Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Beynəlxalq təşkilatlar yanında dövlətlərin



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə46/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   122

6.2. Beynəlxalq təşkilatlar yanında dövlətlərin  
daimi nümayəndəlikləri 
 
Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi 
nümayəndəliyi diplomatiya hüququnun nisbətən yeni 
institutlarındandır. Onun yaranması I Dünya müharibəsindən sonra 
ümumdünya miqyaslı siyasi beynəlxalq təşkilatın – Millətlər 
Cəmiyyətinin yaranması ilə bağlıdır.  
Birləşmiş Millətlər Təşkilatının yaranması ilə isə beynəlxalq 
təşkilatlar yanında dövlətlərin nümayəndəliyi institutu yeni inkişaf 
mərhələsinə daxil olur. BMT-nin fəaliyyətinin ilk günlərindən üzv-
dövlətlər burada özlərinin daimi missiyalarını yaratmağa başladılar. 
Bu institutun hüquqi əsasları da elə  həmin dövrdən formalaşmağa 
başlamışdır. 1948-ci il dekabrın 3-də BMT-nin Baş Assambleyasının 
qəbul etdiyi 257(III) qətnamə ilə daimi nümayəndəlik yaratmaq 
praktikasının qanunauyğunluğu təsdiq olundu. Bu qətnamə 
dövlətlərin BMT-də  və onun Avropa şöbələri yanında daimi 
nümayəndəliklərini təsis etmək hüququnu təsdiq edib 
möhkəmləndirir və daimi nümayəndəliyin və daimi missiyaların 
üzvlərinin təyinolunma qaydalarını  və müəyyən dərəcədə hüququ 
statusunu da müəyyən edir.  
Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi 
nümayəndəliyi institutunun hüquqi əsasları BMT Nizamnaməsinin 
105-ci maddəsində  də  əks olunmuşdur. Bu maddənin 2-ci bəndində 
deyilir ki, “təşkilat üzvlərinin nümayəndələri də  həmçinin təşkilatın 
fəaliyyəti ilə bağlı öz funksiyalarını müstəqil yerinə yetirə bilməsi 
üçün vacib immunitet və üstünlüklərdən istifadə edirlər”
1
.  
BMT-nin Baş Assambleyası 1946-cı il fevralın 13-də 
Birləşmiş Millətlər Təşkilatının immunitet və imtiyazları haqqında 
Konvensiyanı, daha sonra 1947-ci il 21 noyabrda isə BMT-nin 
ixtisaslaşdırılmış müəssisələrinin immunitet və imtiyazları haqqında 
Konvensiyanı qəbul etmişdir.  
BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il 
Konvensiyasının maddə IV 16-cı bölməsində müəyyən olunur ki, 
“dövlətlərin nümayəndələri” anlayışına bütün nümayəndələr, onların 
müavinləri, müşavirlər, texniki ekspertlər və nümayəndə heyətlərinin 
                                                 
katibləri daxildir. 1946-cı il aprelin 19-da BMT-nin Cenevrədəki 
Avropa  şöbəsinin immunitet və üstünlükləri haqqında BMT-nin baş 
katibi və İsveçrə Federal Şurası arasında bağlanan razılaşmanın 13-cü 
bölməsində də analoji tərif verilmişdir.  
BMT və ABŞ arasında bağlanan və bağlandığı anda BMT-nin 
immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyasına  əlavə 
hesab olunan, 1947-ci il BMT-nin mərkəzi müəssisələrinin 
yerləşməsi haqqında razılaşmaya  əsasən BMT yanında dövlətlərin 
daimi nümayəndələri və nümayəndə heyətlərinin əməkdaşları “uyğun 
şərt və öhdəliklərə  əməl olunmaqla Birləşmiş  Ştatlara akkreditə 
olunan diplomatik nümayəndəliklərə verilən eyni immunitet və 
imtiyazlara malikdir”(maddə V, 15-ci bölmə).  
Müasir dövrdə dövlətlərin beynəlxalq təşkilatlar yanında daimi 
nümayəndəlikləri, xaricdəki diplomatik fəaliyyətin mühüm tərkib 
hissəsinə çevrilmişdir. Bu ilk növbədə BMT yanında dövlətlərin 
daimi nümayəndəliklərinə aiddir. BMT-nin üzv dövlətlərinin böyük 
əksəriyyəti burada öz daimi nümayəndəliklərini təsis etmişlər. Həmin 
orqanların aparatı aid olduğu dövləti BMT-nin müxtəlif orqanlarının 
işində  hərtərəfli təmsil etməklə yanaşı, BMT çərçivəsindən kənarda 
da diplomatik fəaliyyətlə  məşğul olur. Onlar digər dövlətlərin, o 
cümlədən, aralarında normal diplomatik münasibətlər olmayan 
dövlətlərin analoji nümayəndəlikləri ilə  əlaqə saxlayırlar. BMT 
yanında daimi nümayəndəliklərin bu üstünlüyü onun əhəmiyyətini 
daha da artırır.  
Eyni zamanda bir sıra məhəlli beynəlxalq təşkilatların 
nəzdində  də üzv-dövlətlərin daimi nümayəndəlikləri mövcuddur. 
Məsələn,  Ərəb Ölkələri Cəmiyyəti, Amerika Dövlətləri Təşkilatı  və 
s.  
Azərbaycan Respublikasının ilk daimi diplomatik nüma-
yəndəliyi BMT-də təsis olunmuşdur. Nyu-Yorkda BMT-nin mərkəzi 
müəssisələri yanında Azərbaycan Respublikasının daimi nü-
mayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın Avstriya 
Respublikasındakı  səfirliyi Azərbaycanı BMT-nin Vyana şöbəsində 
təmsil edir. İsveçrədə BMT-nin Cenevrə ofisi və buradakı digər 
beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikası, həmçinin 
daimi nümayəndəliyə malikdir 
1
. Qeyd edək ki, Azərbaycan 
                                                 
1
 Крылов С. Б. История создания ООН. М.: ИМО. 1960, ъ. 235 
1
 The list of Azerbaijani Embassies, missions and consulates Abroad. 
 
184 
 
185


orqanıdır.”
1
Respublikasının BMT-nin Cenevrə ofisi və buradakı beynəlxalq 
təşkilatlar yanında diplomatik nümayəndəliyi vasitəsilə daha geniş 
əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq siyasi, hüquqi, iqtisadi, 
hərbi sahələrdə  və  həmçinin elm və  mədəniyyət sferasında həyata 
keçirilir.  
Hər iki tərifdə daimi nümayəndəliklərin və onların 
əməkdaşlarının hüquqi vəziyyətlərinin  əsasını  təşkil edən  əsas və 
həlledici əlamət göstərilmişdir. Bu həmin missiyaların nümayəndəlik 
xarakteridir ki, bundan irəli gələrək onları dövlətlərin xarici əlaqə 
orqanlarına aid edirlər. Səfirliklər kimi onlar da xarici əlaqələrin 
daimi orqanlarına aid edilirlər və  hər bir dövlətin diplomatik xid-
mətinin bir hissəsini təşkil edirlər. Lakin səfirliklərdən fərqli olaraq, 
onlar artıq qeyd etdiyimiz kimi üçtərəfli münasibətlər sahəsində, daha 
dəqiq desək göndərən dövlət – təşkilat – həmin təşkilatın 
qərargahının və ya şöbəsinin yerləşdiyi yerləşmə dövləti iştirak edən 
münasibətlər sahəsində  fəaliyyət göstərirlər. Və buna görə  də 
ikitərəfli diplomatiya sahəsindən fərqli olaraq, təşkilata üzv olarkən 
və ya burada öz nümayəndəliyini təsis edərkən, maraqlı dövlətin başqa 
dövlətlər tərəfindən de-yure tanınmasına və ya diplomatik 
münasibətlərin qurulmasına ehtiyac olmur.  
İnsan hüquqları sahəsində  həmin nümayəndəlik vasitəsilə 
Azərbaycan Respublikası BMT-nin İnsan Hüquqları Komissiyası ilə, 
insan hüquqlarının müdafiəsi və  təşfiq edilməsi üzrə BMT-nin 
Yarımkomissiyası ilə, insan hüquqları üzrə Ali Komissariatla, 
azlıqlar üzrə BMT Yarımkomissiyası ilə, o cümlədən, insan hü-
quqlarının beynəlxalq müdafiəsi ilə  əlaqədar yaradılmış digər 
müxtəlif komitələrlə əməkdaşlıq edir.  
Həmin missiya vasitəsilə ölkəmiz, həmçinin, Ümumdünya 
Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Miqrasiya üzrə Bey-
nəlxalq Təşkilatla, Ümumdünya Ticarət Təşkilatı  ,Əqli Mülkiyyət 
üzrə Ümumdünya Təşkilatı ilə  əməkdaşlıq edir və onların 
strukturlarının sessiyalarında iştirak edir.  
Daimi nümayəndəliklərin təsis olunması qaydaları. Əvvəla, 
yalnız həmin Təşkilatın üzvü olan dövlətlər belə nümayəndəlikləri 
təsis edə bilərlər. Bu təşkilata daxil olmayan, lakin onun işinin 
gedişatından maraqlı olan dövlətlər burada özlərinin daimi 
müşahidəçilər missiyalarını yarada bilərlər.  
Azərbaycan Respublikası, həmçinin Avropa Şurası yanında 
Strasburqda daimi nümayəndəliyini təsis etmişdir.  
Respublikamız, həmçinin  Şimali Atlantika Müqaviləsi 
Təşkilatında daimi müşahidəçi missiyasına, Brüsseldə Avropa İttifaqı 
yanında daimi müşahidəçisinə (Azərbaycan Respublikasının Belçika 
Krallığındakı 
səfiri) malikdir. Azərbaycanın Avstriya 
Respublikasındakı  səfirliyi Azərbaycanı  həmçinin ATƏT-də  də 
təmsil edir. Respublikamız  İslam Konfransı  Təşkilatı  və s. regional 
qurumlarda da öz daimi nümayəndəlikləri vasitəsilə  təmsil 
olunmuşdur.  
1975-ci il Vyana Konvensiyası “daimi nümayəndəliyi” 
beynəlxalq təşkilatların üzvü olan dövlət tərəfindən Təşkilat yanında 
akkreditə edilmiş nümayəndəlik və daimi xarakterli missiya kimi 
müəyyən edir
1
B.V.Qanyuşkinin verdiyi tərifə əsasən “daimi nümayəndəlik - 
beynəlxalq təşkilatda üzv dövləti təmsil etmək üçün, onunla təşkilat 
arasında olan əlaqələri saxlamaq üçün yaradılan suveren dövlətin 
                                                                                                        
 
187
                                                
İkincisi, 1975-ci il Konvensiyasının 5-ci maddəsində qeyd 
olunur ki, Təşkilat yanında dövlətlərin daimi nümayəndəlikləri 
“təşkilatın qaydaları ilə icazə verildiyi” təqdirdə  təsis oluna bilər. 
Doğrudan da bəzi universal xarakterli təşkilatlar, (Beynəlxalq 
Valyuta Fondu; Beynəlxalq  İnkişaf və Yenidənqurma bankı), eləcə 
də, regional təşkilatlar (Afrika Birləşmiş  Təşkilatı) təşkilat yanında 
daimi nümayəndəliklərinin yaradılmasını  nəzərdə tutmur. Bununla 
yanaşı 5-ci maddədəki müddəanı çox dar və hərfi mənada şərh etmək 
düzgün olmazdı. Yəni bu o demək deyildir ki, təşkilatın 
nizamnaməsində  və ya digər təsisat aktında daimi nümayəndəliyin 
yaradılmasının mümkünlüyü birbaşa qeyd olunmalıdır.  Əsas qayda 
kimi burada həmin təşkilatda qəbul olunmuş, daha sonra 
sanksiyalaşdırılmış (məs, qətnamələrdə) adi praktikanı göstərmək 
olar.  
 
Monistry of Foreign Affairs Republic of Azerbaijan Department of State 
Protocol. Baku: 2005. 
1
 Ганюшкин Б. В. Дипломатическое право международных органи-
заций. М.: 1972, с. 2.  
1
 Сандровский К.К. Право внешних сношений. Киев: 1986, с. 250 
 
186 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə