Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə52/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   122

Konvensiyasının 31- ci maddəsində artıq qeyd etdiyimiz istisnalarla 
yerləşmə dövlətinin mülki və inzibati yurisdiksiya immunitetindən 
istifadə edirlər.  
Əgər nümayəndəliyin başçısı və ya nümayəndəliyin diplomatik 
heyətinin üzvü məhkəmədə özü iş qaldırırsa, bu həmin  şəxsi  əsas 
iddia ilə  əlaqədar cavab iddiasına münasibətdə yurisdiksiya 
immunitetinə istinad etmək hüququndan məhrum edir. (maddə 31, 3-
cü bənd).  
Yerləşmə dövlətinin yurisdiksiyasından immunitet, həmçinin 
onu nəzərdə tutur ki, bu yurisdiksiyanın şamil edildiyi şəxslər şahid 
kimi məhkəmələrdə ifadə vermək öhdəliyindən azaddırlar. Eyni 
zamanda, onu da qeyd edək ki, yurisdiksiya immuniteti şəxsi 
akkreditiv dövlətinin yurisdiksiyasından azad etmir. (maddə 30, 3-cü 
bənd).  
Göndərən dövlət öz nümayəndələrinin yurisdiksiya 
immunitetindən imtina edə bilər, lakin bu imtina aydın ifadə 
olunmalıdır (maddə 31, 1-ci və 2-ci bənd). Mülki iddialara 
münasibətdə immunitetdən imtina etmədiyi hallarda belə akkreditiv 
dövlət tələbin ədalətli şəkildə yoluna qoyulması üçün bütün mümkün 
vasitələrdən istifadə etməlidir (31-ci maddə, 5-ci bənd).  
Göründüyü kimi 1975-ci il Vyana Konvensiyasının 30 və 31-ci 
maddələri diplomatik əlaqələr haqqında 1961-ci il Vyana 
Konvensiyasının uyğun 31 və 32-ci maddəsindəki müddəalar 
əsasında hazırlanmışdır. Lakin burada müəyyən fərqlər də 
mövcuddur ki, bu da deleqasiyanın üzvlərinin daha məhdud mülki və 
inzibati yurisdiksiya immuniteti ilə əlaqədardır.  
Əsas deleqatlarla yanaşı, həmçinin deleqasiyanın diplomatik 
personalının üzvləri də (müşavir, ekspertlər və s. daxil olmaqla) 
yerləşmə dövlətinin cinayət yurisdiksiyasından tamamilə azad 
olunurlar. Yerləşmə dövlətinin mülki və inzibati yurisdiksiyasından 
immunitet isə, artıq qeyd etdiyimiz kimi bu kateqoriya şəxslərdə daha 
məhduddur. Bu immunitet həmin  şəxslərin yalnız rəsmi 
funksiyalarının həyata keçirilməsi ilə bağlı  fəaliyyətlərinə mü-
nasibətdə tətbiq olunur (maddə 60, 1 və 3-cü bənd).  
Daimi nümayəndəliklərin başçıları  və diplomatik heyətinin 
üzvlərindən fərqli olan daha bir cəhət ondan ibarətdir ki, 
deleqasiyaların üzvlərinin istifadə etdikləri və onlara aid olan 
nəqliyyat vasitələri ilə  zərər vurulan zaman bu nümayəndələr,  əgər 
zərər sığorta kampaniyaları ilə ödənilməzsə  zərərin ödənilməsi ilə 
bağlı iddialara münasibətdə inzibati və mülki yurisdiksiya 
immunitetindən istifadə edə bilməzlər (maddə 60, 4-cü bənd). 
Buraya, həmçinin bu kateqoriya nümayəndələrə aid olan və onların 
istifadə etdikləri gəmilər və uçan aparatlar da aid edilir. 
 
209
1
Bu kateqoriya şəxslər də eynilə şahid kimi dindirilə bilməzlər.  
61-ci maddə (immunitetdən imtina) konvensiyanın nüma-
yəndəlik haqqında 31-ci maddəsi ilə analojidir.  
Konvensiyanın 32-ci maddəsində əks olunan müddəaya əsasən 
yerləşmə dövlətində qüvvədə olan sosial təminat  haqqında 
müddəalar nümayəndəliyin başçısına, onun diplomatik personalının 
üzvlərinə  və  həmçinin yerləşmə dövlətinin vətəndaşları olmayan və 
burada yaşamayan xüsusi ev qulluqçularına  şamil edilir. Digər 
muzdla tutulmuş  işçilərə münasibətdə isə nümayəndəlik yerləşmə 
dövlətinin sosial təminat haqqında qərarlarını yerinə yetirməlidir.  
Nümayəndəliyin başçısı  və diplomatik personalının üzvləri 
şəxsi və  əmlak xarakterli bütün ümumdövlət rayon və  bələdiyyə, 
vergi, rüsum və  xərclərindən  bir sıra istisnalarla azad olunurlar. 
Onlar aşağıdakı vergilərdən azad olunmurlar: 1) adətən malın və ya 
xidmətin qiymətinə daxil edilən vasitəli vergilərdən, 2) yerli dövlətin 
ərazisində yerləşən və nümayəndəliyin məqsədləri üçün istifadə 
olunmayan  şəxsi daşınılmaz  əmlakın vergi və  xərclərindən, 3) yerli 
dövlət tərəfindən toplanan miras vergilərindən və varislik 
rüsumlarından, 4) yerli dövlətlərdə yerləşən gəlir mənbələrindən 
qazanılan  şəxsi gəlirə olan rüsum və vergilərdən və  həmçinin yerli 
dövlətlərdəki kommersiya münasibətlərinə kapital qoyuluşunun 
vergilərindən, 5) konkret xidmət növünə görə yığılan rüsumlardan, 6) 
və 24-cü maddədə  nəzərdə tutulan istisnalarla qeydiyyat, məhkəmə 
və daşınılmaz əmlaka münasibətdə digər yığımlardan.  
Artıq əvvəl də qeyd etmişdik ki, nümayəndəliyin başçısının və 
diplomatik personalın üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan 
əşyaların gətirilməsi və onların gömrük nəzarətindən, rüsumlarından 
azad edilməsi Konvensiyanın 35-ci maddəsində nəzərdə tutulmuşdur. 
Burada, həmçinin qeyd olunur ki, adı  çəkilən  şəxslərin  şəxsi 
baqajlarının keçirilməsi zamanı yerləşmə dövlətinin qayda-qanunları 
haqqında 35-ci maddənin pozulmasının mümkünlüyü ehtimalı 
                                                 
1
 Блищенко И.П. Дипломатическое право. М.: 1990, с. 141 
 
208 


yaranmazsa, baqaj nəzarətdən azad olunur. Əks təqdirdə, belə nəzarət 
həmin  şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə 
həyata keçirilə bilər.  
Xüsusi ev qulluqçuları da, həmçinin xidmətinə görə aldıqları 
əmək haqqına qoyulan vergi və rüsumlardan azad olunurlar. Digər 
hallarda onlar yalnız yerləşmə dövlətində nəzərdə tutulan immunitet 
və üstünlüklərdən istifadə edirlər .  
1975-ci il Konvensiyasının 34-cü maddəsinə uyğun olaraq 
yerləşmə dövləti nümayəndəliyin başçısını  və diplomatik personalı 
bütün  şəxsi və dövlət mükəlləfiyyətlərindən, həmçinin rekvizisiya 
(müsadirə), kontribusiya(təzminat) və hərbi mənzil mükəlləfiyyətləri 
kimi hərbi mükəlləfiyyətlərdən azad edir.  
Deleqasiyaların inzibati – texniki personalının üzvlərinin, 
xidmətçi personalının üzvlərinin, xüsusi ev qulluqçularının və 
deleqasiyaların ailə üzvlərinin immunitet və üstünlüklərinə  gəldikdə 
isə, bu maddə II hissənin uyğun 36-cı maddəsinə  əsasən tərtib olun-
muşdur. Təbii ki, burada deleqasiyaların müvəqqəti xarakterindən 
doğan bəzi spesifik xüsusiyyətlər də  nəzərə alınmışdır. Məsələn, ailə 
üzvlərinə sosial təminat sahəsində qanunvericilikdən qaldırılma 
haqqında müddəa  şamil olunmur (maddə 62), onlar rüsum və ver-
gilərdən azad olunma haqqında 63-cü maddəyə düşmürlər.  
Biz  şəxsi immunitetlərdən bəhs edən maddələr haqqında 
danışarkən  əsasən Konvensiyanın daimi nümayəndəliklərə aid olan 
maddələrindən bəhs etdik. Bununla əlaqədar olaraq onu da qeyd 
etməliyik ki, Konvensiyanın orqan və konfranslardakı deleqasiyalara 
aid 62 (sosial təminat sistemində iştirak öhdəliyindən azad olunma), 
63 (vergi və rüsumlardan azad olunma) 64 (şəxsi mükəlləfiyyətlərdən 
azad olunma), və 65-ci (gömrük rüsumu və nəzarətində azad olunma) 
maddələri nümayəndəliklərə aid 32, 33, 34 və 35-ci maddələri ilə 
analoji tərtib olunmuşdur.  
İmmunitet və üstünlüklərin fəaliyyət müddəti
Konvensiyaya  əsasən immunitet və üstünlüklərdən istifadə etmək 
hüququ olan hər bir şəxs öz vəzifəsini tutmaq üçün yerləşmə 
dövlətinin  ərazisinə  gəldiyi andan və ya əgər o artıq bu ərazidə 
yerləşirsə, onun təyinatı haqqında göndərən dövlət və ya təşkilat 
tərəfindən məlumat verildiyi andan bu immunitet və imtiyazlardan 
istifadə edir. Funksiyaların bitməsi ilə immunitet və üstünlüklər 
şəxsin yerləşmə ölkəsini tərk etməsi anında kəsilir.  
Digər şəxslərin immunitet və imtiyazları .  
Konvensiyanın, nümayəndəliyin diplomatik personalının ailə 
üzvləri üçün, inzibati-texniki personalın üzvləri və onların ailə 
üzvləri üçün, nümayəndəliyin xidməti personalı  və xüsusi ev 
qulluqçuları üçün immunitet və imtiyaz müəyyən edən 38-cı maddəsi 
mühüm yenilik idi.  
Bu maddələrdən danışarkən, onu da qeyd etmək lazımdır ki, 
yerləşmə dövləti bir çox hallarda eyni zamanda göndərən dövlət kimi 
də çıxış edir və öz ərazisində yerləşən beynəlxalq təşkilatlar yanında 
özünün daimi nümayəndəliklərinə malik olur. O, eyni zamanda 
ərazisində keçirilən beynəlxalq konfranslara da deleqasiyalar 
göndərir. Konvensiya yerləşmə dövlətinin nümayəndəliklərinin və 
deleqasiyalarının üzvlərinin immunitet və üstünlükləri məsələsini həll 
etmir və bunu yerləşmə dövlətinin özünün ixtiyarına buraxır.  
Nümayəndəliyin başçısı  və dippersonalının onlarla bir yerdə 
yaşayan ailə üzvlərinə  gəldikdə isə onlar ailə başçısı ilə eyni 
immunitet və imtiyazlardan istifadə edirlər.  
Konvensiyanın 37-ci maddəsinə  əsasən nümayəndəliyin 
inzibati-texniki personalının üzvləri və onlarla birgə yaşayan ailə 
üzvləri,  əgər bu ailə üzvləri yerləşmə dövlətinin vətəndaşları 
deyillərsə  və ya burada daimi yaşamırlarsa cinayət yurisdiksiyasına 
qarşı tam immunitet də daxil olmaqla bütün immunitet və üs-
tünlüklərdən istifadə edirlər. Burada bir istisna vardır ki, mülki və 
inzibati yurisdiksiya immuniteti bu şəxslərin öz rəsmi öhdəlikləri ilə 
əlaqədar olmayan fəaliyyətlərinə şamil edilmir.  
Yeri gəlmişkən, artıq qeyd etdiyimiz kimi, BMT-nin 
immunitet və imtiyazları haqqında 1946-cı il 13 fevral 
Konvensiyasında da bir sıra funksional xarakter daşıyan immunitet 
və imtiyazlar nəzərdə tutulmuşdur. Buraya, həbsdən immunitet, 
bütün kağız və  sənədlərin toxunulmazlığı, pul və ya valyuta 
dəyişdirilməsinin məhdudlaşdırılmasına münasibətdə imtiyazlar, 
şəxsi baqaja münasibətdə immunitet və imtiyazlar və s. daxildir.  
37-ci maddənin 3-cü bəndinə əsasən xidməti personala verilən 
immunitet və imtiyazlar onların yalnız öz vəzifələri ilə bağlı olan 
əməlləri ilə məhdudlaşır. Onlar, həmçinin xidmətlərinə görə aldıqları 
əmək haqqı vergi və yığımlarından azad olunurlar.  
Bu məsələ ilə bağlı olan bütün əvvəlki beynəlxalq 
razılaşmaların rolunu heç də azaltmadan, 1975-ci il Konvensiyası, 
 
210 
 
211


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə