Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə51/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   122

dövlətin nümayəndəliyinə (deleqasiyasına) ümumi imtiyazlar təqdim 
etməli və onlara funksiyalarını  həyata keçirə bilmələri üçün lazımi 
imkanları yaratmalıdır. Təşkilat və ya konfrans, öz növbəsində bu cür 
imkanlarla təmin olunmaları üçün nümayəndəliklərə (deleqasiyalara) 
yardım etməli və  həmçinin öz səlahiyyətlərinə daxil olan digər 
imkanlarla onları təmin etməlidir.  
İndi də, birinci qrupa daxil olan immunitet və üstünlüklərin 
araşdırılmasına keçək. Xarici əlaqələrin bütün xarici orqanlarında 
olduğu kimi burada da nümayəndəliyin binasının toxunulmazlığı 
əsas yerdə durur. Nümayəndəliyin binası deyərkən, burada daimi 
nümayəndəliyin, müşahidəçilərin daimi missiyalarının, beynəlxalq 
təşkilatın orqanında və beynəlxalq konfranslardakı deleqasiyaların, 
orqan və ya konfransdakı deleqasiyaların binaları nəzərədə tutulur.  
Nümayəndəlik və deleqasiyaların binalarının tam 
toxunulmazlığının Konvensiya ilə  təmin olunması  məsələsi çox 
mürəkkəb məsələlərdən idi. Belə ki, Konvensiyanın nümayəndəlik 
(23) və deleqasiyaların (54) binalarının toxunulmamazlığına aid 
uyğun maddələrinin hazırlanmasında BHK-sı 1969-cu il Xüsusi 
missiyalar haqqında Konvensiyanın 25-ci maddəsində olduğu kimi 
“fövqəladə  vəziyyət” qeyd-şərtini daxil etməyi nəzərdə tutmuşdur. 
Təbii ki, bu da tam toxunulmazlığı təmin edə bilməzdi.  
Uzun müzakirələrdən sonra Vyana Konfransı, 23-cü maddənin 
son variantına daimi nümayəndəliklərin mütləq istisnasız 
toxunulmazlığı prinsipini yerləşdirdi. Lakin orqan və konfranslardakı 
deleqasiyaların xidməti binalarına münasibətdə bunu həyata 
keçirmək mümkün olmadı. Belə ki, layihənin 54-cü maddəsinin 
müzakirəsində lazımi 2\3 səs yığılmadı  və maddə Konvensiyanın 
mətnindən çıxarıldı.  
Bu zahirən belə görünməsə  də  əslində “son zərurət”, 
“fövqəladə vəziyyət” doktrinası praktikada bir sıra sui-istifadələrə yol 
aça bilər. Və mahiyyətcə bu qeyd-şərt suveren dövlətlərin xaricdəki 
rəsmi nümayəndəliklərinin binalarının ümumtanınmış toxunulmazlıq 
prinsipinə  xələl gətirmiş olur. Bu zaman nümayəndəliyin binasının 
mütləq toxunulmazlığından bəhs etmək əsassızdır.  
Bununla  əlaqədar bir çox deleqasiyalar, Konvensiyanın mət-
nində deleqasiyaların xüsusi yaşayış binalarının və onların 
əmlaklarının toxunulmazlığı haqqında layihənin 60-cı maddəsinin 
(son redaktədə 59-cu maddə) saxlanılmasına çalışmağa səy 
göstərirlər. Bu məsələdə əsas təşəbbüs Latın Amerikası ölkələrinə aid 
idi. Müzakirələrdən sonra 60-cı maddə qəbul edildi.  
Konvensiyanın 59-cu maddəsinin 1-ci bəndinin sonuncu 
redaktəsində deyilir: “Deleqasiyanın başçılarının, digər deleqatların 
və deleqasiyanın diplomatik personalının üzvlərinin xüsusi yaşayış 
binaları toxunulmazlıq və müdafiədən istifadə edir”. Bu maddənin 
çox mühüm əhəmiyyəti vardır, belə ki, mehmanxanalar (xüsusi 
yaşayış binaları) deleqatlar tərəfindən praktikada həm yaşayış, həm 
də xidməti bina kimi istifadə edilir.  
Deleqatların xidməti binalarına gəldikdə isə,  əsasən onlar öz 
dövlətlərinin nümayəndəlik və səfirliklərində yerləşirlər ki, bu binalar 
da 1961-ci il diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına 
əsasən tam toxunulmazlıqdan istifadə edirlər.  
Bundan başqa,  əgər, məsələn, deleqasiyanın başçısı xüsusi 
olaraq deleqasiya üçün tutulmuş binada yerləşirsə və eyni zamanda o, 
bu binadan yaşayış  məqsədlərindən başqa xidməti bina kimi də 
istifadə edirsə, o zaman bu bina təbii ki, yaşayış binası sayılır və 
uyğun olaraq Konvensiyanın 59-cu maddəsinə 
əsasən 
toxunulmazlıqdan istifadə edir.  
Bu məsələ ilə əlaqədar, son olaraq onu da qeyd etmək lazımdır 
ki, beynəlxalq hüququn mənbələri təkcə müqavilə normaları deyil, 
eyni zamanda adət normalarıdır ki, bu normalar dövlətlərin başqa 
xarici  əlaqə orqanlarının toxunulmazlığı ilə yanaşı deleqasiyaların 
xidməti binalarının da toxunulmazlığını nəzərdə tutur.  
İndiyə kimi biz, daimi nümayəndəliklərin və orqan və 
konfranslardakı deleqasiyaların binalarının toxunulmazlığından bəhs 
etdik. Daimi müşahidəçilər missiyasının və orqan və konfranslardakı 
müşahidəçi deleqasiyaların tutduqları binalarla əlaqədar olaraq 1975-ci 
il Konvensiyası  qərara alır ki, bu orqanları tamamilə daimi 
nümayəndəliklərin və orqan və konfranslardakı deleqasiyaların hüquqi 
statusu, immunitet və imtiyazları ilə eyniləşdirsin. Bu eyni zamanda 
onların tutduqları binaların toxunulmazlığına da aiddir. 
1
  
1975-ci il Vyana Konvensiyası nümayəndəliyin  arxiv və 
sənədlərinin toxunulmazlığını  (maddə 25) və  həmçinin rəsmi 
korrespondensiya və  poçtun toxunulmazlığını (maddə 27) nəzərdə 
tutur.  
                                                 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: 1986, с. 274 
 
204 
 
205


Nümayəndəlik və deleqasiyaların poçtlarının tam 
toxunulmazlığı onların normal fəaliyyətlərinin həyata keçirilməsi 
üçün vacib şərtdir. BHK-sı, məhz bunu əsas tutaraq Konvensiyanın 
uyğun maddələrini hazırlamışdır. Konvensiyanın uyğun olaraq 27 və 
58-ci maddələrində  aşağıdakı müddəalar  əks olunmuşdur: “nü-
mayəndəliyin (deleqasiyanın) rəsmi korrespondensiyası 
toxunulmazdır” və “nümayəndəliyin (deleqasiyanın) poçtu tutulub 
saxlanıla və açıla bilməz”.  
27-ci maddəyə dair müəyyən qeyd-şərtlərin edilməsi 
cəhdlərinin olmasına baxmayaraq həmin maddə olduğu kimi qəbul 
edilmişdir.  
Beləliklə, Konvensiyada nümayəndəlik və deleqasiyaların 
poçtlarının tam toxunulmazlığı prinsipi möhkəmləndirildi və bununla 
da bu məsələyə aid ümumtanınmış adət norması Konvensiyada öz 
əksini tapmış oldu.  
1975-ci il Vyana Konvensiyası nümayəndəliyin rəsmi 
istifadəsi, nümayəndəliyin başçısının və diplomatik personalın 
üzvlərinin  şəxsi istifadəsi üçün nəzərdə tutulan əşyaların, o 
cümlədən, avadanlıq  əşyalarının yerləşmə dövlətinə  gətirilməsini və 
onların  gömrük rüsumlarından və  nəzarətindən azad edilməsini 
nəzərdə tutur(maddə 35).  
Yerləşmə dövlətinin qanun-qaydalarını  və adətlərini nəzərə 
almaqla daimi nümayəndəliyin və daimi müşahidəçilər missiyasının 
öz binaları üzərində  göndərən dövlətin bayraq və emblemindən 
istifadə etmək hüququ vardır. Bununla yanaşı belə 
nümayəndəliklərin başçılarının onların istifadə etdikləri binalara və 
nəqliyyat vasitələrinə münasibətdə də bu cür hüquqları vardır.  
Nümayəndələrin funksiyalarının həyata keçirməsi vasitələrinə 
aid olan əlaqə saxlamaq azadlığı və hərəkət etmək sərbəstliyindən də 
bəhs etmək vacibdir. Əlaqə saxlamaq azadlığının  əsas 
elementlərindən biri, bizim yuxarıda bəhs etdiyimiz nümayəndəliyin 
poçtunun toxunulmazlığıdır.  
Hərəkət etmək sərbəstliyi isə 1961-ci il Vyana 
Konvensiyasının uyğun müddəalarına analoji olaraq təsbit edilmişdir. 
1975-ci il Konvensiyası müəyyən etmişdir ki, yerləşmə dövləti 
dövlətin təhlükəsizliyi baxımından girişi qadağan olunan və ya 
tənzimlənən zonalar haqqında qayda-qanunları nəzərə almaqla daimi 
nümayəndəliklərin və orqan və konfranslardakı deleqasiyaların 
funksiyalarını yerinə yetirmələri üçün öz ərazisində  sərbəst hərəkət 
etmək imkanı yaratmalıdır.  
İkinci qrupa daxil olan immunitet və üstünlüklərə gəldikdə isə, 
şəxsi xarakterli immunitet və imtiyazlar arasında nümayəndəlik və 
deleqasiyaların başçılarının və onun qalan diplomatik personalının 
üzvlərinin şəxsi toxunulmazlığı prinsipi fundamental prinsip rolunu 
oynayır. Nümayəndəliyin başçısının və diplomatik personalın 
üzvlərinin normal fəaliyyəti üçün şəxsi toxunulmazlıq mühüm 
şərtdir. 1975-ci il Vyana Konvensiyasının 28-ci maddəsi aşağıdakı 
şəkildə  tərtib olunmuşdur: “Nümayəndəliyin başçısının və 
nümayəndəliyin diplomatik personalının üzvlərinin  şəxsiyyəti 
toxunulmazdır. Onlar heç bir formada tutulub saxlanıla və ya həbs 
oluna bilməzlər. Yerləşmə dövləti onlara lazımi hörmətlə yanaşmalı 
və onların şəxsiyyətinə, azadlıq və ləyaqətinə qarşı yönələn hər hansı 
bir qəsdin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməli və 
həmçinin bu cür qəsdlər edən  şəxsləri təqib edib onları 
cəzalandırmalıdır”.  
Bu 28-ci maddənin və deleqasiyalara aid olan hissədə uyğun 
58-ci maddənin sonuncu müddəası (bu cür qəsdlər edən  şəxsləri 
məhkəmə qaydasında təqib edib, cəzalandırmaq) mühüm əhəmiyyət 
kəsb edir. Bu baxımdan 1975-ci il Konvensiyası, 1961-ci il Vyana 
Konvensiyasından daha da irəli gedərək tam toxunulmazlıq 
prinsipinin təminatını yaratmışdır.  
1975-ci il Konvensiyası nümayəndəliyin başçısının və onun 
diplomatik personalının üzvlərinin sənədlərinin, 
korrespondensiyalarının və müəyyən istisnalarla əmlakının 
toxunulmazlığını nəzərdə tutur (maddə 29, 2-ci bənd).  
Əmlakın toxunulmazlığı prinsipindən istisnalar artıq başqa 
şəxsi immunitet növü ilə - yurisdiksiya immuniteti ilə əlaqədardır.  
1975-ci il Konvensiyasının 30-cu maddəsinə  əsasən nüma-
yəndəliyin başçısı və nümayəndəliyin diplomatik personalının üzvləri 
yerləşmə dövlətinin cinayət mühakimə aidiyyatından 
(yurisdiksiyasından) tamamilə azad olunur.  
30-cu maddə, həmçinin mülki və inzibati yurisdiksiya 
immunitetini də  nəzərdə tutur. Lakin burada müəyyən istisnalar 
vardır. 1975-ci il Vyana Konvensiyasının 30-cu maddəsinin 1-ci 
bəndinə  əasasən nümayəndəliyin başçısı  və onun diplomatik 
personalının üzvləri Diplomatik əlaqələr haqqında 1961- ci il Vyana 
 
206 
 
207


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə