Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə63/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   59   60   61   62   63   64   65   66   ...   122

yerinə yetirmək üçün ona maneə yaratmaqdan çəkinməlidir. Bu orqan 
imkan daxilində konsulluğun vəzifəli  şəxsinin ifadəsini yaşadığı 
yerdə, konsulluqda dinləyə və ya yazılı qaydada qəbul edə bilər (2-ci 
bənd).  
Azərbaycan Respublikasının ikitərəfli konsul konvensiyasında 
müəyyən olunmuş bu immunitet və imtiyazlar, Azərbaycan 
Respublikasının konsul xidməti tərəfindən onun üzərinə qoyulmuş 
mühüm və  məsuliyyətli vəzifələrin normal həyata keçirilməsi üçün 
etibarlı hüquqi təminatdır.  
Konsulluq işçiləri öz vəzifələrinin yerinə yetirilməsinə dair 
göndərən dövlətin milli qanunvericiliyini izah edən  şahid ifadəsi 
verməkdən imtina etmək ixtiyarına da malikdirlər.  
 
 
 
Konsul vəzifəli  şəxslərinin vergi və gömrük imtiyazlarına 
gəldikdə isə, bu məsələlər Vyana Konvensiyasının 49-59-cu 
maddələri ilə  tənzimlənir. Vergi imtiyazlarından istisnalara əsasən 
konsul vəzifəli  şəxsləri xidməti funksiyalarından kənarda həyata 
keçirdikləri fəaliyyətlərinə münasibətdə vergilərdən azad olunmurlar.  
 
 
 
 
 
Gömrük imtiyazına  əsasən, qəbul edən dövlətin qayda-
qanunlarına uyğun olaraq konsulluğun rəsmi istifadəsi üçün nəzərdə 
tutulmuş  əşyaların, ev avadanlığı da daxil olmaqla, konsulluğun 
vəzifəli  şəxsinin və onunla birlikdə yaşayan ailə üzvlərinin  şəxsi 
istifadəsi üçün nəzərdə tutulan əşyaların ölkəyə  gətirilməsinə  və 
çıxarılmasına icazə verilir və onlar gömrük rüsumlarından azad 
olunurlar. Konsulluq əməkdaşları isə ilk dəfə ölkəyə  gətirilmiş ev 
avadanlığı  və  əşyalarla bağlı yuxarıda göstərilən immunitetlərdən 
istifadə edirlər.  
  
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200-cü 
maddəsinə  əsasən uyğun olaraq xarici dövlətin konsul 
nümayəndəlikləri və onların heyət üzvləri diplomatik nümayəndəlik 
və onun heyəti üçün nəzərdə tutulmuş gömrük güzəştlərindən istifadə 
edirlər 
1
.  
Bütün bu göstərilən problemlərin araşdırılması nəticəsində biz 
aşağıdakı nəticəyə gəlirik ki, konsul immunitet və imtiyazlarını təkcə 
1963-cü il Vyana Konvensiyası  əsasında araşdırmaq düzgün deyil, 
həmçinin Azərbaycan Respublikasının ikitərəfli konsul 
konvensiyaları da nəzərə alınmalıdır. Onları nəzərə almadan 1963-cü 
il Konvensiyasına  əsaslanmaq doğru olmaz. Azərbaycan 
Respublikasının ikitərəfli konsul konvensiyalarında isə daha geniş 
imtiyazlar, yəni diplomatik agentin immunitet və imtiyazlarına yaxın 
hüquq və güzəştlər müəyyən edilir.  
                                                 
1
 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı: Hüquq 
ədəbiyyatı, 2001, s. 110 
 
252 
 
253


DİPLOMATİK ƏLAQƏLƏR HAQQINDA  
VYANA KONVENSİYASI 
( Vyana, 18 aprel 1961-ci il ) 
 
Bu konvensiyanın Tərəfləri olan dövlətlər  
bütün ölkələrin xalqlarının lap qədim zamanlardan diplomatik 
agentlərin statusunu tanıdığını qeyd edərək
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin 
suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması 
və dövlətlər arasındakı dostluq münasibətlərinin inkişafı haqqında 
məqsəd və prinsiplərini nəzərə alaraq
diplomatik  əlaqələr, imtiyazlar və immunitetlər haqqında 
beynəlxalq konvensiyanın imzalanmasının dövlətlər arasında, onların 
dövlət və ictimai quruluşundan asılı olmayaraq, dostluq 
münasibətlərinin inkişafına kömək göstərəcəyinə əmin olaraq
bu cür imtiyaz və imunitetlərin ayrı-ayrı  şəxslərin mənfəəti 
üçün deyil, dövləti təmsil edən orqanlar kimi diplomatik nüma-
yəndəliklərin funksiyalarının səmərəli surətdə  həyata keçirilməsini 
təmin etmək üçün verildiyini dərk edərək
bu Konvensiyanın müddəaları ilə birbaşa nəzərdə tutulmayan 
məsələləri beynəlxalq adi hüquq normalarının tənzimləməkdə davam 
edəcəyini təsdiq edərək, aşağıdakılar barəsində razılığa gəldilər
 
 
Maddə 1 
Bu Konvensiyada göstərilən aşağıdakı terminlərin mənaları 
belədir: 
a) - "nümayəndəlik başçısı" - akkreditə edən dövlət tərəfindən bu 
keyfiyyətdə fəaliyyət göstərmək vəzifəsi həvalə olunmuş şəxsdir; 
b) - "nümayəndəliyin  əməkdaşları" - nümayəndəliyin başçısı  və 
nümayəndəliyin personalının üzvləridirlər; 
c) - "nümayəndəlik personalının üzvləri" - diplomatik personalın, 
inzibati-texniki personalın və xidməti personalın üzvləridirlər; 
d) - "diplomatik personalın üzvləri" - nümayəndəlik personalının 
diplomatik rütbələrə malik olan üzvləridirlər
e) - "diplomatik agent" - nümayəndəliyinin başçısı  və ya nü-
mayəndəliyin diplomatik personalının üzvüdür; 
q) - "inzibati-texniki personalın üzvləri" - nümayəndəliyin 
inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik personalının 
üzvləridirlər; 
d) "xidməti personal üzvləri" - nümayəndəliyin xidməti üzrə 
vəzifələri yerinə yetirən nümayəndəlik personalının üzvləridirlər; 
h) - "xüsusi ev işçisi" - nümayəndəlik  əməkdaşının ev işlərini 
yerinə yetirən və akkreditə edən dövlətin işçisi olmayan şəxsdir; 
i) - "nümayəndəliyin binası" – nümayəndəliyin başçısının 
igamətgahı da daxil olmaqla, mülkiyyət hüququnun kimə  mənsub 
olmasından asılı olmayaraq, nümayəndəlik məqsədilə istifadə edilən 
bina və ya binanın bir hissəsi ilə birlikdə bu binaya və ya binanın bir 
hissəsinə xidmət edən torpaq sahəsi deməkdir. 
 
Maddə 2 
Dövlətlər arasında diplomatik münasibətlərin qurelması və daimi 
diplomatik nümayəndəliyin təsis edilməsi qarşılıqlı razılıq  əsasında 
həyata keçirilir. 
 
Maddə 3 
1. Diplomatik nümayəndəliyin funksiyaları xücusilə bunlardan 
ibarətdir: 
a) - yerləşdiyi dövlətdə akkreditə edən dövləti təmsil etmək; 
v) - beynəlxalq hüquqla yol verilən hüdudlarda yerləşmə 
dövlətində akkreditə edən dövlətin və onun vətəndaşlarının 
mənafelərini müdafiə etmək; 
c) - yerləşmə dövlətinin hökuməti ilə danışıqlar aparmaq; 
d) - yerləşmə dövlətindəki  şərait və hadisələri qanuni yolla 
müəyyən etmək və bunlar haqqında akkreditə edən dövlətin 
hökumətinə məlumat vermək; 
e) akkreditə edən dövlətlə yerləşmə dövləti arasında dostluq 
münasibətlərini təşfiq etdirmək və iqtisadiyyat, mədəniyyət və elm 
sahəsində onlar arasındakı qarşılıqlı münasibətləri inkişaf etdirmək. 
2. Bu Konvensiyanın heç bir müddəası diplomatik nümayəndəlik 
tərəfindən konsul funksiyalarının yerinə yetirilməsinə  əngəl olacaq 
bir müddəa kimi şərh edilə bilməz. 
 
Maddə 4 
1. Akkreditə edən dövlət yerləşmə dövlətinin onun bu dövlətdə 
akkreditə etmək istədiyi nümayəndəlik başçısına aqreman verdiyinə 
 
254
 
255


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə