Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə55/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   122

Və  nəhayət, xüsusi missiyaların üçüncü əsas  şərti onların 
qarşısında duran vəzifələrin konkret məqsədli xarakter daşımasıdır. 
Məhz bu meyar xüsusi missiyanı müəyyən edən  əsas  şərtlərdəndir. 
Beynəlxalq Hüquq Komissiyası Konvensiyanın 1-ci maddəsinə olan 
şərhində qeyd etmişdir. "Xüsusi missiya dövlətlər arasında ümumi 
diplomatik münasibətlərin təmin edilməsində  məsuliyyət daşıyan 
missiya xarakterinə malik olmamalıdır, onun vəzifələri dəqiq 
müəyyən olunmalıdır”.  
Praktikada, bəzən xüsusi missiyalara maraqlı dövlətlər 
arasında münasibətlərin, siyasətin ümumi prinsipləri də daxil olmaqla 
çox geniş  vəzifələr tapşırılır. Lakin zirvə toplantıları ilə  əlaqədar 
olmayan bütün digər hallarda xüsusi missiyaların vəzifələri dəqiq 
müəyyən olunmalıdır. Bununla onların funksiyaları daimi diplomatik 
nümayəndəliklərin funksiyalarından fərqlənir.  
Xüsusi missiya yalnız öz vəzifələri çərçivəsində  fəaliyyət gös-
tərə bilər. Bu vəzifələr yalnız göndərən dövlətlə  qəbul edən dövlət 
arasında qarşılıqlı razılıq əsasında genişləndirilə bilər.  
Eyni zamanda xüsusi missiyanın konkret xarakteri onların 
vəzifələrinin məhdudlaşdırılması da demək deyildir. Məsələn, xüsusi 
missiyanı  qəbul edən tərəflə daimi diplomatik münasibətlərin 
olmadığı halda və  həmçinin də yüksək səviyyəli xüsusi missiyadan 
bəhs edildiyi bütün hallarda onların aparılması  və  vəzifələri heç də 
həmişə qabaqcadan müəyyən olunmur. Onlar adətən missiyanın işi 
gedişatında müəyyən edilir və çox geniş məsələləri əhatə edir. Başqa 
bir misal, sırf təntənə  və  mərasim məsələlərindən mühüm siyasi 
məqsədlər, görüşlər və yüksək səviyyədə danışıqlar üçün istifadə 
edilməsidir.  
1969-cu il Konvensiyasının birinci hissəsində yer almış  ən 
mühüm məsələlərdən biri xüsusi missiyaların göndərilməsi 
qaydalarıdır. Konvensiyanın 2-ci maddəsində deyilir: "Dövlət digər 
dövlətə, diplomatik və ya digər razılaşdırılmış  və ya qarşılıqlı mü-
nasib kanallar vasitəsilə qabaqcadan alınmış razılıq  əsasında xüsusi 
missiya göndərə bilər". Göründüyü kimi, xüsusi missiyaya da 
münasibətdə göndərən və  qəbul edən tərəfin qarşılıqlı razılığı  əsas 
götürülür. Lakin daimi diplomatik nümayəndəliyin təsis edilməsinə 
olan razılığın ifadə forması  və xüsusi missiyanın göndərilməsinə 
razılığın ifadə forması bir-birindən fərqlənir. Birinci halda razılıq 
yazılı formada qeyd olunmalıdır, ikincidə isə onun müxtəlif formaları 
ola bilər, məsələn, rəsmi razılıqdan səssiz razılığa qədər. Adətən 
xüsusi missiyanı  qəbul etmək öhdəliyi hər hansı bir rəsmi protokol 
formasında deyil, məhz razılıq şəklində olur.  
Dövlət vahid xüsusi missiyanı eyni zamanda bir neçə dövlətə 
göndərə bilər. Bunun üçün həmin dövlətlərin hər birinin ayrı-
ayrılıqda razılığı alınmalıdır. (4-cü maddə). Adətən, belə vəziyyət bir 
neçə dövlət arasında məsələn, sərhəd məsələsi ilə  əlaqədar 
razılaşmanın imzalanmasında və yaxud adətən, dövlət və hökumət 
başçısının, xarici işlər nazirlərinin iştirak etdikləri zirvə 
diplomatiyasında yaranır. Bundan başqa, iki və ya bir neçə dövlət 
tərəfindən başqa bir dövlətə vahid, ümumi xüsusi missiyanın 
göndərilməsinə də rast gəlinir (5-ci maddə).  
Lakin dövlət, eynitərkibli və eynivəzifəli missiyanı bir neçə 
dövlətin  ərazisinə göndərsə  də, bu hüquqi nöqteyi-nəzərdən bir 
missiya kimi deyil, bir neçə ardıcıl missiyalar zənciri kimi 
qiymətləndirilir. Çünki, bu missiyanın danışıqları  hər bir dövlətlə 
ayrı-ayrılıqda, başqa-başqa vaxtlarda və müxtəlif ölkələrin ərazisində 
aparılır.  
Xüsusi missiyanı daimi diplomatiyadan fərqləndirən mühüm 
amillərdən biri Konvensiyanın 7-ci maddəsində  əks olunmuşdur. 
Burada deyilir: "Diplomatik və ya konsul münasibətlərinin mövcud 
olması xüsusi missiyanın göndərilməsi və qəbulu üçün vacib deyil". 
Bundan başqa belə missiyanın mövcudluğu üçün dövlətin tanınması 
da  şərt deyildir. Məhz buna görə diplomatiyanın bu formasından 
müxtəlif şəraitdə istifadə etmək mümkündür.  
Xüsusi missiyanın başçısının və onun üzvlərinin təyin olun-
ması  məsələsi Konvensiyanın 8, 10 və 11-ci maddələri ilə 
tənzimlənir. Qəbul edən dövlətin xüsusi razılığı olmadan dövlət 
xüsusi missiyanın başçısını  və uzvlərini müstəqil olaraq müəyyən 
edir. Əgər aralarında xüsusi razılaşma yoxdursa, o zaman qəbul edən 
dövlət bu şəxslərin təyin olunması üçün aqreman və ya qabaqcadan 
razılıq tələb edə bilməz.  
Bütün hallarda, xüsusi missiyanın tərkibinin sayı  və buradakı 
şəxslər haqqında qəbul edən tərəfə məlumat verilməlidir. Qəbul edən 
tərəf öz növbəsində özündəki  şəraiti və missiyanın funksiyasını 
nəzərə alaraq, tərkibinin sayını münasib hesab etmədiyi xüsusi 
missiyanı  qəbul etməkdən imtina da edə bilər ki, bu halda hər iki 
dövlətin qarşılıqlı hüquq və maraqları nəzərə alınmalıdır. Qəbul edən 
 
220 
 
221


tərəf, eyni zamanda, səbəb gətirmədən bu və ya digər  şəxsin 
missiyanın üzvü kimi təyin olunmasına razılıq verməyə  də bilər 
(maddə 8).  
Daimi diplomatiya sahəsində olduğu kimi, xüsusi missiyanın 
da başçısı  və onların üzvləri akkreditiv dövlətin vətəndaşları 
olmalıdırlar. Akkreditiv dövlətin vətəndaşları olmayan şəxslər isə, 
yalnız qəbul edən dövlətin razılığı ilə  təyin oluna bilərlər. Və bu 
razılıq da istənilən zaman ləğv oluna bilər. Deyilənlər üçüncü 
dövlətin vətəndaşlarına da aid edilir.  
Daimi diplomatik nümayəndəliyin üzvlərini xüsusi missiyaya 
daxil edə bilərlər və bu zaman onlar nümayəndəliyin əməkdaşı kimi 
malik olduqları immunitet və üstünlüklərdən istifadə etməyə davam 
edirlər.  
Konvensiyanın 9-cu maddəsində deyilir ki, xüsusi missiya 
göndərən dövlətin bir və ya bir neçə nümayəndəsindən ibarət olur ki, 
onların da arasından missiyanın başçısı seçilir.  
Xüsusi missiyaya, həmçinin diplomatik, inzibati-texniki və 
xidmətçi personal daxil ola bilər.  
Yerləşmə dövləti, istənilən zaman, öz qərarını əsaslandırmadan 
akkreditiv dövlətə bildirə bilər ki, xüsusi missiyanın başçısı və ya onun 
üzvlərindən biri persona non qrata və ya arzuolunmaz şəxs elan olunur. 
Belə olan halda akkreditiv dövlət həmin  şəxsi geri çağırmalı, ya da 
missiya daxilində onun funksiyasına son qoyulmalıdır. Bu və ya digər 
şəxs qəbul edən tərəfin ərazisinə gəlmədən də öncə persona non qrata 
elan oluna bilər.  Əgər akkreditiv dövlət yuxarıda qeyd olunan 
öhdəliyini müəyyən müddət  ərzində yerinə yetirməzsə, qəbul edən 
dövlət həmin şəxsi xüsusi missiyanın üzvü kimi qəbul etməkdən imtina 
edə bilər. (12-ci maddə) 
Onu da qeyd etmək vacibdir ki, xüsusi missiyaya rəhbərlik 
edən və ya onda iştirak edən dövlət başçısına və yaxud da akkreditiv 
dövlətin digər yüksək vəzifəli  şəxslərinə (hökumət başçısı, xarici 
işlər naziri) münasibətdə  qəbul edən tərəf persona non qrata 
prosedurasını tətbiq edə bilməz. Bu akkreditiv dövlətin daxili işlərinə 
qarışmaq olardı. Bütün digər hallarda isə  qəbul edən tərəf persona 
non qrata elan etmək hüququndan sərbəst istifadə edə bilər. Lakin 
bütün hallarda həmin dövlətlər bu cür hüquqlarından sui-istifadə 
etməməlidirlər.  
Xüsusi missiyanın başçısından  əlavə, missiyanın başçısının 
müavini də müəyyən olunmalıdır. Onun da adı missiyanın başçısının 
adı kimi yerli dövlətin səlahiyyətli orqanlarına məlum edilməlidir. 
Xüsusi missiyanın başçısının müavini, yalnız missiyanın başçısı 
olmayanda missiyanın adından çıxış edə bilər. Bir sıra konkret aktların 
həyata keçirilməsi missiyanın başçısı  tərəfindən missiyanın inzibati-
texniki personalının üzvünə həvalə oluna bilər.  
Xüsusi missiyanın funksiyası yerli dövlətin xarici işlər nazirliyi 
ilə  və yaxud da müqavilə ilə müəyyən olunmuş yerli dövlətin digər 
səlahiyyətli orqanı ilə  rəsmi  əlaqəsi anından başlanmış hesab olunur. 
Yəni xüsusi missiyanın funksiyasının başlanması daimi diplomatik 
nümayəndəlik tərəfindən təqdim olunmasından, nə də etimadnamənin 
təqdim olunmasından asılı deyildir (13-cü maddə).  
Xüsusi missiyaların funksiyaları həmin missiyanın məqsəd və 
vəzifələri ilə müəyyən olunur. Geniş mənada onların funksiyalarına, 
həmçinin akkreditiv dövləti təmsil etməyi də aid etmək olar. Daha 
konkret funksiyalar isə  qəbul edən dövlətin razılığı ilə göndərən 
dövlət tərəfindən müəyyən olunur (mad. 3).  
Xüsusi missiya, əsasən dövlət başçısı, hökumət başçısı, xarici 
işlər naziri, bəzi hallarda isə göndərən dövlətin ayrı-ayrı idarələrinin 
rəhbərləri tərəfindən səlahiyyətləndirilir. Mərasim xarakterli xüsusi 
missiya, adətən, həmin konkret hal üçün etimadnaməyə malik olur.  
Xüsusi missiyanın funksiyasının bitməsi aşağıdakı hallarda olur:  
- xüsusi missiyanın müddəti bitdikdə
- missiyanın qarşısında duran vəzifələr yerinə yetirildikdə; 
- danışıqların bitməsi və ya kəsilməsi halında; 
- xüsusi missiyanın iştirak etdiyi konfrans bağlandıqda; 
- xüsusi missiyanın iştirak etdiyi mərasim bitdikdə; 
- göndərən tərəf missiyanı geri çağırdıqda; 
- qəbul edən tərəf missiyanın fəaliyyətini bitmiş hesab etdiyini 
bildirəndə.  
Diplomatik və ya konsul münasibətlərinin kəsilməsi öz-öz-
lüyündə xüsusi missiyanın fəaliyyətinin bitməsi demək deyildir. 
(maddə 20) 
Bir neçə xüsusi missiyanın başçısı arasında birincilik məsələsi, 
BMT-də  qəbul olunmuş adətə  əsasən, dövlətlərin adlarınin ingilis 
əlifbasına görə sıralanması əsasında müəyyən olunur.  
Missiyanın daxilində birincilik məsələsi, missiyanın başçısının 
müəyyən etdiyi qaydaya əsasən, diplomatik rütbələri nəzərə alaraq 
 
222 
 
223


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə