Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə60/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   56   57   58   59   60   61   62   63   ...   122

qəbul edən dövlətin hakimiyyət orqanlarının hüquqlarına zərər 
gətirmədən yolda baş vermiş mübahisələrin və ya göndərən dövlətin 
qanun və qaydaları ilə müəyyən edilmişsə, kapitan, heyət üzvləri və 
matroslar arasında olan hər bir hadisənin istintaqı; 
Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün Azərbaycan 
onlarla dövlətlə belə ikitərəfli konsul konvensiyalarına malikdir. Bu 
Konvensiyalarda hər iki dövlət öz konsulluqlarının funksiyalarını 
daha ətraflı və geniş şəkildə təsbit edir. Məsələn, Rusiya Federasiyası 
ilə Azərbaycan Respublikası arasında Konsul Konvensiyasına əsasən 
bu funksiyaları  nəzərdən keçirək. Həbs və  məhkəmə araşdırmaları 
üzrə funksiyalar (maddə 39), vərəsəliklə əlaqədar funksiyalar (maddə 
40), vətəndaşlıq məsələləri ilə  əlaqədar funksiyalar (maddə 41), 
vətəndaşlıq vəziyyəti məsələlərinə aid funksiyalar (maddə 42), 
qəyyumluğa aid funksiyalar (maddə 43), gəmilərə kömək 
göstərilməsi (maddə 44), gəmi kapitanı  və heyətinə kömək 
göstərilməsi (maddə 45), gəmidə istintaq aparılan zaman mənafeyin 
müdafiə edilməsi (maddə 46), gəminin zədələnməsi hallarına kömək 
(maddə 47), hava gəmiləri ilə əlaqədar funksiyalar (maddə 48) ətraflı 
şəkildə təsbit olunmuşdur 
1
.  
13)
 
Konsulluq dairəsinin  ərazisində yerləşən göndərən 
dövlətin vətəndaşlarına yerləşmə dövlətinin qanun və adətləri 
haqqında məlumat vermək; 
14)
 
Konsulluq dairəsinin  ərazisində yaşayan və ya burada 
müvəqqəti yerləşən təmsil olunan dövlətin vətəndaşlarının uçotu; 
Azərbaycan Respublikasının Konsulluğu haqqında 
Əsasnaməsində aşağıdakı funksiyalar da nəzərdə tutulmuşdur: 
konsul dairəsində Azərbaycan Respublikasının xarici və daxili 
siyasəti, ölkənin iqtisadi, sosial və  mədəni həyatı haqqında rəsmi 
məlumatın yayilmasını təmin etmək; 
dövlət orqanlarına və 
zəruri hallarda Azərbaycan 
Respublikasının qeyri-hökumət təşkilatlarına və  işgüzar dairələrinin 
nümayəndələrinə  həmin dövlətin qeyri-hökumət təşkilatları  və 
işgüzar dairələrinin nümayəndələri ilə, qəbul edən dövlətdə yaşayan 
azərbaycanlılarla  əlaqələrin qurulmasına və  əməkdaşlığın inkişafına 
öz səlahiyyətləri daxilində yardım etmək; 
Bundan başqa, funksiyaların daha geniş siyahısı Azərbaycan 
Respublikasının Konsul Nizamnaməsi və Azərbaycan 
Respublikasının Konsulluğu haqqında  Əsasnamə ilə  də  nəzərdə 
tutulmuşdur ki, bu haqda artıq I fəsildə ətraflı bəhs etmişdik. Burada 
isə bu nizamnamədə göstərilmiş funksiyalardan bəziləri haqqında söz 
açmaq istərdik.  
Azərbaycan Respublikasının qəbul edən dövlət ilə beynəlxalq 
müqavilələrinin layihələrinin hazırlanmasında öz səlahiyyətləri 
daxilində iştirak etmək; 
Konsulun 
ən vacib funksiyalarından biri konsul 
leqallaşdırılmasıdır. Bu funksiyaya Azərbaycan Respublikası 
Konsul Nizamnaməsinin VI fəsli həsr olunmuşdur. Konsul 
leqallaşdırılması yerləşmə dövləti orqanlarının iştirakı ilə hazırlanmış 
və ya bu orqanlardan daxil olan sənədlərdə  və aktlardakı imzaların 
hüquqiliyini, bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin 
qanunlarına uyğunluğunu müəyyənləşdirib təsdiq etməkdən ibarətdir. 
Konsulun  şəxsi imzası  və konsulluq idarəsinin möhürü, konsulluq 
dairəsinin hakimiyyət orqanlarına təqdim olunan sənədlərin 
həqiqiliyini, eləcə  də  təqdim olunan sənədləri qəbul edən dövlətin 
qanunlarının tələblərinə cavab verdiyinin təsdiqlənməsini nəzərdə 
tutur
2
. Azərbaycan Respublikasının belə  sənədləri və aktları 
konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan 
Azərbaycan Respublikası  vətəndaşlarına seçki hüquqlarını  həyata 
keçirmələrinə köməklik göstərmək; 
qəbul edən dövlətin razılığı ilə konsul dairəsində yerləşən 
Azərbaycan hərbi və mülki məzarlarının, qəbirüstü abidələrinin, 
abidə nişanlarının və memorial tikililərin uçotu, mühafizəsi və 
abadlığı üzrə tədbirlər görülməsi və s.  
Sadalanan funksiyalar eyni qaydada Azərbaycan 
Respublikasının bağladığı ikitərəfli konsul konvensiyalarında da əks 
olunmuşdur. Məsələn, Rusiya Federasiyası ilə imzaladığı Konsul 
Konvensiyasının 37-ci maddəsi, Ukrayna ilə Konsul Konvensiyasının 
37-ci maddəsi, Gürcüstan Respublikası ilə  də  həmçinin, 
Konvensiyanın 37-ci maddəsi göstərilən funksiyaları, demək olar ki, 
olduğu kimi təkrar edir, bir sıra başqa funksiyaları da özündə  əks 
etdirir.  
 
241
                                                 
1
 Azərbaycan- Rusiya. Россия-Азербайджан. 1992-2002, sənədlər toplusu, 
сборник  документов. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, 
Rusiya Federasiyasının Bakıdakı səfirliyi, Cümə, QTSJ, 2002, s. 189 
2
 Abbasbəyli A., Cəfərov V., Qafarov Z. Diplomatiya terminləri lüğəti. 
 
240 


Azərbaycan Respublikasının hakimiyyət orqanları qanunvericiliyində 
və ya Azərbaycan Respublikasının və konsulluğun yerləşdiyi 
dövlətin iştirak etdiyi beynəlxalq müqavilədə başqa qayda nəzərdə 
tutulmayıbsa, yalnız konsul tərəfindən leqallaşdırıldıqdan sonra qəbul 
edirlər.  
Konsul leqallaşdırılması qaydasını Azərbaycan 
Respublikasının Xarici İşlər Nazirliyi müəyyənləşdirir (maddə 54). 
Konsul leqallaşdırılması 
həm Azərbaycan Respublikasının 
vətəndaşları, həm də xarici vətəndaşlar üçün həyata keçirilə bilər. 
Azərbaycan Respublikasının  ərazisində konsul leqallaşdırılmasını 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin konsulluq 
şöbəsi həyata keçirir.  
Konsul fəaliyyətinin daha bir mühüm qolu notariat 
əməliyyatlarıdır.  Konsulun apardığı notariat əməliyyatlarına 
aşağıdakıları misal gətirmək olar: 
Azərbaycan Respublikası  ərazisində olan yaşayış evlərinin 
girov qoyulması  və özgəninkiləşdirilməsi hallarına aid olan mü-
qavilələr istisna olmaqla əqdlərin (müqavilələri, vəsiyyətnamələri, 
etibarnamələri və s.) təsdiq edilməsi; miras əmlakın qorunması üçün 
tədbirlər görülməsi; vərəsəlik hüququ haqqında  şəhadətnamə 
verilməsi; sənədlərin surətlərinin və onlardan çıxarışların 
düzgünlüyünün təsdiq edilməsi; sənədlərdəki imzaların həqiqiliyinin 
təsdiq edilməsi; sənədlərin bir dildən başqa dilə  tərcüməsinin düz-
günlüyünün təsdiq edilməsi; vətəndaşın sağ olması faktının təsdiq 
edilməsi; pul vəsaitinin və qiymətli kağızların depozitə  qəbul 
edilməsi; icra qeydləri aparılması; sənədlərin saxlanmaq üçün qəbul 
edilməsi və s.  
Göründüyü kimi konsulluqların funksiyaları diplomatik 
nümayəndəliklərə münasibətdə daha müxtəlif və  rəngarəngdir. 
Bunlarla yanaşı konsulluqlar yerləşmə dövlətinin icazəsi ilə 
diplomatik funksiyaları da həyata keçirə bilər.  
 
8. 5. Konsul immunitet və imtiyazları 
 
Konsul müəssisələrinin funksiyalarının yerinə yetirilməsi üçün 
yerləşmə dövləti Vyana Konvensiyasının 28-ci maddəsinə uyğun 
                                                                                                        
olaraq bütün lazımi  şəraiti yaratmalıdır. Konsulluqların və onun 
vəzifəli  şəxslərinin immunitet və imtiyaz məsələlərinə  gəldikdə isə, 
onlara immunitet və imtiyazlar verilməsi funksional nəzəriyyəyə 
əsaslanır. 1963-cü il Vyana Konvensiyası  məhz bu mövqedən 
hazırlanmışdır. Hesab olunur ki, konsul nümayəndəliyi siyasi 
nümayəndəlik xarakteri daşımır, o, sırf inzibati funksiyaları  həyata 
keçirir. Sırf funksional nəzəriyyəyə istinad edilməsi siyasi təmsilçilik 
ideyasını sıxışdırıb çıxarır 
1
.  
Həmçinin konsulluq məmuru göndərən dövlətin rəsmi 
təmsilçisi olmaqla yanaşı, diplomatik agent statusuna malik deyildir. 
Diplomatik agentlərdən fərqli olaraq, konsulların təmsilçilik 
səlahiyyətləri, istər yer etibarilə və istər maddi baxımdan məhduddur. 
Buna görə hüquqi statusu da fərqlidir 
2
.  
Dövlətlər öz praktikasında, o cümlədən, Azərbaycan 
Respublikası ikitərəfli konsul müqavilələrində daha geniş imtiyazlar- 
yəni diplomatik agentlərin immunitet və imtiyazlarına yaxın hüquq 
və güzəştlər müəyyən edir. İndi isə müqayisəli şəkildə bu immunitet 
və imtiyazların araşdırılmasına keçək.  
1963-cü il Vyana Konvensiyasında konsul immunitet və 
imtiyazları 2 qrupa bölünür. 1-ci kateqoriyaya aşağıdakılar aiddir: 
konsul müəssisələri binalarının toxunulmazlığı;  əmlak və  nəqliyyat 
vasitələrinin, rəsmi sənədlərinin və arxivlərinin immuniteti; fiskal 
immunitet; nümayəndəliyin öz mərkəzi ilə maneəsiz əlaqə saxlamaq 
hüququ; gömrük imtiyazları; protokol imtiyazları.  
2-ci kateqoriyaya isə  aşağıdakılar aiddir: şəxsi və yaşayış 
binalarının toxunulmazlığı; fiskal immunitet; əməkdaşlar üçün 
gömrük imtiyazları və şəxsi mükəlləfiyyətlərdən azad olunma.  
 
8.5.1. Konsul nümayəndəliklərinin immunitet və 
imtiyazları 
Bu kateqoriyada əsas norma Konvensiyanın 31-ci maddəsində 
təsbit olunmuş konsul binalarının toxunulmazlığı prinsipidir. Bu 
prinsipin mahiyyəti və onu nəzərdə tutan normada “yanğın qeyd-
şərti” barədə II fəsildə bəhs etmişdik. Belə ki, bu maddədə deyilir ki, 
 
243
                                                 
1
 Nguyen Quoc D., Dailler P., Pellet A Droit İnternational Public L. 
G.D.J.E.J.A., Paris: 1999, 31 rue Falguiere,738 
2
 Sevin Toluner. Milletlerarasi hukuk dersleri İstanbul: Beta, 1989, s. 416 
Bakı: Qismət, 2000, s. 88 
 
242 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə