Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə58/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   54   55   56   57   58   59   60   61   ...   122

bağlı  vəzifələri yerinə yetirən hər hansı  şəxs “konsulluğun 
əməkdaşı” kimi müəyyən olunur.  
təqdimatı ilə prezident tərəfindən, konsul, vitse- konsul və konsul 
agenti isə xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır.  
Azərbaycan Respublikasının ikitərəfli konsul 
konvensiyalarında isə “konsulluq əməkdaşı” adı altında konsulluqda 
yalnız inzibati və texniki vəzifələri yerinə yetirən hər hansı  şəxs 
nəzərdə tutulur. Konsulluqda xidmət işlərini yerinə yetirən şəxslər isə 
“xidmət personalının işçisi” kimi müəyyən olunur.  
Konsul müəssisələri öz funksiyalarını konsul dairəsi 
hüdudlarında həyata keçirir. Konsulluq dairəsi – konsulluğun 
yerləşdiyi dövlətlə razılıq  əsasında konsul vəzifələrini icra etmək 
üçün ona ayrılan ərazidir. Adətən, belə dairə yerləşmə dövlətinin bir 
neçə inzibati-ərazi vahidini əhatə edir. Konsulluq dairəsinin 
sərhədləri və konsulluğun yeri dövlətlər arasında razılaşma əsasında 
müəyyən olunur.  
Nizamnaməyə əsasən “konsul” – konsulluğa başçılıq edən baş 
konsul, konsul, vitse-konsul və ya konsul agentidir.  
Əksər dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının 
praktikasına  əsasən konsul nümayəndəliklərinin başçısının təyininə 
yerləşmə dövləti tərəfindən qabaqcadan razılıq alınmalıdır. 
Baxmayaraq ki, bu müddəa 1963-cü il Konvensiyasında ümumi 
norma kimi nəzərdə tutulmur. Konvensiyanın 10-cu maddəsində 
sadəcə olaraq göstərilir ki, konsul müəssisələrinin başçıları  təmsil 
edilən dövlət tərəfindən təyin olunur və yerləşmə dövləti tərəfindən 
funksiyalarını yerinə yetirməyə buraxılırlar. Buradaca qeyd olunur ki, 
konsulların təyin olunması və vəzifəsinin icrasına başlamasına icazə 
verilməsi qaydaları göndərən dövlətin və yerləşmə dövlətinin 
qanunlarına və adətlərinə uyğun olaraq müəyyən olunur 
1
.  
Konsulluğun başçısı yalnız konsulluq dairəsinə daxil olan yerli 
hakimiyyət orqanları ilə  əlaqə yaradır. Yerləşmə dövlətinin mərkəzi 
hakimiyyət orqanlarıyla isə o, yalnız öz dövlətinin diplomatik 
nümayəndəliyi vasitəsilə əlaqə saxlaya bilər.  
Mövcud ümumi qaydaya əsasən, konsul, konsul patenti 
adlanan sənəd almalıdır. Konsul patenti – təmsil olunan dövlətin 
səlahiyyətli orqanı  tərəfindən verilən və  həmin  şəxsin müstəqil 
konsul müəssisəsinin başçısı kimi təyin olunması faktını təsdiq edən 
sənəddir. Bu sənəddə konsulluğun başçısının tam adı, vətəndaşlığı, 
rütbəsi, konsulluğun yeri və konsulluq dairəsi göstərilir. Azərbaycan 
Respublikası Konsul Nizamnaməsinə  əsasən, konsul patenti 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilir 
(maddə 15).  
Azərbaycan Respublikasının ikitərəfli konsul 
konvensiyalarında diplomatik nümayəndəliklərin başçıları üçün 
alınan aqremana bənzəyən, qabaqcadan razılıq birbaşa nəzərdə 
tutulur. Məsələn, Rusiya Federasiyası ilə bağlanmış Konsul 
Konvensiyasının 3-cü maddəsi “Konsul başçısının təyin olunması” 
adlanır. Bu maddənin 1-ci bəndində deyilir ki, “konsulluq başçısı 
təyin edilməzdən əvvəl göndərən dövlət tərəfindən diplomatik və ya 
digər müvafiq kanallarla təklif olunan şəxs barədə  qəbul edən 
dövlətin razılığı alınmalıdır”. Burada, həmçinin qeyd olunur ki, qəbul 
edən dövlət hər hansı bir şəxsin konsulluq başçısı sifətində  təyin 
olunmasına razılıq verməzsə, o, göndərən dövlətə bu imtinanın 
səbəblərini açıqlamaq məcburiyyətində deyil.  
Adətən, təmsil olunan dövlət öz diplomatik nümayəndəliyi 
vasitəsilə yerləşmə dövlətinin Xarici İşlər Nazirliyinə konsul 
patentini və ya konsulluq başçısının təyin edilməsi barədə digər 
analoji sənədi göndərir. Qəbul edən dövlət bu sənədi aldıqdan sonra 
konsulun təyin edilməsi üçün ona formasından asılı olmayaraq 
ekzekvatura  adlanan icazə  sənədi verir. Ekzevatura – konsulluğun 
başçısının yerləşmə dövləti tərəfindən tanınması  və konsulluq 
dairəsində ona konsul funksiyalarını  həyata keçirmək hüququnun 
verilməsi haqqında sənəddir.  
Azərbaycan Respublikasında baş konsul xarici işlər nazirinin 
                                                 
 
233
Ekzekvaturanın verilməsinin forma və qaydası yerləşmə 
dövlətinin daxili hüququ ilə müəyyən olunur. Ekzekvatura dövlət 
başçısı, hökumət başçısı  və yaxud xarici işlər nazirinin imzası ilə 
təsdiq olunur. O ayrıca sənəd formasında və ya konsul patentinə izin 
yazısı  şəklində verilə bilər. Ekzekvaturanı  və ya digər icazəni 
verməkdən imtina edən qəbul edən dövlət göndərən dövlətə bu 
imtinanın səbəblərini açıqlamaq məcburiyyətində deyil. Bəzən 
1
  Зубков  Н.Г.  Международно-правовое  положение  консульских 
представительств и их персонала. Автореферат диссертации на соиска-
ние  ученой  степени  кандидата  юридических  наук.  Дипломатическая 
Академия МИД СССР. М.: 1980, с. 15 
 
232 


ekzekvaturanın verilməsi gecikdirildikdə yerləşmə dövləti konsul funk-
siyalarının həyata keçirilməsi üçün müvəqqəti icazə verə bilər.  
Konsul praktikasında bəzən elə hallara da rast gəlinir ki
konsulluğun başçısının funksiyasının müvəqqəti həyata keçirilməsi 
zərurəti ortaya çıxır. Azrbaycan Respublikası Konsul 
Nizamnaməsinin 17-ci maddəsində deyilir ki, ”əgər konsul hər hansı 
səbəbə görə öz funksiyalarını yerinə yetirə bilmirsə və ya onun yeri 
boşdursa, yeni konsul təyin edilənədək konsul vəzifəsinin icrası bu 
konsulluğunun və ya Azərbaycan Respublikasının həmin dövlətin 
ərazisindəki digər konsulluğun vəzifəli  şəxsinə, yaxud Azərbaycan 
Respublikasının oradakı diplomatik nümayəndəliyinin diplomatik 
heyəti üzvlərindən birinə  həvalə edilir”. Bu zaman da yerləşmə 
dövlətindən xüsusi razılıq alınması tələb olunur.  
Onu da qeyd etmək vacibdir ki, konsulun təyin olunması üçün 
adətən ikitərəfli konsul konvensiyalarında nəzərdə tutulan 
qabaqcadan razılıq sorğusu və ekzekvatura istənilməsi eyni şey 
deyildir. Razılıq sorğusu qabaqcadan, konsul təyin olunmadan və ona 
patent verilmədən öncə diplomatik kanallar vasitəsilə aparılır və bu 
konsul agentinin şəxsiyyəti ilə və onun nə dərəcədə qəbulolunan şəxs 
olması ilə bağlıdır. Ekzekvaturada isə konsul agentinin şəxsiyyəti 
haqqında məsələ yaranmır, belə ki, bu məsələ artıq qabaqcadan həll 
olunmuşdur. Ekzekvaturanın mahiyyəti müəyyən konsul dairəsində 
konsul fəaliyyəti ilə məşğul olmağa verilən icazədən ibarətdir.  
Etimadnamənin dövlət başçısına təqdim olunması ilə başlanan 
diplomatik missiyadan fərqli olaraq, konsulun missiyası ekzekvatura 
əlavə olunmuş patent konsula qayıtdıqdan sonra başlanmış hesab 
olunur. Hər iki sənəd bütün rəsmiyyət bitdikdən sonra konsula 
qaytarılır və bu vəzifəni tutduğu müddət  ərzində konsulda qalaraq 
onun statusunu və funksiyalarını təsdiq edir.  
Dövlət başçısına ünvanlanan və ona təqdim olunan 
etimadnamədən fərqli olaraq, konsul patentləri konkret şəxsə ün-
vanlanmır. Onlar aşağıdakı formul əsasında təşkil olunurlar: “aid 
olan hər kəsə” və ya “bu sənədi görən hər kəsə”.  
Konsul dairəsinin hüdudları dəyişdikdə və yaxud konsulluğun 
başçısının dərəcəsi dəyişdikdə konsulluğun başçısı yeni patent və 
ekzekvatura almalıdır.  
Etimadnamənin təqdim olunmasının zamanı kimi, 
ekzekvaturanın verilməsi anı da mühüm beynəlxalq-hüquqi nəticələr 
yaradır. Ekzekvatura verilən andan konsulun vəzifəsi rəsmi olaraq 
başlanmış hesab olunmaqla yanaşı, yerləşmə dövlətinin hər hansı 
yaşayış  məntəqəsində  hər kəsdən öncə ekzekvatura alan baş konsul 
konsul korpusunun duayeni olur. Geniş  mənada konsul korpusu 
yerləşmə dövlətinin müəyyən  şəhərində yerləşən bütün xarici 
konsulluqların vəzifəli  şəxslərinin məcmusudur. Konsul korpusunun 
duayeninin funksiyaları diplomatik korpusun duayeni funksiyaları ilə 
eynidir.  
Ekzekvatura və konsul patenti müstəqil konsul müəssisələrinin 
başçıları üçün vacibdir. Diplomatik nümayəndəliyin konsul 
şöbələrinin rəhbərləri üçün isə patent və ekzekvatura tələb olunmur.  
Konsul personalı  işçilərinin təyin olunmasına gəldikdə isə, 
akkreditiv dövlət onları sərbəst olaraq müəyyən edir. Burada bir neçə 
şərt irəli sürülür: 
1)
 
 konsul  vəzifəli  şəxsi akkreditiv dövlətin vətəndaşı 
olmalıdır – yalnız yerləşmə dövlətinin icazəsi ilə onun vətəndaşları 
bu vəzifəyə  təyin oluna bilər və bu icazə istənilən zaman geri 
götürülə də bilər; 
2)
 
yerləşmə dövləti istənilən zaman – yəni  şəxs təyin olunub 
hələ ölkəyə gəlməmişdən öncə və ya ölkədə öz funksiyalarını yerinə 
yetirdiyi zaman onu persona non grata elan edə bilər; 
3)
 
əgər elə olan vəziyyətdə akkreditiv dövlət müəyyən müddət 
ərzində  həmin şəxsi geri çağırmırsa, yerləşmə dövləti ekzekvaturanı 
və ya verilmiş digər razılığı  ləğv edə  və yaxud onu konsul 
personalının işçisi kimi qəbul etməkdən imtina edə bilər.  
Bunları  nəzərə alaraq göndərən dövlət qabaqcadan həmin 
şəxslərin adlarını və dərəcələrini yerləşmə dövlətinə bildirə bilər.  
İndi də konsul missiyasının bitməsi hallarını  nəzərdən keçirək. 
Burada iki vəziyyət yer ala bilər: konsul vəzifəli şəxsinin funksiyalarının 
dayandırılması  və dövlətin orqanı kimi bütövlükdə konsulluğun 
fəaliyyətinin dayandırılması.  
Birinci vəziyyət 1963-cü il konsul əlaqələri haqqında Vyana 
Konvensiyasının 25-ci maddəsinə  əsasən aşağıdakı hallarda yaranır: 
a) göndərən dövlət tərəfindən onun funksiyalarının dayandırılması 
barədə  qəbul edən dövlət xəbərdar edildikdə; b) qəbul edən dövlət 
tərəfindən verilmiş ekzekvaturanın və ya digər icazənin ləğv edilməsi 
halında; c) qəbul edən dövlət onu konsulluq personalı kimi hesab 
etmədiyini göndərən dövlətə bildirdiyi halda.  
 
234 
 
235


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə