Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə54/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   122

az hallarda bu və ya digər səbəbdən daimi diplomatik nü-
mayəndəliklərin səlahiyyətlərindən qaldırılmış xüsusi əhəmiyyətli 
tapşırıqları da yerinə yetirirdilər.  
Lakin aralarında daimi diplomatik münasibətlər yaradılmayan 
və  səfirliklər təsis edilməyən dövlətlər arasında, indi də xüsusi 
missiyalar diplomatik əlaqələrin həyata keçirilməsinin  əsas vasitəsi 
kimi çıxış edir.  
Daimi diplomatik nümayəndəliklər yaranmaqla xüsusi 
missiyalar azalmasalar da, o dövrdə  həmin missiyaların fəaliyyətini 
tənzimləyən beynəlxalq hüquq normaları yaranmamışdır. Buna səbəb 
xüsusi missiyaların birdəfəlik, müvəqqəti xarakteri idi. Eyni 
zamanda, bu sahədə dövlətlərin praktikası da müxtəlif idi ki, bu da 
həmin dövrdə müəyyən ümumi qanunauyğunluğun tətbiqinə, işlənib 
hazırlanmasına mane olurdu. Buna görə  də beynəlxalq hüquqda 
xüsusi missiyalara aid, dəqiq müəyyən olunmuş normalar mövcud 
deyildi.  
Lakin sonradan beynəlxalq həyatın inkişaf prespektivləri 
dövlətlərin xüsusi missiyalarının fəaliyyətlərini tənzimləyən 
beynəlxalq hüquq normalarının inkişafına və  məcəllələşdirilməsinə 
zərurət yaratdı. Məcəllələşdirilmənin nəticəsi kimi 1969-cu il 
dekabrın 8-də BMT-nin Baş Assambleyasının XXİV iclasında xüsusi 
missiyalar haqqında Konvensiya qəbul olundu. Konvensiya 1985-ci il 
21 iyunda qüvvəyə mindi.  
Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyasının giriş 
hissəsində deyilir ki, o, 1961-ci il və 1963-cü il diplomatik və konsul 
əlaqələri haqqında Vyana Konvensiyalarını tamamlamaq üçün qəbul 
edilmişdir və ümid edilir ki, bu Konvensiya da dövlətlər arasında 
dostluq münasibətlərinin inkişafına yaxından kömək edəcəkdir.  
 
7.2. Xüsusi missiyaların təsnifatı və onların təşkili  
və fəaliyyətinin beynəlxalq hüquqi əsasları 
 
Dövlətlər arasında hərtərəfli geniş forma almış  əməkdaşlığın 
təmin edilməsi üçün ənənəvi diplomatik kanallarla yanaşı, 
diplomatiyanın digər formalarından da istifadə  səmərəli nəticələr 
verir. Burada xüsusi missiyalar diplomatiyasının özünəməxsus yeri 
qeyd olunmalıdır.  
Xüsusi missiyaların  əhəmiyyəti özünü onda göstərir ki, 
dövlətlər arasında normal diplomatik münasibətlər mövcud olma-
yanda, həmin dövlət və ya hökumət tanınmayanda belə 
diplomatiyanın bu formasından istifadə etmək mümkündür. Bu cür 
hallarda xüsusi missiyalar beynəlxalq ünsiyyətdə  iştirak etmək 
hüququnun realizəsini təmin edir.  
Praktikada xüsusi missiyaların müxtəlif növlərindən istifadə 
olunur.  
Hal-hazırda xüsusi diplomatlar institutu geniş yayılmışdır. 
Belə diplomatlar dövlət və dövlət başçısı  tərəfindən yerli dövlətin 
hökumət və dövlət başçısına göndərilən xüsusi müraciətin ötürücüləri 
rolunu oynayırlar.  
Dövlətlərin praktikasında dövlətin və yaxud da dövlət 
başçısının adından çıxış edən, dövlət başçısının xüsusi məsələlər üzrə 
nümayəndələrinin göndərilməsi də geniş yayılmışdır.  
Digər dövlətlər arasında yaranmış mübahisəli məsələləri həll 
etmək üçün onların xahişi və ya razılığı  əsasında vasitəçilik 
funksiyasını həyata keçirən şəxsləri də xüsusi missiyalara aid etmək 
olar.
1
  
Bəzi müəlliflər məxfi emissarları da xüsusi missiyalara aid 
edir. Praktikada məxfi emissarların aşağıdakı növləri vardır: 
müraciətin ötürücüsü kimi məxfi emissar, məxfi danışıqlar aparan və 
ya gizli razılaşmanı imzalayan diplomat, yerli dövlətin razılığı ilə 
məsələn, danışıqları gizli müşahidə edən diplomat və s.  
Müasir dövrümüzdə yüksək, ali səviyyədə diplomatiya və ya 
zirvə diplomatiyası kimi xüsusi missiyaların növü mühüm rol 
oynamağa başlamışdır.  
Dövlət başçıları, hökumət başçıları  və xarici işlər nazirləri 
tərəfindən həyata keçirilən dövlət səviyyəsində  səfərlər, rəsmi 
görüşlər, vasitəsiz danışıqlar və beynəlxalq müqavilələrin və siyasi 
razılaşmaların imzalanması müasir beynəlxalq həyatın adi normasına 
çevrilmişdir. Belə görüşlərin mövzusu ikitərəfli münasibətlər üçün, 
həm də bütün bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən 
məsələlərdir.  
Xüsusi missiyaya rəhbərlik edən və ya onda iştirak edən dövlət 
başçısının, hökumət başçısının, xarici işlər nazirinin və digər yüksək 
                                                 
1
  Селянинов  О.П.  Практике  дипломатических  сношений  госу-
дарств. М.: 1999, МГИМО (У) МИД России. С. 64. 
 
216 
 
217


rütbəli  şəxslərin statusu Xüsusi missiyalar haqqında 1969- cu il 
Konvensiyasında ayrıca qeyd olunur.  
Azadlığı  uğrunda mübarizə aparan xalq və millətin xarici 
dövlətə göndərdiyi nümayəndələrinin xüsusi missiya keyfiyyətində 
qəbul edilib-edilməməsi məsələsi beynəlxalq hüquqda mürəkkəb 
məsələdir. 1969-cu il Konvensiyasına  əsasən xüsusi missiya bir 
dövlət tərəfindən digərinə göndərilir. Yəni burada hər hansı bir başqa 
subyekt deyil, məhz dövlətin göndərdiyi missiyalar nəzərdə tutulur. 
Lakin azadlığı  uğrunda mübarizə aparan və dövlətçiliyini qurmaq 
mərhələsində olan xalq da beynəlxalq hüququn qeyri- tipik 
subyektlərinə aid edilir. Belə subyektlərin beynəlxalq cəmiyyət 
tərəfindən tanınan orqanları  və  həmçinin müəyyən  ərazidə real 
hakimiyyəti olur. Hesab olunur ki, beynəlxalq hüququn həmin 
subyektlərinin xüsusi missiyalardan istifadə etmək hüququnun 
tananması məqsədəuyğun olardı. Praktikada bu hüquq bəzi dövlətlər 
tərəfindən tanınır.  
Müasir şəraitdə beynəlxalq hüququn subyektləri öz aralarında 
əlaqələrində müxtəlif növ xüsusi missiyalardan istifadə edirlər.  
Ümumiyyətlə, dövlətin xarici əlaqələri ikitərəfli diplomatiya 
çərçivəsində iki əsas formada həyata keçirilir: daimi diplomatik 
nümayəndəliklərin və müvəqqəti xüsusi missiyaların köməyi ilə. 
Xüsusi missiyalar daimi nümayəndəliklə eyni rejimdən istifadə et-
sələr də, onlar özünəməxsus fəaliyyət sahələrinə malikdirlər. Buna 
görə  də, onların hüquqi statusları xüsusi beynəlxalq konvensiya ilə 
müəyyən olunur.  
Beynəlxalq hüquq komissiyası  tərəfindən bu konvensiyanın 
layihəsi hazırlanarkən müxtəlif variantlar müzakirə olunmuşdur. İlkin 
layihənin  əsasında daimi diplomatik nümayəndəliklərlə analoqiya 
prinsipi dururdu və bu daimi nümayəndəliklərlə xüsusi missiyaların 
eyni diplomatik təbiəti ilə və fəaliyyətinin oxşarlığı ilə izah edilirdi. 
Lakin xüsusi missiyalar xarakterinə görə  və  tərkibinə görə çox 
müxtəlif ola bilərlər, buna görə  də onları daimi nümayəndəlikləri 
tənzimləyən vahid və dəqiq müəyyən olunmuş qaydalara tabe etmək 
çətindir. Eyni zamanda, xüsusi missiyaların həyata keçirdikləri 
funksiyalar da fərqlidir. Bütün bunlara görə  də xüsusi missiyaların 
hüquqi vəziyyətlərini tənzimləyən xüsusi konvensiyanın işlənib 
hazırlanması daha məqsədəuyğun hesab olunmuşdur.  
Bu konvensiyanı hazırlayarkən bir tərəfdən xüsusi missiya və 
daimi diplomatik nümayəndəliklərin eyni diplomatik təbiətləri, digər 
tərəfdən də onların həyata keçirdikləri funksiyalar arasında fərq 
nəzərə alınmışdır. Digər tərəfdən bəzi texniki xarakterli missiyaların 
xüsusiyyətləri 1963-cü il Konsul əlaqələri haqqında Vyana 
Konvensiyasında nəzərdə tutulan konsul vəzifəli  şəxslərin rejiminə 
oxşar hüquqi rejimin müəyyən olunmasını tələb edirdi.  
1969-cu il Konvensiyası giriş hissədən və 55 maddədən 
ibarətdir. Giriş hissədə xüsusi missiya institutunun məqsəd və 
vəzifələri, onun müasir beynəlxalq münasibətlərdəki yeri müəyyən 
olunur. Bundan başqa, burada qeyd olunur ki, imunitet və üslünlüklər 
xüsusi missiyaların başçılarına və üzvlərinə, ayrı-ayrı şəxslərin şəxsi 
mənfəəti üçün deyil, beynəlxalq hüququn subyektini təmsil edən 
orqan kimi xüsusi missiyaların funksiyalarının həyata keçirilməsi 
üçün verilir.  
Xüsusi olaraq qeyd olunur ki, Konvensiya ilə əhatə olunmayan 
məsələlər dövlətin adi praktikası ilə tənzimlənməyə davam edir.  
Konvensiyanın 1-ci maddəsi burada rast gəlinən terminlərin 
açıqlanmasına həsr olunmuşdur. Burada "Xüsusi missiya – bir dövlət 
tərəfindən digərinə müəyyən məsələlərin müzakirəsi üçün və ya ona 
münasibətdə konkret məsələnin həlli üçün onun razılığı ilə 
göndərilən, nümayəndəlik və müvəqqəti xarakterli missiya kimi 
müəyyən olunmuşdur. Bu anlayışın özündə üç meyar əks 
olunmuşdur:  
1) xüsusi missiya nümayəndəlik xarakterinə malikdir; 
2) o, müvəqqəti xarakter daşıyır; 
3) xüsusi missiyanın vəzifələri konkret məqsədli xarakter 
daşıyır.  
Nümayəndəlik meyarına gəldikdə o, təkcə xüsusi missiyalara 
deyil, bütövlükdə diplomatiyanın bütün formalarına aiddir. Lakin 
buna baxmayaraq, məhz bu meyar xüsusi missiyanı müxtəlif növ 
rəsmi, yalnız qeyri-dövlət missiya və  səfərlərindən fərqləndirməyə 
imkan verir.  
Xüsusi missiyaların daha bir fərqləndirici xüsusiyyəti onların 
müvəqqəti təbiətə malik olmalarıdır. Lakin bu onların hər zaman 
qısamüddətli olması da demək deyildir. Xüsusi missiyaların illərlə 
davam etdiyi hallara da rast gəlinir, lakin hər zaman onların fəaliyyət 
müddəti vəzifələrinin xarakterindən asılı olaraq konkret müəyyən 
olunur.  
 
218 
 
219


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə