Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə53/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   122

VII FƏSİL 
bütün universal xarakterli beynəlxalq təşkilatlar yanında dövlətlərin 
daimi nümayəndəliklərinin və onun əməkdaşlarının, bu təşkilatlar 
tərəfindən və ya onların himayəsi ilə çağırılan beynəlxalq 
konfranslardakı deleqasiya və müşahidəçi deleqasiyalarının və daimi 
müşahidəçilər missiyasının hüquqi statusu, immunitet və 
imtiyazlarının bütün aspektlərini tənzimləyən ümumi sənəddir. 
1
 
XÜSUSİ MİSSİYALAR HÜQUQU 
 
 
7.1. Xüsusi missiyalar institutunun anlayışı və tarixi inkişafı 
1961-ci il diplomatik əlaqələr haqqında Vyana 
Konvensiyasının bütün mütərəqqi müddəalarını özündə birləşdirən 
1975-ci il Konvensiyası müasir xarici əlaqələr hüququnun 
məcəllələşdirilməsi və proqressiv inkişafı yolunda mühüm addımdır.  
   
Xüsusi missiya dedikdə, dövlətlər arasında xüsusi 
razılaşmalarla müəyyən olunan konkret vəzifələri həyata keçirmək 
üçün bir dövlət tərəfindən digərinə göndərilən nümayəndələrdən 
ibarət olan xarici əlaqələrin müvəqqəti xarici orqanı başa düşülür. 
Xarici  əlaqələrin həyata keçirilməsinin bu forması,  əvəllər "ad hoc 
diplomatiya" adlanırdı.  
Diplomatiya tarixindən məlumdur ki, diplomatiyanın özü, 
məhz xüsusi missiyalar diplomatiyası kimi yaranmışdır. Qədim 
dövrlərdə  və orta əsrlərdə diplomatik fəaliyyətin həyata 
keçirilməsinin başqa formaları mövcud deyildi. Dövlətlər arasında 
sabit iqtisadi, mədəni, ticarət əlaqələri, həmçinin onlar arasında əlaqə 
vasitələri inkişaf etmədiyindən daimi diplomatik nümayəndəliklərin 
təsis edilməsindən söhbət gedə bilməzdi. Bundan başqa xarici 
siyasətin həyata keçirilməsi vasitələri arasında diplomatiyanın 
tutduğu yer çox cüzi idi. Belə ki, Qədim  Şərqdə diplomatiya 
sənətinin yüksək inkişafına baxmayaraq xarici siyasətin həyata 
keçirilməsinin əsas vasitəsi hərb və güc olaraq qalırdı.  
Dövlətlər arasında beynəlxalq münasibətlərin sabit sistemi 
qurulmayana qədər diplomatiya ikinci dərəcəli rol oynayırdı. Belə 
sistem isə yalnız XVII əsrin ortalarından yaranmağa başlamışdı. 
Həmin dövrə qədər daha çox inkişaf etmiş dövlətlər arasında təsadüfi 
əlaqələrə rast gəlinirdi. Bu əlaqələr müvəqqəti göndərilən səfirliklər 
vasitəsilə həyata keçirilirdi ki, həmin səfirliklərin konkret məqsəd və 
vəzifələri olurdu.  
                                                 
 
213
XVI-XVII  əsrlərə qədər xüsusi missiyalar müntəzəm xarakter 
daşımasalar da, o dövrün diplomatiya həyatı üçün yeganə forma kimi 
çıxış edirdilər. Bu cür missiyaların funksiyası adi, normal diplomatik 
münasibətlərin yaradılması ilə bağlı idi. Dövlətlər arasında daimi 
diplomatik münasibətlərin yaradılması isə bu funksiyalara daxil 
deyildi.  
1
 Сандровский К.К. Право внешних сношений. Киев: 1986. с. 280 
 
212 


Xüsusi missiyalar bu və ya digər dövlətə müxtəlif məsələlər 
üzrə danışıqların aparılması üçün (sülh bağlanılması, ittifaq bağ-
lanması) göndərilirdi. Bu məsələlər arasında mərasim xarakterli 
məsələlər da var idi.  
Missiyanın kollegiallığı eyni zamanda özünü qərarın birgə 
qəbul edilməsində, ümumi davranış  xəttinin müəyyən edilməsində 
göstərirdi. Bu prinsip mühüm əhəmiyyət kəsb edirdi və səlahiyyətin 
aşılması hallarının qarşısını alırdı.  Şifahi səlahiyyətlərə malik olan 
səfir yalnız missiyanın diplomatik tərkibi ilə razılaşdıqdan sonra 
müəyyən addım ata bilərdi.  
XVI-XVII  əsrlər xüsusi missiyalarını daimi diplomatiyadan 
fərqləndirən xüsusiyyətlər aşağıdakı kimi göstərilmişdir.  
Xüsusi missiyanın yerinə yetirilməsi üçün 
səlahiyyətləndirilmiş  şəxsin təyinində  və onların rütbə  və adlarla 
təltifində  fərqlər vardır. Diplomatik missiyanı yerinə yetirmək üçün 
təyin olunan şəxslər, adətən monarx tərəfindən təyin olunurdular. Bu 
şəxslərə  təlimat verilirdi ki, bu təlimatda səfirliyin idarə edilməsi 
haqda dəqiq göstərişlər  əks olunurdu. Bu cür göstərişlər, həmçinin 
səfirin şəxsi davranışına, mərasim, etiket məsələlərinə də aid edilirdi. 
Bundan başqa missiya müddətində, onu icra edən  şəxsə xüsusi titul 
da verilirdi. Nümayəndələrin dərəcələri arasında fərq tapşırığın 
mühümlüyü ilə müəyyən olunurdu.  
Bu baxımdan o dövrün missiyaları XVIII-XIX əsrlər daimi 
səfirliklərindən kökündən fərqlənirdi. Burada səfir dövlətin yeganə 
təmsilçisi sayılırdı. Daimi səfirliklərin qalan üzvləri isə onun 
müşahidəçiləri hesab olunurdular.  
XVI-XVII  əsr xüsusi missiyalarının daha bir xüsusiyyəti 
onların yerli hakimiyyətin hesabına saxlanılması, təmin olunması idi. 
Qeyd etmək lazımdır ki, diplomatik imtiyazın bu növü daimi 
səfirliklər təsis olunana qədər xarakterik idi. İndiki dövrdə 
səfirliklərin olduqları dövlətin hesabına saxlanılması yerli dövlətin 
beynəlxalq hüquqi öhdəliyi deyildir. İndi, belə hallara rast gəlinsə 
belə, bu hüquq normaları əsasında deyil, nəzakət normaları əsasında 
edilir.  
Bundan başqa, xüsusi missiyanın akkreditə edilmə üsullarında 
və  həmçinin onlara etimadnamə  və  səlahiyyətlərin verilməsində  də 
fərqli xüsusiyyətlər var idi. İndiki dövrün xüsusi missiyalarından 
fərqli olaraq, o dövrdə xüsusi missiya göndərən dövlətin əvvəlcədən 
yerli dövlətdən razılıq almaq öhdəliyi yox idi. Bunun da obyektiv 
səbəbləri var idi. Belə ki, həmin dövrün əlaqə şərtlərində qabaqcadan 
razılaşmaq müşkül məsələ idi.  
Xüsusi missiyaların istifadə etdikləri immunitet və üstünlük-
lərin adlandırılmasında və həcmində də müəyyən fərqlər vardır.  
Dövlətin xaricdə daimi diplomatik nümayəndəlikləri 
yaranmağa başladıqdan sonra xüsusi missiyaların təbiəti də 
dəyişməyə başladı. Həmin dövrdən diplomatik praktikada mərasim 
xarakterli funksiyaları  və siyasi funksiyaları bir-birindən fərqlən-
dirməyə başladılar. Birinciləri xüsusi missiyalara, ikinciləri isə daimi 
nümayəndəliyə aid edirdilər.  
Etimadnamələr və  səlahiyyətlər indikinə oxşar idi və iki nüs-
xədə verilirdi. Lakin ölkəyə gəldiyi zaman etimadnamənin nüsxəsinin 
yerli hakimiyyət orqanlarına təqdim olunması adəti yox idi. 
Səlahiyyətlərə  gəldikdə isə  əslində bu missiyaların səlahiyyətləri 
etimadnamədə müəyyən olunan səlahiyyətdən daha geniş idi. 
Konkret şəraitdən asılı olaraq bəzən səfirə müstəqil olaraq danışıqlar 
aparmağa da icazə verilirdi.  
Daimi diplomatiyanın yaranması ilə (XVI-XVIII) xüsusi 
missiyalar öz fəaliyyətlərini dayandırmadılar. Onlar artıq 
diplomatiyanın yeganə forması olmasalar da, daimi diplomatiya ilə 
eyni zamanda fəaliyyət göstərir və özünün funksiyalarına malik 
olurlar. Artıq XIX-XX əsrlərdə onlar daimi diplomatik nüma-
yəndəlikləri  əvəz etmir, müəyyən xüsusi hallarda göndərilirdilər. 
Diplomatiyanın həyata keçirilməsi formaları arasında belə rol 
bölgüsü olduqdan sonra xüsusi missiyalar ikinci plana keçdilər. Əsas 
yük artıq daimi nümayəndəliklərin üzərinə düşməyə başladı. Qədim 
dövrdən və orta əsrlərdən fərqli olaraq, yeni dövrdə xüsusi 
missiyaların funksiya və vəzifələri əvvəlcədən konkret olaraq müəy-
yən olunurdu. Onlar əsasən mərasim, təntənə xarakteri daşıyır və az-
Həmin xüsusi missiyaların daha bir mühüm xüsusiyyəti - 
onların kollegial xarakter idi. Missiyanın tərkibinə adətən iki elçi və 
katib daxil olurdu. Bu kollegiallıq mühüm əhəmiyyət kəsb edirdi. 
Diplomatik missiyaya daxil olan şəxslər dövləti təmsil etmək 
baxımından eyni hüquqlara malik idilər və yerli dövlət bu missiyanı 
tam bir vahid kimi qəbul edirdi. Sırf etiket xarakterli bəzi 
məsələlərdən başqa onlar eyni immunitet və üstünlüklərə malik 
idilər.  
 
214 
 
215


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə