Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə64/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   60   61   62   63   64   65   66   67   ...   122

əmin olmalıdır. 
2. Yerləşmə dövləti aqreman verməməsinin səbəbləri haqqında 
akkreditə edən dövlətə məlumat verməyə borclu deyildir. 
 
Maddə 5 
1. Akkreditə edən dövlət lazımi qaydada müvafiq yerləşmə 
dövlətlərini xəbərdar etdikdən sonra, əgər istənilən yerləşmə dövləti 
tərəfindən etiraz olunmayıbsa, nümayəndəlik başçısını  və ya hər 
hansı diplomatik personal üzvünü şəraitdən asılı olaraq bir və ya bir 
neçə dövlətə akreditə edə və ya təyin edə bilər. 
2. Əgər akreditə edən dövlət nümayəndəlik başçısını bir və ya bir 
neçə dövlətdə akkreditə edirsə, nümayəndəlik başçısının daimi 
yerinin olmadığı dövlətlərin hər birində o, müvəqqəti işlər mü-
vəkkilinin başçılığı ilə diplomatik nümayəndəliklər təsis edə bilər. 
3. Nümayəndəlik başçısı  və ya nümayəndəliyin diplomatik 
personalının hər bir üzvü istənilən beynəlxalq təşkilatda akkreditə 
edən dövlətin nümayəndəsi kimi fəaliyyət göstərə bilər. 
 
Maddə 6 
Əgər yerləşmə dövləti buna etiraz etməsə iki və ya bir neçə dövlət 
eyni  şəxsi nümayəndəlik başçısı kimi digər dövlətdə akreditə edə 
bilərlər. 
 
Maddə 7 
5, 8, 9 və 11-ci maddələrlə  nəzərdə tutulan hallar istisna 
olunmaqla akkreditə edən dövlət nümayəndəlik personalını azad 
surətdə  təyin edə bilər. Hərbi, dəniz və ya aviasiya attaşelərinə aid 
məsələlərdə yerləşmə dövləti bu attaşelərin adlarının razılıq üçün 
əvvəlcədən ona göndərilməsini təklif edə bilər. 
 
Maddə 8 
1. Nümayəndəliyin diplomatik personalının üzvləri prinsip 
etibarilə akkreditə edən dövlətin vətəndaşları olmalıdırlar. 
2. Nümayəndəliyin diplomatik personalının üzvləri yerləşmə 
dövlətinin razılığı olmadan bu dövlətin vətəndaşlarından təyin edilə 
bilməz, bu razılıq isə istənilən vaxt ləğv edilə bilər. 
3. Yerləşmə dövləti, eyni zamanda akkreditə edən dövlətin 
vətəndaşı olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də bu 
hüququ özündə saxlaya bilər. 
 
Maddə 9 
1. Yerləşmə dövləti istənilən vaxt öz qərarını  əsaslandırmadan 
akkreditə edən dövləti xəbərdar edə bilər ki, nümayəndəliyin başçısı 
və ya diplomatik pesronal üzvlərindən biri persona non qrata və ya 
nümayəndəlik personalı üzvlərindən biri arzuedilməz  şəxsdir. Bu 
halda akkreditə edən dövlət müvafiq olaraq həmin  şəxsi geri 
çağırmalı  və ya onun nümayəndəlikdəki funksiyalarını dayan-
dırmalıdır. Bu və ya digər  şəxs yerləşmə dövlətinin  ərazisinə 
gəlmədən də persona non qrata və ya arzuedilməz  şəxs elan edilə 
bilər. 
2. Əgər akkreditə edən dövlət bu maddənin 1-ci bəndində nəzərdə 
tutulan öhdəliyini yerinə yetirməkdən imtina etsə  və ya ağlabatan 
müddət  ərzində yerinə yetirməsə yerləşmə dövləti həmin  şəxsi 
nümayəndəliyin əməkdaşı kimi tanımaqdan imtina edə bilər. 
 
Maddə 10 
1. Yerləşmə dövlətinin xarici işlər nazirliyi və ya haqqında razılıq 
əldə edilmiş digər nazirlik aşağıdakı hallarda xəbərdar edilməlidir: 
a) nümayəndəlik  əməkdaşlarının təyin edilməsi, onların gəlməsi 
və onların tamamilə getməsi və ya onların nümayəndəlikdəki 
funksiyalarının dayandırılması haqqında; 
b) nümayəndəlik  əməkdaşının ailəsinə  mənsub olan şəxsin 
gəlməsi və ya tamamilə getməsi, lazımi hallarda bu və ya digər şəx-
sin nümayəndəlik  əməkdaşının ailə üzvü olması  və ya üzvlükdən 
çıxması haqqında; 
c) bu bəndin "a" yarımbəndində göstərilən  şəxslərin yanında 
xidmətdə olan xüsusi ev işçilərinin gəlməsi və tamamilə getməsi və 
lazımi hallarda həmin işçilərin bu şəxslərin yanından xidmətdən 
getməsi haqqında; 
d) yerləşmə dövlətində nümayəndəlik  əməkdaşı kimi və ya ev 
işçiləri kimi yaşayan və imtiyaz və immunitet hüququna malik olan 
şəxslərin işə götürülməsi və işdən azad edilməsi haqqında. 
2. Ölkəyə  gəlmək və tamamilə getmək haqqında xəbərdarlıq, 
həmçinin imkan dairəsində əvvəlcədən edilməlidir. 
 
 
256
 
257


Maddə 11 
1. Nümayəndəlik personalının sayı haqqında konkret razılıq 
olmadıqda, yerləşmə dövləti təklif edə bilər ki, yerləşmə dövlətindəki 
şərait və  vəziyyəti və nümayəndəliyin ehtiyacını  nəzərə almaqla 
nümayəndəlik personalının sayı onun məntiqi və normal hesab etdiyi 
hüdudlarda saxlanılsın. 
2. Yerləşmə dövləti elə  həmin  əsaslarla və heç bir ayrı- seçkilik 
olmadan hər hansı müəyyən kateqoriyalı  vəzifəli  şəxsi qəbul 
etməkdən imtina edə bilər. 
 
Maddə 12 
Yerləşmə dövlətinin aydın ifadə olunmuş razılığı olmadan, 
akkreditə edən dövlət, diplomatik nümayəndəliyin bir hissəsi olan 
dəftərxananı nümayəndəliyin özünün təsis edildiyi məntəqədən 
başqa, digər yaşayış məntəqələrində təsis edə bilməz. 
 
Maddə 13 
1. Nümayəndəlik başçısı yerləşmə dövlətində öz funksiyalarının 
yerinə yetirilməsinə bu dövlətdə mövcud olan, eyni cür tətbiq 
edilməli olan praktikadan asılı olaraq, ya öz etimadnaməsini təqdim 
etdiyi andan, ya da gəldiyi haqqında məlumatın və ya 
etimadnamələrin təsdiq olunmuş surətlərinin yerləşmə dövlətinin 
xarici işlər nazirliyinə  və ya haqqında razılıq  əldə edilmiş digər 
nazirliyə təqdim etdiyi andan başlamış hesab olunur. 
2. Etimadnamələrin və ya onların təsdiq olunmuş surətlərinin 
təqdim edilməsinin ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix 
və saatla müəyyənləşdirilir. 
 
Maddə 14 
1. Nümayəndəlik başçıları aşağıdakı üç dərəcəyə bölünürlər: 
a) dövlət başçıları yanında akkreditə edilən səfirlər və nunsilər 
dərəcəsi və bu rütbələrə bərabər tutulan başqa nümayəndəlik başçıları; 
b) dövlət başçıları yanında akkreditə edilən elçilər və internunsilər 
dərəcəsi; 
c) xarici işlər naziri yanında akkreditə edilən işlər müvəkkili 
dərəcəsi. 
2. Nümayəndəlik başçıları arasında birincilik və etiketdən başqa, 
bu və ya digər dərəcəyə  mənsub olduğuna görə heç bir fərq 
qoyulmamalıdır. 
Maddə 15 
Nümayəndəlik başçılarının mənsub olduqdarı  dərəcələr dövlətlər 
arasındakı razılaşmalarla müəyyənləşdirilir. 
 
Maddə 16 
1. Müvafiq dərəcəyə mənsub nümayəndəlik başçılarının birinciliyi 
13-cü maddəyə uyğun olaraq onların öz funksiyalarını yerinə 
yetirməyə başladıqları tarix və saatla müəyyənləşdirilir. 
2. Nümayəndəlik başçısının etimadnamələrində  dərəcənin 
dəyişməsilə əlaqədar olmadan edilən dəyişikliklər onun birinciliyinə 
təsir etmir. 
3. Bu maddə Vatikan nümayəndəsinin birinciliyi ilə  əlaqədar 
yerləşmə dövlətində qəbul edilmiş praktikaya toxunmur. 
 
Maddə 17 
Nümayəndəliyin diplomatik personalının birinciliyi nümayəndə-
liyin başçısı tərəfindən xarici işlər nazirliyinə və ya haqqında razılıq 
əldə edilmiş digər nazirliyə məlumat verilir. 
 
Maddə 18 
Hər bir dövlətdə nümayəndəlik başçılarının qəbul qaydası hər bir 
dərəcəyə münasibətdə eyni olmalıdır. 
 
Maddə 19 
1.  Əgər nümayəndəlik başçısı  vəzifəsi boşdursa və ya nüma-
yəndəlik başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə, nüma-
yəndəlik başçısının vəzifəsini müvəqqəti olaraq müvəqqəti işlər mü-
vəkkili yerinə yetirir. Müvəqqəti işlər müvəkkilinin soyadı nüma-
yəndəlik başçısı,  əgər o bunu etmək iqtidarında deyilsə, akkreditə 
edən dövlətin xarici işlər nazirliyi tərəfindən yerləşmə dövlətinin 
xarici işlər nazirliyinə  və ya haqqında razılıq  əldə edilmiş digər 
nazirliyə bildirilir. 
2. Nümayəndəliyin diplomatik əməkdaşlarından heç birinin 
yerləşmə dövlətində olmadığı halda, yerləşmə dövlətinin razılığı ilə 
akkreditə edən dövlət inzibati-texniki personalın üzvünü nüma-
yəndəliyin cari inzibati işləri üçün məsul şəxs kimi təyin edə bilər. 
 
 
258
 
259


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə