Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə62/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   ...   122

onların ailə üzvləri şəxsi toxunulmazlıqdan istifadə edirlər. Onlar bu 
və ya digər formada həbs edilə  və tutulub saxlanıla bilməzlər” 
(maddə 18). Göründüyü kimi, burada onların tam toxunulmazlığı ilə 
yanaşı, həmçinin ailə üzvlərinin də toxunulmazlığı nəzərdə tutulur.  
Azərbaycan Respublikasının ikitərəfli konsul 
konvensiyalarında, Vyana Konvensiyasından fərqli olaraq, konsul 
vəzifəli  şəxsləri və onların ailə üzvləri yerləşmə dövlətinin 
yurisdiksiyasından, o cümlədən, cinayət yurisdiksiyasından tamamilə 
kənar edilirlər. Adı  çəkilən konvensiyalarda yurisdiksiyaya qarşı 
immunitet aşağıdakı  şəkildə müəyyən olunmuşdur: konsulluğun 
vəzifəli şəxsləri və onların ailə üzvləri qəbul edən dövlətdə aşağıdakı 
mülki iddialar istisna olunmaqla, cinayət, mülki və inzibati 
yurisdiksiyaya qarşı immunitetdən istifadə edirlər: 
1)
 
konsulluğun vəzifəli  şəxsləri tərəfindən göndərən dövlətin 
agenti simasında bilavasitə  və ya dolayısı ilə öz üzərinə öhdəlik 
götürmədən bağladığı müqavilələrdən irəli gələn hallarda; 
2) yol, nəqliyyat vasitələri, gəmi və  təyyarə ilə bağlı  bədbəxt 
hadisələr nəticəsində üçüncü tərəfə vurulan zərərə görə (maddə 19).  
Vyana Konvensiyasında isə konsul vəzifəli  şəxslərinə 
yurisdiksiya immuniteti yalnız onların rəsmi funksiyalarının həyata 
keçirilməsi ilə  əlaqədar hallarda verilir. Yəni onlara yalnız xidməti 
immunitet verilir və xidməti funksiyalar ilə əlaqəli olmayan hallarda 
hüquqazidd  əməl törədən zaman həmin  şəxs yerləşmə dövlətində 
məsuliyyətə cəlb oluna bilər.  
Məsələnin belə qoyuluşu praktikada mürəkkəb vəziyyətlərin 
yaranmasına gətirib çıxarır. Belə ki, “konsul funksiyalarının həyata 
keçirilməsi zamanı törədilən  əməllər” anlayışı kifayət qədər qeyri-
müəyyəndir
1
. Bu problemə II fəsildə bir qədər toxunmuşduq.  
Beynəlxalq hüquq doktrinasının, dövlətlərin praktikasının 
analizi göstərir ki, xidməti immunitet probleminin universal həlli 
mövcud deyildir. Məsələn, O.V.Plotnikova yazır ki, bu problemin 
universal həlli, ümumiyyətlə, ola bilməz. Çünki xidməti 
immunitetdən istifadə edən hər bir şəxsin bütün xidməti vəzifələrinin 
müfəssəl siyahısını vermək qeyri-mümkündür. Və xidməti vəzifələrin 
həyata keçirilməsi ilə  əlaqəli olan və ya olmayan əməllərin bir-
                                                 
birindən ayrılmasının dəqiq meyarları da mövcud deyildir. 
Plotnikova məhkəmə presedentlərinin qismən də olsa belə meyar 
kimi əsas götürülə biləcəyi fikrindədir.  
Burada həll olunmamış digər bir məsələ də mövcuddur. Bu da 
törədilmiş  əməlin  şəxsin xidməti vəzifələri ilə  əlaqəli olub-
olmadığını hansı dövlətin – akkreditiv, yoxsa yerləşmə dövlətinin 
müəyyən etməsi problemidir. Xarici müəlliflərin  əksəriyyəti hesab 
edir ki, bu səlahiyyət yerləşmə dövlətinin məhkəmələrinə 
verilməlidir. Keçmiş sovet müəlliflərinin  əksəriyyəti isə akkreditiv 
dövlətin məhkəmələrinin belə səlahiyyətlərini müdafiə edirdilər.  
Xarici dövlətlərdə bu məsələ  əksər hallarda yerləşmə 
dövlətinin məhkəmə orqanlarının səlahiyyətlərinə daxildir. Məsələn, 
ABŞ-da bu məsələdə  məhkəmənin səlahiyyətləri qanunla müəyyən 
olunmuşdur. Lakin aydındır ki, yerli məhkəmələrə bu cür 
immunitetlər haqqında məsələnin həll edilməsində müstəsna 
səlahiyyətlərin verilməsi yerləşmə dövləti tərəfindən bundan sui-
istifadə edilməsi hallarını istisna etmir ki, bu da göndərən dövlətin 
maraqlarına uyğun deyil. Digər tərəfdən, belə  səlahiyyətlərin 
birtərəfli qaydada akkreditiv dövlətə verilməsi də eyni sui-istifadələrə 
yol aça bilər.  
Bu məsələ ilə bağlı ingilis hüquqşünası A. Denzanın mövqeyi 
ilk baxışdan daha münasib görünür. Onun fikrincə, xidməti 
immunitet haqqında məsələnin həlli prinsipcə yerləşmə dövlətinin 
məhkəmə orqanlarının səlahiyyətlərinə daxildir. Əgər 
nümayəndəliyin başçısı  və yaxud akkreditiv dövlətin hökuməti 
bildirsə ki, hüquqazidd əməl xidməti vəzifələrinin həyata keçirilməsi 
ilə  əlaqədar törədilmişdir, bunun əksini sübut etmək məhkəmə 
orqanlarına çətin olacaq və akkreditiv dövləti təhqir etməmək 
məqsədilə o, bununla razılaşmalıdır
1
. Lakin fikrimizcə, bu variantı da 
tamamilə  qənaətbəxş hesab etmək olmaz, belə ki, praktikada o, heç 
də  həmişə yaranmış problemin obyektiv həllini təmin edə bilməz. 
Çünki öz vətəndaşlarının hüquqlarının müdafiəsində akkreditiv 
dövlət hər zaman maraqlıdır.  
Problemdən çıxış yolu tapılması  cəhdləri bir sira beynəlxalq 
sənədlərin hazırlanmasında edilmişdir. Amerikalı hüquqşünas Li 
                                                 
1
 Ильин Ю.Д. Основные тенденции в развитии консульского права. 
М.: Юридическая литература ,1969, с. 138 
1
 Denza E. Diplomatic Law 2
nd
 ed. Clarendon Press Oxford,1998, 231; 
250 
 
248 
 
249


Harvard hüquq məktəbi layihəsinin 21-ci maddəsini misal çəkir ki, 
burada da deyilir: “Qəbul edən dövlət akkreditiv dövlətin diplomatik 
nümayəndəliyinin iştirakı ilə  əməlin belə funksiyaların həyata 
keçirilməsi ilə əlaqəli törədilib- törədilməməsi məsələsini həll edir”
1

Belə mövqe hər iki tərəfin maraqlarını nəzərə aldığına görə nisbətən 
daha  əsaslandırılmışdır. Lakin bu da münaqişə situasiyalarının 
qarşısını almağa kifayət deyildir.  
Öz araşdırmaları  əsasında Demin son olaraq belə  nəticəyə 
gəlmişdir ki, ən münasib çıxış yolu, nəinki hüquqi nöqteyi-nəzərdən 
mükəmməl olmayan, həmçinin beynəlxalq münasibətlərdə 
münaqişəli situasiyaların meydana gəlməsinin potensial təhlükəsini 
özündə gizlədən xidməti immunitet institutundan istifadədən imtina 
etməkdir.  
Bizim fikrimizcə, dövlətlərin praktikası xidməti immunitet 
institutunun tətbiqindən getdikcə uzaqlaşır. Xidməti immunitetin 
diplomatik immunitetlə  əvəz olunması tendensiyası diplomatiya və 
konsulluq hüququnda artıq indidən özünü göstərir.  
D.S.Nikiforov və A.F.Borunkov diplomatik nümayəndəliyin 
inzibati-texniki personalı ilə bağlı qeyd edirlər ki, “əməkdaşın öz 
xidməti vəzifələrinin icrası  vəziyyətində olub-olmamasını müəyyən 
etmək çətin olduğuna görə, bu sualın cavabını hakimiyyət diplomatik 
nümayəndəliyin ixtiyarına buraxır”
2
.  
Konsulluq hüququnda buna ən bariz nümunə kimi Azərbaycan 
Respublikasının xarici dövlətlərlə imzaladığı ikitərəfli konsul 
konvensiyalarını göstərmək olar. Onların  əksəriyyətində konsul 
vəzifəli şəxslərinə xidməti deyil, məhz diplomatik immunitet verilir.  
Hər iki yanaşmanın özünü doğrultmadığına aid çoxsaylı 
örnəkləri araşdırdıqdan sonra fikrimizi fransız hüquqşünas F. 
Kayenin sözləri ilə ümumiləşdirmək istərdik. O, beynəlxalq təşkilatın 
əməkdaşları ilə  əlaqədar yazırdı: “Hərəkətin rəsmi və ya xüsusi 
olduğunu kim həll etməlidir?  Əgər bu, diplomatik nüma-
yəndəlikdirsə, onun öz əməkdaşlarını müdafiə etmək riski, əgər bu, 
məhkəmə orqanıdırsa, sui-istifadə etmək riski yaranır. Bu məsələ ilə 
əlaqədar qeyd etmək olar ki, rəsmi hərəkətlər və xüsusi hərəkətlər 
arasında fərq yerləşmə dövləti və beynəlxalq təşkilat arasında daimi 
çətinlik və münaqişələrin mənbəyi olmuşdur” 
Azərbaycan Respublikasının Ukrayna ilə imzaladığı konsul 
konvensiyasında isə birbaşa göstərilir ki, konsul vəzifəli  şəxsləri 
diplomatik agentlər kimi 1961-ci il diplomatik əlaqələr haqqında 
Vyana Konvensiyasına uyğun olaraq tam həcmdə diplomatik 
immunitet və imtyazlardan istifadə edirlər.  
Xidməti immunitetin diplomatik immunitetlə  əvəz olunması 
tendensiyası diplomatiya hüququnda da özünü göstərməkdədir. 1961-
ci il Vyana Konvensiyası hazırlanan zaman bir çox inkişaf etmiş 
ölkələr inzibati-texniki heyətə tam həcmdə diplomatik immunitet 
verilməsinin lehinə  çıxış edirdilər. Konvensiya qəbul olunduqdan 
sonra bir çox dövlətlərin ikitərəfli  əsasda xidməti immuniteti 
diplomatik immunitetlə  əvəz etmək praktikasını geniş tətbiq etməyə 
başladılar.  
Bu problemlə əlaqədar olaraq Y.Q.Deminin mülahizələrini də 
diqqətə çatdırmaq istərdik. Demin özünün “Beynəlxalq hüquqda 
xidməti immunitet problemi haqqında” adlı  məqaləsində 2 qrup 
məsələləri araşdırmışdır: 1) şəxsin hüquq pozuntusu törədən zaman 
xidməti vəzifəsinin icrasında olub-olmamasını hansı yolla müəyyən 
etmək; 2) bu məsələni hansı dövlət və hansı prosedura uyğun olaraq 
müəyyən etməlidir. Müxtəlif doktrinal fikirləri, beynəlxalq 
müqavilələri və dövlətlərin qanunvericiliklərini, praktikanı  dərindən 
analiz edərək o, bu qərara gəlmişdir ki, xidməti immunitet 
probleminin universal həlli mövcud deyildir
3
.  
                                                 
 
251
Konsul vəzifəli  şəxsləri diplomatik agentlərdən fərqli olaraq 
məhkəmə  və inzibati işlərin baxılması zamanı  şahid ifadəsi vermək 
üçün çağırıla bilərlər. Konsulluq əməkdaşı  və ya xidmət personalı 
işçisi müəyyən hallar istisna olmaqla, şahid ifadəsi verməkdən imtina 
edə bilməz, konsulluğun vəzifəli şəxsi şahid ifadəsi verməkdən imtina 
edərsə, ona qarşı heç bir məcburiyyət və  cəza tədbirləri tətbiq edilə 
bilməz (Vyana Konvensiyasının 44-cü maddəsi).  
1
 Lee L.T. Consular law and practice (Oxford, Monographs in 
international law) Oxford University Press 2
nd
. Ed. 1991, p. 253-254 
Həmin maddədə, həmçinin qeyd olunur ki, konsulluğun 
vəzifəli şəxsindən şahid ifadəsi verməyi tələb edən orqan vəzifələrini 
                                                                                                        
2
  Никифоров  Д.С.,  Борунков  А.Ф.  Дипломатический  протокол  в 
СССР. Принципы, нормы, практика М.: МО, 1985, с. 51 
3
  Демин  Ю.Г.  О  проблеме  служебного  иммунитета  в  международ-
ном праве // СЕМП, Наука, с. 203-215 
 
250 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə