Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə48/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   ...   122

Artıq  əvvəl də qeyd etdiyimiz kimi, daimi nümayəndəliklərin 
başçıları yerləşmə dövlətinə akkreditə olunmadıqları üçün onlara 
aqreman da tələb olunmur. (onlar eyniylə BMT-nin Baş katibi yanına 
və ya beynəlxalq təşkilatın digər ali vəzifəli  şəxsləri yanına da 
akkreditə olunmurlar). Daimi nümayəndəliklərin başçıları bu sahədə 
münasibətlərin üçtərəfli xarakterinə  əsasən xüsusi hüquqi statusa 
malikdirlər ki, buna görə  də onlar yalnız beynəlxalq təşkilatların 
özlərinin yanında akkreditə oluna bilərlər. Lakin bu halda belə 
“akkreditə olunmaq” termini şərtidir. Belə ki, daimi nümayəndənin 
təyin olunmasının bütün prosesi təşkilat tərəfindən nəzarəti nəzərdə 
tutmur.  
Beynəlxalq Hüquq Komissiyası onun XXI sessiyasının işi 
haqqında hesabatında bu məsələyə xüsusi diqqət yetirmişdir. 
“Beynəlxalq təşkilat yanında dövlətin nümayəndəsi, həmin ölkəyə 
akkreditə olunmuş diplomatdan fərqli olaraq, öz dövlətinin yerləşmə 
dövlətindəki nümayəndəsi deyildir. Beynəlxalq təşkilat yanında 
dövlətin nümayəndəsi dövləti təşkilat yanında təmsil edir” .  
Beynəlxalq təşkilatın baş katibi və ya digər vəzifəli şəxsləri də, 
həmçinin göndərən dövlətin öz daimi nümayəndələrini və onun 
personalını sərbəst müəyyən etmək hüququnu məhdudlaşdıra bilməz. 
L.Qross bununla əlaqədar yazır ki, “daimi nümayəndələr öz 
səlahiyyətlərini baş katibə  təqdim etsələr də, onun yanına akkreditə 
olunmurlar, belə ki, bu, üzv-dövlətlərin təyin etdikləri nümayəndələri 
qəbul etməmək və ya onlar üzərində nəzarət həyata keçirmək hüququ 
demək olardı. Baş katibin heç bir belə hüququ suveren dövlətlər 
tərəfindən tanınmır”.  
Daimi nümayəndəliklərin başçılarının təyin olunması 
məsələsindən sonra, onun səlahiyyətləri məsələsinə baxaq. 1975-ci il 
Konvensiyası təsdiq edir ki, daimi nümayəndənin təyinini təsdiq edən 
səlahiyyətləri dövlət başçısı  və ya hökumət başçısı  və yaxud xarici 
işlər Naziri, və yaxud da əgər bu Təşkilatda qəbul olunmuş praktika 
ilə icazə verilirsə  hər hansı bir digər səlahiyyətli nazir tərəfindən 
verilir. Daha sonra bu səlahiyyətlər haqda müəyyən olunmuş qaydada 
Təşkilatın səlahiyyətli orqanına xəbər verilir. (Məs, BMT-də daimi 
nümayəndələr öz səlahiyyətlərini Baş katibə təqdim edirlər).  
Ümumiyyətlə, hansı orqanın səlahiyyətlər verməsi məsələsi 
hər bir dövlətin daxili qanunvericiliyi ilə müəyyən olunur. Azərbay-
can Respublikasının konstitusiyasının 109-cu maddəsinin 15-ci 
bəndinə  əsasən prezident Azərbaycan Respublikasının beynəlxalq 
təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.  
Hesab olunur ki, əgər dövlət verdiyi səlahiyyətlərdə başqa cür 
müəyyən etməyibsə, o zaman onun daimi nümayəndəsi həmin dövləti 
bəzi xüsusi tələb qoyulan orqanlardan başqa (Təhlükəsizlik Şurası və 
s.) BMT-nin bütün başqa orqanlarında təmsil etmək hüququna malik 
olur.  
Daimi nümayəndənin səlahiyyətləri ona heç bir vəkalət 
olmadan ex officio, onu göndərən dövlətlə yanında fəaliyyət 
göstərdiyi təşkilat arasında müqavilənin hazırlanmasında və 
qəbulunda iştirak etmək hüququ verir. Belə  qəbuletmənin 
formalarından biri, məsələn, müqavilənin mətnini təsdiq edən BMT-
nin hər hansı bir orqanının qətnaməsinə səs verməsi ola bilər. Lakin 
bu müqavilənin son imzalanması üçün və hətta onun ad referendum 
imzalanması üçün daimi nümayəndəyə xüsusi vəkalət tələb olunur. 
Müqavilənin imzalanması üçün səlahiyyətlərin BMT katibinin hüquq 
bürosuna müqaviləni imzalamadan 24 saat öncə  təqdim olunması 
tövsiyə olunur.  
BMT-nin ixtisaslaşdırılmış qurumları və AEBA yanında daimi 
nümayəndəliklərin səlahiyyətlərinin təqdim olunması praktikası da, 
bəzi xüsusiyyətlər nəzərə alınmaqla, analojidir. Məsələn, dövlət 
başçısı, hökumət başçısı  və  ya  xarici  işlər naziri tərəfindən verilən 
səlahiyyətlərlə yanaşı, bir sıra ixtisaslaşdırılmış qurumlarda 
səlahiyyətlər həmin qurumun fəaliyyət predmeti ilə  əlaqəli olan 
nazirliklərin rəhbərləri tərəfindən verilir. İKAO-da, məsələn, daimi 
nümayəndəliklərin səlahiyyətləri aviasiya, nəqliyyat və ya yol 
əlaqələri naziri tərəfindən imzalana bilər. BƏT-də daimi nü-
mayəndənin təyin olunması barəsində baş direktora məlumat vermək 
kifayətdir, FAO-da uyğun dövlətin Romadakı diplomatik 
nümayəndəliyinin başçısı tərəfindən xəbərdarlıq edilir.    
Müqavilə və konvensiyanın imzalanması üçün YUNESKO və 
BƏT-dən başqa bütün ixtisaslaşdırılmış qurumlar tərəfindən xüsusi 
vəkalət tələb olunur.  
Təyinolunma prosesini bitirən mərhələ - onun haqqında bildiriş 
verməkdir. Göndərən dövlət öz daimi nümayəndəliyinin 
əməkdaşlarının baş tutmuş təyinatı haqqında, onların vəzifələri, rütbə 
və birinciliyi haqda və onların gəlişi haqda Təşkilatı  xəbərdar 
etməlidir. Bundan sonra Təşkilat həmin məlumatı yerləşmə dövlətinə 
 
192 
 
193


ötürür ki, sonuncusu onları immunitet və üstünlüklərdən istifadə edən 
şəxslərin siyahısına daxil etsin.  
İndi də daimi nümayəndəliklərin  əməkdaşlarına tapşırılan 
missiyaların bitməsi  və ya onların yerinə yetirdikləri funksiyaların 
kəsilməsi hallarını nəzərdən keçirək. 1975-ci il Vyana Konvensiyası 
ümumi  şərt kimi iki halı  nəzərdə tutur. Burada deyilir ki, daimi 
nümayəndəliyin və ya onun diplomatik personalının üzvünün 
funksiyaları xüsusilə: 
1) göndərən dövlət tərəfindən bu haqda Təşkilata xəbərdarlıq 
ediləndə; 2) əgər daimi nümayəndəliklər müvəqqəti və ya tamamilə 
geri çağırılanda – kəsilmiş hesab olunur.  
6.3. Beynəlxalq təşkilatın orqan və konfranslarında  
dövlətlərin nümayəndə heyətləri 
 
Beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin diplomatik 
fəaliyyətinin həyata keçirilməsində daimi xarici əlaqə orqanları ilə 
yanaşı beynəlxalq təşkilatın orqan və konfranslarındakı nümayəndə 
heyətləri (deleqasiyalar) kimi müvəqqəti xarici əlaqə orqanları da 
mühüm rol oynayır.  
“Deleqasiya – beynəlxalq konfransın işi gedişatında müəyyən 
olunmuş  vəzifələrin həyata keçirilməsi üçün yaradılan və 
missiyalarının bitdiyi təqdirdə özü də bitən dövlətin xarici 
əlaqələrinin müvəqqəti xarici orqanıdır”. 
1
Daimi nümayəndəliklərdə olduğu kimi, beynəlxalq 
konfranslarda deleqasiyaların da hüquqi vəziyyəti onunla müəyyən 
olunur ki, deleqasiyalar belə konfranslarda öz dövlətlərini təmsil edir 
və onun adından çıxış edirlər. Konfransın istər mühüm beynəlxalq 
problemin həlli üçün, istərsə  də nisbətən kiçik texniki məsələlərin 
həlli üçün çağırılması deleqasiyaların hüquqi vəziyyətinə təsir göstərə 
bilməz – hər iki halda onlar dövlətin nümayəndələri olaraq qalırlar ki, 
bu da onların statusunu müəyyən edir.  
Deleqasiyaların hüquqi vəziyyətini müəyyən edən spesifik 
xüsusiyyət ondan ibarətdir ki, onlar konfrans keçirilən dövlətə 
akkreditə olunmur və konfransın özü və onun iştirakçıları qarşısında 
öz dövlətlərinin nümayəndəsi, təmsilçisi kimi çıxış edirlər. Bu 
                                                 
baxımdan onların mövqeyi beynəlxalq təşkilatlar yanında daimi 
nümayəndəliklərin mövqeyi ilə üst-üstə düşür.  
Deleqasiyaların daimi nümayəndəliklərdən fərqli cəhəti də 
vardır və bu da ondan ibarətdir ki, deleqasiyalar onları göndərən 
dövlətin müvəqqəti orqanıdır. Bu baxımdan onlar xüsusi missiyalara 
daha yaxındırlar. Xüsusi missiyalar məlum olduğu kimi dövlət 
tərəfindən konkret vəzifələri həyata keçirmək üçün, müəyyən, adətən 
nisbətən kiçik müddətə göndərilirlər.  
Göründüyü kimi beynəlxalq təşkilatın orqanlarında və 
beynəlxalq konfranslarda dövlətlərin deleqasiyaları  və xüsusi 
missiyalar eyni xüsusiyyətlərə malikdirlər. Bunlar aşağıdakılardır: 1) 
xarici  əlaqələrin bu cür orqanlarının nümayəndəlik xarakteri; 2) 
onların müvəqqəti xarakteri; 3) onların həyata keçirdikləri vəzifələrin 
konkret məqsədli xarakteri.  
Məhz buna görə  də bir sıra müəlliflər beynəlxalq 
konfranslardakı deleqasiyaları xüsusi missiyalara aid edirlər.  
Lakin zahirən oxşasalar da onlar diplomatiyanın ayrı –ayrı 
formalarıdırlar. Deleqasiyaların, çoxtərəfli forum olan konfranslarda 
dövlətlərin nümayəndələri kimi spesifik vəziyyətini nəzərə almaq 
lazımdır. Bundan başqa konfrans müəyyən dövlətdə keçirilir və bu 
dövlətlə deleqasiya arasında müəyyən hüquq münasibətləri yaranır. 
Lakin bu adi ikitərəfli münasibətlər deyildir. Bu münasibətlər ondan 
yaranır ki, dövlət öz ərazisində konfransı  qəbul edərkən, konfransa 
münasibətdə öz üzərinə öhdəlik götürür.  
Xüsusi missiya – ikitərəfli xarakter daşıyan missiyadır. Xüsusi 
missiyalar haqqında 1969-cu il Konvensiyasının 8-ci maddəsində 
qəbul edən dövlət tərəfindən xüsusi missiyanın üzvü kimi istənilən 
şəxsin təyin olunmasına rədd cavabının verilməsi kimi ikitərəfli 
diplomatiyaya xas olan tədbirlər nəzərdə tutulmuşdur. Eyni zamanda 
həmin Konvensiyanın 12-ci maddəsinə  əsasən xüsusi missiyanın 
istənilən üzvü qəbul edən dövlət tərəfindən persona non grata elan 
edilə bilər. Xüsusi missiyanın özü isə başqa dövlətə qabaqcadan 
ondan alınmış razılıq əsasında göndərilir.  
Bütün yuxarıda göstərilən müddəalardan heç biri, nə beynəl-
xalq təşkilatlar yanında daimi nümayəndəliklərə, nə  də 
deleqasiyaların üzvlərinə  şamil edilmir, çünki onlar yerləşmə 
dövlətinə akkreditə olunmadıqlarına görə  fərqli hüquqi statusa 
malikdirlər. Öz nüfuzuna önəm verən heç bir beynəlxalq təşkilat 
1
 Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 51.  
 
194 
 
195


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə