanların  əməkdaşlarının  şəxsi immunitet və 
üstünlükləri.  
Birinci qruppa – nümayəndəliklərin və orqan və konfransdakı 
deleqasiyaların binalarının toxunulmazlığı, onların arxiv və 
sənədlərinin toxunulmazlığı, vergi imtiyazları, nümayəndəliyin və 
deleqasiyaların binalarında göndərən dövlətin bayraq və 
nişanələrindən (gerb) istifadə etmək hüququ aiddir. İkinci qrupa – 
şəxsi toxunulmazlıq, qərargahın və  əmlakın toxunulmazlığı, 
sənədlərin və korrespondensiyanın toxunulmazlığı, yurisdiksiya 
immuniteti, vergi və  yığımlardan azad edilmələr, gömrük 
rüsumlarından və nəzarətindən azad olunma və s. aiddir.  
Yerləşmə dövlətinə münasibətdə Konvensiyanın müəyyən 
etdiyi ümumi prinsipə əsasən, bu dövlət, hər şeydən əvvəl göndərən 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: 1986, с. 270 
 
202 
 
203


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə