Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə57/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   122

proksenlərin funksiyalarını patronlar həyata keçirirdilər. Bir çox 
müəlliflər, o cümlədən, Q.İ.Tunkin qeyd edirlər ki, bu qədim konsul 
müəssisələri, xüsusilə  də  Qədim Yunanıstandakı proksenlər müasir 
konsulluq hüququ üçün örnək olmuşdur
1
.  
Konsul nümayəndəlikləri hal-hazırda dövlətin mühüm daimi 
xarici  əlaqə orqanlarıdır. Onlar dövlətlər arasında iqtisadi, mədəni, 
ticarət  əlaqələrinin inkişafına xidmət edir. 1994-cü il martın 1-dən 
qüvvəyə minmiş Azərbaycan Respublikası Konsul Nizamnaməsinin 
1-ci maddəsində deyilir ki, konsulluqlar xarici dövlətlərdə 
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi 
şəxslərinin hüquq və  mənafeyini müdafiə edir. Konsulluqlar 
Azərbaycan Respublikasının başqa dövlətlərlə dostluq münasi-
bətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, 
idman, turizm və digər  əlaqələrinin genişləndirilməsinə yardım 
göstərir.  
Konsul nümayəndəliklərinin, onun personalının üzvlərinin 
fəaliyyətini tənzimləyən, onların statusunu, funksiyalarını, hüquq və 
vəzifələrini müəyyən edən beynəlxalq hüququn prinsip və 
normalarının məcmusu konsulluq hüququ adlanır.  
Beynəlxalq hüquq ədəbiyyatlarında və praktikada bu 
orqanların adlandırılması üçün “konsulluq”, “konsul müəssisələri” və 
“konsul nümayəndəlikləri” kimi terminlərdən istifadə olunur.  
Konsulluqlar da nümayəndəlik xarakterinə malik olub bü-
tövlükdə dövlətin adından çıxış edir. Lakin səfirlikdən fərqli olaraq 
onlar universal xarakter daşımır və yerləşmə dövləti ilə 
münasibətlərin siyasi tərəflərinə toxunmur. Yalnız dövlət müəyyən 
səbəblərdən diplomatik nümayəndəliyə malik olmadıqda yerləşmə 
dövlətinin icazəsi ilə konsula diplomatik funksiyalar da həvalə oluna 
bilər. Bu müddəa Azərbaycan Respublikasının Konsul 
Nizamnaməsinin 7-ci maddəsində  və Konsul əlaqələri haqqında 
1963-cü il Vyana Konvensiyasının 17-ci maddəsində  əks 
olunmuşdur.  
K.K.Sandrovskiy səfirlik və konsulluqların bir sıra oxşar və 
fərqli xüsusiyyətlərini aşağıdakı şəkildə qeyd etmişdir. Ümumi tərəf 
ondan ibarətdir ki, hər ikisi nümayəndəlik xarakterli orqanlardır. 
                                                 
Lakin səfirlik hər zaman yeganədir və o yerləşmə dövlətinin 
paytaxtında yerləşir. Ondan fərqli olaraq hər hansı bir dövlətin 
yerləşmə dövlətində olan konsulluqlarının sayı bir neçə ola bilər və 
onlar paytaxtdan başqa müxtəlif məntəqələrdə yerləşə bilərlər. 
Bundan başqa səfirliklərin səlahiyyətlərinə yerləşmə dövlətinin bütün 
ərazisində akkreditiv dövlətin hüquq və maraqları ilə bağlı olan hər 
cür məsələ aiddir. Konsulluqlar isə geniş olsa da müəyyən xüsusi 
səlahiyyətlərə malik olurlar və yerləşmə dövlətinin bütün ərazisində 
deyil, yalnız onlara ayrılmış konsul dairəsi hüdudlarında fəaliyyət 
göstərirlər.  
Buradan daha bir fərq ortaya çıxır- səfirliklər yerləşmə 
dövlətinin mərkəzi hakimiyyəti ilə (hökumət, xarici işlər nazirliyi) 
əlaqə saxlayırlar, konsulluqlar isə yalnız yerli hakimiyyət orqanları 
ilə, yəni öz konsul dairələrinin hakimiyyəti ilə  əlaqə saxlamaq 
hüququna malikdirlər. 
1
Onlar arasında daha bir ümumi cəhət ondan ibarətdir ki, 
diplomatik və konsul münasibətlərinin qurulması  və bu nüma-
yəndəliklərin təsis edilməsi üçün kontragent dövlətlərin qarşılıqlı 
razılığı  tələb olunur. Burada fərqli xüsusiyyət ondan ibarətdir ki, 
səfirliklərin təsis edilməsi üçün diplomatik münasibətlərin mövcud 
olması  şərtdirsə, konsulluqların fəaliyyət göstərməsi üçün bu vacib 
deyil. Bundan başqa, diplomatik münasibətlərin kəsilməsi halında 
əksər hallarda dövlətlər arasında konsul münasibətləri saxlanılır. 
Konsul  əlaqələri haqqında 1963- cü il Vyana Konvensiyasının 2-ci 
maddəsinin 3-cü bəndində deyilir ki, diplomatik münasibətlərin 
kəsilməsi ipso facto konsul münasibətlərinin də kəsilməsini nəzərdə 
tutmur. Belə ki, konsulluqlar dövlətlər arasında münasibətlərin siyasi 
tərəflərinə cavabdeh deyillər və onların belə şəraitdə mövcud olması 
praktiki məsələlərin həllinin vacibliyi ilə izah olunur.  
Digər tərəfdən konsulluqlar normal diplomatik münasibətlərin 
olmaması halında belə  təsis olunduqları üçün diplomatik 
münasibətlərin qurulmasına olan razılıq,  əgər başqa qeyd-şərt 
olunmayıbsa eyni zamanda konsul münasibətlərinin qurulmasına 
razılıq deməkdir. Bu norma 1963-cü il Konvensiyasının 2-ci mad-
dəsinin 2-ci bəndində öz əksini tapmışdır.  
                                                 
1
 Тункин Г.И. Международное право. М. Юридическая литература, 
1982, c. 14 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 282-283 
 
228 
 
229


Konsul münasibətlərinin qurulması üçün dövlətin de- yure 
tanınmasına ehtiyac yoxdur, bunun üçün onun de-fakto tanınması 
kifayətdir. Digər tərəfdən konsul münasibətlərinin qurulması faktının 
özü həmin dövlətin de-fakto tanınmasını ifadə edir.  
Bəzi dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da 
konsul xidməti diplomatik xidmətin bir növüdür və konsul xidməti 
əməkdaşlarına da diplomatik rütbələr verilir. Əksər dövlətlərdə isə 
diplomatik və konsul xidmətləri bir-birindən ayrılır və konsul xidməti 
əməkdaşlarına xüsusı rütbələr verilir.  
Dövlətlər arasında konsul münasibətlərinin qurulması 
haqqında razılaşma  əldə olunduqdan sonra, hətta ikitərəfli konsul 
konvensiyası imzalandıqdan sonra belə konkret olaraq konsulluqların 
təsis edilməsi üçün dövlətlər arasında xüsusi razılaşma olmalıdır. 
Diplomatiya hüququnda olduğu kimi, burada da konsul 
münasibətlərinin qurulması  və konsulluqların faktiki təsisi arasında 
zaman intervalı ola bilər.  
Azərbaycan Respublikasının konsul xidməti – Azərbaycan 
Respublikası Xarici İşlər Nazirliyinin konsul şöbəsindən, xaricdəki 
konsulluqlardan, xaricdəki səfirliklərin konsul şöbələrindən, fəxri 
konsullardan ibarətdir. Bunların arasında Azərbaycan 
Respublikasının xaricdəki konsulluqları xüsusi yer tutur.  
Azərbaycan Respublikasının konsulluqları öz fəaliyyətində 
Azərbaycan Respublikasının Konstitusiyasını,”Diplomatik xidmət 
haqqında” Azərbaycan Respublikasının Qanununu , Azərbaycan 
Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan 
Respublikasının Konsulluğu haqqında  Əsasnaməni, Azərbaycan 
Respublikasının  ştatdankənar (fəxri) konsulu haqqında  Əsasnaməni 
və digər qanunları, həmçinin Konsul münasibətləri haqqında 1963-cü 
il Vyana Konvensiyasını, Azərbaycan Respublikasının digər 
dövlətlərlə ikitərəfli konsul konvensiyalarını, yerləşdiyi dövlətin 
qanunlarını və beynəlxalq adətləri əsas götürür.  
Konsulluğun açılması, digər dövlətlə imzalanmış müqaviləyə 
əsasən konsulun təyin olunması  və onun dərəcəsinin müəyyən 
olunması  məsələləri akkreditiv dövlətin daxili qanunvericiliyi ilə 
tənzimlənir.  
Azərbaycan Respublikasının Konsulluğu haqqında 
Əsasnamənin 3-cü maddəsində deyilir ki, konsulluqlar Azərbaycan 
Respublikasının xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən təsis edilir.  
Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi qəbul edən 
dövlətlə razılıq əsasında müəyyənləşdirilir.  
Konsulluqlar Azərbaycan Respublikası Xarici İşlər 
Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının xaricdəki 
diplomatik nümayəndəliyinin başçısının ümumi siyasi rəhbərliyi 
altında fəaliyyət göstərir.  
Hal-hazırda beynəlxalq praktikada konsulluqların başçılarının 
dörd dərəcəsi mövcuddur. Baş konsul, konsul, vitse-konsul və konsul 
agenti. Onlar uyğun olaraq baş konsulluqlara, konsulluqlara, vitse-
konsulluqlara və konsul agentliklərinə rəhbərlik edirlər. Konsullar və 
vitse-konsullar, həmçinin baş konsulluğun da ştatına daxil ola 
bilərlər, vitse-konsullar isə konsulluğun ştatına personalın üzvü kimi 
də daxil ola bilərlər. Əksər dövlətlərin praktikasında konsul agentləri 
müstəqil konsul müəssisələrinin başçısı qismində  təyin olunmurlar. 
Məsələn, Belçıka və Braziliyada konsul agentləri konsul vəzifəli 
şəxsinin köməkçisidir.  
 
 
8.2. Konsul missiyasının başlanması və bitməsi.  
Konsulluğun personalı, konsul korpusu 
 
Konsul missiyasının başlanması konsulluğun vəzifəli  şəxsinin 
öz vəzifəsinə başladığı andan müəyyən olunur. Azərbaycan 
Respublikasının Konsul Nizamnaməsinin 12-ci maddəsinə uyğun 
olaraq “konsulluğun vəzifəli  şəxsi”- konsulluğun başçısı da daxil 
olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış hər bir 
şəxs (baş konsul, konsul, vitse-konsul, konsul agenti və konsulluğun 
katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün ezam 
olunmuş  şəxs (staj keçən) müəyyən olunmuşdur. Konsulluqda 
inzibati və ya texniki vəzifələri, yaxud konsulluğa xidmət etməklə 
Diplomatik nümayəndəliklərin konsul şöbələrinə isə  şöbə 
müdirləri rəhbərlik edir, onlar baş konsul və konsul adlanırlar (Bu 
şəxslər diplomatik personalın adi üzvləri kimi təyin olunurlar və 
diplomatlarla eyni immunitet və imtiyazlardan istifadə edirlər).  
Konsulun dərəcəsi müəyyən olunarkən onun üzərinə qoyulan 
tapşırıqların həcmi və mühümlüyü, həmçinin ikitərəfli konsul 
konvensiyasında müəyyən olunan konsulluğun dərəcəsi nəzərə alınır.  
 
230 
 
231


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə